Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-285/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qaz borcunun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qaz borcunun ödənilməsi, pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qaz borcunun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(075)-1872/2023 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Qaz paylayıcısı olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2022- ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 23 noyabr 2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı evdə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Ona görə də, təbii X6nın pozulması haqqında 23 noyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz işlədicilərindən radiator soba maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, QSC maksimal saatlıq qaz sərfi 1,5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, 80 litrlik QSSQ maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 28 noyabr 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 0.8 x 2 x 24 x 360 = 13824 m³, 0.8 x 24 x 360 = 6912 m³, 1.5 x 24 x 360 = 12960 m³, 0.8 x 24 x 360 = 6912 m³ olmaqla, cəmi 40608 m³ (və ya 4872,96 manat) həcmində müəyyən edilmişdir. Həmçinin 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yaşadığı evdə quraşdırılmış “İtron” tipli G-4 markalı 1402AZ**********25 nömrəli sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********903 saylı sayğac quraşdırılmışdır. Bundan başqa sayğacın klapanının üzərində kipləşdirilmiş təbəqə olması müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Sayğacda aşkar olunan nasazlığa görə 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş və cavabdehə 3110,4 manat məbləğdə ziyan hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Cavabdeh İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 7940.86 (yeddi min doqquz yüz qırx manat səksən altı qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 99.40 (doxsan doqquz manat qırx qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 8040.66 (səkkiz min qırx manat altmış altı qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində Cavabdeh məxsus mənzilində 55-00744/22 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 7940.86 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan 7940.86 manat borc təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən itirilmiş təbii qazın həcminə görə müəyyən edilmiş məbləğdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 4872.96 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilində istismarda olmuş “İTRON” tipli G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan sayğacdan kənar qeyri-qanuni olaraq qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz işlədicilərinin Radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, PQ-3 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 0.8 m/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 80 litrlik QSSQ-nın maksimal saatlıq qaz sərfi 0.8 m/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 40608 m (və ya 4872.96 manat) həcmində müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 3110.40 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilində istismarda olmuş “İTRON” tipli G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4131-1 saylı rəydə “sayğacın klapanının üzərindəki kipləşdirici təbəqə aşkar olunmadı, sayğac istismara yararsızdır” qeyd edilmişdir. Verilmiş rəyə görə təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6m orta sutkalıq iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2032-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 25920 m (və ya 3110.40 manat) həcmində müəyyən edilmişdir. Aidiyyatı üzrə araşdırma çərçivəsində müəyyən olundu ki, toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə” müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.2.3-2.2.5-ci bəndlərinə əsasən, Qaz paylayıcısının istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini, istehlakçı tərəfindən bu Müqavilənin, “X6”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.1, 2.3.2, 2.3.4, 2.3.6-cı bəndlərinə əsasən, İstehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu Müqavilənin və “X6”nın tələblərinə əməl etməli, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər müəyyən edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, Cavabdeh, sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etməsini, təbii X6nı kobud surətdə pozmasını məhkəmə araşdırması zamanı, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərlə tam sübuta yetirilmişdir.
6. Lakin məhkəmə təbii X6nın pozması nəticəsində dəymiş ziyanın hesablanması ilə razılaşmır. Belə ki, Cavabdeh 23 noyabr 2022-ci il tarixdə sayğacdan kənar xətt vasitəsi ilə təbii X6nın pozması nəticəsində 4872,96 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, Cavabdeh 2022-ci ilin noyabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, İddiaçı isə Cavabdeh radiator soba üçün 360 gün, PQ-3 üçün 360 gün, QSQ üçün 360 gün, 80 litrlik QSSQ üçün 360 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 40608 m3 - 4872,96 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməsi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. Yəni hesablanma radiator soba üçün 0.8x2x24x30=1152 m3 (və ya 138,24 manat), PQ-3 üçün 0.8x24x30=576 m3 (və ya 69.12 manat), QSQ üçün 1.5x24x30=1080 m3 (və ya 129,60 manat), 80 litrlik QSSQ üçün 0.8x24x30=576 m3 (və ya 69,12 manat) olmaqla, cəmi 3384 m3 qaz sərfiyyatı olmaqla 406,08 manat hesablanmalıdır.
7. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi hansı səbəbdən itiriliş qazın dəyərinin 40608 m3 hesablanması, həmin qazın dəyəri olan 4872,96 manat pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, eyni zamanda hansı qaydalara əsasən itirilmiş qazın dəyərinin məhz 360 gün kimi hesablanması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
8. Bundan başqa məhkəmə 3110,4 manat məbləğində maddi ziyanla bağlı qeyd edir ki, iddiaçı cavabdehlərdən akt əsasında hesablanmış 3110,4 manat məbləğdə itirilmiş qazın bərpası üçün aparılmış hesabat məbləğini tələb etməkdə haqlı deyil. Məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Belə ki, iddiaçı hansı əsasla 3110,4 manat itirilmiş təbii qaza görə borcun cavabdehdən tələb etməsi müəyyən deyil. Çünki qeyd edilən ev üzrə sayğac Cavabdeh adınadır. Belə olan halda iddiaçı istehlak olunmuş qaz sərfiyyatının dəyərini yalnız Cavabdeh tələb edə bilər. Lakin itirilmiş təbii qaza görə 3110,4 manatın cavabdehdən tələb edilməsi qanunsuzdur. Çünki iddiaçı bununla bağlı iddia ərizəsinə müvafiq sübutlar əlavə etməmişdir.
9. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın klapanının üzərində kipləşdirilmiş təbəqə olması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın klapanının üzərində kipləşdirilmiş təbəqə olması” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı Cavabdeh təqsirli olmasını şübhə altına alır.
10. Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(075)-1872/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, Cavabdeh itirilmiş təbii qazın dəyəri olan 406,08 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqının alınaraq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 69 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X6»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9 və 5.2-ci bəndlərinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli müqavilə abonentin saldosu İddiaçı İB-nin Zaqatala RQİİ-nin 28 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X6nın pozulması haqqında” 23 noyabr 2022-ci il tarixli, ******* nömrəli akt İddiaçı İB-nin Zaqatala RQİİ-nin 29 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X6nın pozulması haqqında” 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt 24 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı İB аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı İB apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia tələbində göstərilən 7940.86 manat borc cavabdein ünvanında iki ayrıayrı tarixlərdə qeydə alınan təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən itirilmiş təbii qazın həcminə görə müəyyən edilmiş məbləğdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 4872.96 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilində istismarda olmuş “İTRON” tipli G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacından kənar qeyriqanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 3110.40 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilində istismarda olmuş “İTRON” tipli G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Həmçinin toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Məmmədov X4 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2023-cü il tarixli MN0358303 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN0461504 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir.
15. Ona görə də, Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(075)- 1872/2023 nömrəli qətnaməsinin ləğv edilməsi qismən-iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(075)-1872/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Bənd 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; Bənd 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.2-ci bəndində əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “X6”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X6”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X6”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X6nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçı Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(075)-1872/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissələrində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməyən hissələrində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin qaz sayğacına müdaxiləyə görə hesablanmış 3110.40 manata aid hissəsi birinci instansiya məhkəməsi tərəfindən tamamilə rədd edilmiş və məhkəmə bu hissədə gəldiyi nəticəni bu qətnamənin 8-9-cu bəndlərində göstərilmiş dəlillərlə əsaslandırmışdır ki, məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Belə ki, “sayğacın klapanının üzərində kipləşdirilmiş təbəqə olması” nöqsanı hər iki tərəfin təqsirindən yarana bilər. Həmin nöqsanın məhz hazırki cavabdehin təqsiri ilə formalaşdığı sübuta yetirilmir. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göründüyü kimi, hazırki halda sayğacda aşkar edilən nasazlıqların cavabdehin təqsiri üzündən baş verməsi sübut olunmur.
26. İddia tələbinin sayğacdan kənar xəttdən istifadəyə görə hesablanmış 4872.96 manat borca aid hissəsini birinci instansiya məhkəməsi qismən təmin etmişdir. Məhkəmənin həmin hissədə dəyərləndirməsi bu qətnamənin 6-7-ci bəndlərində göstərilmişdir və kollegiya həmin dəyərləndirmə ilə razılaşır. Kollegiya əlavə olaraq qeyd edir ki, qaz sayğacı küçədə quraşdırılmaqla Cavabdeh deyil, İddiaçı cavabdehliyi sərhədindədir. Yəni iddiaçının əməkdaşları mütəmadi olaraq (ən azı ayda bir dəfə olmaqla) bu və ya digər qaz sayğaclarına baxış keçirirərək, sayğacın işləməsinə, plombunun yerində olmasına və kənar müdaxilənin olub-olmamasına nəzarət edirlər. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir. Hazırkı işdə göstərilən dövrdə cavabdehin evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə iddiaçı təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pozuntunun da elə aşkar olduğu ay, yəni noyabr ayında törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq cavabdehdən əsassız olaraq 360 gün üçün itirilmiş təbii qazın dəyərinin tələb edilməsi yolverilməzdir. Qeyd olunan normanın tələbinə əsasən birinci instansiya məhkəməsi hesabat müddətini 1 ay götürməklə hesablama aparmaqda haqlı olmuşdur.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməyən hissələrində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(075)-1872/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(075)-1872/2023 nömrəli qətnaməsi mübahisələndirilən, iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.