Məhkəmə qərarları › İş №2(107)-257/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-257/2021

16.02.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-257/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-729/2020 saylı qətnaməsindən iddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tаrixli, 2(033)-729/2020 saylı qətnaməsi (hаkim Tural Həsənov) ilə iddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 cavabdehlər Zaqatala rayon 2 sayll Notariat kontorunun xüsusi notariusu İsgəndərova Gözəl İsgəndər qızına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X19, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 Xalilovnaya və Maraqlı şəxs6 qarşı bölgü planının, torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş çıxarışın, torpaq sahəsinin alqı-satqısına dair alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxxxx 2018-ci il tarixdə təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli **********61 saylı çıxarışdakı 0.1431 ha torpaq sahəsinin Maraqlı şəxs3, Maraqlı şəxs4 və X15 arasında tərtib edilmiş bölgü planının, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X23 tərəfindən Maraqlı şəxs3, Maraqlı şəxs4 və X8 adına aparılmış Göyəm küçəsində yerləşən 0.1431 ha torpaq sahəsinin 0.1073 ha hissəsinə dair Daşınmaz Əmlakın Dövlət Qeydiyatının və həmin qeydiyyat əsasında verilmiş RX ******* saylı Çıxarışın, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* saylı çıxarış əsasında Maraqlı şəxs3, Maraqlı şəxs4 və X15 və Maraqlı şəxs6 arasında 0.0532 kvm torpaq sahəsinin alqı satqısına dair xx xxxx 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçı Ərizəçi1 nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddia ərizəsi X24 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1393/2018 saylı qərardadı əsasında tərtib edilmişdir. İddiaçılar xx xxxxx 2004-cü il tarixdə vəfat etmiş X6 Qanun üzrə birinci növbəli vərəsələridir. Mərhum ataları X16 şəhəri Göyəm küçəsi 16 saylı ünvanda yerləşən 0.1431 ha torpaq sahəsi var idi. Həmin torpaq sahəsinə xx.xx.2014-cü il tarixdə RX seriyalı ******* saylı reyestrdən Çıxarış verilmişdir. Həmin Çıxarışda torpaq mülkiyyətçiləri mərhum Əhməd Cindarov, oğlu Maraqlı şəxs3, gəlini Maraqlı şəxs4, nəvəsi Maraqlı şəxs5dır. Həmin torpaq sahəsi mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olmuşdur. Lakin maraqlı şəxs qanunları pozaraq ölmüş adamın torpaq payını dirilərinin imzası ilə ayırmışdır. Yəni 4 nəfər mülkiyyətçisi olduğu torpaq sahəsini 3 nəfərin imzası ilə bölərək bölgü planını tərtib və təsdiq etmişdir. Bu hərəkətlə onların vərəsəlik hüququ pozulmuşdur. Göründüyü kimi torpaq sahəsində mülkiyyətçilərin payları müəyyən edildikdən sonra, mülkiyyətçilər razı olduğu halda məhkəməsiz paylar ayrıla bilər. Mülkiyyətçilər razı olmadığı halda payın ayrılmasını məhkəmədə digər mülkiyyətçidən tələb edə bilər. Mülkiyyətçi olmadığı hälda onun payına vərəsəlik hüququ əldə edildikdən sonra vərəsəliyi qəbul etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırmaqla torpaq sahəsində paylar ayrıla bilər. Lakin maraqlı şəxs bu tələbləri pozaraq ölmüş şəxsin payını qanunsuz olaraq ayrılmasına dair sənəd təsdiq etmişdir. X21 vərəsələri olaraq onlar cavabdehə ayrılmış torpaq sahəsi ilə razı deyillər. Belə ki, Maraqlı şəxs3 onların yol kimi istifadə etdikləri hissəni özü üçün ayırmış və satmışdır. Həmin torpaq sahəsini alan şəxs Maraqlı şəxs6 da həmin torpaq sahəsinin vərəsələr arasında mübahisəli olduğunu bilirdi, lakin buna baxmayaraq o mübahisə olduğunu bilə bilə həmin torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini almaq üçün aparılmış saxta sənədləşmədə o da iştirak etmişdir. Buradan görünür ki, Maraqlı şəxs3la əlbir olub iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsini başqa şəxslərə satılmasına şərait yaratmışlar. İddiaçıların xx xxxxx 2004-cü il tarixdə vəfat etmiş X6 qanun üzrə birinci növbəli vərəsələri olmaları işə əlavə etdikləri sənədlərlə bir daha təsdiq olunur. Belə ki, mərhuma məxsus həyətyanı torpaq sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətlərində olması, mərhumdan miras qalmış evdə yaşamalarına dair arayışlar, faktiki olaraq mərhuma məxsus əmlakı faktiki olaraq qəbul edib idarə etməklərini bir daha təsdiq edir ki, iddiaçılar miras əmlakın bir hissəsini qəbul etmişlər. İddianı müdafiə edir və onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçılar Ərizəçi4 və Ərizəçi5 nümayəndənin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X17 nümayəndəsi Ömərov Rafael Ömər oğlu izahatında mübahisələndirilən çıxarışların qanunverciliyin tələbinə əsasən qeydə alındığını bildirərək qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 apellyasiya şikayətini iddia tələbində göstərdikləri dəlillərlə əsaslandırmışlar. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-729/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Proses iştirakçılarının izahatları: Cavabadehlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X23 və Zaqatala rayon 2 sayll Notariat kontorunun xüsusi notariusu İsgəndərova Gözəl İsgəndər qızı məhkəmə kollegiyasına məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-729/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyata və verilmiş RX seriyalı ******* çıxarışa əsasən ünvan 2ndə yerləşən 0,1431 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında X14, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnanın adlarına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-13/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstərilmiş 0,1431 ha kənd təsərrüfatı torpaq sahəsindən iddiaçılar Maraqlı şəxs3, Maraqlı şəxs4 Məmmədhacıyevnanın və Maraqlı şəxs5 hər birinin payı 1/4 hissə olmaqla müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ünvan 2 16 ünvanında yerləşən Maraqlı şəxs3 məxsus olan xx.xx.2014-cü il tarixli **********61 nömrəli çıxarışa əsasən 0,1431 ha torpaq sahəsinin bölgü planından görünür ki, mərhum X10 məxsus olan pay 0,0358 ha torpaq sahəsi, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnaya məxsus olan pay 0,1073 ha torpaq sahəsidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyata və verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2ndə yerləşən 0,1073 ha kənd təsərrüfatı təyinatlı torpaqlar paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnanın adlarına daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 4Ə-512 reyestr nömrəsi ilə qeydiyyata alınmış AN-İ seriyalı ******* nömrəli xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixdə verilmiş **********07 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovna ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1073 ha olan torpaq sahəsindən 0,0532 ha torpaq sahəsini 5300 manat qiymətə Maraqlı şəxs6 satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyata və verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2ndə yerləşən 0,0532 ha kənd təsərrüfatı təyinatlı torpaqlar tam mülkiyyət hüququ əsasında Maraqlı şəxs6 adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 2 saylı X9 Zübeydət Əhməd qızına ünvanlandığı xx xxx 2018-ci il tarixli 336 nömrəli məktubundan görünür ki, mərhum atası X14 və anası -X3 miras qalmış qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən mərhumun digər vərəsəsi olan X18 ilə aranızda mübahisə olduğunu bildirilərək imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 1 saylı Notariat Kontorunun xx xxxxxx 2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Notariat Kontoru tərəfindən xx xxxxxx 2008-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V70 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx xxxxxx 2013-cü ildə vəfat etmiş X7 vərəsələri qızı-X11 və nəvəsi-Ərizəçi1dur. Şəhadətnamə verilən miras əmlak xx xxxxxx 2013-cü ildə vəfat etmiş X12 məxsus olan DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən verilmiş seriya MH ******* nömrəli, reyestr nömrəsi **********92-10301, 1eydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan çıxarışa əsasən Zaqatala rayonu Çökəkoba kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 81,2 kv.m. yaşayış sahəsi, 61,7 köməkçi sahəsi olan fərdi yaşayış evindən ibarətdir. X1 məxsus olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,20 ha torpaq sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsinə X4 4 otaqlı, 81,2 kv.m. yaşayış sahəsi, 61,7 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3 otağını və 0,20 ha torpaq sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsinə Ərizəçi1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 2ndə yerləşən 0,1431 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında X10, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnaya məxsus olmuşdur. X14 xx xxxxx 2004-cü il tarixdə ölmüşdür. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, ünvan 1 saylı ünvanda yerləşən RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstərilmiş 0,1431 ha kənd təsərrüfatı torpaq sahəsindən Maraqlı şəxs3, Maraqlı şəxs4 Məmmədhacıyevnanın və Maraqlı şəxs5 hər birinin payı 1/4 hissə olmaqla müəyyən edilmişdir. ünvan 2 16 ünvanında yerləşən Maraqlı şəxs3 məxsus olan xx.xx.2014-cü il tarixli **********61 nömrəli çıxarışa əsasən 0,1431 ha torpaq sahəsinin bölgü planına əsasən mərhum X10 məxsus olan pay 0,0358 ha torpaq sahəsi kimi, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnaya məxsus olan pay 0,1073 ha torpaq sahəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyata əsasən 0,1073 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında hər birinin payı 1/3 olmaqla Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnanın adına rəsmləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsinin 0,0532 ha hissəsi 4Ə-512 reyestr nömrəsi ilə qeydiyyata alınmış AN-İ seriyalı ******* nömrəli xx xxxx 2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Maraqlı şəxs6 satılmışdır. ünvan 2ndə yerləşən 0,0532 ha kənd təsərrüfatı təyinatlı torpaqlar tam mülkiyyət hüququ əsasında Maraqlı şəxs6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Ərizəçi5t Əhməd qızı mərhum atası X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin mərhumun digər vərəsəsi olan X18 ilə aralarında mübahisə olduğuna görə imtina edilmişdir. Hazırda iddiaçılar bölgü planının, RX seriyalı ******* nömrəli çıxarışın, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Cavabdehlər isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiy-yətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddianın predmeti olan ünvan 2ndə yerləşən 0,1431 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri X14, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 Xalilovna olmuşdur və mərhum X5 miras qalmış 0,1431 ha kənd təsərrüfatı torpaq sahəsinin 1/4 hissəsi ilə bağlı hər hansı bir iddia qaldırılması üçün və iddia ərizəsində qeyd etdikləri əqdlərin mübahisələndirmələri üçün iddiaçılar subyektiv hüquqa malik deyildirlər. İş materiallarından görünür ki, iddiaçıların mübahisələndirdiyi bölgü planı, çıxarışlar və alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyata və verilmiş RX seriyalı ******* çıxarış əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdir. Yəni iddiaçılar ilk öncə qeyd olunan çıxarış əsasında mülkiyyətçi olmuş X6 vərəsələri olmaları və həmin mirası qəbul etmələrini sübut etməli, bundan sonra subyektiv hüquqları yarandığı halda məhkəmə müdafiəsindən istifadə etməlidirlər. Belə ki, məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçılar belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduqlarını təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməlidir. Belə ki, iddiaçılar ünvan 2ndə yerləşən 0,1431 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi X6 qanun üzrə vərəsələri olduqlarını qeyd edirlər. Lakin, onların həqiqətən sonuncunun vərəsələri olmaları barədə sübutları məhkəməyə təqdim edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşdən də görünür ki, iddiaçılar mərhum X5 miras qalmış ünvan 2ndə yerləşən 0,1431 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsini miras olaraq qəbul etmələri barədə sübutlarını ərizəyə əlavə etməmiş, məhkəmələrə də təqdim etməmişlər. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 hazırki mülki işin predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Çünki onlar hazırda mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçılarnın tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-729/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-729/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar