Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-271/2022 10.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(025)-1872/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(025)-1872/2021 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qeyd olunan qərardad ilə razı olmayan Ərizəçi qərardaddan şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(025)-1872/2021 saylı ləğv olunmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(025)-1872/2021 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(025)-1872/2021 saylı qərardadından Ərizəçi şikayəti elektron qaydada verilmədiyindən Ərizəçi geri qaytarılmışdır. Ərizəçi qeyd edilən qüsurları aradan qaldıraraq və Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(025)-1872/2021 saylı qərardadından yenidən şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 10.12.2021-ci il tаrixli, 2(025)-1872/2021 qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(025)-1872/2021 saylı qərardadından Ərizəçi şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilmiş, Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(025)-1872/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 10.12.2021-ci il tаrixli, 2(025)-1872/2021 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Ərizədən görünür ki, Ərizəçi ərizə ilə müraciət edərək «"Rəşad" Kiçik Muəssəsının huquqi varisliyinin "xxxx" MMC-yə məxsus olması faktının müəyyən edilməsi barədə» qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 61.13-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur. Göründüyü kimi ərizəçi Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-149, 150, 152, 264, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikаyət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(025)-1872/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-271/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-271/2022
10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver