Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-256/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-686/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-686/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.4 ha olan torpaq sahəsi və yaşayış sahəsi 57.45 kv/m., yardımçı sahəsi 53.3 kv/m olan 3 otaqlı fərdi yaşayış evində yaşayır, hazırda da həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan mənzili xx xxxx 2005-ci il tarixdə bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh bağışlamışdır. Belə ki, ona məxsus olan mülkiyyəti oğluna bağışladıqdan sonra, o və oğlundan əlavə olaraq X17 ilə X19 həmin mənzildə birgə yaşamışlar. Qeyd olunan şəxslər həmin ünvanda qeydiyyatda olmuşlar. Oğlu Cavabdeh ona daim qulluq edəcəyini, baxacağını dediyi üçün o, özünə məxsus həmin mənzili cavabdehə bağışlamış, lakin o çirkin niyyətlərini indiyə kimi gizlədərək ona bağışladığı evi tamah niyyəti ilə ələ keçirməkdən başqa heç bir hərəkət etməmişdir. Hazırda cavabdeh həmin evi satdıqdan sonra ona qarşı laqeyd mövqe göstərir, eyni zamanda sadəcə sənəd üstündə oğlu olmaqda davam etməkdədir. Bu gün onun ayaqları tutulmuş, sərbəst hərəkət edə bilmir və qızı olmasa küçələrdə qalacaqdı. Həmin mənzili bağışlamasına baxmayaraq o, çirkin niyyətini ona baxmamaq üçün özünün eləcə də, etibarnamə əsasında X17 və X9 adından xx xxxx 2019-cu il tarixdə, həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq onun razılığı olmadan, həmin mənzili X6 alqı-satqı müqaviləsi əsasında satmışdır. Belə ki, daşınmaz əmlakın alqı-satqısı haqqında olan həmin müqavilədə qeyd olunur, ƏMDK-nin yanında DƏRDX-nin Zaqatala şəhəri Ərazi İdarəsi tərəfindən xx/xx/2009 tarixli ********* qeydiyyat nömrəli çıxarışda yuxarıda adı çəkilən şəxslərin qeydiyyatı vardır, lakin faktiki olaraq həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq onun barəsində hər hansı məlumat göstərilməmiş və müvafiq qanunvericiliyə zidd olaraq onun razılığı olmadan həmin mənzil satılmışdır. Bütün bunlar o, qızıgilə qonaq gəldikdən sonra baş vermiş və o məlumatsız olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 izahatında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-686/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Qətnamədən Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-686/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı qeyd etdikləri işin faktiki hallarını özündə əks etdirmir. Belə ki, Cavabdeh həm ev özünə bağışlandığı, həm ev satıldıqdan sonrakı dövürdə, həm də hazırda anası İddiaçı qayğısına qalmış və ona zəruri olan həm maddi, həm də mənəvi dəstəyi göstərmişdir. Anası İddiaçı evin satılmasından da xəbəri olmuş və iddiaçı ev satıldıqdan sonra da cavabdehin yanında olmuşdur. Hazırkı iddia anası İddiaçı iradəsini ifadə etmir. Cavabdeh düşünür ki, anasını belə bir iddianı qaldırmağa sövq edən uzun müddətdir ki, digər ailə üzvləri ilə də münasibəti olmayan və hazırda anasını qəsdən saxlamaq adı altında yanına aparan bacısıdır. Cavabdeh bu gündə bir övlad kimi anası İddiaçı qayğısına qalır və o bundan heç vaxt imtina etməmişdir. Mülki işin materiallarından da göründüyü kimi, xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı tələb edildiyi halda, müqaviləni bağlamış notarius işə cavabdeh qismində cəlb edilməmiş və hazırkı işdə cavabdeh olan Cavabdeh əsl cavabdeh olan notariat ofisi ilə əvəz edilməmişdir. Belə ki, Cavabdeh qeyd olunan iddiaya cavab verməli olan şəxs deyildir. Bundan başqa Məhkəmə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsini, X10 və X12 iş üzrə üçüncü şəxs qismində icraata cəlb etməmişdir. Halbuki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan iş üzrə üçüncü şəxs qismində cəlb edilsə idi, müəyyən edəcəkdi ki, xx xxxxxx 2007ci il tarixli müqaviləyə əsasən, iş üzrə Cavabdeh da öz növbəsində həmin mənzilin 1/2 hissəsini uşaqları X11 və X13 bağışlamışdır. İddia ərizəsindən də göründüyü kimi, İddiaçı istinad etdiyi hallar ən yaxşı halda xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı üçün yox, ləğv edilməsi üçün əsas ola bilərdi. Lakin, işə baxan Məhkəmə Mülki Məcəllənin 337.1, 337.2 və 339.2-ci maddələrinə istinad edərək xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin iddiaçının aldadılaraq bağlanıldığı qənaətinə gələrək etibarsız sayılmasını qət etmişdir. Yəni, İddiaçı müqavilə bağlanarkən aldadıldığı təqdirdə xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edə bilərdi. Lakin, iddia ərizəsindən, iş materiallarından və iddiaçının məhkəməyə verdiyi izahatından da göründüyü kimi, İddiaçı könüllü olaraq həmin əmlakı oğlu Cavabdeh bağışlamış və müqavilə üzrə onun üzərinə heç bir öhdəlik qoymamışdır. İddiaçı məhkəməyə vermiş olduğu izahatda və iddia ərizəsində qeyd edilir ki, "... Hazırda cavabdeh həmin evi satdıqdan sonra ona qarşı laqeyd mövqe göstərir, eyni zamanda sadəcə sənəd üstündə oğlu olmaqda davam etməkdədir." Göründüyü kimi, bununla da iddiaçı tərəf ən azından etiraf etmiş olur ki, Cavabdeh ev satılanadək ona lazım olan qayğını göstərmişdir. Yəni, bu onu deməyə əsas verir ki, Zaqatala Rayon Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə istinad etməklə müqaviləni etibarsız hesab etməsi əsassız və qanunsuzudur. Bununla yanaşı, Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verən olan anası- iş üzrə İddiaçı qarşı heç vaxt pozmamışdır. Çünki, Cavabdeh həm ev özünə bağışlandığı, həm ev satıldıqdan sonrakı dövürdə, həm də hazırda anasının qayğısına qalmış və ona zəruri olan həm maddi, həm də mənəvi dəstəyi göstərmişdir. Anasının evin satılmasından da xəbəri olmuş və iddiaçı, ev satıldıqdan sonra da cavabdehin yanında olmuşdur. İş materiallarından da göründüyü kimi, İddiaçı hədiyyə alan - Cavabdehnun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verən - İddiaçına və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında Cavabdehnun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri pozması ilə bağlı dəlil olaraq gətirdiyi yeganə əsası " .... cavabdehin ona qarşı laqeyd mövqe göstərməsi" olmuşdur, (qətnamə səh,-1 və 2) Halbu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçı məhkəməyə vermiş olduğu izahatda və iddia ərizəsində əsasən bağışlama müqaviləsinin ona görə etibarsız sayılmasını istəyir ki, həmin ev oğlu tərəfindən qeydiyyatda olmasına baxmayaraq onun razılığı olmadan satılmışdır. Halbu ki, İddiaçı bilirdi ki, evi oğluna bağışlandıqdan sonra, sonuncu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən həmin əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Göründüyü kimi, Cavabdehnın İddiaçı qarşı laqeyd mövqe göstərməsi və bununla da ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması təəssüratının yaradılmağa çalışılması faktiki olaraq bir növ bəhanə kimi istifadə edilmişdir. İddiaçı bundan əvvəl cavabdehlər Cavabdeh, X11, X14 və X6 qarşı mübahisə pretmeti olan fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı xx xxxx 2019-cu il tarixli müqavilənin etibarsız sayılması ilə bağlı iddia qaldırmışdır. Apellyasiya şikayətinə əlavə etdikləri həmin iş üzrə Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsin xx xxx 2020-ci il tarixli 2(033)-281/2020 nömrəli qətnaməsindən də göründüyü kimi iddia təmin edilməmişdir. Qeyd olunan iş üzrə iddia ərizəsindən və qətnamədən də göründüyü kimi, İddiaçı və sonuncunun nümayəndəsi, Cavabdeh İddiaçı qarşı laqeyd mövqe göstərməsi və bununla da ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmasını qeyd etməmişdirlər. Həmin iddia da İddiaçı fərdi yaşayış evində qeydiyyatda olmasına baxmayaraq onun razılığının alınmaması iddianın əsasını təşkil etmişdir. İş materiallarından və apellyasiya şikayətinə əlavə etdikləri sübutlardan (sənədlərdən) da göründüyü kimi, İddiaçı Cavabdeh qarşı xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı tələbi ilə bağlı iddia qaldırdığı zaman bilirdi ki, Cavabdeh mübahisə predtmeti olan fərdi yaşayış evinin ½ hissəsini xx xxxxxx 2007-ci il tarixdə nəvələri X17 və X14 bağışlamış, bundan sonra, yəni, xx xxxx 2019-cu il tarixdə qeyd olunan ev bütövlükdə X1. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-686/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxx 2005-ci il tarixli 4-Ə- 288 reyestr nömrəli Bağışlama müqaviləsindən görünür ki, İddiaçı Bəsarət qızı özünə məxsus olan və ünvan 2 nömrəli ünvanda yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. Həmin Müqavilədə bağışlamanın hər hansı şərtlə şərtləndirilməsi nəzərdə tutulmamışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(033)-281/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X17, X19, X15 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı sonuncu tərəfindən verilmiş Çıxarış əsasında Cavabdeh, X17, X19 ilə X15 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Zaqatala şəhər İnzibati Dairəsi üzrə nümayəndəyin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Həsənova X8 şəhəri 28 may küçəsi 49 saylı ünvanda müvəqqəti yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 18 saylı Zaqatala ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 2 a ünvanında yerləşən fərdi yaşayış evi X5 adına tam mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxx 2019-cu il tarixli AN-İN ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh, X19 və X4 şəhəri F.Əmirov küçəsində 20 saylı ünvanda 0,04 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evini X2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Zaqatala şəhəri F.Əmirov küçəsində 20 saylı ünvanda 0,04 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 2/4 hissə olmaqla Cavabdeh, ¼ hisə olmaqla X9 və ¼ hissə olmaqla X7 adına daşınmaz dövlət reyestrində 6 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 6 saylı ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində xx xxxx 2019-cu ildə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Məhkəmə hesab edir ki, iddiaçı bağışlama müqaviləsini bağlayarkən cavabdehin vəziyyətini əvvəlcədən görə bilmədiyindən sonuncu tərəfindən aldadılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.”. Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin gerçək halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh anasıdır. İddiaçı oğlu Cavabdeh zənginləşdirmək məqsədi ilə hazırkı iş üzrə mübahisələndirilən ünvan 2 A ünvanda yerləşən xx xxxx 2005-ci il tarixli 01 nömrəli reyestr kitabının 138-ci səhifəsində qeydiyyatı aparılmış 325 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan, 211 kv.m. torpaq sahəsində yerləşən 1969-cu ildə tikilmiş, yaşayış sahəsi 40,5 kv.m. olan fərdi yaşayış evini xx xxxx 2005-ci il tarixli reyestrdə 4-Ə-288 nömrə ilə qeydə alınmış müqavilə əsasında sonuncuya bağışlamışdır. Bundan sonra Cavabdeh hazırkı iş üzrə mübahisələndirilən bağışlama müqaviləsi əsasında xx xxxx 2005-ci il tarixli 336 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. xx xxxx 2019-cu il tarixli AN-İ N ******* saylı Alqı-satqı müqaviləsi əsasında Cavabdeh və yaşayış evinin digər mülkiyyətçiləri mübahisə predmeti olan yaşayış evini alıcı X2. İş üzrə iddiaçı mülkiyyətində olan evi cavabdehə bağışladığı halda həmin evdə yaşamaqdan məhrum edildiyini, hazırda iş üzrə iddiaçı sözügedən evdə yaşaya bilmədiyindən qızının əri evində qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmədə onun iddiasını təmin etmişdir. Bundan narazı qalan cavabdeh qətnamədən apellyasiya şikаyəti vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İşdən görünür ki, iddiaçı bağışlama müqaviləsinin ona görə etibarsız sayılmasını istəyir ki, həmin ev oğlu tərəfindən qeydiyyatda olmasına baxmayaraq onun razılığı olmadan satılmışdır. Halbuki, iddiaçı bağışlama müqaviləsinə imza edən zaman bilirdi ki, evi oğluna bağışladıqdan sonra, sonuncu həmin əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan başqa iddiaçı hazırki iddiadan əvvəl cavabdehlər Cavabdeh, X11, X14 və X6 qarşı mübahisə pretmeti olan fərdi yaşayış evinin X3 ilə bağlı xx xxxx 2019-cu il tarixli müqavilənin etibarsız sayılması ilə bağlı iddia qaldırmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(033)-281/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin mülki işin hallarından görünür ki, İddiaçı Cavabdeh ona qarşı laqeyd mövqe göstərməsi və bununla da ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmasını iddia tələbində qeyd etməmişdir. Həmin iddia da İddiaçı fərdi yaşayış evində qeydiyyatda olmasına baxmayaraq onun razılığının alınmaması iddianın əsasını təşkil etmişdir. Əqdlərin etibarsızlığının əsasları mülki qanunvericilikdə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV Fəsli - Əqdlərin etibarsızlığı) dəqiq sadalanmışdır. Hazırda baxılan mülki mübahisə üzrə Zaqatala Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxx 2005-ci il tarixli 4-Ə-288 reyestr nömrəli Bağışlama müqaviləsinin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV Fəslində təsbit edilmiş hər hansı qanuni əsas müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1 və 673.3-cü maddələrinə əsasən, bağışlamaqdan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-686/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı “Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” haqqında iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-686/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə aralarında bağlanmış xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” haqqında iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-256/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-256/2021
04.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver