Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-310/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması, torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-75/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Göyçay Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən yaşayış evini, torpaq sahəsini və yolu naturada və ümumi mülkiyyət hüququndakı payına uyğun olaraq 1/4 hissə yaşayış evi, 1/2 hissə torpaq sahəsi və 1/2 hissə yolun onun mülkiyyətinə ayrılması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Göyçay şəhəri, Şəhriyar küçəsi, dalan 1/4 ünvanıda yerləşən evin İddiaçı mülkiyyətində olan hissəsinin naturada ayrılması, həyatyanı torpaq sahəsinin giriş hissəsində olan darvazanın tən ortadan iki hissəyə bölünməklə yaşayış evinə doğru 12,2 m uzunluğunda, həmin nöqtədən 90 dərəcə bucaq altında iddiaçının evinə qədər və evin qarşısından və arxasından iddiaçı ilə cavabdehin arasında olan arakəsmə boyunca sərhəd hasarının çəkilməklə Göyçay şəhəri, Şəhriyar küçəsi, dalan 1/4 ünvanında yerləşən torpaq sahələrindən həmin ünvandakı fərdi yaşayış evinin İddiaçı məxsus olan hissəsinə ayrıca giriş-çıxış yolunun açılması, iddia tələbinin həyatyanı torpaq sahəsinin iddiaçının mülkiyyətində olan hissəsinin naturada ayrılmasına dair hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun 2 manatının iddiaçıya aid edilməsi, 8 manatının isə cavabdehdən iddiaçının xeyrinə tutulması, 200 manat ekspertiza xərcinin 40 manatının iddiaçıdan, 160 manatının cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən qətnamədən apelyasiya şikayəti verilmişdir. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, cavabdeh olan bacısı ilə barışmaq istədiyi üçün apelyasiya şikayətindən imtina etdiyini bildirmiş və ona görə də apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-ə əsasən, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur (mad. 369.1). Apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər (mad. 369.2). Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər (mad. 369.3). Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir (mad. 369.4). Məhkəmə kollegiyasına təqdim edilmiş ərizədən müəyyən olunur ki, İddiaçı tərəfindən apelyasiya şikayətindən imtina edilərək, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Mülki işin materiallarından isə görünür ki, İddiaçı apelyasiya şikayətindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırki iş üzrə İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilməsini mümkün hesab edir. MPM-in 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM-in 369, 384.0.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-310/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-310/2020
11.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver