Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-295/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-895/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən ona məxsus Göyçay rayonunun Cəyirli kəndində 0,2757 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 393,7 kvm, əsas sahəsi 310,2 kvm və köməkçi sahəsi 83,5 kvm sahədən ibarət qeyri-yaşayış sahəsində quraşdırılmış sayğac üzrə əsassız hesablanmış 2549 manat 43 qəpik məbləğində borcun **********1 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-895/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, X3 iddiaçının mülkiyyətində olan Göyçay rayonunun Cəyirli kəndində 0,2757 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 393,7 kvm, əsas sahəsi 310,2 kvm və köməkçi sahəsi 83,5 kvm sahədən ibarət qeyri-yaşayış sahəsini icarəyə götürmüş və yeməkxana kimi fəaliyyət göstərmişdir. X3 vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçərək (VÖEN **********) qeyri-yaşayış sahəsini yeməkxana kimi işlətmiş və kommunal xərcləri də özü ödəmişdir. Cavabdehin əməkdaşlarının tərtib etdikləri xx xxxx 2019-cu il tarixli 024718 saylı aktdan görünür ki, elektrik sayğacına baxış keçirilərkən istehlakçının nümayəndəsi (cavabdehin, aktda nümayəndə kimi göstərdiyi şəxsin səlahiyyətlərini necə müəyyən etməsi məlum deyil) kimi Habil Cəfərov iştirak etmiş və aktı imzalamışdır. Akt tərtib edilərkən istehlakçı olan iddiaçı dəvət edilməmiş və iddiaçının bu barədə təxminən 1 ay sonra məlumatı olmuşdur. Lakin cavabdeh orqan, X2 törətdiyi əmələ görə hesablanmış zərəri və sayğacın dəyərini sonuncudan deyil, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış smart sayğaca yüklənən məbləğdən çıxır. Halbuki cavabdehə zərərin vurulmasına səbəb olan hüquqa zidd əməli İddiaçı deyil, qeyri-yaşayış sahəsini yeməkxana kimi istifadə edən X3 törətmişdir. Belə ki, qeyri-yaşayış sahəsindən yeməkxana kimi istifadə edib sahibkarlıq fəaliyyəti göstərən və icarə haqqı ödəyən Habil Cəfərovun kommunal xərclərin məbləğinin az olması marağı olduğu üçün sayğaca da müdaxiləni o etmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olsa da nə qeyri-yaşayış sahəsindən, nə də qeyri-yaşayış sahəsinə qoşulmuş elektrik xəttindən faktiki istifadə etməmişdir və elektrik enerjisinin dəyərini iddiaçı ödəmədiyi üçün iddiaçının sayğaca müdaxilə etməyə marağı olmamışdır. Qeyd olunanlardan göründüyü kimi cavabdehə zərərin vurulmasına səbəb olan əməli iddiaçı deyil, Habil Cəfərov törətdiyi üçün məsuliyyəti də sonuncu daşımaqla zərərin əvəzini iddiaçı deyil, faktiki istifadəçi Habil Cəfərov ödəməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-895/2020 saylı qətnаməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-895/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 2332,15 manat pulun **********1 nömrəli abonent hesabından silinməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçay rayonunun Cəyirli kəndində 0.02757 ha torpaq sahəsində yerləşən 393.7 kv.m. ümumi, 310.2 kv.m. əsas, 83.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi olan əmlak kompleksi X3 tərəfindən icarə müqaviləsi olmadan istifadə edilmişdir. «xxxx» ASC-nin əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğaca baxış keçirilmiş, həmin sayğacın hesablama mexanizminin xüsusi maqnit vasitəsi ilə dayandırıldığı aşkar edilmiş və bu barədə xx xxxxxx 2018-ci il tarixli, RN 024718 saylı X1 qaydalarının pozulması haqqında akt tərtib edilərək abonent koduna 2549.43 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “X1 Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlili ilə qismən razılaşır. Apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məcəllənin 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İddiaçı ilə X3 arasında şifahi formalı mülki hüquqi müqavilə icarə müqaviləsi olsa da müqavilə rəsmiləşdirilməmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırkı halda məsuliyyəti mülkiyyətçi olan iddiaçı daşıyır. Bununla belə kollegiya hesab edir ki, iddia qismən əsaslıdır. «xxxx» ASC-nin əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğaca baxış keçirmiş, həmin sayğacın hesablama mexanizminin xüsusi maqnit vasitəsi ilə dayandırıldığı aşkar edilmiş və bu barədə xx xxxxxx 2018-ci il tarixli, RN 024718 saylı X1 qaydalarının pozulması haqqında akt tərtib edilərək abonent koduna 2549.43 manat məbləğində cərimə hesablanmışdır ki, bu yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmçinin həmin qərarın 8.2-ci maddəsinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh tərəf isə yeməkxananın 12 saat işləməsini nəzərə alaraq 352 gün müddətinə hesablamışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi həmin müddət 30 gün hesablanmalı idi. Beləliklə kollegiya hesab edir ki, 2549 manat 43 qəpik 352-yə bölünməli (2549,43:352=7,24), alınan rəqəm isə 30-a vurulmalıdır (7,24 x 30=217,28). Deməli iddiaçının cavabdehə olan borcu 217,28 manat təşkil edir. Artıq hesablanmış məbləğ isə 2332,15 manat təşkil edir (2549,43-217,28). Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)- 895/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 2332,15 manat pulun **********1 nömrəli abonent hesabından silinməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-895/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 2332,15 manat pulun **********1 nömrəli abonent hesabından silinməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-895/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 2332,15 manat pulun **********1 nömrəli abonent hesabından silinməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Göyçay rayonunun Cəyirli kəndində 0,2757 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 393,7 kvm, əsas sahəsi 310,2 kvm və köməkçi sahəsi 83,5 kvm sahədən ibarət qeyri-yaşayış sahəsində quraşdırılmış sayğac üzrə əsassız hesablanmış 2549 manat 43 qəpik məbləğində borcun 2332 manat 15 qəpiyi **********1 nömrəli abonent hesabından silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-295/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-295/2021
18.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver