Məhkəmə qərarları › İş №2(107)-256/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-256/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-256/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(014)-1584/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(014)-1584/2021 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İB-nin X12 İstismar İdarəsi tərəfindən 21.04.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı **********02920 saylı abonent koduna yazılmış 1252,80 (iki min iki yüz əlli iki manat səksən qəpik) manat borcun silinməsi, iş üzrə 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın X15 Sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilmə, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, yaşadığı ünvanda təbii qazdan istifadə edir və yaşadığı həyətdən çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qaza görə bildirişdə göstərilən ödənişlərini heç bir zaman gecikdirməmişdir. Cavabdeh İB-nin əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı guya sayğacdan kənar qanunsuz birləşmə aşkarlamışlar. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 1252 manat 80 qəpik borc toplanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin onun abonent koduna hesablanmış 1252 manat 80 qəpik borc qanunsuzdur. Cavabdeh orqan Cavabdeh İB-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisəninməhkəmədən kənar həlli mümkün olmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Göründüyü kimi, cavabdeh orqan dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə ona qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını özü pozmaqla, yəni qanunsuz və əsassız akt tərtib etməklə qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, onun iştirakı olmadan işə baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli 2(014)-1584/2021 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış və sadə bir araşdırma əsasında iddia tələbinin tamamilə əsassız olduğunu müəyyən edəcəkdir. Çünki hazırkı mübahisədə silinməsi tələb olunan 1252,80 manat borcun mübahissəsi ilə bağlı əvvəlki tarixdə Ağdaş Rayon Məhkəməsəində (2(014)-1556/2020, e-2(014)-378/2021) və Şəki Apellyasiya Məhkəməsində (2(107)-510/2021) mülk icraat aparılmışdır. Ona görə də apellyasiya şikayəti verilən 2(014)-1584/2021 saylı qətnamə tam şəkildə mübahisələndirilir. Hazırkı İddiaçı yaşadığı mənzilin **********02920 saylı qaz hesabı əvvəllər onun atası X3 adına olmuşdur və daha sonra 08.05.2021-ci il tarixli M-1141 saylı ərizə əsasında qaz hesabı atasının adınan öz adına keçmişdir. Mənzilin qaz hesabı iddiaçının atası X3 adına olarkən Cavabdeh İB-nin Zaqatala RQİİ-ni nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 16.04.2020-ci il tarixdə X3 yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Belə ki, sözügedən qanunsuz birləşmə küçə xəttinin altında olan dayağın içərisindən çəkildiyindən onun vizual görünməsi mümkün deyildir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16.04.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akt X7 tərəfindən imzalanmışdır. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 21.04.2020-ci il tarixli qərarı ilə 12528 kub (və ya 1252.80 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. X8 daha sonra 07.09.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-in X12 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən əsassız hesablanaraq onun abonent koduna vurulmuş 270 manat borcun silinməsi və 2020-ci ilin aprel ayında əsassız hesablanmış 1252.80 manat məbləğin (hazırkı mülki işdə mübahisələndirilən) azaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli 2(014)- 1556/2020 saylı qətnaməsi ilə 270 manat (iki yüz yetmiş manat) borca aid hissədə tələb təmin edilmiş, lakin 1252,80 manat məbləğin azaldılması hissədə tələb rədd edilmişdir. X1 Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli 2(014)-1556/2020 saylı qətnaməsinin tələbin 1252.80 manat məbləğin azaldılması hissədə rədd edilsin hissəsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(107)-510/2021 saylı qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilməmişdir. Belə olan vəziyyətdə həmin borcdan süni şəkildə yayınmaq məqsədilə oğlu Azər Orxan oğlu İddiaçı adından Cavabdeh İB-nin Zaqatala RQİİ-yə 08.05.2021-ci il tarixli M- 1141 saylı ərizə təqdim edilərək **********02920 saylı qaz hesabının Azər Məmmədovun adından çıxarılaraq oğıu İddiaçı adına keçirilməsi xahiş edilmişdir. Ərizə müsbət mənada icra edilərək qaz hesabı İddiaçı adına keçirilmiş və artıq yuxarıdakı icraatlarda adı keçən X3 adı ortadan qalxmışdır. Məqsəd gələcəkdə məhkəməyə müraciət zamanı məhkəmənin diqqətindən yayınmaq və mahiyyəti üzrə baxılmayan mülki iş kimi iddianın qeydiyyata düşməsi olub. Bundan sonra İddiaçı 29.06.2021-ci il tarixdə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciə edərək Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən 21.04.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı **********02920 saylı abonent koduna yazılmış 1252,80 (min iki yüz əlli iki manat səksən qəpik) manat borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi məhkəmənin 22.09.2021-ci il tarixli 2(014)- 1584/2021 saylı qətnaməsi ilə təmin edilmişdir. Göründüyü kimi hazırkı mübahisəyə əvvəlki tarixdə baxıldığından və çıxarılmış məhkəmə qətnamələri qanuni qüvvəsini aldığından, lakin buna baxmayaraq birinci instansiya məhkəməsi Ağdaş Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli 2(014)- 1556/2020 saylı və Şəki Apellyasiya Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(107)-510/2021 saylı qətnamələrini nəzərə almadan hazırkı 2(014)-1584/2021 saylı mülki iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(014)-1584/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı iddia tələbinin rədd edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr2021-ci il tarixli 2(014)-1584/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. İşin materiallarında olan 21.04.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı yaşadığı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsı müəyyən edilmişdir. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18 aprel 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Elster tipli, G4 markalı 10008511 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Elster tipli, G-4 markalı, ******* saylı sayğac quraşdırılmışdır İş materiallarına əlavə edilmiş 21.09.2021-ci il tarixli, **********02920 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 1252,80 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.5, 4.7 və 4.8-ci bəndlərinə istinad etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçılarınsayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İBnin X12 İstismar İdarəsi tərəfindən 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı **********02920 saylı abonent koduna yazılmış 1252,80 (iki min iki yüz əlli iki manat, səksən qəpik) manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat, 500 manatdan yuxarı olduqda isə 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddianın qiyməti 500 manatdan yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya şikayətinə əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli 2(014)-1556/2020 saylı qətnaməsindən görünür ki, X8 daha sonra 07.09.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-in X12 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən əsassız hesablanaraq onun abonent koduna vurulmuş 270 manat borcun silinməsi və 2020-ci ilin aprel ayında əsassız hesablanmış 1252.80 manat məbləğin (hazırkı mülki işdə mübahisələndirilən) azaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli 2(014)-1556/2020 saylı qətnaməsi ilə 270 manat (iki yüz yetmiş manat) borca aid hissədə tələb təmin edilmiş, lakin 1252,80 manat məbləğin azaldılması hissədə tələb rədd edilmişdir. X1 Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli 2(014)-1556/2020 saylı qətnaməsinin 1252.80 manat məbləğin azaldılmasının rədd edilməsi hissəsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(107)-510/2021 saylı qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, hazırki işdə iddiaçı Ağdaş Rayon Məhkəməsinin icraatında olmuş 2(014)-1556/2020 saylı işdə iddiaçı olmuş X3 oğlu İddiaçıdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə əsasən İddiaçı eyni tələbi ikinci dəfə irəli sürməkdə haqlı deyil. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(014)-1584/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(014)-1584/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar