Məhkəmə qərarları › İş №2(107)-26/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-26/2023

01.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-26/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Qax rayonu İlisu kəndində 1990-cı ildə tikilmiş ildə fərdi yaşayış evi İddiaçı məxsusudur. Hazırda da o, orada yaşayır. İddiaçı ilə Cavabdeh məxsus torpaq sahəsinin öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhəddi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikdiyini əsas gətirərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi barədə, Cavabdeh isə İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhədlərin müəyyən edilməsi barədə, Cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(024)-38/2021 saylı qərardadına əsasən ilkin iddia tələbinin “sərhəddin müəyyən edilməsi”nə dair hissəsi məhkəmənin aidiyyətində olmadığı üçün tələbin həmin hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Ona görə də, məhkəmə araşdırması “Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi”nə dair hissəsində aparılır.

4. İddiaçı ilkin iddia ərizəsində göstərmişdir ki, özünə məxsus Qax rayonu İlisu kəndində 1990-cı ildə fərdi yaşayış evi tikərək, hazırda da burada yaşayır. Bu yaşayış məntəqəsinə ondan sonra gəlmiş aşağı sərhəd qonşusu Cavabdeh öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhəddi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikmişdir. Sonra o, evinin qabağında mətbəx kimi əlavə tikinti apararkən cavabdehə yenə sərhədi pozduğunu irad tutmuşdur. Lakin R.Ə. Süleymanov onun iradına məhəl qoymadan əlavə mətbəx tikintisini də sərhədi pozmaqla aparmışdır. Bu zaman onun müraciətinə əsasən sahədə sərhədə baxış keçirən Qax rayon torpaq şöbəsinin müdiri Abdulla Həşimov cavabdeh R.Ə. Süleymanova bildirmişdir ki, o, əlavə tikilini də sərhədi 0,7m (70 sm) pozmaqla aparmışdır. Bununla belə, o zaman o qonşuluq xatirinə güzəştə getmişdir. Bundan 7-8 il əvvəl qonşusu Cavabdeh onunla sərhəddin aşağı hissəsindən hasar çəkəndə də hələ hasarın bünövrəsi qazılanda o etirazını bildirmişdir ki, öz yardımçı tikilisini sərhəddən 1 (bir) metr içəridə öz həyətində tikmişdir, cavabdeh də hasarın bünövrəsini onun yardımçı tikili ilə arada l(bir) metr məsafəni saxlamaqla aparsın. Bu zaman yenə onun müraciəti ilə sahədə baxış keçirən DT və XK -nin Qax rayon şöbəsinin müdiri Seyfulla Ramazanov da qonşusu Cavabdeh bildirmişdir ki, o, hasarın tikintisini saxlasın, çünki keb düzgün sərhəddən qoyulmayıb, ona görə də tikinti qanunsuzdur. Bu arada o 4-5 gün evdə olmamış və gələndə görmüşdür ki, qonşusu Cavabdeh məsul vəzifəli şəxsin də xəbərdarlığına məhəl qoymadan hasarın tikintisini sərhədi pozmaqla çəpəki aparmış və şərhəd barısını gətirib onun yardımçı tikilisinin arxa divarına birləşdirmişdir. O, yenə qonşusu Cavabdeh iradını bildirmiş, İlisu kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə məlumat vermişdir. Onlar gəlib yerində baxış keçirmiş və qonşusu R.Ə. Süleymanova izah etmişlər ki, onun bu tikintisi qanunsuzdur, hasar sərhədi pozmaqla çəkilmişdir. R.Ə. Süleymanov onlara da yaxşı elədiyini bildirmiş, hara istəsə şikayət edə biləcəyini demişdir. Bundan sonra da o məhkəməyə müraciət etməmiş, yenə qonşuluq xatirinə güzəştə getmişdir.Nəhayət, keçən ilin payızında yenə onun evdə olmamağından istifadə edərək qonşu R.Ə. Süleymanov artıq sərhədi pozmaqla çəkdiyi hasarın üzərində ev tikməyə başlamışdır. Həm də bu zaman da o həm texniki təhlükəsizlik, həm də yanğın təhlükəsizliyi qaydalarını pozaraq, sərhədi pozaraq hasarı onun yardımçı tikilisinə birləşdirdiyi yerə özünün qanunsuz tikdiyi evin küncünü yaxınlaşdırmaqla gələcək üçün labüd təhlükə yaratmışdır. Bu barədə o yenə İlisu kənd icra nümayəndəsi Həşim Həsənova, bələdiyyə sədri Elman Xəlilova 2021-ci ilin yanvarında şikayət etmişdir. Onlar yenə gəlib yerində baxış keçirmiş, tikintinin qanunsuz olduğunu bildirmiş və ona Qax rayon İH-nin Tikinti və Memarlıq şöbəsinə müraciət etməsini məsləhət görmüşlər. Bundan sonra o 04 fevral 2021- ci il tarixində Qax rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmiş, ərizə üzrə rayonun baş memarı Fəxrəddin Nəsibov gəlib yerində qonşusu R.Ə. Süleymanovun iştirakı ilə baxış keçirmiş və ona başa salınmışdır ki, apardığı tikinti tamamilə qanunsuzdur. Onun yuxarıda göstərdiyi bu xüsusatları adlarını sadaladığı əlaqədar məsul vəzifəli şəxslərin hər biri təsdiq edə bilər. O, uzun illər ərzində qonşuluq xatirinə qonşusu Cavabdeh yuxarıdan aşağı münasibətinə, saymamazlığına susmuş, dözmüş, xeyri olmamışdır. Cavabdeh R.Ə. Süleymanovun yeni tikdiyi evə icazəsi və layihə - smeta sənədləri yoxdur. Çünki heç bir memar-mühəndis sərhəd divarının üzərində hər hansı bir tikilinin, o cümlədən evin tikintisi üçün layihə smeta sənədi verə bilməz. Tikinti ən azından l(bir) metr sərhəddən məsafədə aparıla bilər. O da iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsini xahiş edir, çünki tələbi tam əsaslandırılmış tələbdir. Əlavə edilən şəkillərdən də əyani surətdə görünür ki, cavabdeh R.Ə. Süleymanovun çəkdirdiyi çəpəki hasar və onun üzərindəki tikili qanunsuzdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhəddin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhəddin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, istifadəsində olan həyətyanı sahəsində köməkçi sahədən ibarət yüngül konstruksiyalı tikinti inşa etmişdir, təyinatı isə yaşadığı evdə olan zəruri ehtiyaclardan ibarət məişət əşyalarının yerləşdirilməsi üçündür. Tikdiyi yardımçı sahənin üst damının örtülməsi ərəfəsində qonşu İddiaçı buna etiraz edərək dövlət orqanlarına şikayət etmiş və köməkçi sahədən ibarət tikdirdiyi tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, hazırki iddiaçı onun iddiası üzrə cavabdeh İddiaçı ona qarşı iddia qaldırmaqdan öncə apardığı tikiliyə etirazı onunla əsaslandırır ki, o özünün həyətyanı sahəsində hər ikisinin istifadəsində olan daş hasarın özünə aid hissəsində yaşayış otağı tikmək niyyətində olduğunu bildirmiş və ona isə həmin tikilini tikməyə maneə yaratmışdır. Halbuki, qarşılıqlı iddia üzrə cavabdeh aparılan tikilinin digər hissəsi olan və ümumi birgə istifadəsində olan daş hasarın üstündə yaşayış otağı tikmiş və həmin otağın dam örtüyünə su ötürücü navalcası qoymamış və bütün yağış suları onun həyətinə axıdılır. Bunun nəticəsində istifadəsində olan həyətyanı sahələrdə müxtəlif çatlar əmələ gəlmiş və daş hasarın da uçma təhlükəsi yaranmışdır. Bu barədə dəfələrlə cavabdehə bildirsə də heç bir nəticəsi olmamışdır. Halbuki, qanunvericilik də bu cür tikililərin aparılmasını qadağan edir. Cavabdeh İddiaçı isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla ara məsafəsi saxlamadan onun istifadəsində olan torpaq sahəsi ilə özünün istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz olaraq özbaşına yaşayış sahəsi inşa etmişdir. Cavabdeh İddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozaraq sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz tikdiyi yaşayış sahəsinin suyunun təbii axımı da onun həyətinə axıdılır. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, cavabdehə dəfələrlə qanunsuz tikilinin sökülməsi barədə bildirsə də heç bir nəticəsi olmamışdır. Əksinə cavabdeh ona bildirmişdir ki, hara istəsə şikayət edə bilər. Məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh qarşılqılı iddia ərizəsinə uyğuin izahat verərək ilkin iddianın rədd edilməsi qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qax rayonu İlisu kəndində 1990-cı ildə tikilmiş fərdi yaşayış evi İddiaçı məxsusudur. Hazırda da burada yaşayır. İddiaçı ilə Cavabdeh məxsus torpaq sahəsinin öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhəddi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikdiyini əsas gətirərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi barədə, Cavabdeh isə İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün Cavabdeh tərəfindən çəkilmiş hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla çəkilib-çəkilməməsinin, İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində yaşayış sahəsinin inşa edib-etməməsinin müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan məhkəmənin 02 aprel 2020 il tarixli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. “X3” MMC ekspert qarşısında qoyulmuş sualları cavablandıraraq 04 noyabr 2021-ci il tarixli, 290 saylı rəy vermişdir. Ekspertin rəyində mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunması, Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikili iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunması və İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsinin Cavabdeh məxsus torpaq sahəsi üzərinə düşməməsi müəyyən olunması öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir.

9. Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi tələbi”nə dair ilkin iddiasının əsassız olduğundan rədd edilməsi, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair qarşılıqlı iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 162, 165 və 170-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İşə əlavə edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki. Qax rayonu İlisu kəndində yerləşən 2 otaqlı, ümumi sahəsi 67.93 kv.m, yaşayış sahəsi 43.5 kv.m, köməkçi sahəsi 24.68 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsusdur.

12. İş materiallarına əlavə edilmiş “X3” MMC-nin 04 noyabr 2021-ci il tarixli, 290 saylı rəyindən görünür ki, mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunmuşdur.

13. Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikili iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunur.

14. İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsi Cavabdeh məxsus torpaq sahəsi üzərinə düşməməsi müəyyən olunur.

15. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 300 (üç) manat təşkil edir.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı 300 (üç) manat ekspertiza xərcinin 150 manatını ödəmişdir.

17. İş materiallarında olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qax rayonu İlisu kəndində qeydiyyatdadır.

18. İş materiallarında olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu İlisu kəndində qeydiyyatdadır.

19. İş materiallarında olan 09 mart 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir.

20. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

21. İş materiallarına əlavə edilmiş X7 Kitabında xx.xx.2008 tarixdə 17 nömrə ilə uçota alınmış A № 045596 olan torpaq sahəsinin plan və ölçüsü sənədi ilə Qax Rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 04 nömrəli qərarı əsasında Qax rayon İlisu kəndində 1009.89 kvm həyətyanı torpaq sahəsi Cavabdeh Məmmədəli oğluna verilmişdir.

22. İş materiallarına əlavə edilmiş X7 Kitabında xx.xx.2009 tarixdə 972 nömrə ilə uçota alınmış A № 234629 olan torpaq sahəsinin plan və ölçüsü sənədi ilə Qax Rayon İlisu Bələdiyyəsinin 3 aprel 2006-cı il tarixli 04 saylı qərarı ilə satılmış Qax rayon İlisu kəndində 400 kvm fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi Cavabdeh verilmişdir.

23. İş materiallarına əlavə edilmiş “X3” MMC-nin 04 noyabr 2021-ci il tarixli, 290 saylı rəyindən görünür ki, mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikili iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunur. İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsi Cavabdeh məxsus torpaq sahəsi üzərinə düşməməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 300 (üç) manat təşkil edir.

24. İşə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8 sentyabr 2022-ci il tarixli 10/5389 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki LTl-nin mütəxəssisi S.Ağabalayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - İlisuda Cavabdeh tərəfindən çəkilmiş hasar İlisuda İddiaçı məxsus **********94 nömrəli çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş 3-cü döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi olan məsafədə 30 sm enində cavabdeh tərəfindən istifadə olunur. - Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) yerquruluşu planında göstərilmişdir Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş X4 mülkiyyətinə verilmişdir. İlisuda İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində heç bir əsas və köməkçi tikili inşa edilməmişdir.

25. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandıraraq Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.

Qərarlar: "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. İddiaçı Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsinin ilk iddianın rədd olunmasına aid hissədə ləğv edilməsini və ilk iddianın tam təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ilk iddiaya aid hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

35. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmamasının müəyyən olunması, Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikilinin iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsinın müəyyən olunması ilə əsaslandırmışdır. İddiaçının apellyasiya şikayəti üzrə işə baxılarkən keçirilmiş ekspertiza tədqiqatları nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 8 sentyabr 2022-ci il tarixli 10/5389 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki LTl-nin mütəxəssisi S.Ağabalayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - İlisuda Cavabdeh tərəfindən çəkilmiş hasar İlisuda İddiaçı məxsus **********94 nömrəli çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş 3-cü döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi olan məsafədə 30 sm enində cavabdeh tərəfindən istifadə olunur. - Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) yerquruluşu planında göstərilmişdir Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş X4 mülkiyyətinə verilmişdir. - İlisuda İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində heç bir əsas və yardımçı tikili inşa edilməmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 30 yanvar 2023-ci il tarixli 10/8687 nömrəli rəyində göstərilmişdir ki, mülk iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: İlisuda Cavabdeh tərəfindən çəkilmiş hasar llisuda İddiaçı məxsus **********94 nömrəli çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin sxemdə göstərilmiş 3-cü döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi olan məsafədə 30 sm enində çəkilmişdir. Qərardadın 2-ci sualı üzrə: Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) yerquruluşu planında göstərilmişdir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Qərardadın 3-cü sualı üzrə: İlisuda İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində heç bir əsas və yardımçı tikili inşa edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ilk iddianı rədd edərkən istinad etdiyi dəlillər əsaslı olmamışdır.

36. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin “cavabdehin iddiaçının həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın sökülməsi, həmçinin hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində olan hissəsinin sökülməsi ilə bağlı hissəsi” ilə razılaşmır. Birincisi ona görə ki, iddiaçının sökülməsini tələb etdiyi hasar iddiaçının özünün razılığı ilə, ən azı onun etiraz olmadan hazırki iddia məhkəməyə verilməmişdən öncə cavabdeh tərəfindən 7-8 il əvvəl inşa edilmişdir. Bunu iddiaçı özünün verdiyi iddia ərizəsində və birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi izahatlarında təsdiq etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinə görə cavabdehin iddiaçının torpaq sahəsinin 30 sm enində hissəsində inşa etdiyi hasarın tikintisinə iddiaçı tərəfindən notariat qaydasında təsdiq olunmuş razılığı alınmalı idi. İddiaçı belə bir rəsmi razılığı verməsə də, özü və ailə üzvləri etiraz etməməklə cavabdehin həmin hasarı çəkməsinə razılıq vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinin tələbinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayıldığından hazırki vəziyyətdə iddiaçının hasarın sökülməsi ilə bağlı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Ona görə də, həmin tələb təmin edilə bilməz.

37. İkincisi, iddiaçının sökülməsini tələb etdiyi üst tikili (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 2-3 döngə nöqtələrində göstərilmiş 2,6 metr uzunluğunda olmaqla cəmi 2 km olan hissəsi iddiaçının mülkiyyətində olan **********94- 10301 nömrəli çıxarışda göstərilən torpaq sahəsində yerləşmir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş X4 mülkiyyətinə verilmişdir. Hazırki iş üzrə nə İlisu Bələdiyyəsi tərəfindən, nə də X6 tərəfindən İddiaçı həmin hissə ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu verən etibarnamə verilməmişdir. Yəni, iddia tələbinin həmin hissəsinin irəli sürülməsinə iddiaçının subyektiv hüquq yoxdur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, iddia tələbi bu hissədə də təmin edilə bilməz.

38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin üst tikilinin (yarımçıq binanın) sökülməsinə aid dəlillərinin həmin tikilinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsi ilə razılaşır. Çünki, tikilinin həmin hissəsi Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çəkilmiş hasarın üzərində tikilmişdir. Həmin yarımçıq üst tikilinin tikilməsinə iddiaçı tərəfindən razılıq verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 164.1 və 165.1-ci maddələrinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

39. İddiaçı yuxarıda göstərilən hüquq normalarının tələbi baxımından hazırki iddia ilə üst ttikilinin (yarımçıq binanın) bu qətnamənin 38-ci bəndində göstərilmiş hissəsinin sökülməsini tələb etməkdə haqlı olmuşdur.

40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsi qismən - ilk iddianın rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi tələbinə dair ilk iddiası üst tikilinin bu qətnamənin 38-ci bəndində göstərilmiş hissəsinin sökülməsinə aid hissədə təmin edilməli, ilk iddia tələbinin qalan hissəsi təmin edilməməli, üst tikilinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq (3) X 667260.95 Y 4590618.92, (4) X 667256.76 Y 4590626.17, döngə nöqtələri 3-4 arası məsafə - 8.4 metr müəyyən edilmiş hissəsi Cavabdeh hesabına sökülməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manatın 25 manatı İddiaçı, 75 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsi qismən - ilk iddianın rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) sökülməsi tələbinə dair ilk iddiası üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsinin sökülməsinə aid hissədə təmin edilsin. İlk iddia tələbinin qalan hissəsi təmin edilməsin. Üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq (3) X 667260.95 Y 4590618.92, (4) X 667256.76 Y 4590626.17, döngə nöqtələri 3-4 arası məsafə - 8.4 metr müəyyən edilmiş hissəsi Cavabdeh hesabına sökülsün. Ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manatın 25 manatı İddiaçı, 75 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). İş üzrə alınmış mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar