Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2306/2020 03.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-964/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) xx xxxxxx 2020-ci il tarixli 2(051)-964/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı 694,80 (altı yüz doxsan dörd manat səksən qəpik) manat borcun silinməsi tələbinə dair iddiası təmin olunmamışdır. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh) qаrşı iddiа ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə mürаciət edərək hesablanmış 694,80 manat borcun silinməsinə dair qətnamə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Mingəçevir şəhəri A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzilində yaşayır. 2019-cu ilin mart ayında Cavabdeh İB-nin nümayəndələri iddiaçının yaşadığı mənzilə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Sonradan Cavabdeh İB-nin Tərtər X10ı idarəsinin nümayəndələri iddiaçıya mənzilinə quraşdırılmış sayğacın plasmas qapağının aşağı hissəsinin deşilməsini, ona görə də yeni sayğac quraşdırılmasına zərurət olduğunu bildirmişlər. İddiaçı sayğacı yenisi ilə əvəz etmişdir. Bir müddət sonra iddiaçıya bildirilmişdir sayğaca müdaxiləyə görə ona borc hesablanmışdır. Halbiki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğac mənzildən kənarda quraşdırılımışdır. Sayğaca kim tərəfindən zədə dəyməsi və ya müdaxilə olunmasından məlumatı yoxdur. Sayğaca nəzarət etməklə bağlı isə iddiaçı ilə müqavilə bağlanmamışdır. Bundan əlavə iddiaçı dəfələrlə hesablanmış borcun məbləği barədə rəsmi sənəd verilməsini tələb etsə də, ona borcla bağlı sənəd verməkdən imtina etmişlər. Ünvanına Cavabdehdan göndərilmiş bildirişlərdə isə onun borcunun olmadığı göstərilir. Lakin qaz idarəsinin əməkdaşları tez-tez onların yaşadıqları mənzilə gələrək 694,80 manat borcun ödənilməsini, əks halda mənzilə qazın verilməsini dayandıracaqlarını bildirirlər. Ancaq qeyd etdiyi kimi ödənilməsini tələb etdikləri borcun məbləği barədə ona rəsmi sənəd verilmir. Ona gərə də cavabdehin tələb etdiyi 694,80 manat borcun silinməsi barədə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını xahiş edir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-964/2020 nömrəli qətnaməsi çıxarılmışdır. İddiaçı apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(051)-964/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-964/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi X5 məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzili İddiaçı mülkiyyətindədir. 5 №-li MİS-dən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Məmmədov X2 şəhəri A.Qurbani küçəsi 11 №-li evin 3 №li mənzilində yaşayır. 0201358 №-li xx xxxx 2019-cu il tarixli aktda göstərilir ki, istehlakçı İddiaçı yaşadığı A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzilinə quraşdırılmış qaz sayğacına baxış zamanı sayğacın plastmast qapağının alt hissəsi deşici alətlə deşilib. Baxış məqsədilə zavod qurğusunun plombu açıldı, daxilə baxış keçirildi, məlum oldu ki, qapaq deşilərək daxilə keçib. Dəymiş ziyan hesablansın. 3573605 №-li xx xxxx 2019-cu il tarixli aktın surətində göstərilir ki, istehlakçı İddiaçı yaşadığı A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzilinə quraşdırılmış sayğac çıxarıldı, yeni sayğac quraşdırıldı. Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1640-00903-2 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca xx xxxx 2019-cu il tarixdə İnformasiya Texnologiyaları və X6 və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi aşkar edilmiş, qüsura görə qaz itkisinə müdaxilə və sayğacın dəyərinin ödənilməsi nəticəsinə gəlinmişdir. Cavabdeh İB-nin Tərtər X10 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6948 kub metr müəyyən edilmiş və iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməli olması göstərilmişdir. xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, qaz sayğacının dəyəri olan 91,21(doxsan bir manat iyirmi bir qəpik) manat müştəri tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən İddiaçı göndərilmiş bildiriş xəbərdarlıqlarda göstərilir ki, “Sizin borcunuz yoxdur”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)- 964/2020 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı və həmin qətnamə ilə İddiaçının iddiası təmin olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmşdır ki, “iddiaçı tələbində cavabdeh tərəfindən hesablanmış 694,80 manat borcun silinməsini xahiş etmişdir. Lakin iddiaçının ünvanına quraşdırılmış sayğaca cavabdeh tərəfindən 694,80 manat borc hesablanması iş materialları ilə müəyyən edilmir. İddiaçının təqdim etdiyi Cavabdeh tərəfindən onun ünvanına göndətilimiş bildiriş-xəbərdarlıqlardan da görünür ki, iddiaçının borcu yoxdur”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, 2019-cu ilin mart ayında Cavabdeh İB-nin nümayəndələri iddiaçının yaşadığı mənzilə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Sonradan Cavabdeh İB-nin Tərtər X10ı idarəsinin nümayəndələri iddiaçıya mənzilinə quraşdırılmış sayğacın plasmas qapağının aşağı hissəsinin deşilməsini, ona görə də yeni sayğac quraşdırılmasına zərurət olduğunu bildirmişlər. İddiaçının sayğacı yenisi ilə əvəz edilmişdir. Bir müddət sonra iddiaçıya bildirilmişdir ki, sayğaca müdaxiləyə görə ona borc hesablanmışdır. İddiaçı Cavabdeh Tərtər X10 İdarəsi tərəfindən qazdan istifadəyə görə qanunsuz və əsassız hesablanaraq onun **********00030 saylı abonent koduna vurulmuş 694,80 manat borcun silinməsi barədə iddia tələbi ilə müraicət etdiyi halda, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, işin hallarına nəzər saldıqda müəyyən olunur ki, iddiaçı Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərkən iddia ərizəsində 694,80 manat əsassız və qanunsuz hesablanmış borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının ünvanına qaraşdırılmış sayğaca cavabdeh tərəfindən 694,80 manat borcun hesablanmasının iş materialları ilə müəyyən edilməməsi, iddiaçnın təqdim etdiyi Cavabdeh tərəfindən onun ünvanına göndətilimiş bildiriş-xəbərdarlıqlarda iddiaçının borcunun olmamasını əsas tutaraq iddianı təmin etməmişdir. İşdə olan Cavabdeh İB-nin Tərtər X10 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6948 kub metr müəyyən edilmiş və iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməli olması göstərilmişdir. Bundan əlavə Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1640-00903-2 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca xx xxxx 2019-cu il tarixdə İnformasiya Texnologiyaları və X7 və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmiş, qüsura görə qaz itkisinə müdaxilə və sayğacın dəyərinin ödənilməsi nəticəsinə gəlinmişdir. Göründüyü kimi, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6948 kub metr müəyyən edilmiş və qazın dəyəri **********00030 nömrəli abonent koduna 694.80 (altı yüz doxsan dörd) manat 80 qəpik məbləğ hesablanmışdır. Hər hansı bir bildiriş-xəbərdarlıqlarda iddiaçının borcunun olmamasının göstərilməməsi o demək deyil ki, iddiaçıya 6948 kub metr qazın dəyəri hesablanmamışdır. İddiaçının apellyasiya şikayətinə əlavə edilmiş abonent İddiaçı **********00030 kodunda olan abonentin saldosundan görünür ki, 2019-cu iyun ayı üçün ona 694.80 (altı yüz doxsan dörd) manat 80 qəpik məbləğ hesablanmışdır Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.1-ci bəndinə görə, istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən, məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. 6.7-ci bəndinə görə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İddiaçının silinməsini tələb etdiyi məbləğ cavabdeh tərəfindən ona görə hesablanmışdır ki, ******* №-li xx xxxx 2019-cu il tarixli Aktla Cavabdeh nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış G4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman, sayğacın plastmast qapağının alt hissəsinin deşici alətlə deşilməsi, baxış məqsədilə zavod qurğusunun plombunun açılması, daxilə baxış keçirilməsi və baxış zamanı qapağın deşilərək daxilə keçməsi məlum olmuş və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Kollegiya bununla razılaşmır və qeyd edir ki, işin hallarından göründüyü kimi sayğac iddiaçının həyətindən kənarda, həyətin küçə tərəfində quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın yuxarıda istinad edilmiş normalarından göründüyü kimi fiziki şəxs olan istehlakçıların yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə istehlakçı (hazırda baxılan mübahisə üzrə iddiaçı) cavabdehlik daşımır. Əksinə, qanunverici fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının üzərinə qoymuşdur. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göründüyü kimi, İddiaçı onun yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımır, əksinə, həmin cavabdehliyi qaz paylayıcısı (Cavabdeh İB) daşıyır. Habelə iddiaçının sayğacının üzərində olan plombun kənar müdaxilələrdən qorunması üçün onun müvafiq ötrüklə örtülməsi də cavabdehin vəzifəsidir. Fiziki şəxs olan istehlakçı (hazırkı halda iddiaçı) qaz sayğacının zədələnməsinə görə o halda məsiliyyət daşıya bilərdi ki, həmin zədə onun müdaxiləsi nəticəsində baş vermiş olsun və bu hal təkzibedilməz sübutlarla təsdiq edilsin. Ancaq cavabdeh sayğaca edilmiş kənar müdaxilənin iddiaçı tərəfindən törədilməsinə dair nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Bununla da, iddiaçının qaz sayğacına müdaxilə etməsi və həmin qaz sayğacının zədələnməsində təqsiri təkzib olunur. Kollegiyaya görə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə səhvə yol vermişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X9 Məhkəməsi “X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X9 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-964/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00030 nömrəli abonent koduna vurulmuş 6948 kub metr təbii qazın dəyəri 694.80 (altı yüz doxsan dörd) manat 80 qəpik məbləğin silinməsi qət edilməlidir. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-964/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçının Cavabdehnə qarşı 694.80 (altı yüz doxsan dörd manat səksən qəpik) manat borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00030 nömrəli abonent koduna vurulmuş 6948 kub metr təbii qazın dəyəri olan 694.80 (altı yüz doxsan dörd) manat 80 qəpik məbləğ silinsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2306/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2306/2020
03.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver