Məhkəmə qərarları › İş №2(107)-2387/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2387/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2387/2020 02.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Ərizəçi nümayəndəsi X4 və Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə Ərizəçi sənədinin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilməsi barədə mülki iş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 2(075)-1732/2020 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərərək, doğum haqqında akt qeydləri kitabında xx.xx.1937-ci il 82 №-li təvəllüd haqqındakı aktın (xx.xx.1937-ci il təvəllüdlü X3) xx.xx.1954-cü il tarixdə verilən ИЖ 249056 saylı “Doğum haqqında şəhadətnamə”nin (xx.xx.1937-ci il təvəllüdlü X6), xx.xx.1955-ci il tarixli ИE № 261647 saylı “Evlənmək haqqında şəhadətnamə”nin (xx.xx.1937ci il təvəllüdlü X7) Ərizəçi (AZE № 0*******) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) x xxxxxx 2020-ci il tarixli, 2(075)- 1732/2020 nömrəli qərardadı ilə Ərizəçi doğum haqqında akt qeydləri kitabında xx.xx.1937-ci il 82 №-li təvəllüd haqqındakı aktın (xx.xx.1937-ci il təvəllüdlü X3) xx.xx.1954-cü il tarixdə verilən ИЖ 249056 saylı “Doğum haqqında şəhadətnamə”nin (xx.xx.1937-ci il təvəllüdlü X6), xx.xx.1955-ci il tarixli ИE № 261647 saylı “Evlənmək haqqında şəhadətnamə”nin (xx.xx.1937-ci il təvəllüdlü X7) Ərizəçi (AZE № 0*******) məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunması qərara alınmışdır. Ərizəçi qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, həmin qərardad qanunsuz, qərəzli və əsassız olduğuna görə ləğv edilməlidir. Qərardadda onun Maraqlı şəxsnə müraciət etdikdən sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilir. Halbuki məhkəmə iş materiallarına nəzər yetirsəydi Maraqlı şəxs xx.xx.2020-ci il tarixli imtina məktubunu görərdi və bu qərəzli qərardadı qəbul etməzdi. Məhkəmə ümumiyyətlə ərizənin məzmununa da diqqət yetirməmişdir. Belə ki, ərizənin 1-ci abzasında Maraqlı şəxsnə müraciət etməyini və onların da imtina etdiklərini qeyd edərək məktubun ərizəyə əlavə edildiyini bildirmişdir. Ərizənin qoşma hissəsinin 8-ci bəndində də “Maraqlı şəxs məktubu-1 vərəq” qeyd olunmuş və məhkəmənin dəftərxanasında yoxlanılaraq qəbul edilmişdir. Göründüyü kimi məhkəmə qərəzli olaraq ərizəni icraata qəbul etməmək üçün iş materiallarını vərəqləmədən formal əsaslarla geri qaytarmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qanunsuz, qərəzli və əsassız olmaqla yanaşı, MPM-nin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Ona görə də, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 2(075)-1732/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1732/2020 nömrəli qərardadı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə çıxarılmış ərizənin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1732/2020 saylı qərardadından Ərizəçi verdiyi şikayəti müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi X8 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi X2 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 2(075)-1732/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 2(075)-1732/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərərək, doğum haqqında akt qeydləri kitabında xx.xx.1937-ci il 82 №-li təvəllüd haqqındakı aktın (xx.xx.1937-ci il təvəllüdlü X3) xx.xx.1954-cü il tarixdə verilən ИЖ 249056 saylı “Doğum haqqında şəhadətnamə”nin (xx.xx.1937-ci il təvəllüdlü X6), xx.xx.1955-ci il tarixli ИE № 261647 saylı “Evlənmək haqqında şəhadətnamə”nin (xx.xx.1937-ci il təvəllüdlü X7) Ərizəçi (AZE № 0*******) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamələrin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılması istisna edilmişdir. Birinci instansiya məhkəməsi hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydləri kitabında xx.xx.1937-ci il 82 №-li təvəllüd haqqındakı aktın (xx.xx.1937-ci il təvəllüdlü X3) xx.xx.1954-cü il tarixdə verilən ИЖ 249056 saylı “Doğum haqqında şəhadətnamə”nin (xx.xx.1937-ci il təvəllüdlü X6), xx.xx.1955-ci il tarixli ИE № 261647 saylı “Evlənmək haqqında şəhadətnamə”nin (xx.xx.1937-ci il təvəllüdlü X7) Ərizəçi (AZE № 0*******) məxsus olması faktının müəyyən edilməsi ilə bağlı tələbinə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Ərizəçi ərizəsində göstərdiyi şəhadətnamələrdə düzəlişlərin edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmək, Maraqlı şəxs onun müraciətindən imtina etdiyi halda isə şəhadətnamələrin verilməsinə əsas olmuş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 nömrəli qərarının 6.1-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 2(075)-1732/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 2(075)-1732/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar