Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-286/2023 14.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mirasın qəbulu, miras payının müəyyən edilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(025)-1082/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh Oqtay oğluna qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası, X4 miras qalmış Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququnun müəyyən olunması, 0.10 ha həyətyanı torpaq sahəsinin ona aid hissəsinin müəyyən olunması və mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, babası X9 1942-ci ildə vəfat etmişdir. Babasının mülkiyyətində Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi olmuşdur. Qohumluq əlaqələrinə görə torpaqların vərəsəlik qaydasında sənədləşdirmə işləri aparılmamışdır. Babasının yeganə varisi anası-Simuzər xanım vəfat edəndən sonra onlara məlum olmuşdur ki, babasının mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi (**********, xx.xx.2015) qanunsuz olaraq babasının qardaşı oğlu-Cavabdeh Oqtay oğlu tərəfindən mənimsənilmişdir. Halhazırda babasından miras olaraq qalan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin qanuni vərəsəsi olsa da, daşınmaz əmlak aiddiyyəti olmayan şəxs tərəfindən qanunsuz olaraq mənimsədildiyi üçün həmin torpaq sahəsindən məhrum qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddia ərizəsini müdafiə edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İş üzrə Cavabdeh Oqtay oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.
5. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1082/2022 nömrəli, 25 noyabr 2022-ci il tаrixli qətnaməsi ilə (hakim E.İsayev), İddiaçı Cavabdeh Oqtay oğluna qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə X4 miras qalmış Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququnun müəyyən olunması, 0.10 ha həyətyanı torpaq sahəsinin ona aid hissəsinin müəyyən olunması və mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını iddia etsə də, tələblərini əsaslandıra bilməmiş və iddianın əsası kimi, həmçinin Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.10 ha mübahisəli həyətyanı torpaq sahəsinin X5 mülkiyyətində olması barədə məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən mərhum X5 adına Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyata alınmış 0.10 ha torpaq sahəsi aşkar edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
8. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1159.1.1, 1159.2, 1243.1, 1261, 1262, 1274, 1282.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 14.2, 77.1, 88, 119.1, 217, 218.3-cü maddələrinə, İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, babası X9 1942-ci ildə vəfat etmişdir. Babasının mülkiyyətində Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi olmuşdur. Məlumat üçün bildirir ki, qohumluq əlaqələrinə görə torpaqların vərəsəlik qaydasında sənədləşdirmə işləri aparılmamışdır. Babasının yeganə varisi anası Simuzər xanım vəfat edəndən sonra onlara məlum olmuşdur ki, babasının mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi (**********, xx.xx.2015) qanunsuz olaraq babasının qardaşı oğlu Cavabdeh Oqtay oğlu tərəfindən mənimsənilmişdir. Hal-hazırda babasından miras olaraq qalan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin qanuni vərəsəsi olsa da, daşınmaz əmlak aiddiyyəti olmayan şəxs tərəfindən qanunsuz olaraq mənimsədildiyi üçün həmin torpaq sahəsindən məhrum qalmışdır. Məhkəmə əsassız və qanunsuz qətnamə çıxarmaqla, iddiaçının mülkiyyət hüquqularını pozmuşdur. İddiaçı X5 nəvəsidir və qanuni vərəsə kimi Dadşov Tərlana məxsus olan torpaqdan onun da payı var. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. İddiaçı birinci növbədən vərəsə hesab edilməsinə baxmayaraq, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul edərək onun hüquqlarını pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən göndərilmiş məktubda təsdiq edilir ki, Qəbələ rayonu Bum qəsəbəsində 0.10 ha həyətyanı torpaq sahəsi torpaq islahatlarından əvvəl X8 məxsus olmuşdur. Qanun üzrə daha əvvəlki növbədə vərəsə olduğu (Mən İddiaçı) halda digər növbə qohumların vərəsə olması istisna edilməlidir, lakin məhkəmə bunu etməmiş və MM 1159.1, 1159.3, 1160-cı maddələri pozulmuşdur. X9 vəsiyyətnamə qoymamış, 1-ci növbə üzrə varis İddiaçı anası vəfat etdiyindən MM-nin qanun üzrə vərəsəlik haqda müddəaları tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. İşin materiallarında şübhə doğuran halların olmasına baxmayaraq, məhkəmə bu halları araşdırmamış və nəticədə işə düzgün qiymət verməmişdir. İş üzrə preyudisial halları və qanuni qüvvəyə minmiş hökm-qətnaməni məhkəmə nəzərə almamışdır. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. İddiaçının mülkiyyət vərəsəlik hüquqları pozulmuşdur. Qanuni vərəsə kimi tanınaraq ona düşən miras payı verilməli olduğu halda, məhkəmə işin hallarını və iş materiallarını düzgün tədqiq etmədiyi üçün əsassız qətnamə qəbul etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, Cavabdeh qarşı qaldırdığı hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Oqtay oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. O həmçinin izahatında iddiaçının miras əmlak kimi iddia etdiyi 0,10 ha torpaq sahəsinin 1998-ci ildə keçirilmiş aqrar islahat zamanı onun və digər 4 nəfər ailə üzvlərinin mülkiyyətinə verildiyini, həmin torpaq sahəsinin iddiaçıya, iddiaçının anası Simuzərə, iddiaçının babası həmçinin onun özünün babasının qardaşı olan Tərlana heç bir aidiyyətinin olmadığını, iddiaçının heç bir əsası olmayan iddia ilə məhkəməyə müraciət etdiyini, iddiaçının ondan torpaq tələb etməsinin səbəblərinin ona bəlli olmadığını göstərmişdir.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və iddiaçının vəkili məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (1923-cü ildən qüvvədə olan);
487-ci maddəsinə əsasən vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr - uşaqlar (o cümlədər övladığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata- anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl Riyazı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Həmin maddənin 9 iyun 1928-ci il tarixli qərarla yeni redaksiyada verilmiş Qeydinə əsasən fiziki şəxslərdən vərəsə yalnız irs buraxanın öldüyü vaxt sağ olanlar və həmçinin onun sağlığı zamanı ananın boynuna düşən və öldükdən sonra doğulan uşaqlar ola bilər. 489-cu maddəsinə əsasən vərəsəlik vəsiyyətlə dəyişdirilmədiyi bütün hallarda qanun üzrə vərəsəlik öz qüvvəsini saxlayır. 490-cı maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras əmlak 488-ci maddədə göstərilən şəxslər arasında bərabər paylara bölünür. 499-ci maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq məhkəməyə ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. 500-ci maddəsinə əsasən vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. 503-cü maddəsinə əsasən vərəsəlik açıldığı gündən etibarən altı ayın ərzində gəlmədiyi, vərəsəliyi qəbul etməkdən imtina etdikləri halda (494-cü maddədə nəzərdə tutulan hallar istina edilməklə) və ya vərəsələrin biri və ya bir neçəsi vəsiyyət edən şəxs tərəfindən irs alma hüququndan məhrum edildikdə, onların payı qanun üzrə olan digər vərəsələrə keçir və vəsiyyət edən şəxs bütün öz əmlakını özünün təyin etdiyi vərəsələrə veriləcəyini vəsiyyətnamədə göstərməmişsə, əmlak 490-cı maddədə göstərilən qaydada onların arasında bölünür.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1 sentyabr 2000-ci ildən qüvvədə olan);
1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin;
372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(025)-1082/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə X4 miras qalmış Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququnun müəyyən olunması, 0.10 ha həyətyanı torpaq sahəsinin ona aid hissəsinin müəyyən olunması və mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını iddia etsə də, tələblərini əsaslandıra bilməmiş və iddianın əsası kimi, həmçinin Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.10 ha mübahisəli həyətyanı torpaq sahəsinin X5 mülkiyyətində olması barədə məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir.
24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının anasından miras qaldığını iddia etdiyi hissədə 1 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməkdə doğru nəticəyə gəlsə də, işə baxarkən iddiaçının iddia etdiyi miras əmlakla bağlı yaranmış hüquq münasibətlərinin həllində iddiaçının babasına münasibətdə maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir.
25. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin miras əmlakın babasından qalmasına dair hissədə tərəflər arasında yaranmış mübahisəyə iddiaçının babasının vəfat etdiyini bildirdiyi 1942-ci ildə qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin (16 iyun 1923-cü ildə qəbul edilmiş) normaları tətbiq edilməlidir.
26. İş materiallarında olan, Qəbələ rayon Bum qəsəbə İ.Ə.N tərəfindən 07 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İ 954440 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X6 05 aprel 2004-cü il tarixdə Qəbələ rayon Bum qəsəbəsində vəfat etmişdir.
27. Kollegiya qeyd edir ki, adları çəkilən hər iki mülki məcəllənin müvafiq normalarının tələblərindən də göründüyü kimi vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır.
28. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
29. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, babası X9 1942-ci ildə vəfat etmişdir. Babasının mülkiyyətində Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi olmuşdur. Babasının yeganə varisi olan anası Simuzər xanım vəfat etdikdən sonra onlara məlum olmuşdur ki, babasının mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi qanunsuz olaraq babasının qardaşı oğlu Cavabdeh tərəfindən mənimsənilmişdir.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən göndərilmiş məktubla təsdiq edilir ki, Qəbələ rayonu Bum qəsəbəsində 0,10 ha həyətyanı torpaq sahəsi torpaq islahatlarından əvvəl X8 məxsus olmuşdur.
31. İddiaçı apellyasiya şikayətində qeyd etməsinə baxmayaraq, iş materialına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsindən göndərilmiş məktubların heç birində Qəbələ rayonu Bum qəsəbəsində 0,10 ha həyətyanı torpaq sahəsinin torpaq islahatlarından əvvəl X8 məxsus olmasına dair heç bir fikir ifadə edilməmişdir.
32. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının babası olduğunu bildirdiyi X9 ilə onun qohumluq münasibətinə, həmin şəxsin 1942-ci ildə ölməsinə, X5 öldüyü tarixə onun adında hər hansı bir əmlakın olmasına, yəni miras əmlaka, həmçinin 05 aprel 2004-cü il tarixdə vəfat etmiş X6 ilə özünün qohumluğuna, X3 X4, özünün isə X2 hər hansı bir mirası qəbul etməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
33. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən göndərilmiş 20 oktyabr 2022-ci il tarixli **********25 saylı məktubdan görünür ki, elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X5 adına qeydiyyata alınmış 0.10 ha torpaq sahəsi aşkar edilməmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə də təsdiq edilmir.
37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən iddiaçının 1942-ci ildə vəfat etdiyini bildirdiyi mirasqoyan babası ilə bağlı hissədə maddi hüquq normalarını düzgün tətbiq etmədiyinə görə iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(025)-1082/2022 nömrəli qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair dair iddiası rədd edilməlidir.
38. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(025)-1082/2022 saylı qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.