Məhkəmə qərarları › İş №2(107)-243/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-243/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-243/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «istehlak edilmiş elektrik enerjisi haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1350/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 547.33 (beş yüz qırx yeddi manat otuz üç qəpik) manat elektrik enerjisinin istehlakına görə yaranmış əsas borcun və əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 577.33 (beş yüz yetmiş yeddi manat otuz üç qəpik) manat borc pulun Cavabdeh tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1350/2019 nömrəli (hаkim E.İsayev) qətnaməsi ilə iddia təmin edilərək 547.33 (beş yüz qırx yeddi manat otuz üç qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 577.33 (beş yüz yetmiş yeddi manat otuz üç qəpik) manat borc pul Cavabdeh tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiаçı tələbini belə əsаslаndırmışdır ki, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı müvafiq alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixdə quraşdırılmış **********9M245555 nömrəli sayğacla özünə məxsus mənzilində elektrik enerjisini istehlak edir. İstehlakçı yaşadığı mənzildə uzun müddətdir ki, X1 etsə də hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. xx.xx.2019-cu il tarixli arayışdan və X4 göründüyü kimi, abonent kodu **********00272 olan Cavabdeh hesabında ödənilməmiş 547.33 (beş yüz qırx yeddi manat otuz üç qəpik) manat borc vardır. Borcun könüllü şəkildə ödənilməsi tələbi ilə Cavabdeh göndərilən yazılı xəbərdarlıq məktubu onun tərəfindən şəxsən qəbul edilsə də ona heç bir münasibət bildirilməmiş və tələb olunan borc ödənilməmişdir. Ona görə də iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Həmçinin məhkəmədə qaldırılan iddia üzrə çıxarılan qətnamə birtərəfli, onun iştirakım olmadan, yalnız kiçik iddia ərizəsində qeyd olunanlar üzrə qəbul edilmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı müvafiq alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixdə **********9M245555 nömrəli sayğac quraşdırılmış və o, özünə məxsus mənzilində elektrik enerjisini istehlak edir. Məlumat olaraq bildirir ki, iddiaçının qeyd etdiyi borc sayğac göstəricilərinə əsasən yaranan borc deyil əsassız yazılmış AKT əsasında verilmiş borcdur. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmişdir. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı kənar xətt çəkilməklə şəbəkəyə qoşulma kimi hallar olmamışdır. xx xxxxxx 2017-ci il tarixdə, “xxxx” ASC-nin Şimal RETSİ-nin əməkdaşları tərəfindən onun fərdi yaşayış evinə sayğacdan kənar xətt daxil olması barədə R №052968 saylı akt tərtib edilmişdir. Qeyd olunan akt onun iştirakı olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğacdan kənar xəttin çəkilməsi və qoşulması barədə aktda göstərilənlərlə əlaqədar hər hansı foto, video çəkiliş aparılmamış, ümumiyyətlə göstərilən pozuntunun mövcudluğunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları’nın tələbləri pozulmuşdur. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2018-ci il tarixdə quraşdırılmış **********9M245555 nömrəli sayğacla özünə məxsus mənzilində elektrik enerjisini istehlak edir. İstehlakçı yaşadığı mənzildə uzun müddətdir ki, X1 etsə də hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. xx.xx.2019-cu il tarixli arayışdan və X4 göründüyü kimi, abonent kodu **********00272 olan Cavabdeh hesabında ödənilməmiş 547.33 (beş yüz qırx yeddi manat otuz üç qəpik) manat borc vardır. Borcun könüllü şəkildə ödənilməsi tələbi ilə Cavabdeh göndərilən yazılı xəbərdarlıq məktubu onun tərəfindən şəxsən qəbul edilsə də ona heç bir münasibət bildirilməmiş və tələb olunan borc ödənilməmişdir. Bundan əlavə cavabdehin sayğacdan kənar xətdən istifadə etməsi aşkar olunmuş, bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, apelyasiya şiakayətinin təmin olunmamasını və birinci instansiyta məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraqCavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1350/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş ; ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh **********9M245555 nömrəli sayğacl özünə məxsus mənzilində elektrik enerjisini istehlak edir. xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xxxx ASC-yə X1 ilə bağlı 547.33 manat borcu vardır. Cavabdeh barədə tərtib edilmiş “Abunə Haqqında” məlumatdan görünür ki, sonuncu xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müvafiq ödənişlər etmiş və sonda 479 manat qalıq borcu qalmışdır. xx xxxxx 2018-ci il tarixli 096774 nömrəli “Akt” dan görünür ki, (xx xxxxx 2018-ci il tarixli “icra vərəqi) Qəbələ şəhəri M.Musabəyov küçəsində yaşayan Cavabdeh məxsus ünvana baxış keçirilmiş, bu zaman abonentin qonşu sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir (qeyd kənar xətt ləğv edildi). xx xxxx 2017-ci il tarixli 060050 nömrəli “Akt” dan görünür ki, (xx xxxx 2017-ci il tarixli “icra vərəqi) Qəbələ şəhəri M.Musabəyov küçəsində yaşayan Cavabdeh məxsus ünvana baxış keçirilmiş, bu zaman abonentin qonşu sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir (qeyd kənar xətt ləğv edildi). xx xxxxxx 2017-ci il tarixli 052968 nömrəli “Akt” dan görünür ki, (xx xxxxxx 2017-ci il tarixli “icra vərəqi) Qəbələ şəhəri M.Musabəyov küçəsində yaşayan Cavabdeh məxsus ünvana baxış keçirilmiş, bu zaman abonentin elektrik sayğacının giriş xətti zədələnərək kənar xətdən istifadə olunması aşkar edilmişdir (sayğacın giriş xətti bərpa edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunur ki, Cavabdeh iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2018-ci il tarixli müqaviləyə (**********9M245555 nömrəli sayğac)əsasən Cavabdeh mənzilində X1 edilmiş və nəticədə onun 547.33 manat məbləğində borcu yaranmışdır. Cavabdehə yaranmış borcu ödəməsi üçün «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq göndərilsə də o, müqavilənin şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. İddiaçı borc məbləğinin və dövlət rüsumunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləni fiziki şəxs olan iddiaçı ilə bağlamış və istehlak olunan elektrik enerjisinə görə iddiaçının hər hansı bir məbləğdə borcu olmasına və X1də pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İkincisi, cavabdeh özü apellyasiya şikayətində həmin borcun sayğac əsasında deyil, “AKT” əsasında verilmiş borc olduğunu bildirmiş, lakin sayğaca müdaxilə etmədiyini bildirmişdir. Lakin, iş materialları ilə təsdiq olunur ki, cavabdeh –abonent barəsində bir neçə dəfə sayğacdan kənar xətdən istifadə ilə bağlı müvafiq aktlar tərtib olunmuş və həmin aktlara cavabdeh özü imza etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1350/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar