Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-268/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasın digər vərəsəyə keçirilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasdan pay, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X23 oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasın digər vərəsəyə keçirilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(019)-674/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum oğlu-X8 açıq miras qalmış ünvan 1 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsi üzrə qanun üzrə vərəsələr X24, X19, X25 və X5 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə İddiaçı keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində digər vərəsələr X14, X9, X20 və X10 cavabdeh qismində qeyd etmədiyindən, məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması zamanı onların cavabdeh qismində işə cəlb edilmələrini təklif etmiş, lakin İddiaçı digər vərəsələr X11, X6, X15 və X5 cavabdeh qismində işə cəlb edilmələrinə yazılı razılığını verməmişdir. İddiaçı digər vərəsələr X11, X6, X15 və X5 cavabdeh qismində işə cəlb edilmələrinə yazılı razılığını vermədiyindən məhkəmə onların mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmələri barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X26 onun oğlu olmuşdur. Mərhum oğlu-X26 6 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsi mərhum oğlu X16 mülkiyyətində olmuş və ondan miras qalmışdır. Oğlu vəfat edəndən sonra ondan miras qalmış əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsinə faktiki olaraq mirası o, qəbul etmiş və hal-hazıradək həmin torpaq sahəsində yerləşən evdə sadəcə o, yaşayır və torpaq sahəsindən sadəcə o, istifadə edir. Oğlunun ölümündən bir müddət sonra o, Balakən Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət edərək vərəsəlik işi açdırmışdır. Digər vərəsələr olan X24 ona və azyaşlı övladlarına çatası miras payı qəbul etmək üçün vərəsəlik şəhadətnaməsi alması üçün notariat orqanına müraciət etməmiş və mirası qəbulla bağlı hər hansı bir hərəkət etməmişdir. Umumiyyətlə oğlu rəhmətə gedəndən sonra gəlini mirasın faktiki qəbulu ilə bağlı da heç bir hərəkət etməmişdir. Bu günə kimi mirasa bütövlüklə o, sahiblik edir. X24 və övladları X19, X25 və X21 mirasın 4/5 hissəsi üçün qanun üzrə vərəsə olsalar da X24 artıq 4 ilə yaxındır ki, miras payı qəbul etməmiş və susmuşdur. Hesab edir ki, X24 mirası qəbul etməməklə, susmaqla pay hüququnu itirmişlər. Ona görə də o, mərhum oğlu-X8 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Balakən regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də xx.xx.2023-cü il tarixli № 328 nömrəli arayışla bundan imtina edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1173.1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Mərhum oğlunun vəfatından sonra o, ünvan 3 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsinə faktiki sahiblik etsə də ona həmin torpaq sahəsinə tam qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsi onun mülkiyyət hüququ üzrə sərəncam vermək hüququnu məhdudlaşdırır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(019)-674/2023 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasın digər vərəsələrə keçirilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 ilə 2005-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2005ci il X19, xx.xx.2006-cı ildə X25 və xx.xx.2009-cu ildə X21 doğulmuşlar. xx.xx.2019-cu ildə X22 ölmüşdür. Ondan, ünvan 4 ünvanında yerləşən, İddiaçı, X16, X4, X12 və X13 ümumi birgə mülkiyyətində olan 0.730 ha torpaq sahəsindəki payı miras qalmışdır. X24 İddiaçı qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanda, miras payın da olduğu torpaq sahəsində yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi və üç uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 4 may 2020-ci il tarixli, 2(019)- 207/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-962/2022 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 4 may 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 mirası qəbul etmədiyini, buna görə də miras əmlakdan pay almaq hüququnu itirdiyini göstərərək, mərhum X8 açıq miras qalmış, ünvan 3 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsi üzrə qanun üzrə vərəsələr X24, X19, X25 və X5 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə İddiaçı keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Qanun maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İddiaçı mərhum X16 vərəsəsi olduğunu iddia etsə də onun vərəsəsi olmasına dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, X16 doğum haqqında şəhadətnaməsində onun anası olaraq İddiaçı deyil, X3 qeyd edilmişdir. Bundan başqa İddiaçı özünün təqdim etdiyi, Balakən Rayon İcra Hakimiyyəti Balakən Şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 1867 nömrəli, 7 oktyabr 2021-ci il tarixli arayışda mərhum X16 vərəsələri olaraq arvadı-X24, oğlu- X19, oğlu-X25 və qızı- X21 göstərilmiş, İddiaçı vərəsə olaraq göstərilməmişdir. Bundan başqa İddiaçı mirası faktiki qəbul etdiyini iddia etsə də, mirasın qəbulu faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin o, vərəsə olaraq tanınması, öz payının müəyyən edilməsi tələbini irəli sürmədən digər vərəsələrin paylarının ona verilməsini tələb etmişdir. Həmçinin iş materiallarından görünür ki, mərhum X26 xx.xx.2019-cu il tarixdə ölmüş, mirasın açıldığı vaxtdan üç ay keçməmiş onun vərəsəsi olan arvadı-X24 miras əmlakın olduğu torpaq sahəsində yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, evə köçməklə miras əmlakdan da istifadə etmək istəmişdir. Lakin İddiaçı buna imkan verməmişdir. Buradan da görünür ki, X24 mirası İddiaçı onu və uşaqlarını miras əmlakın olduğu torpaq sahəsinə buraxmaması səbəbindən qəbul edə bilməmişdir. Həmçinin iş materiallarından görünür ki, digər vərəsələrdən Ağarza Hüseynov xx.xx.2006-cı ildə və Mətanət Hüseynova xx.xx.2009-cu ildə anadan olmaqla hələ də yetkinlik yaşına çatmamışlar. Onların mirası vaxtında qəbul etməmələri üzürlü hesab olunmaqla uzadıla bilər. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasın digər vərəsələrə keçirilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1159, 1243 və 1246-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və V hissələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, mərhum oğlu X16 vərəsəsidir. Əgər işə baxan birinci instansiya məhkəməsi bununla bağlı sübutu ondan tələb etsəydi bu barədə sübut onun tərəfindən təqdim edilərdi. İşin faktiki hallarından görünür ki, cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi onu mərhum oğlunun vərəsəsi kimi tanıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 328 nömrəli arayışı ilə təsdiq edilir ki, o mərhum oğlu X16 vərəsəsiydir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron sistemində onun mərhum oğlunun vərəsəsi olmağı təsdiq edilir. Həmin sistemə məhkəmələrin də giriş icazəsi var və həmin sistem vasitəsi ilə Elektron məhkəmə sistemindən şəxslərin valideynlərinin və övladlarının kimlər olmasını müəyyən etmək mümkündür. O, miras əmlak olan ünvan 2 ünvanında yaşayır və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinə əsasən mirası qəbul etmiş sayılır. X24 mirasın formal üsulu ilə qəbul edilməsi barədə imkanı olmasına baxmayaraq bunu etməmiş və qanunvericilikdə müəyyən edilmiş müddətdə nə özü, nə də ki, azyaşlı uşaqları üçün mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Miras əmlak mərhumdan qalmış torpaq sahəsi olsa da birinci instansiya məhkəməsinin qeyd etdiyi mülki işin predmeti onun mülkiyyətində olan fərdi yaşayış evi olmuşdur. Bunlar tamamilə fərqli daşınmaz əmlaklardır. Həmçinin onun həmin hərəkətinin tamamilə qanuni olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə yəni Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 962/2022 nömrəli qətnaməsi ilə təsdiqni tapmışdır. xx.xx.2006-cı il təvəlüllüdlü Ağarza Hüseynov və xx.xx.2009-cu il təvəlüldlü Mətanət Hüseynova iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər və dəfələrlə onlara məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri ünvanlanmışdır. Lakin onlar nə məhkəmə iclaslarına gəlməmişlər, nə də ki, iş üzrə iddia tələbinə hər hansı etiraz daxil olmamışdır. Bu müddət ərzində onların yerinə anaları Hüseynova ZəminəHəmzət qızı özü və azyaşlı uşaqları üçün mərhum oğlundan miras qalmış əmlakın qəbulu üçün notariat orqanına ərizə ilə müraciət edə bilərdi ki, bunu etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2023cü il tarixli, 2(019)-674/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələri səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(019)-674/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(019)-674/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297- 1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı hazırki iş apellyasiya icraatında olduğu vaxt çıxarıldığından hazırki işə tətbiq edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 ilə 2005-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2005-ci il X19, xx.xx.2006-cı ildə X25 və xx.xx.2009-cu ildə X21 doğulmuşlar. xx.xx.2019-cu ildə X22 ölmüşdür. Ondan, ünvan 4 ünvanında yerləşən, İddiaçı, X16, X4, X12 və X13 ümumi birgə mülkiyyətində olan 0.730 ha torpaq sahəsindəki payı miras qalmışdır. İş üzrə apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının mirasqoyan X7 vərəsəsi olmasının sübut olunmadığı qənaətinə gəlmişdir. İddiaçının məhkəmə kollegiyasına göndərdiyi AZT No 115196 olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx xxxx 1959-cu ildə doğulmuşdur. Yenə iddiaçının məhkəmə kollegiyasına göndərdiyi No-868650 olan Nikahın bağlanması haqında Şəhadətnamədən görünür ki, X17 ilə X1 nikahı 28 aprel 1988-ci ildə qeydiyyata alınmışdır. Nikahdan sonra ər Hüseynov, arvad Hüseynova soyadını daşımışlar. Qeyd olunan sənədlər, o cümlədən apellyasiya şikayətində göstərdildiyi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 328 nömrəli arayış da nəzərə alındıqda iddiaçının həqiqətən mirasqoyan X7 vərəsəsi olması sübut edilir. O cümlədən, birinci instansiya məhkəməsi iddiaçının miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmədiyi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.... Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir... Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür... Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KM-nin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Ona görə də, kollegiya hesab edir ki, hazırki halda iddiaçı Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyindən mirası qəbul etmiş vərəsə hesab edilməli və onların da miras əmlakdan payı nəzərə alınmalıdır. Belə olan halda, apellyasiya şikayətinin iddiaçının özünün mirasda payı ilə bağlı hissələrində dəlilləri əsaslı hesab edilməklə şikayət həmin hissədə təmin edilməlidir. Apellyasiya şikayətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, azyaşlılar X6, X15 və X5 mirası qəbul etməmələri ilə bağlı dəlilləri əsassızsızdır və şikayət həmin hissədə təmin edilməməlidir. Belə ki, yenə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsaslanmaqla üçüncü şəxslərin də Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyinə görə mirası qəbul etmiş vərəsə hesab edilməli və onların da miras əmlakdan payı nəzərə alınmalıdır. Beləliklə, iddiaçının miras əmlakdan payı müəyyən edilməli, iddia tələbinin qanun üzrə vərəsələr X24, X19, X25 və X5 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə İddiaçı keçməsi hissəsi isə təmin edilməməlidir. Bütün vərəsələrin mirasda payları müəyyən edilməli olduğundan iş üzrə qətnamə tamamilə ləğv edilməlidir. Miras əmlakdan payların müəyyənləşdirilməsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, mirasqoyan X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* seriyalı, **********06-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinin 1/5 hissəsinə, yəni 0.0146 ha hissəsinə mülkiyyət hüququ olduğundan, həmin hissə miras əmlak olaraq qəbul edilməklə, həmin 0.0146 ha torpaq sahəsində İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, azyaşlılar X6, X15 və X5 hər birinin 1/5 hissə payı müəyyən edilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(019)-674/2023 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* seriyalı, **********06-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X7 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinin 0.0146 ha hissəsində İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, azyaşlılar X6, X15 və X5 hər birinin 1/5 hissə payı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(019)-674/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* seriyalı, **********06-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X7 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinin 0.0146 ha hissəsində İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X6, X15 və X5 hər birinin 1/5 hissə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-268/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-268/2024
29.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver