Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-239/2025 27.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmədi, qüvvə) X4 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən ALYANS-PARİS CARPAYİ, MATRAS, AMERİCANO-YUMSAQ-3-LU-DİVAN, ALYANS- PARİS DOLAB üçün 3150 (üç min yüz əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat cərimə ümumilikdə, 3465 manat borc və 54.65 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(019)-555/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi,xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ALYANS-PARİS CARPAYİ, MATRAS, AMERİCANO - YUMSAQ - 3-LU - DİVAN, ALYANS-PARİS DOLAB üçün 3150 manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə 3170 manat borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 49.50 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edlilmişdir. Qətnamənin surəti 27 may 2024-cü il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilmişdir. 27 iyun 2024-cü il tarixdə həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-939/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən Balakən Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(019)- 555/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nə 2 saylı əlavəyə uyğun tərtib edilmədiyindən apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir. Qərardadda Cavabdeh izah olunmuşdur ki, qərardadın surəti rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində şikayətin qaytarılması üçün səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardadın surəti xx.xx.2024-cü il tarixdə saat 10:26-da Cavabdeh elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh qərardadın surətini rəsmi qaydada aldıqdan sonra məhkəmə qərardadı ilə müəyyən edilmiş 10 gün müddətində nöqsanları aradan qaldırmaqla yenidən apelyasiya şikayəti vermədiyindən mülki iş materialları Balakən rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Balakən Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli e2(019)-555/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadın surəti xx.xx.2024-cü il tarixdə saat 12:48-də Cavabdeh elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh 17 sentyabr 2024-cü il tarixdə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(019)-555/2024 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(019)-555/2024 nömrəli qərardadına Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2(019)-555/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əsaslandırılmadığından və heç bir sübut əlavə edilmədiyindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh yenidən apelyasiya şikayəti vermə müddətinin ötürülməsi səbəbini əsaslandırmadan, heç bir sübut təqdim etmədən ərizə ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qərardadı ilə apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli e- 2(019)-555/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, qərardaddan şikayət verilməsi üçün müddəti üzürlü səbəbdən ötürmüşdür. Şikayət qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Odur ki, qərardadda qeyd olunan nnöqsanlar müəyyən edilmiş qaydada ödənilməli olan dövlət rüsumu ödənilmiş, iddianın yeni formada yazılması təmin edilmiş, digər təsdiq edən sənədlər əlavə olunmaqla ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırılmışdır. Ona görə üzürlü səbəbdən itirilmiş müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(019)-555/2024 saylı qətnaməsinin surəti 27 may 2024-cü il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilmiş, o, 27 iyun 2024-cü il tarixdə həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nə 2 saylı əlavəyə uyğun tərtib edilmədiyindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-939/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən apelyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadında Cavabdeh qərardadın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində şikayətin qaytarılması üçün səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsa da Cavabdeh müəyyən edilmiş 10 gün müddətində nöqsanları aradan qaldırmaqla yenidən apellyasiya şikayəti verməmiş, bu səbəbdən Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Balakən Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh 17 sentyabr 2024-cü il tarixdə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 555/2024 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş,Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(019)-555/2024 nömrəli qərardadına Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əsaslandırılmadığından və heç bir sübut əlavə edilmədiyindən geri qaytarılmış, Cavabdeh yenidən apelyasiya şikayəti vermə müddətinin ötürülməsi səbəbini əsaslandırmadan, heç bir sübut təqdim etmədən ərizə ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qətnaməsindən şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, cavabdeh Puçaxov X3 Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzürsüz səbəbdən buraxmışdır. Elektron sistemlə bağlı savadı olmadığından qərarların surəti ilə vaxtında tanış ola bilməməsi, bu səbəbdən apellyasiya şikayəti vermə müddətini ötürməsi barədə Cavabdeh dəlilini əsassız hesab edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ali təhsilli şəxsdir, dəfələrlə məhkəmə mübahisələrinin tərəfi olmuşdur. Bu səbəblərdən onun elektron kabinetdən istifadə edə bilməməsi barədə göstərdikləri həqiqətə uyğun deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə Kollegiyası tərəfindən iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli e-2(019)-555/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-239/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-239/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver