Məhkəmə qərarları › İş №2(107)-259/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-259/2023

28.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-259/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, cavabdehlər Cavabdeh3 və X3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı “miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, vəsiyyət üzrə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və X4 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X12 ilə X13 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından Mustafayeva (Həsənova) Rəna Həsən qızı, Mustafayeva (Həsənova) Minirə Həsən qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qədirova (Həsənova) Rübabə Həsən qızı və İddiaçı adlı uşaqları anadan olmuşlar. X13 xx.xx.2001-ci il tarixdə, X12 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. Göyçay rayonu, 2-ci Dövlət Notariat Kontorunda tərtib edilmiş 18 may 2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan X12 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən şəxsi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Bundan əlavə olaraq, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən evinin həyətyanı sahəsinə dair də sərəncam vermişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsi X9 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göyçay rayon Notariat Ofisinin 31 mart 2022-ci il tarixli 177 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edilərək, miras şəriki olan Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Göyçay Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(046)-308/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, mərhum X9 Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin və digər əmlakının qızı İddiaçı vəsiyyət etməsinə dair 18 mart 2001-ci il tarixli Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş vəsiyyətnamənin evə dair hissəsinin etibarsız hesab edilməsi; Göyçay rayonu 1ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin mərhum X9 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı haqqında 09 sentyabr 2008-ci il tarixli, 4 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi; torpağa mülkiyyət hüququna dair JN-1479 saylı 17 dekabr 1998-ci il tarixli dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsində İddiaçı payının 0,689 ha, Cavabdeh5 payının isə 0,451 ha müəyyən edilməsi; torpağa mülkiyyət hüququna dair JN-1479 saylı 17 dekabr 1998-ci il tarixli dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsinin 0,689 ha hissəsinin İddiaçı, 0,451 ha hissəsinin isə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və həmin paylara müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(046)-498/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçılar X3, Cavabdeh3, cavabdehlər Cavabdeh5 və İddiaçı mərhum X5 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının 1/4 hissə olmasının müəyyən edilməsi, mərhum X5 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində iddiaçılar X3 1/4 hissə payı, Cavabdeh3 1/4 hissə payı, cavabdehlər Cavabdeh5 1/4 hissə payı və İddiaçı 1/4 hissə payı üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 mart 2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və onun həmin əmlaka vəsiyyət üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X12 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Mərhum atası 18 may 2001-ci il tarixdə Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq edilməklə vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə ilə Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini mərhum X1 verərək ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamənin həyətyanı torpaq sahəsinə dair hissəsi qüvvədədir. DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsi X9 mülkiyyətindədir. İddia ərizəsinə əlavə etdiyi Göyçay rayon İcra Hakimiyyəti Başçısının İkinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən mərhum X9 yaşadığı müddətdə öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10, İddiaçı. O, X5 miras qalmış DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışdır. Bundan sonra o, mirası qəbul etməsi barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə rəsmi müraciət edərək, X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsi barədə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Hesab edir ki, qeyd edilən xüsusatlar X5 miras qalmış DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul etməyi kimi qiymətləndirilməlidir. Həmçinin, Cavabdeh5 DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsində məcburi payı vardır, Cavabdeh5 miras əmlakda məcburi payını faktiki qəbul etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 isə X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsini nə rəsmi, nə də faktiki qəbul etmişlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 Mülki Məcəllənin 1243.2-ci və 1245-ci maddələrində nəzərdə tutulan qaydada və mirasın qəbul üçün müəyyən edilmiş müddətdə X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsini nə rəsmi, nə də ki faktiki qəbul etmişlər. Bununla da, Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş mirası qəbul etmə müddətini ötürmüşlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 notariat kontoruna gəlmir. Bu səbəbdən, Göyçay rayon notariat Ofisinin notariusu qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. 18 may 2001-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamə halhazırda qüvvədədir, X5 miras Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılmamışdır. Bu səbəbdən hesab edir ki, miras əmlakda onun payı vəsiyyətnaməyə əsasən müəyyən edilməlidir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 1220/2022 nömrəli iş üzrə qəbul etdiyi 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilmiş, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən, mərhum X5 miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mərhum X5 miras qalmış fərdi yaşayış evini X11, Cavabdeh3, İddiaçı və Cavabdeh5; kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə İddiaçı və Cavabdeh5 qəbul etmişdir. İşin mübahisəsiz hallarından görünür ki, mərhum X12 tərəfindən qoyulmuş xx.xx.2001-ci il tarixli vəsiyyətnamə evə dair hissədə etibarsız hesab edilmiş, torpaq sahəsinə dair hissədə isə hal-hazıradək qüvvədədir. Bu səbəbdən, məhkəmə hesab edir ki, mərhum X5 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi vəsiyyət üzrə vərəsələr arasında bölünməlidir. Hazırkı iddia tələbi ilə yalnız İddiaçı müraciət etdiyindən, mərhum X5 miras qalmış 0,26 ha həyətyanı torpaq sahəsindən yalnız İddiaçı payı müəyyən edilməlidir. Lakin iddiaçı iddia tələbində X19dan miras qalmış 0,26 ha torpaq sahəsinə bütünlükdə onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etsə də, qanun qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, X19dan miras qalmış əmlakı iddiaçı ilə bərabər digər birinci növbə üzrə vərəsələrdən X11, Cavabdeh3 və Cavabdeh5 da qəbul etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, X5 miras qalmış 0,26 ha torpaq sahəsinin bütünlükdə İddiaçı tərəfindən qəbul edilməsi və həmin miras əmlak üzərində sonuncunun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması qanuni və əsaslı deyil. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.1, 1243.2, 1243.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh3 və X11 birgə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və X5 miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı 1/4 hissədə payının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Göyçay Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(046)-498/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçılar X3, Cavabdeh3 və İddiaçı mərhum X5 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının 1/4 hissə olmasının müəyyən edilməsi, mərhum X5 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102.6 kv/m yaşayış, 58,7 kv\m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində iddiaçılar X3 1/4 hissə payı, Cavabdeh3 1/4 hissə payı, cavabdehlər Cavabdeh5 1/4 hissə payı və İddiaçı 1/4 hissədə payı üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. Məhkəmə bu bölgünü ədalətli qaydada aparmamışdır. İddiaçı ¼ hissədə payının müəyyən edilməsi heç bir halda reallığı əks etdirmir. Bundan başqa qeyd olunan mülkiyyət ümumi qaydada 4 vərəsənin əmlakıdır. Məhkəmə bu bölgünü qanun üzrə vərəsələr sırasından 1/4 hissədə bölmək əvəzinə bu əmlakı 1/2 hissədə iddiaçının xeyrinə qəbul etməklə bu hüququ tanımışdır. Qeyd olunan şəkildə bölgünün aparılması əsassızdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və X3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh5 izahatında birinci instansiya məhkəməsinin əsaslı olduğunu və dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı, cavabdehlər Cavabdeh1, X6, Cavabdeh4 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə iddiaçının apellyasiya şikayəti verməməsini nəzərə alaraq, qətnaməni cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, mərhum X12 ilə X13 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Həmin nikahdan onların Rəna, Minarə, Vaqif, Nizam, Niyaz, Rübabə və Xatirə adlı 7 övladları anadan olmuşlar. İddiaçının anası Zəriş Həsənova xx.xx.2001-ci il tarixdə, atası Həsən Həsənov isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. X19 xx.xx.2001-ci il tarixdə özünə məxsus olan fərdi yaşayış evini, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini qızı, hazırkı iş üzrə İddiaçı vəsiyyət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə həmin vəsiyyətnamə evə dair hissədə etibarsız hesab edilmiş, eyni zamanda, Həsən Həsənovdan və Zəriş Həsənovadan miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və Cavabdeh5 arasında bölünmüş, Vaqif və Cavabdeh4ların Həsən Həsənovdan və Zəriş Həsənovadan miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vəsiyyət və qanun üzrə vərəsələr kimi paylarının müəyyən edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Daha sonra Rübabə Qədimova, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən və mərhum ataları Həsən Həsənovdan miras qalmış fərdi yaşayış evinin qanun üzrə birinci növbə vərəsələr arasında bərabər qaydada bölünməsini xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X19dan miras qalmış Göyçay rayonu İ Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102,6 kv.m yaşayış, 58,7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində Rübabə Qədimovanın, Cavabdeh3, Cavabdeh5 və İddiaçı hər birinin 1/4 hissədə payı müəyyən edilmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən X19dan miras qalmış fərdi yaşayış evini onun birinci növbəli vərəsələri İddiaçı, Rübabə Qədimova, Cavabdeh3 və Cavabdeh5, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə İddiaçı və Cavabdeh5 qəbul etmişlər. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən X19 tərəfindən qoyulmuş xx.xx.2001-ci il tarixli vəsiyyətnamə yalnız fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilmişdir. Həmin vəsiyyətnamə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə dair hissədə hal-hazıradək qüvvədədir. Belə olan halda Məhkəmə hesab edir ki, X19dan miras qalmış 0,26 ha həyətyanı torpaq sahəsi İddiaçı iddiasına əsasən vərəsələr arasında bölünərək, iddiaçının payı müəyyən edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, qanun qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, X19dan miras qalmış əmlakı iddiaçı ilə yanaşı, digər birinci növbə üzrə vərəsələrdən Rübabə Qədimova, Cavabdeh3 və Cavabdeh5 qəbul etmişlər. Miras əmlak olan 0,26 ha torpaq sahəsinin İddiaçı vəsiyyət edildiyini, digər miras əmlakları faktiki qəbul edən Rübabə Qədimova, Cavabdeh3 və Cavabdeh5 həmin 0,26 ha torpaq sahəsində məcburi pay hüququnun olmasını nəzərə alan Məhkəmə, hesab edir ki, torpaq sahəsində İddiaçı 1/2 hissədə payı müəyyən edilməli, onun 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə, cavabdehlərin apеllyasiya şikayətində sadaladığı dəlillərini işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, Rayon Məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də Məhkəmə bеlə qənaətə gəlir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеllyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehlərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və X3 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə cavabdehlər Cavabdeh3 və X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar