Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-305/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tərtər Rayonlararası X5rşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli akt üzrə hesablanmış borcun silinməsi tələbinə dair" mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)- 2254/2019 nömrəli qətnaməsindən Cavabdeh səlahiyyətli nümayəndəsi X3tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim U.Osmanov) iddia tələbi təmin edilərək, iddiаçı İddiaçı оğlunun Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi, 3 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən аbоnent kоdunа hesablanmış 291.60 manat (iki yüz doxsan bir mаnаt altmış qəpik) məbləğində bоrcun silinməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh Tərtər Rayonlararası X5rşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli akt üzrə hesablanmış 291,60 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında göstərmişdir ki, o, Xocalı şəhərindən məcburi köçkün olaraq, ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. Onlara dövlət tərəfindən bütün kommunal xidmətlər 2017-ci ilin yanvar ayınadək müəyyən limit çərçivəsində ödənişsiz olmuşdur. 2017-ci ilin yanvar ayından onlar da hamı kimi istifadə etdikləri qazın pulunu ödəmişlər. Onun istifadə etdiyi qaza görə hər hansı borcu qalmamışdır. Qaz idarəsinin əməkdaşları onun qaz sayğacında problem olduğu üçün yenisi ilə əvəz etmiş, köhnə sayğaca guya müdaxilə olunduğunu bildirərək, bununla bağlı xx.xx.2019-cu il tarixdə akt tərtib edərək ona 291.60 manatlıq əlavə sərfiyyat və həmin məbləğdə borc hesablamışlar. Hesab edir ki, Qaz idarəsinin işçiləri hal şahidləri, heç olmazsa özünün iştirakını təmin etmədən hadisə yerindən kənarda qanunsuz akt tərtib etməklə ona əsassız olaraq ziyan hesablamışlar. Onun bu aktdan xəbəri olmamışdır. Yeni sayğac üçün 93 manat pul da ödəmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2254/2019 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərmişdir ki, qaz sayğacının yararsız hala salınmasında İddiaçı təqsiri yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaiarı”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar təsirdən qorunması üçün müvafiq örtüklə təmin olunmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Cavabdeh qaz sayğacını saz vəziyyətdə quraşdırıb və bu günə kimi də sayğacın saz vəziyyətdə işləməsini təmin etmişdir. Lakin, abonentlər tərəfindən işlək qaz sayğaclarına müdaxilələr olunur. Bununla Birlik tərəfindən ciddi mübarizə aparılsa da, təəssüf olsun ki, bəzi şəxslər bu kimi əməllərdən çəkinmirlər. Bu faktlarla bağlı bir neçə şəxs barəsində cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri də seçilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, üstündə plomb olan sayğaca müdaxilə etmək Birliyin maraqlarında deyildir və hər sayğac üçün ödənilən əlavə pul Birliyin iqtisadi göstəricilərinə mənfi təsir göstərir, bu da heç zaman Birliyin marağında olmayan bir haldır. Üstündə plomb olan sayğaclara vətəndaşlar tərəfindən o qədər ustacasına müdaxilələr edilir ki, bu faktları yalnız xüsusi biliyi olan şəxslər (labaratoriyada işləyən mütəxssislər) aşkar edə bilirlər. Bildirmək istəyir ki, zədələnmiş qaz sayğacı məfhumu geniş anlayışdır və əgər bu hal abonent tərəfindən müəyyən məqsədlər üçün edilmişdirsə, nəyə görə məsuliyyəti Cavabdeh daşımalıdır. Birlik tərəfindən qanunun tələbinə uyğun olaraq fiziki şəxslərin qaz sayğacları dövlət yoxlamasından keçirilərkən abonentlərdən hec bir ödəniş tələb edilmir. Göstərilən faktlardan da məlum olur ki, qaz sayğacına müdaxilə etmək onun normal işləməsinə maneələr yaratmaq və qaz sayğacını sıradan çıxarmaq X1 maraqları daxilindədir və öz mənafeyi üçün etmişdir. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən, zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2254/2019 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, cavadehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh İB-nin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə olunmuş Tərtər RQİİ Mingəçevir XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətində göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilib, dəymiş ziyan hesablansın və ziyanın dəyərinin ödənilməsi təmin edilsin. İş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 291,60 manat təşkil edir. İş materialları ilə, eləcə də məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı iddiaçının yaşadığı evin xaricində (həyətdən kənarda) qurlaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 560.1, 560.2 və 560.3-cü maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7, 4.8, 5.5, 6.7-ci maddələrinə istinad etməklə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş mаteriаllаrındаn göründüyü kimi, tərəflər аrаsındа təbii qаzdаn istifаdə qаydаlаrı ilə bаğlı mübаhisə yаrаnmışdır. Cavabdeh hesab etmişdir ki, 2019-cu ilin mayında iddiaçı həyətindən kənarda (çöldə) quraşdırılmış qaz sayğacına istifadə olunan qazın az hesablanması məqsədilə müdaxilə etmişdir. Müdaxilə qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsindən ibarət olmuşdur. İddiaçı isə sayğaca hər hansı formada müdaxilə etmədiyini, əgər sayğaca müdaxilə edilmişsə də, bunun başqası tərəfindən edildiyini və həmin müdaxiləyə görə cavabdeh olmadığını bildirərək, üzərinə itirilmiş (uçotdan yayındırılmış) qaz sərfiyyatının dəyəri kimi əlavə ödənişin hesablanması ilə razılaşmamış və 2019-cu ilin may ayı üçün abonent koduna hesablanmış (vurulmuş) 291,60 manat məbləğində əlavə ödənişin silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Abonentin saldosu”ndan görünür ki, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən istifadə edilmiş qazın miqdarı 2019-cu ilin yanvar ayında 59,20 manatlıq, fevral ayında 52,0 manatlıq olmuş, mart və aprel aylarında qaz sərfiyyatı olmamış, xx.xx.2019-cu il tarixdən isə “smart kart” (qabaqcadan ödəniş) tipli qaz sayğacına keçilmişdir. Cavabdeh (qaz paylayıcısı) tərəfindən xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”a əsasən iddiaçının abonent koduna əlavə (cərimə qismində) 291,60 manat məbləğində ödəniş hesablanmışdır. Aktda sayğaca müdaxilə olunduğu, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi göstərilmişdir. Lakin, “Abonentin saldosu”ndan göründüyü kimi, sayğac 2019-cu ilin mart ayınadək normal işləmiş, mart ayında qaz sərfiyyatı hesablamamış, qaz nəzarətçisi isə həmin ayda sayğacın göstəricisini çıxararkən nədənsə buna əhəmiyyət verməmiş, yəni sayğacın qaz sərfiyyatı qeydə almamasının müvafiq ünvanda yaşayışın olmaması, yoxsa sayğacın işləməməsi ilə əlaqədar olmasını, sayğac işləmədiyi halda bunun səbəbini araşdırmamış, nəticəsindən asılı olaraq lazımi tədbirlər görməmiş, növbəti ayda da eyni vəziyyət təkrarlanmışdır. Halbuki, Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Habelə, Qaydaların 4.7-ci bəndinin mənası baxımından ictimai zonalarda (həyətlərdən kənarda) quraşdırılmış qaz sayğaclarına müdaxilələrin edilməsinə görə müvafiq abonent məsuliyyət daşımır (müdaxilənin bilavasitə onun tərəfindən edildiyinin sübut olunduğu hallar istisna olmaqla). Qanunvericilik sayğaclara müdaxilələri istisna edən tədbirlərin görülməsi, o cümlədən sayğacların qoruyucu örtüklə təmin olunması öhdəliyini qaz paylayıcısının üzərinə qoymuşdur. Apelyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunduğunu iddia etsə də, lakin onun mülahizəsi konkret faktlara və sübutlara deyil, sayğaca müdaxilə edilməsində iddiaçının maraqlı olması ehtimalına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir . Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsаsən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin hallarına görə, iddiаçının yаşаyış sаhəsinə aid olan qаz sаyğаcı həyətindən kənаrdа, həyətin küçə tərəfində qurаşdırılmışdır. Belə vəziyyətdə yаşаyış sаhəsinə qоyulmuş qаz sаyğаcının işlək vəziyyətdə sаxlаnılmаsınа görə iddiаçı cаvаbdehlik dаşımır. Həmin cаvаbdehliyi qаz pаylаyıcısı оlаn cаvаbdeh özü dаşıyır. Hazırkı iş üzrə qаz sаyğаcına iddiаçı tərəfindən müdaxilə edilməsi müəyyən olunmamışdır. Eyni zаmаndа, cаvаbdeh tərəfindən məhkəməyə qаz sаyğаcının düzgün işləməməsi (zədələnməsi) və bunun iddiаçının təqsirli hərəkətləri nəticəsində baş verməsi bаrədə sübut təqdim edilməmişdir. Sаyğаcа müdaxilənin istehlаkçının özü tərəfindən törədilməsi müəyyən edilmədiyi hаldа isə qаz itkisinin bərpаsı adı ilə ondan zərər əvəzinin tutulmаsı, habelə yeni qаz sаyğаcının onun vəsаiti hesаbınа qurаşdırılmаsı qanunsuz və yolverilməzdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akta əsasən əsassız hesablanaraq iddiaçının yaşadığı ünvanın abonent koduna itirilmiş qaz sərfiyyatının dəyəri kimi vurulmuş (hesablanmış) 291,60 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə kollegiyası tərəfindən apelyasiya baxışı zamanı apelyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdeh Tərtər Rayonlararası Qaz İstismar İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2019-cu il tarixli ******* saylı akta istinadən əsassız hesablanaraq İddiaçıоğlunun abonent koduna itirilmiş qaz sərfiyyatının dəyəri kimi vurulmuş 291,60 manat borcun silinməsini qət etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB-nin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin səlahiyyətli nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)- 2254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-305/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-305/2020
15.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver