Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-280/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış 1251,20 manat borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)- 1364/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1364/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı əsassız hesablanmış 1251,20 manat borcun onun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 1251,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Şəki şəhəri, M.Hacıyev küçəsi, ev, 2 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bildirdi ki, həmin ev atasına məxsusdur. Qeyd olunan evə dair qaz sayğacı isə anası Zinyət Səmədovanın adınadır. Göstərmişdir ki, həm atası həm də anası vəfat etmiş, o və ailəsi qeyd edilən evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul edərək onu idarə edirlər. Yaşadığı evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən ona məxsus evə verilən qaz təchizatının hesablanması ilə bağlı quraşdırılmış sayğaclar 4 dəfə dəyişdirilmişdir. Bir neçə il əvvəl onun istifadəsində olan mexaniki sayğac əvəzlənərək smart tipli sayğac qoyulmuş, həmin sayğac bir müddət işlədikdən sonra xx xxxx 2019-cu il tarixdə yeni smart tipli sayğacla əvəzlənmişdir. Həmin vaxt onlara bildirmişlər ki, sayğac mənfiyə getmişdir. Bundan sonra isə, yəni xx xxxx 2020- ci il tarixdə yenidən onların istifadələrində olan sayğac yenisi ilə əvəz edilərək onlara yenidən mexaniki qaz sayğacı qoymuşlar və həmin vaxt xx xxxx 2020-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT tərtib etmişlər. Təxminən 20 gün sonra ona sərf etdiyi qazın pulunu ödəyərkən məlum olmuşdur ki, onun hesabına əsassız olaraq 1251.20 manat borc yazılmışdır. O, bunun səbəbini aydınlaşdırmaq üçün qaz idarəsinə müraciət etdikdə ona bildirmişlər ki, bu onun istehlak etdiyi qaz sərfıyyatıdır. Lakin onun o qədər qaz sərfıyyatının olması mümkün deyil. Belə ki, onun istifadəsində smart tipli sayğac olmuşdur. Smart tipli sayğacda da sərfiyyatın bu qədər olması mümkün deyil. Belə ki, bilindiyi kimi smart tipli sayğacda məbləği karta yükləyəndən sonra kartı sayğacda oxutduqdan sonra qaz sərf etmək olur. Beləliklə göründüyü kimi Cavabdeh İB tərəfindən 1251.20 manat əsassız sərfiyyat hesablanmışdır. Hesab edir ki, hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də həmin əsassız hesablanmış məbləğ silinməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabeh "Cavabdeh” İB-nin nümayəndəsi X4 məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi borc məbləği **********10000 saylı qaz hesabında qeydə alınmış və həmin qaz hesabı Zinyət Səmədovanın adına rəsmiləşdirilmiş və eyni zamanda AGİS abonent bazasında qeydiyyat ünvanı ünvan 4-dır. Ona görə də hazırkı iddiaçı Şəki şəhəri M.Hacıyev küçəsi 2-də yaşayan İddiaçı cavabdehə qarşı Zinyət Səmədovanın qaz hesabında yaranmış borcun silinməsinə dair iddia irəli sürməsinə subyektiv hüququnun olub-olmaması məsələsinə baxılmalıdır. Digər tərəfdən Zinyət Səmədovanın hesabında qeydə alınmış borc məbləği akt əsasında yox sayğac göstəricisinə əsasən müəyyən edilmiş borc məbləğidir. Belə ki, Zinyət Səmədovanın yaşadığı ünvanda borcun yaranmasına səbəb olan iki dəfə smart kart tipli sayğac quraşdırılmış və hər iki sayğac klapan bağlanmadığından (mənfiyə getməsi) dəyişdirilmişdir. Yəni sayğacın elektron və mexaniki göstəriciləri istifadə olunmuş qazın həcmini qeyd etsə də, smart karta bağlı klapan həmin kartda olan ödəniş bitsə belə bağlanmadığından istehlakçı daimi ödəniş etmədiyindən qazdan istifadə etmişdir. Başqa sözlə əvvəlcədən ödəniş edilmədən qazdan istifadə edilmiş, bununla belə sayğac sərfi qeydə almışdır. Əlavə edilmiş sayğac çıxarılma aktlarında da dəyəri ödənilməyən qazın dəyəri (mənfiyə gedən qaz) qeyd edilmişdir. İddiaçının mübahisələndiridiyi 1251.20 manat borc məbləği xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövürdə 3 il ərzində yaranmışdır. İstehlakçının sonuncu ödənişi məhz xx.xx.2017-ci il tarixdə olmuşdur. Belə ki, istifadə edilmiş təbii qazın dəyərinin ödənilməməsi səbəbli xx.xx.2015-ci il tarixdə smart kart tipli qaz sayğacı quraşdırılmış və sayğac xx.xx.2019-cu il tarixədək istismarda olduğu müddət ərzində 698.80 manat həcmində qazdan dəyəri ödənilmədən istifadə edilmişdir. İkinci smart kart tipli sayğac isə xx.xx.2019-cu il tarixdə quraşdırılmış və sayğac xx.xx.2020-ci il tarixədək istismarda olduğu müddət ərzində 552.40 manat həcmində qazdan dəyəri ödənilmədən istifadə edilmişdir. Qeyd etmişdir ki, "Qazdan istifadə qaydaları"nın 5.2-ci bəndinə əsasən, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Ona görə də sayğaca smart kart və onun idarə edilməsi istehlakçıya məxsus olduğundan onun idarə edilməsi birbaşa istehlakçının üzərinə düşür. İstehlakçıya 3 il ərzində ödəniş etmədən qazdan istifadə etməsi sübhəsiz ona məlum idi və smart sayğac klapan bağlanmadığından bu müddət ərzində ödəniş etmədən qazdan istifadə edilmişdir və dəyəri onun tərəfindən ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və İddiaçı cavabdeh "Cavabdeh" İB-yə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək "əsassız hesablanmış 1251.20 manat borcun silinməsi barədə" iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1364/2020 saylı qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzi, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Şəki şəhəri, M.Hacıyev küç ev, 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Mülkiyyətində olan evdə qazdan istifadə edildiyinə görə küçədə “Cavabdeh" İstehsalat Birliyi tərəfindən qaz sayğacı quraşdırılmışdır. “Cavabdeh" İstehsalat Birliyi tərəfindən ona məxsus evə verilən qaz təchizatının hesablanması ilə bağlı quraşdırılmış sayğaclar 4 dəfə dəyişdirilmişdir. Bir neçə il əvvəl onun istifadəsində olan mexaniki sayğac əvəzlənərək smart tipli sayğac qoyulmuş, həmin sayğac bir müddət işlədikdən sonra xx xxxx 2019-cu il tarixdə həmin smart tipli sayğac yeni smart tipli sayğacla əvəzlənmişdir. Həmin vaxt onlara bildirmişlər ki, sayğac mənfiyə gedib. Bundan sonra isə yəni xx xxxx 2020-ci ildə yenidən onların istifadələrində olan sayğac yenisi ilə əvəz edilərək onlara yenidən mexaniki qaz sayğacı qoydular və həmin vaxt xx xxxx 2020- ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT tərtib etdilər. Təxmini 20 gün sonra ona sərf etdikləri qazın pulunu ödəyərkən olmuşdur ki, onun hesabına əsassız olaraq 1251.20 manat borc yazılmışdır. O, bunun səbəbini aydınlaşdırmaq üçün qaz idarəsinə müraciət etdikdə ona bildirmişlər ki, bu sənin sərfiyyatındır. Lakin onun o qədər qaz sərfiyyatının olması mümkün deyil. Belə ki, onun istifadəsində smart tipli sayğac olmuşdur. Smart tipli sayğacda da sərfiyyatın bu qədər olması mümkün deyil. Belə kimi bilindiyi kimi smart tipli sayğacda məbləği karta yükləyəndən sonra kartı sayğacda oxutduqdan sonra qaz sərf eləmək olur. Beləliklə göründüyü kimi cavabdeh "Cavabdeh” İB tərəfindən 1251.20 manat əsassız sərfiyyat hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, iddia tələbində silinməsi xahiş edilən məbləğ akt əsasında yox sayğac göstəricisinə əsasən müəyyən edilmiş borc məbləğidir. Yəni iddiaçı "Cavabdeh” İB tərəfindən ona AKT əsasında 1251.20 manat pul hesablanmasını sübuta yetirə bilməmişdir. İddiaçı mərhum anası X1 yaşadığı mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı üzrə hesablanmış borcu tam şəkildə ödəməmişdir. Gəlinən bu nəticədən açıq aydın görünür ki, ya birinci instansiya məhkəməsi onun iddia ərizəsiylə tanış olmamış, əgər tanış olmuşsa da bilərəkdən tamamilə qərəzli, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, iddia ərizəsində qeyd etmişdir ki, onun yaşadığı mənzildə smart tipli sayğac quraşdırılmış və bir müddət həmin smart tipli sayğac mexaniki sayğacla əvəz edilmişdir. Həmin borc məbləği də guya smart tipli sayğacın borcudur. Lakin birinci instansiya məhkəməsi onun istifadəsində olan sayğacın smart tipli sayğac olmasını nəzərə almamışdır. Belə ki, smart tipli sayğacda ödənillər ilk oncə terminallarda smart karta məbləğ yüklənilir və sonradan məbləğ yüklənilmiş smart kart sayğacda oxudularaq həmin məbləğ miqdarında qazdan istifadə edilir. Belə olan halda necə ola bilər ki, onun smart tipli sayğacda 1251.20 manat borcu yaransın. İş materiallarında mövcud ‘Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktdan da görünür ki, onun yaşadığı ünvanda istismarda olmuş “İtron” G4 markalı 1402A**********718 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “İtron" G4 markalı **********9 saylı sayğac quraşdırılmış, həmçinin iş materiallarında mövcud 'Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu" haqqında xx xxxx 2020-ci il tarixli ******* nömrəki aktdan da görünür ki, onun yaşadığı ünvanda istismarda olmuş “İtron” G4 markalı **********9 saylı sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış və əvəzində yeni “Nadik" G4 markalı 40035055 saylı sayğac quraşdırılmışdır. Hamıya məlumdur ki, “İtron" G4 markalı sayğaclar smart tipli sayğaclardır və onun istifadəsində olan sayğacların smart tipli sayğac olması iş materialları ilə də öz təsdiqini tapır. Göründüyü kimi xx xxxx 2020-ci il tarixə kimi onun istifadəsində smart tipli sayğac olmuşdur və həmin tarixdən sonra da onun 1251.20 manat borcunun yaranması mümkün deyil. Halbuki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırsaydı həmin borcun onun istifadəsində smart tipli sayğac olarkən yarandığını və smart tipli sayğacda da abonentin bu qədər borcunun yaranmasının qeyri mümkün olmasını aydınlaşdırardı. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)- 1364/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1364/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1364/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Səmədova Zinyətin yaşadığı ünvanda istismarda olmuş “İtron” G4 markalı 1402A**********718 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “İtron” G4 markalı **********9 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxx 2020-ci il tarixli ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Səmədova Zinyətin yaşadığı ünvanda istismarda olmuş “İtron” G4 markalı **********9 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Nadik” G4 markalı 40035056 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı atası X6, anası X3r. İşdə olan 6166 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ev X5 adına qeydə alınmışdır. İşdə olan “Nöyülbulaq” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 511 nömrəli arayışdan görünür ki, “Nöyülbulaq” məhəlləsi M.Hacıyev küçəsi, 2 saylı evdə yaşayan İddiaçı Abduləzər oğlu həqiqətən mərhumə X3r. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 1.3, 3.2.1, 5.5-ci və 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.2, 390.5, 427.3, 442 və 448.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Abduləzər oğlu atasıX10 oğluna aid olan texniki pasportla təsdiq edilən evdə yaşayır. Həmin evə quraşdırılmış qaz sayğacı isə onun anasıX2 adınadır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Abduləzər oğlu hal-hazırda qeyd edilən mənzildə yaşadığından məhkəmədə iddia qaldıra bilmək hüququna malikdir. "Cavabdeh” İB Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində **********10000 saylı qaz hesablı istehlakçı kimi qeydiyyatda olan ünvan 4 ünvanında yaşayan İddiaçı mənzilində təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı ünvanda uzun müddət təbii qazdan istifadə etsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Hazırda istehlakçının qaz hesabında 1257,30 manat borc vardır. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh İB tərəfindən ona hesablanmış 1251,20 manatın silinməsini xahiş etsə də, həmin borc məbləğinin hər hansı akt əsasında hesablanması barədə sübutunu məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Əksinə cavabdeh etiraz ərizəsində göstərmişdir ki, Zinyət Səmədovanın hesabında qeydə alınmış borc məbləği akt əsasında yox sayğac göstəricisinə əsasən müəyyən edilmiş borc məbləğidir. Yəni iddiaçı Cavabdeh İB tərəfindən ona AKT əsasında 1251,20 manat pul hesablanmasını sübuta yetirə bilməmişdir. İddiaçı mərhum anası X2yaşadığı mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı üzrə hesablanmış borcunu tam şəkildə ödəməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı əsassız hesablanmış 1251,20 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki qərarı qəbul etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-280/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-280/2021
10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver