Məhkəmə qərarları › İş №2(107)-246/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-246/2021

09.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-246/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-301/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-301/2020 saylı qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 cavabdeh Balakən rayonu Talalar Bələdiyyəsinə qarşı Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2004-cü ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Balakən rayonu Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2004-cü ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında sözügedən vəsiyyətnamənin Balakən rayonu Notariat Ofisi tərəfindən deyil, Balakən rayonu Talalar Bələdiyyəsi tərəfindən təsdiq olunduğu müəyyən olunduğundan, məhkəmə iddiaçı tərəfin razılığı ilə əsl olmayan cavabdeh Balakən rayon Notariat Ofisini əsl cavabdeh Balakən rayonu Talalar bələdiyyəsi ilə əvəz etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, Omarov X16 rayonu Talalar kəndində anadan olmuşdur və orada qeydiyyatdadır. Balakən rayonu Talalar kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 41.3 kv.m. yaşayış, 55.5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi atası X3 mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X8 xx xxxxxxx 2006-cı il tarixdə vəfat etmiş, onun ölümü ilə sözügedən daşınmaz əmlaklar üzrə miras açılmışdır. Miras açılan zaman miras qoyanın qanun üzrə birinci növbədə vərəsələri olan arvadı X33, qızı X13, oğlu X15, oğlu X9, oğlu İddiaçı1, oğlu X22 və qızı iddiaçı 1989-cu ildə anadan olmuş X28 qalmışlar. Özünü qanun üzrə birinci növbədə vərəsələrdən hesab edən X17 miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Dövlət Notariat Kontoruna xx.xx.2009-cu il tarixli ərizə ilə müraciət edəndə düzgün məlumat verməyərək, miras qoyanın öldüyü günədək ondan başqa yalnız dörd nəfər qanun üzrə birinci növbədə vərəsənin - mərhumun arvadı X24, qızı X7, oğlu X15 və oğlu X1 olduqlarını, başqa vərəsələrinin olmadıqlarını bildirmişdir. Halbuki həmin vaxt miras qoyan X3 qanun üzrə birinci növbədə daha üç nəfər vərəsəsi - oğlu İddiaçı1, oğlu X22 və qızı iddiaçı X28 qalmışlar. Balakən Rayon İcra Hakimiyyətinin Talalar ərazi üzrə nümayəndəliyi tərəfindən həmin vaxt notariusa düzgün olmayan məlumatı özündə əks etdirən mart 2009-cu il tarixli, 373 nömrəli arayışda da mərhum X3 vərəsəsinin beş nəfərdən ibarət olduğu göstərilmişdir. Nəticədə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. Buna görə də iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X14 və Balakən Rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(019)- 1748/2017 nömrəli qətnaməsi ilə iddia ərizələri təmin edilmiş, Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən cavabdeh X11 adına verilmiş xx xxxx 2009-cu il tarixli, 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və hazırda qanuni qüvvəsini almışdır. xx xxxxxxx 2006-cı il tarixdə ölmüş X2 miras qalmış 0.25 ha həyətyanı torpaq sahəsinin mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Balakən rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2 (019)-634/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Balakən Rayon Məhkəməsində 2 (019)-1553/2016 saylı mülki işə baxılarkən Hümbət Omarov atasının da bütün əmlakını ona vəsiyyət etdiyini bildirib, bu barədə Balakən Rayon Talalar kənd bələdiyyəsinin arayışını məhkəməyə təqdim etsə də, vəsiyyətnamənin lazımi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 45 nömrəli arayışında isə Talalar bələdiyyəsinin vəsiyyətnamələrin təsdiqi və qeydiyyatı kitabında xx xxxxxx 2004-cü il tarixdə 19 nömrə ilə vəsiyyətnamə yazıldığı qeyd edilmişdir. Arayışda vəsiyyətnamənin kim tərəfindən verildiyi, məzmununun nədən ibarət olması məlum deyildir. Həmin işdə dəfələrlə hakim tərəfindən təklif edilməsinə baxmayaraq, Hümbət Omarov vəsiyyətnamənin təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmiş və bildirmişdir ki, özündə heç bir sənəd yoxdur, bələdiyyədən də başqa heç bir sənəd ala bilmir. Ona görə də məhkəmə X5 öz əmlakını ona vəsiyyət etməsi barədə cavabdeh Hümbət Omarovun dəlilini və Talalar bələdiyyəsinin xx xxxxxx 2016-cı il tarixli, 45 nömrəli arayışını sübut kimi qəbul etməmişdir. Hümbət Omarov Cavabdehndə xx xxxxxx 2004-cü il tarixdə 19 nömrə ilə tərtib edilmiş vəsiyyətnaməni hər zaman məhkəməyə təqdim etməkdən çəkinmişdir. Çünki həmin vəsiyyətnamədəki imza atasına məxsus olmamış, həmin vəsiyyətnamə saxta yolla sonradan tərtib edilmiş, vəsiyyətnamənin tərtib edilməsini Talalar bələdiyyəsinin keçmiş sədri olmuş X23 təşkil etmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-176/2019 saylı qətnaməsindən görünür ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdehndə tərtib edilmiş xx xxxxxx 2007-ci il tarixli vəsiyyətnamədəki imza X29 tərəfindən icra olunmamışdır. Vəsiyyətnamədə olan imzadan açıq-aydın görünür ki, imza atasına məxsus deyildir. Həmin imzanın X17 və ya başqa şəxs tərəfindən icra edilməsi ehtimal edilir. Həmin vəsiyyətnamədəki imza ilə X6 məxsus olan Balakən RPŞ-də saxlanılan şəxsin pasport və ya şəxsiyyət vəsiqəsini almasına dair uçot kartoçkası, eyni zamanda Balakən rayon Talalar kəndi üzrə X6 məxsus təsərrüfatda 1970-1985-ci illərin təsərrüfatbaşına kitablarında olan imzalarla eyniləşdirdikdə, görünürki, həmin imzalar arasında oxşarlıq yoxdur. Həm hərflərin yazılışında, həm də imzada fərq aydın görünür. X18 həmin vəsiyyətnaməni üzə çıxarmaqdan qorxurdu, çünki vəsiyyətnamə saxta idi. Buna görə də qeyd edilən iddia ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədəki imzanın atası X10 tərəfindən icra olunduğunu, onun və ya başqa şəxs tərəfindən icra olunmadığını və bununlada iddianın əsassız olduğunu göstərərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən, sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, ekspertin qarşısına qoyulmuş suallar kifayət qədər tam və aydın cavablandırılmamış, bununla bağlı məhkəmə təkrar ekspertiza təyin etməmiş, nəticədə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın dəlillərini yoxlamaq məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, həmin ekspertiza iddia ərizəsində alınması xahiş edilən və alınan X5 xx xxxx 1979-cu il tarixli forma 1-dəki və 1969-1971, 1972-1974,1974-1976,1977-1979,1980- 1982 və 1983-1985-ci illərə dair təsərrüfatbaşına uçot kitablarında olan sərbəst imza nümanələrinin tədqiqi əsasında keçirilmiş, ekspertiza tədqiqatı aparılarkən həmin imzalar bi-biri ilə müqayisə edilmiş, müasir tədqiqat metodları tətbiq edilməklə həmin imzaların bir- biri ilə uyğunluqları müəyyən edilmiş, bu uyğunluqların sabit və dəyərli olması və fərdi (təkrarolunmaz) məcmu təşkil etməsi göstərilməklə yekun nəticəyə gəlinmişdir. Ekspertiza rəyi ilə tanış olduqdan sonra xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə vəsatət verərək Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2004-cü ildə tərtib edilmiş vəsiyyətnamədəki imzanın mərhum X10 və ya başqa şəxs tərəfindən icra edilməsinin aydınlaşdırılması üçün iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-301/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-301/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnaməndən görünür ki, Balakən Rayon Talalar kəndində yaşayan X10 ona 238 №li Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,63 ha mülkiyyət torpağını və 0,25 ha həyətyanı torpağını və bütün əmlakını oğlu Omarov Hümbət M.r oğluna vəsiyyət etmiş və həmin vəsiyyətnamə Cavabdehndə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində mülkiyyətində olan 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbə, 2 otaqlı, 41.3 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-176/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Cavabdehndə xx xxxxxx 2007-ci ildə X24 adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(019)-1553/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, xx xxxxxxx 2006-cı ildə ölmüş X5 Balakən rayonu Talalar kəndində yerləşən, onun, X24 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0,6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı qanun üzrə vərəsəlik hüququ ilə mirası qəbul etmiş vərəsələr İddiaçı1 Məmmədrəsul oğlu və X18 arasında payları bərabər olmaqla bölünmüş və hər birinə vərəsəlik hüququ üzrə 1/2 hissə paylarının müəyyən edilməsi, xx xxxxxx 2016cı ildə ölmüş X24 Balakən rayonu Talalar kəndində yerləşən, X10 və İddiaçı2 ilə ümumi birgə mülkiyyətdə olan 0,6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və İddiaçı2 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payı mirası qəbul edən vərəsələr İddiaçı1 Məmmədrəsul oğlu, X18 və İddiaçı2 arasında bölünmüş, Səfiyə Omarovanın 0,6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0,12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X12,1/14 hissəsinə İddiaçı1 Məmmədrəsul oğlunun və 1/14 hissəsinə İddiaçı2 vərəsəlik hüququ üzrə payları müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin ediliməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imza- X10 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 4/431 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 153 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Balakən Rayon Talalar kəndində yaşayan X10 ona 238 №li Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,63 ha mülkiyyət torpağını və 0,25 ha həyətyanı torpağını və bütün əmlakını oğlu Omarov Hümbət M.r oğluna vəsiyyət etmiş və həmin vəsiyyətnamə Cavabdehndə xx xxxxxx 2004-cü il tarixdə təsdiq olunmuşdur. İddiaçılar həmin vəsiyyətnamənin X10 tərəfindən imzalanmadığını, həmin imzanın X17 və ya başqa şəxs tərəfindən icra olunduğunu göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə təyin olunmuş və keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imza- X10 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilməmişdir. Birinci instаnsiyа məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyini mötəbər sübut kimi qəbul edərək göstərmişdir ki, həmin ekspertiza iddia ərizəsində alınması xahiş edilən və alınan X5 xx xxxx 1979-cu il tarixli forma 1-dəki və 1969-1971, 1972-1974,1974-1976,1977-1979,19801982 və 1983- 1985-ci illərə dair təsərrüfatbaşına uçot kitablarında olan sərbəst imza nümanələrinin tədqiqi əsasında keçirilmiş, ekspertiza tədqiqatı aparılarkən həmin imzalar bi-biri ilə müqayisə edilmiş, müasir tədqiqat metodları tətbiq edilməklə həmin imzaların birbiri ilə uyğunluqları müəyyən edilmiş, bu uyğunluqların sabit və dəyərli olması və fərdi (təkrarolunmaz) məcmu təşkil etməsi göstərilməklə yekun nəticəyə gəlinmişdir. Bu xüsusda məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyi kifayət qədər aydın, tam və əsaslıdır. Ona görə də həmin rəyin mötəbər sayılmamasına dair heç bir tutarlı fakt və əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Həmin Məcəllənin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair» xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 331.2-ci maddəsinə görə, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.2-ci maddəsinə görə, qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qanunun mənasına görə vəsiyyətnamənin etibarsızlığına səbəb olan hallarla əqdlərin etibarsızlığına səbəb olan hallar eynilik təşkil etsə də, etibarsızlıq üçün kəsici müddətlərin tətbiqində bir-birindən fərqlənirlər. Belə ki, əqdin etibarsızlığı üçüniddianın irəli sürülməsi üçün qanun bir il kəsici müddət müəyyən etsə də vəsiyyətnamənin etibarsızlığı üçün xüsusi müddət yəni 2 il müddət müəyyən etmişdir. Həm də həmin müddət vəsiyyətnamənin tərtibi vaxtından deyil, mirasın açıldığı vaxtdan hesablanır. Belə ki, Mülki Məcəllənin 1231.1-ci maddəsinə əsasən, vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Miras qoyan X8 xx xxxxxxx 2006-cı il tarixdə vəfat etmiş, onun ölümü ilə sözügedən daşınmaz əmlaklar üzrə miras açılmışdır. İş materiallarından da göründüyü kimi, iddiaçıların mübahisə predmeti olan vəsiyyətnamənin mövcudluğundan mirasın açıldığı vaxtdan xəbəri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçılar iddia tələbinin əsaslandırıldığı hal kimi Balakən rayonu Talalar bələdiyyəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə təsdiq olunmuş vəsiyyətnamənin X10 tərəfindən imzalanmadığını və bu imzanın X17 və ya başqa şəxs tərəfindən icra edildiyini ehtimal etdiklərini göstərmişlər. Lakin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imza- X10 tərəfindən icra edilmiş, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyi ilə Balakən rayonu Talalar bələdiyyəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə təsdiq olunmuş vəsiyyətnamənin X10 tərəfindən imzalanmadığı və bu imzanın X17 və ya başqa şəxs tərəfindən icra edildiyi barədə iddia tələbinin əsaslandırıldığı halın mövcudluğu təkzib olunur, yəni belə bir halın olmadığı aydın olur. İddiaçı tərəf bunun əksini, yəni Balakən rayonu Talalar bələdiyyəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə təsdiq olunmuş vəsiyyətnamənin X10 tərəfindən imzalanmadığı və X17 və ya başqa şəxs tərəfindən icra edildiyi barədə iddia tələbinin əsaslandırıldığı halın mövcudluğunu və bununla da iddianın əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu da hazırki iddianın əsassız olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertiza rəyinin mötəbərsizliyi barədə dəlilini əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X25rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcələnin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyasının iclasında ekspert rəyinin tədqiqi zamanı əlavə və ya təkrar məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini zəruri edən hallar müəyyən edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar rkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-301/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-301/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar