Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-279/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Аzəriqаz» İstehsаlаt Birliyinə qarşı (açar sözlər: Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh*nə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dаir” mülki iş üzrə Balakən Rаyоn Məhkəməsinin *4 noyabr 2023-cü il tаrixli, e-2(0*9)- 940/2023 saylı qətnаməsindən cаvаbdeh «Аzəriqаz» İstehsаlаt Birliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları *. İddiaçı Cavabdeh*nə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış *036,80 manat pulun silinməsinə və vəkilə ödənilmiş *00 manat xidmət haqqının cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Püştətala kəndində yaşayır. Evə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək, haqqını vaxtlı-vaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı plomblanmış qaz sayğacı ilə ölçülür. Cavabdeh təşkilatın işçiləri qaz sayğacını yoxlayarkən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsini aşkar etmişdir. Nazirlər Kabinetinin *2 may 20**-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.8 və 4.9-cu bəndlərində deyilir ki, sayğacın işlək vəziyyətdə saxlanmasına cavabdehliyi paylayıcı daşıyır. Bundan başqa cavabdeh sayğacın onun tərəfindən sıradan çıxarıldığını sübut etmədən ona borc yazmışdır. Cavabdeh qəsdən ona akt yazaraq ona süni borc yaratmışlar. Beləliklə, cavabdeh təşkilat onun hesabında süni olaraq borc yaratmışdır və qalıq borc kimi *036,80 manat borc göstərilir. Bu borcun silinməsi yalnız məhkəmə yolu ilə həyata keçirilməlidir. Yuxarıdakılara əsasən hesab edir ki, ona yazılmış *036,80 manat qaz borcu silinməlidir. O, məhkəməyə müraciət etmək üçün sənədlər toplamaq üçün vəkilə müraciət etmişdir. Vəkilə ödənilmiş xidmət haqqı da cavabdehdən tutularaq ona ödənilməlidir. Hesab edir ki, ona yazılmış *036,80 manat qaz borcu silinməli və vəkilə ödənidlmiş *00 manat xidmət haqqı cavabdehdən tutularaq ona ödənilməlidir.
3. Cavabdeh* nümayəndəsi X2 birinci instansiya məhkəməsinə etiraz ərizəsi ilə müraciət edərək etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh*nə qarşı Cavabdeh* İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış *036.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdeh*nə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********0**90 saylı qaz hesabında 25.*0.2023-cü il tarixə 953.26 manat borc vardır. Həmin 953.26 manat borc itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 22**0*720*7 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/*7*0-032*0-* saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında *8.*0.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 25.*0.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m3 (və ya *036,80 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2.05.20**-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları” nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərə çatdırır ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları” nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 may 20**ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının *4.03.20**-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin *096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin *097.*-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, İddiaçı Cavabdeh*nə qarşı Cavabdeh* İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış *036,80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsi xahiş edilir.
4. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər.
5. Cavabdeh* birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmiş, iddia tələbinə yazılı etirazla məhkəməyə müraciət etmiş, həmin etirazda hazırkı işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Balakən Rаyоn Məhkəməsinin (hakim Zamin Tahirov) *4 noyabr 2023-cü il tаrixli, e-2(0*9)-940/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh* Cavabdeh2 tərəfindən əsassız olaraq qalıq borc kimi hesablanmış *036,80 (bir min otuz altı manat səksən qəpik) manat İddiaçı abonent hesabından (**********0**90) silinməsi, İddiaçı tərəfindən göstərdiyi hüquqi yardıma görə nümayəndə və vəkilə ödənilmiş *00 manat Cavabdeh*ndən alınaraq İddiaçı verilməsi, Cavabdeh*ndən 30.36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.*, 2*.2, 385.*, 386.*, 425.*, 427.*, 427.2, 427.3, 442, 443.*, 443.2, 445.*, 445.2.*, 448.*, 448.2, 449.*, 449.4, 452.2, 459.*, 459.5, *09*.*, *09*.2, *092.*, *092.**, *092.*.2, *092.2, *094, *096.*, *096.2, *097.*-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 may 20**-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9 və 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Cavabdeh* Zaqatala RQİİ-nin Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 iyul 2022-ci il tarixli ******* №-li nömrəli aktından görünür ki, İddiaçı evində olan G-4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilir və G-4 markalı 22**0*720*7 nömrəli yeni sayğac ilə əvəz olunur. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh* İB-nin 30 sentyabr 2022-ci il tarixli MSK-29/*7*0-032*0-* nömrəli aktında İddiaçı evinə gələn təbii qazın həcmini göstərən qaz sayğacına baxışın keçirilməsi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması göstərilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında *8 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh* İB-nin 29/*7*0-032*0-* nömrəli aktına əsasən İddiaçı evinə gələn təbii qazın həcmini göstərən qaz sayğacına baxış keçirildi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır. - Cavabdeh* Zaqatala RQİİ-nin rəisi tərəfindən təsdiq edilmiş 25 oktyabr 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, *8 oktyabr 2022-ci il tarixli ******* №-li akt üzrə İddiaçı 8640 m3 (*036,80 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmış və hesablanmış məbləğin ödənilməli olması qeyd edilmişdir. - İddiaçı **********0**90 nömrəli abonent saldosundan görünür ki, həmin *036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentinİddiaçı abonent hesabına daxil edilmişdir. - Cavabdeh* İB-nin Zaqatala RQİİ-nin rəisinin İddiaçı ünvanladığı 0* sentyabr 2023cü il tarixli *4-2-27/2-V-7-42/2023-644 nömrəli məktubda göstərilmişdir ki, onun Zaqatala RQİİ-nə daxil olmuş xx.xx.2023-cü il tarixli *4-2-2-7/*-V-7-42/2023-650 nömrəli müraciətinə baxılmışdır. Məlumat üçün bildirilir ki, onun mənzilinin qaz xəttində istismarda olan G-4 markalı ******* nömrəli sayğac xx.xx.2022-ci il tarixdə ******* nömrəli aktla çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və yoxlamanın xx.xx.2022-ci il tarixli 29/*7*0-032*0-* nömrəli rəyinə əsasən *8.*0.2022-ci il tarixdə «Qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı aktla 8640 m3 (*036,80 manat) itirilmiş qaz hesablanmışdır. Nəzərinə çatdırılır ki, hazırda həmin borc onun **********0**90 saylı hesabında mövcuddur. Həmçinin qeyd edilir ki, sözügedən itirilmiş qazla bağlı müavafiq sənədlər ərizəsində qeyd etdiyi tarixdə (09.*2.2022) ona təqdim edilmişdir. - İddiaçı hazırki iddia ilə bağlı ona hüquqi yardımın göstərilməsi üçün Zaqatala rayon Vəkil Bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamış və *3.09.2023-cü il tarixli mədaxil qəbzi ilə Zaqatala rayon Vəkil Bürosunun hesabına *00 manat ödəmişdir.
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh* аpellyаsiyа şikаyəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri *0. Cavabdehin apellyasiya şikayətinin dəlilləri onun iddia ərizəsinə yazılı etirazının dəlilləri ilə eynilik təşkil etmiş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfdindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin *096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsuru təsdiq edən xx.xx.2022-ci il tarixli ******* aktı imza etsə də inventarizasiyanın aparılmasına dair *8.*0.2022-ci il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rаyоn Məhkəməsinin *4 noyabr 2023-cü il tаrixli, e-2(0*9)-940/2023 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh* hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
**. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. *2. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
*3. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 36*-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. *4. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: *5. Maddə 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. *6. Maddə 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. *7. Maddə 427.* və 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. *8. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. *9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.*. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 2*. Maddə 443.2. Zərər bu Məcəllənin 2*-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
22. Maddə 445.*. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə 445.2.*. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə 448.*. Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
26. Maddə 560.*. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
27. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
28. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
29. Maddə *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə *096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 3*. Maddə *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
32. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 20**-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMRDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X6 Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. - 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
33. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
34. Maddə *4.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
35. Maddə 77.* Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 2*8.*. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
38. Maddə 372.*. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4*. Maddə 384.0.*. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 402.*. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının *7-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. İşin təsvir edilmiş hallarından müəyyən edilmişdir ki, Balakən rayonu Püştətala kəndində yaşayan İddiaçı təbii qaz istehlakçısıdır və onun fərdi yaşayış evinə gələn təbii qazı qeydə alan qaz sayğacı evdən kənarda yol sahəsində yerləşdirilmişdir. Cavabdeh* Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 iyul 2022-ci il tarixli ******* nömrəli aktı tərtib edilməklə İddiaçı fərdi yaşayış evinə gələn təbii qaz sərfiyyatını qeydə alan G-4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş və yenisi ilə əvəz olunmuşdur. Lakin həmin aktda G-4 markalı ******* nömrəli qaz sayğacının zədələnməsi, o cümlədən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi və sayğacın istismara yararsız olması qeyd edilməmişdir. Cavabdeh* Zaqatala RQİİ-nin əməkdaşlarının tərtib etdiyi Təbii qazdan istifadə qaydalarının pozulması haqqında *8 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktda ARDNŞ Cavabdeh* İB-nin 29/*7*0-032*0-* nömrəli aktına əsasən İddiaçının istifadə etdiyi qaz sayğacına ümumi baxışın keçirilməsi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi və sayğacın istismara yararsız olması göstərilmiş, Cavabdeh* Zaqatala RQİİ-nin rəisi tərəfindən təsdiq edilmiş 25 oktyabr 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə *8 oktyabr 2022-ci il tarixli ******* №-li nömrəli akt üzrə İddiaçı 8640 m3 sayğacdankənar təbii qaz sərfiyyatı (*036,80 manat) hesablanmış və hesablanmış həmin məbləğin ödənilməli olması qeyd edilmişdir. İddiaçı sayğacdankənar təbii qaz sərfiyyatı əsası ilə hesablanmış *036,80 manat borc kimi İddiaçı **********0**90 nömrəli abonent hesabının qalıq və aktlar qrafasına daxil edilmişdir və ödənilməsi ondan tələb edilir. Həmçinin İddiaçı hazırki iddia ilə bağlı ona hüquqi yardımın göstərilməsi üçün Zaqatala rayon Vəkil Bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamış və *3.09.2023-cü il tarixli mədaxil qəbzi ilə Zaqatala rayon Vəkil Bürosunun hesabına *00 manat ödəmişdir.
48. Göründüyü kimi, İddiaçı yaşayış evinə gələn təbii qaz sərfiyyatının qeydiyyatını aparan qaz sayğacı bu yaşayış evinin içində və həyətində deyil, evdən kənarda yol sahəsində quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 iyul 2022-ci il tarixli ******* nömrəli akt, qaz sayğacının yoxlanılması barədə 30 sentyabr 2022-cü il tarixli MSK-29/*7*0-032*0-* nömrəli akt, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında *8 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt və *8 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 kub metr itirilmiş qazın bərpası ilə bağlı 25 oktyabr 2022-ci il tarixli tələbnamə verilərkən qaz sayğacına müdaxilənin İddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iş materiallarında İddiaçı tərəfindən və ya onun göstərişi və yaxud iştirakı ilə digər şəxs tərəfindən qaz sayğacına müdaxilə olunmasını, ehtimal edilən bu müdaxilə nəticəsində İddiaçı evinə gələn təbii qazın həcmini göstərən qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi və məhz bunun nəticəsində sayğacın istismara yararsız vəziyyətə düşməsini təsdiq edən heç bir sübut yoxdur. Cavabdeh* Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 iyul 2022-ci il tarixli ******* nömrəli aktda da İddiaçı fərdi yaşayış evinə gələn təbii qaz sərfiyyatını qeydə alan G-4 markalı ******* nömrəli qaz sayğacının zədələnməsi, o cümlədən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi və sayğacın istismara yararsız olması qeyd edilməmişdir. İş üzrə Cavabdeh* tərəfindən də İddiaçı tərəfindən və ya onun göstərişi və yaxud iştirakı ilə digər şəxs tərəfindən qaz sayğacına müdaxilə olunması, ehtimal edilən bu halla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 iyul 2022-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə 30 sentyabr 2022-ci il tarixli MSK-29/*7*0-032*0-* nömrəli aktın, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında *8 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktın və *8 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 kub metr (*036,80 manat) itirilmiş qazın bərpası ilə bağlı 25 oktyabr 2022-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə etirazın əsasını təşkil edə biləcək həmin halların mövcudluğu sübut olunmamışdır. Ona görə də məhkəmə qeyd olunan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 iyul 2022-ci il tarixli ******* nömrəli aktı, qaz sayğacının yoxlanılması barədə 30 sentyabr 2022ci il tarixli MSK-29/*7*0-032*0-* nömrəli aktı, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında *8 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktı və *8 oktyabr 2022ci il tarixli ******* nömrəli akt əsasında 8640 kub metr (*036,80 manat) itirilmiş qazın bərpası ilə bağlı 25 oktyabr 2022-ci il tarixli tələbnaməni həqiqəti əks etdirməyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir.
49. Eyni zamanda, Cavabdeh* tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona *036,80 manat məbləğində zərər vurulması, bu zərərlə İddiaçı ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Belə mötəbər sübutlar Cavabdeh* nümayəndəsinin iddiaya yazılı etirazında da göstərilməmiş və həmin etiraza əlavə olunmamışdır.
50. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün İddiaçı evinə gələn təbii qazın qeydiyyatını aparan qaz sayğacının işlək vəziyyətdə saxlanma vəzifəsi Cavabdeh* İB-nin üzərinə düşməklə həmin təşkilat tərəfindən bununla bağlı müvafiq tədbirlər görülməli idi. Lakin Cavabdeh* İB tərəfindən həmin sayğacın işlək vəziyyətdə saxlanması üçün müvafiq qanuni tədbirlər görülməmişdir. Bu işə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. 5*. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).
52. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
53. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir.
54. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq haqı olaraq hesab etmişdir ki, İddiaçı pozulmuş hüquqları bərpa olunmalı və həmin *036,80 manat qalıq borc onun abonent hesabından silinməlidir.
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
57. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” **.07.*997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
59. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rаyоn Məhkəməsinin *4 noyabr 2023-cü il tаrixli, e- 2(0*9)-940/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh* tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rаyоn Məhkəməsinin *4 noyabr 2023-cü il tаrixli, e-2(0*9)-940/2023 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov