Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-311/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, ilk iddia üzrə iddiaçın vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı şərəf və ləyaqətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddiası və Cavabdeh2 İddiaçı qarşı maddi və mənəvi zərər tələbinin qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsindən ilkin iddiaçı X2 vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim Cahid İmanov) xx xxxxxx 2018-ci il tаrixli, 2(075)- 3592/2018 saylı qətnaməsi ilə İddiaçı barəsində şər və böhtan xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətinin alçaldılması ilə bağlı 30000 manatın, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi, cavabdehlər tərəfindən müxtəlif instansiyalara ünvanlanmış müraciət və ərizələrdə həqiqətə uyğun olmayan məlumatların həmin instansiyalara ünvanlanan ərizələrdə cavabdehlər tərəfindən təkzib edilməsi, ondan Şəki ŞRPŞ-nin kollektivi qarşısında üzr istəməsi və yazdıqlarının təkzib edilməsi tələbinə dair ilk iddianın təmin edilməməsi, Cavabdeh2 50000 manat məbləğində mənəvi zərər, 30000 manat məbləğindəki maddi zərər və 30 manat məbləğindəki dövlət rüsumu olmaqla, cəmi 80030 (səksən min otuz) manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, dövlət rüsumu xərclərinin mülki proses tərəflərinin özlərinə aid edilməsi qət edilmişdir. işin hаllаrı : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində şər və böhtan xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətinin alçaldılması ilə bağlı 30000 manatın, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi, cavabdehlər tərəfindən müxtəlif instansiyalara ünvanlanmış müraciət və ərizələrdə həqiqətə uyğun olmayan məlumatların həmin instansiyalara ünvanlanan ərizələrdə cavabdehlər tərəfindən təkzib edilməsi, ondan Şəki ŞRPŞ-nin kollektivi qarşısında üzr istəməsi və yazdıqlarının təkzib edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinin məhkəmə iclasında müraciət edərək, 50000 manat məbləğindəki mənəvi zərər, 30000 manat məbləğindəki maddi zərər və 30 manat məbləğindəki dövlət rüsumu olmaqla, cəmi 80030 (səksən min otuz) manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Şəki rayonu Sarıca kəndində yaşayan Cavabdeh2 xx xxx 2018-ci il tarixdə Daxili İşlər Nazirliyinə elektron poçt vasitəsilə müraciət edərək Şəki ŞRPŞ-nın Sarıca PB-nin sabiq təhqiqatçısı Vüsal Çələbiyev və Tural Albəndəyev tərəfindən onun şikayət ərizələri üzrə aparılmış araşdırmadan narazı olması barədə həmin bölmənin rəisi, yəni İddiaçı qəbulunda olarkən iddiaçının ona qarşı kobudluq edib xidməti otağından qovaraq hədə-qorxu gəlməyi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyinə elektron poçt vasitəsilə etdiyi müraciət xx xxx 2018-ci ii tarixdə Mingəçevir ŞPŞ-nə göndərilmiş və orada Şəki ŞRPŞ-nın Sarıca PB-nin sabiq təhqiqatçısı Tural Albəndəyevin izahatı alınaraq müvafiq araşdırma aparıldıqdan sonra toplanmış material aidiyyəti üzrə Şəki ŞRPŞ-nə göndərilmiş və araşdırılmanın aparılması Şəki ŞRPŞ-nın ŞHİÜ rəis köməkçisi, polis polkovnik-leytenantı Natiq Əliyevə tapşırılmışdır. İcraatla bağlı Şəki ŞRPŞ-nın ŞHİÜ rəis köməkçisi, polis polkovnik-leytenantı Natiq Əliyev tərəfindən araşdırma aparılmış və araşdırmanın aparılması ilə əlaqədar İddiaçı izahatı alınmış və onun xidməti vəzifəsini yerinə yetirərkən qanun pozuntusuna yol vermədiyi nəzərə alınaraq bu barədə aparılan araşdırmanın dayandırılması məqsədəmüvafiq hesab edilmişdir. Şəki ŞRPŞ-nın ŞHİÜ rəis köməkçisi, polis polkovnik-leytenantı Natiq Əliyev tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin müraciəti Cavabdeh2lə birlikdə onun oğlu Cavabdeh1 ünvanlamışdır. Belə ki, araşdırma aparılakən Natiq Əliyev tərəfindən Cavabdeh2 müraciətdə qeyd edilən mobil telefon nömrəsinə zəng edilərək polis şöbəsinə dəvət edilsə də, Cavabdeh2 ahıl və yaşlı olması ilə əlaqədar səhhətinin yaxşı olmadığını, gözlərinin tutularaq görmədiyini bildirərək müraciəti ilə əlaqədar oğlu Cavabdeh1 etibarnamə verdiyindən onun gələcəyini bildirmiş, bundan sonra atasının müraciəti ilə əlaqədar Cavabdeh1 istifadəsində olan mobil telefona müraciət edilmiş, Cavabdeh1 yaxın müddətdə polis şöbəsinə gələrək atasının müraciəti ilə bağlı ətraflı məlumat verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 Şəki ŞRPŞ-ya gələrək izahat vermişdir. Cavabdeh2 və onun oğlu Cavabdeh1 Azərbaycan Respublikası DİN-ə elektron poçt vasitəsilə ünvanladığı müraciətdə İddiaçı qarşı təhqiramiz ifadələr işlətmiş, onun şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmişlər. Cavabdehlər müraciətlərində İddiaçı barəsində aşağıdakı təhqiramiz ifadələri işlətmişlər: “bəli mən rüşvət alıb bilərəkdən qanunsuz qərar qəbul etmişəm, sənin etdiyin şikayətlərə baxmıram, mən bahalı maşın sürür, vəzifəmdən istifadə edib 100 ha-la taxıl əkir, rəis olmağımdan istifadə edib hədə qorxularla özüm üçün biznes qurmuş, bahalı həyat tərzi sürmək üçün polis rəisliyi vəzifəsindən istifadə edirəm” və s. Bundan əlavə müraciətdə şər və böhtan xarakterli də “Rüşvət aldıqlarının açıq sübutu deyil mi? Bu rüşvətxor özündən edilən şikayəti araşdırıb deyərmi ki, bəli rüşvət almışam? PB-i vətəndaşın şikayət üçün getdiyi yerdir, onun atasının şəxsi mülkümüdür ki, qəbul etmir, otağından adam qovur? Onun vəzifəsi biznes qurmaqdır yoxsa rəisliyi dövrdə baş vermiş ölüm, intihar, oğurluq hadisələrinin açılması ilə məşğul olmaq? Bu “sübuta yetirilmiş” məmur haqda niyə ölçü götürülmür” kimi ifadələr öz əksini tapmışdır. Bundan sonra Cavabdeh2 və onun oğlu Cavabdeh1 DİN-ə elektron poçt vasitəsilə təkrar müraciət edərək iddiaçıdan şikayət etmiş, həmin müraciətdə də iddiaçıya qarşı şər və böhtan xarakterli məlumatlar yazmış, yenidən sonuncunu təhqir etmiş və nəticədə yenidən iddiaçının şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmişlər. Həmin müraciətdə “Şəki ŞRPŞ-nın Sarıca PB-nin rəisi Niyazi X4 qərarı ilə isbatlanmış qanunsuzluğundan, rüşvət aldığından, aldığı rüşvətin qarşılığı olaraq mənim ölümcül döyülməyimdən şikayət edirəm”, “Mən böhtan atmıram, əsaslı, sübutlu şəkildə, fakta dayanaraq bu “adamın” rüşvət alıb qərar verdiyindən şikayət edirəm” “Mən DİN-ə rüşvət alan, mənə PB-də kobudluq edən, PB-də otağından qovan, mənim döyülməyimlə bağlı şikayətimə baxmayan, mənim ölümcül döyülməyimə şərait yaradan “adamdan”, Şəki ŞRPŞ-nın PBnin rəisi İddiaçı və həmin bölmənin təhqiqatçıları X9 Albəndiyevdən şikayət etmişəm”, “Hörmətli Ramil müəllim, Sizdən üzr istəyərək bildirirəm ki, DİN-nin bu cür “rüşvətxor, mafiyoz, tərbiyəsiz və kobud” əməkdaşının olması bu Ali Dövlət Qurumunun adına ləkədir” “inanıram ki, biriləri hər nə qədər “rüşvətxor, mafiyoz” İddiaçı müdafiə etməyə çalışsa da Şəki ŞRPŞ-də formalaşmış bu “polis mafiyasının” aqibəti də H.Məmmədovun mafiyası kimi olacaqdır” kimi ifadələr qeyd edilmişdir. Bundan əlavə Cavabdeh2 və onun oğlu Cavabdeh1 Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova, Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının DTX-nin rəisi cənab Mədət Quliyevə və Azərbaycanda fəaliyyət göstərən QHT-lərə ünvanladığı ərizəsində “Bu adam özü özünü araşdırıb deyəcəkdi ki; bəli mən rüşvət almışam?” “Özündən edilən şikayəti araşdırıb deyəcəkdi ki; təhqiqatçılarında haqqını, “payını” vermişəm? Özü özündən edilən şikayəti araşdırıb deyəcəkdi ki; şikayət ediləcəyi təqdirdə özümü sığortalayıb “kimlərisə” də razı salmışam?!” “Bunun qanuni, əsaslı və maddi sübutu budur ki, “bunların” rüşvət alıb öz aralarında cinayət işinin açılması üçün rədd qərarı verdikləri işlə bağlı Şəki Prokurorunun qərarı ilə cinayət işi açıldı”, “Mən faktiki olaraq əsaslı bir şəkildə Sarıca PB-nin rəisi İddiaçı rüşvət aldığı üçün PB-də mənə qarşı kobudluq etdiyindən, rüşvət aldığı tərəfi razı salmaq üçün şikayətə getdiyim halda məni otağından kobud şəkildə qovduğundan şikayət edirəm” və s. məzmunlu ifadələr yer almışdır. Cavabdeh2 və Cavabdeh1 həmin müraciətləri İddiaçı məlum olanda o, həmin şər, böhtanları və təhqiramiz ifadələri eşidərək kifayət qədər sarsıntı keçirmiş, ona mənəvi ziyan dəymiş, barəsində araşdırma aparılması, dəfələrlə izahatının alınması, sorğu-sual olunması onun ictimaiyyət arasında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kollektivi, Şəki ŞRPŞ-nin kollektivi və adlarını qeyd etdiyi qurumlarda nüfuzuna mənfi təsir göstərmişdir. Odur ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Birinci instansiya Məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının öz vəzifə səlahiyyətlərini layiqincə icra etməməsi, hüquqa zidd hərəkətləri səbəbi ilə cavabdeh kəllə beyin travması almış, uzun müddət xəstəxanada yatmış, mənəvi sarsıntı və iztirab keçirmişdir. Belə ki, Cavabdeh2 ilə oğlu Elman Musayev arasında mülki bir mübahisə mövcuddur. Elman Musayev Cavabdeh2 məxsus qanuni pay torpağını və evini zorla onun əlindən almaq istəyir. Elman Musayev həmin mülki istifadə etməyə cavabdehə icazə vermir. Mübahisənin əsas səbəbi də Cavabdeh2 evinə buraxılmaması və 12 hektarlıq pay torpaq sahəsinin zorla mənimsənilməsidir. Cavabdeh2 bir ata kimi torpaq bölgüsünü övladları arasında ədalətli aparmışdır. Elman ailə qurduqdan sonra onun evini də ayırmışdır. Elman Musayev özünə məxsus pay torpağını 6 il əvvəl qanuni və notarial qaydada başqa bir kənd sakininə satmışdır. Pis vərdişlərinə və hərəkətlərinə görə 11 ildir ki, ailəsi və uşaqları onu tərk etmişdir. Elman atası Cavabdeh2 mülkiyyətində olan torpaqdan soyutmaq və oradan uzaqlaşdırmaq üçün dəfələrlə kobudluğa, təhqirə, zorakılığa əl atmışdır. Elmanın cavabdehə qarşı olan zorakılıq hərəkətlərinə qarşı iddiaçı vəzifəli şəxs İddiaçı rəisi olduğu yerli polis bölməsinə dəfələrlə şikayət ərizəsi versə də onların heç bir nəticəsi olmamışdır. Cavabdeh dəfələrlə Elman Musayev tərəfindən döyülmüş, bu səbəbdən sonuncu 102 polis xidmətinə zəng vurmuşdur. Hər dəfə də şikayət 102 polis xidməti tərəfındən İddiaçı rəisi olduğu Sarıca PB-nə yönləndirilmişdir. Cavabdeh2 döyüldüyünə görə həkim-tibbi ekspertizasından keçmək üçün Sarıca PB tərəfindən arayış verilmişdir. Həkim rəyi olduğu halda hər dəfəsində də İddiaçı öz çirkin marağına görə gizlincə, Cavabdeh2 heç bir xəbəri olmadan işə xitam vermiş və Elman haqqında heç bir tədbir görməmişdir”. Bütün bunları Sarıca PB-nin 46 №-li materiallar üzrə xx xxxxx 2017-ci il tarixli cinayət işinin açılmasına verdiyi rədd qərarı, 128, 130, 137 №-li materiallar üzrə xx xxxx 2017-ci il tarixli cinayət işinin açılmasına verdiyi rədd qərarı sübut edir. İddiaçı öz çirkin marağına görə edilən şikayətlərə baxmaması, gizlindən qanunsuz qərarlar qəbul etməsinin nəticəsi olaraq ən sonda Elman Musayev xx xxxxxxx 2017-ci ildə saat təxminən 19:00 radələrində cavabdehi özünə məxsus həyətdə şlanqa keçirilmiş dəmirli çubuqla baş nahiyəsindən öldürərcəsinə vuraraq xəsarət yetirmiş və o, kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Sarıca PB tərəfindən onlara həkim-tibbi ekspertizasından keçmək üçün arayış verilmişdir. Həkimtibbi ekspertinin rəyi olduğu halda çirkin marağına görə İddiaçı rəisi olduğu Sarıca PB tərəfindən Cavabdeh1 şikayətinə hələ də bu günə kimi baxılmamışdır. Elmanın bu cinayət əməli barəsində dərhal polisin 102 xidmətinə məlumat verilmişdir. Hadisə yerinə gələn Sarıca Polis Bölməsinin əməkdaşları araşdırma apardıqdan sonra Sarıca PB-nin rəisi, iş üzrə iddiaçı tərəfindən cinayət işinin açılmasına rədd qərarı verilmişdir. Bu barədə Cavabdeh2 tərəfindən rəsmi orqanlara məlumat verilmişdir. Cavabdeh2 yuxarı orqanlara yazılı şəkildə müraciətlərində İddiaçı Şəki ŞRPŞ-nin əməkdaşı olduğuna görə onun törətdiyi cinayətləri “məlum səbəblərdən” Şəki ŞRPŞ tərəfindən düzgün araşdırılmayacağına görə işə başqa bir rayonun polis şöbəsi tərəfindən baxılmasını xahiş etmişdir. Odur ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehə maddi və mənəvi zərər dəymişdir. Bütün bunları nəzərə alaraq ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin Sarıca PB-nin HK-1/46 saylı araşdırma materiallarından görünür ki, Cavabdeh2 tərəfindən DİN-nin “102” xidmətinə müraciət olunmuş və şikayəti ilə əlaqədar müvafiq araşdırma aparılmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 1(075)-19/2018 saylı hökmünün surətindən görünür ki, X1 Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. İddiaçı vəkili Vəkil1 və Cavabdeh2 xx xxxxxx 2018-ci il tаrixli, 2(075)-3592/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. apellyаsiyа şikаyətinin dəlilləri : İlkin İddiaçı vəkili və nümayəndəsi Vəkil1 аpellyаsiyа şikаyətini belə əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-3592/2018 saylı qətnaməsini ilk iddianın təmin edilməməsi hissəsində qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Şəki rayonu Sarıca kəndində yaşayan Cavabdeh2 xx xxx 2018-ci il tarixdə DİN-nə elektron-poçt vasitəsi ilə müraciət edərək Şəki ŞRPŞ-nın Sarıca PB-nin sabiq təhqiqatçısı Vüsal Çələbiyev və Tural Albəndəyev tərəfindən onun şikayət ərizələri üzrə aparılmış araşdırmadan narazı olması barədə həmin bölmənin rəisi İddiaçı qəbulunda olarkən İddiaçı ona qarşı kobudluq edib xidməti otağından qovaraq hədə-qorxu gəlməyi ilə İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. Cavabdeh2 DİN-nə elektron-poçt vasitəsi ilə etdiyi müraciət xx xxx 2018ci il tarixdə Mingəçevir ŞPŞ-nə göndərilmiş və orada Şəki ŞRPŞ-nın Sarıca PB-nin sabiq təhqiqatçısı Tural Albəndəyevin izahatı alınaraq müvafiq araşdırma aparıldıqdan sonra toplanmış material aidiyyəti üzrə Şəki ŞRPŞ-nə göndərilmiş və araşdırılmanın aparılması Şəki ŞRPŞ-nın ŞHİÜ rəis köməkçisi, polis polkovnik- leytenantı Natiq Əliyevə tapşırılmışdır. İcraatla bağlı Şəki ŞRPŞ-nın ŞHİÜ rəis köməkçisi, polis polkovnikleytenantı Natiq Əliyev tərəfindən araşdırma aparılmış və araşdırmanın aparılması ilə əlaqədar İddiaçı izahatı alınmış və onun xidməti vəzifəsini yerinə yetirərkən qanun pozuntusuna yol vermədiyi nəzərə alınaraq bu barədə aparılan araşdırmanın dayandırılması məqsədəmüvafiq hesab edilmişdir. Şəki ŞRPŞ-nın ŞHİÜ rəis köməkçisi, polis polkovnik-leytenantı Natiq Əliyev tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin müraciəti Cavabdeh2lə birlikdə onun oğlu Cavabdeh1 ünvanlamışdır. Belə ki, araşdırma aparılakən Natiq Əliyev tərəfindən Cavabdeh2 müraciətdə qeyd edilən mobil telefon nömrəsinə zəng edilərək polis şöbəsinə dəvət edilsə də, Cavabdeh2 ahıl və yaşlı olması ilə əlaqədar səhhətinin yaxşı olmadığını, gözlərinin tutularaq görmədiyini bildirərək müraciəti ilə əlaqədar oğlu Cavabdeh1 etibarnamə verdiyindən onun gələcəyini bildirmiş, bundan sonra atasının müraciəti ilə əlaqədar Cavabdeh1 istifadəsində olan mobil telefona müraciət edilmiş, Cavabdeh1 yaxın müddətdə polis şöbəsinə gələrək atasının müraciəti ilə bağlı ətraflı məlumat verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 Şəki ŞRPŞ-ya gələrək izahat vermişdir. Cavabdeh2 və onun oğlu Cavabdeh1 Azərbaycan Respublikası DİN-nə elektron-poçt vasitəsi ilə ünvanladığı müraciətdə İddiaçı qarşı təhqiramiz ifadələr işlətmiş, İddiaçı şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. Cavabdehlər müraciətlərində aşağıdakı təhqiramiz ifadələri işlətmişlər, “bəli mən rüşvət alıb bilərəkdən qanunsuz qərar qəbul etmişəm, bəli mən rüşvət alıb sənin etdiyin şikayətlərə baxmıram, bəli mən bahalı maşın sürmək, bəli vəzifəmdən istifadə edib 100 ha-la taxıl əkirəm, bəli rəis olmağımdan istifadə edib hədə qorxularla özüm üçün biznes qurmuşam, bahalı həyat tərzi sürmək üçün polis rəisliyi vəzifəsindən istifadə edirəm” və.s. Bundan əlavə müraciətdə şər və böhtan xarakterli də “Rüşvət aldıqlarının açıq sübutu deyil mi? Bu rüşvətxor özündən edilən şikayəti araşdırıb deyərmi ki, bəli rüşvət almışam? PB-i vətəndaşın şikayət üçün getdiyi yerdir, onun atasının şəxsi mülkümüdür ki, qəbul etmir, otağından adam qovur? Onun vəzifəsi biznes qurmaqdır, yoxsa rəisliyi dövrdə baş vermiş ölüm, intihar, oğurluq hadisələrinin açılmasıyla məşğul olmaq? Bu “sübuta yetirilmiş” məmur haqda niyə ölçü götürülmür” kimi ifadələr öz əksini tapmışdır. Bundan sonra Cavabdeh2 və onun oğlu Cavabdeh1 DİN-nə elektron-poçt vasitəsi ilə təkrar müraciət edərək İddiaçı şikayət etmiş, həmin müraciətdə də İddiaçı qarşı şər və böhtan xarakterli məlumatlar yazmış yenidən onu təhqir etmiş və nəticədə yenidən onun şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzumuzu ləkələmişlər. Həmin müraciətdə “Şəki ŞRPŞ-nın Sarıca PB- nin rəisi N.X4 qərarıyla ispatlanmış qanunsuzluğundan, rüşvət aldığından, aldığı rüşvətin qarşılığı olaraq mənim ölümcül döyülməyimdən şikayət edirəm.”, “Mən böhtan atmıram, əsaslı, sübutlu şəkildə, fakta dayanaraq bu “adamın” rüşvət alıb qərar verdiyindən şikayət edirəm.” “Mən DİN-nə rüşvət alan, mənə PB-də gobudluq edən, PB-də otağından qovan, mənim döyülməyimlə bağlı şikayətimə baxmayan, mənim ölümcül döyülməyimə şərait yaradan “adamdan”, Şəki ŞRPŞ-nın PBnin rəisi İddiaçı və həmin bölmənin təhqiqatçıları X9 Albəndiyevdən şikayət etmişəm.”, “Hörmətli Ramil müəllim, Sizdən üzr istəyərək bildirirəm ki, DİN-nin bu cür “rüşvətxor, mafiyoz, tərbiyəsiz və kobud” əməkdaşının olması bu Ali Dövlət Qurumunun adına ləkədir." “inanıram ki, biriləri hər nəqədər “rüşvətxor, mafiyoz” İddiaçı madafiə etməyə çalışsa da” və “və Şəki ŞRPŞ-də formalaşmış bu “polis mafiyasının” aqibəti də H.Məmmədovun mafiyası kimi olacaqdır” kimi ifadələr qeyd edilmişdir. Bundan əlavə Cavabdeh2 və onun oğlu Cavabdeh1 Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova, Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının DTX-nin rəisi cənab Mədət Quliyevə və Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökümət Təşiklatlarına ünvanladığı ərizəsində “Bu adam özü özünü araşdırıb deyəcəkdiki; bəli mən rüşvət almışam?” “Özündən edilən şikayəti araşdırıb deyəcəkdiki; təhqiqatçılarında haqqını, “payını” vermişəm? Özü özündən edilən şikayəti araşdırıb deyəcəkdi ki; Şikayət ediləcəyi təqdirdə özümü sığortalayıb “kimlərisə” də razı salmışam?!” “Bunun qanuni, əsaslı və maddi sübutu budur ki, “bunların” rüşvət alıb öz aralarında cinayət işinin açılması üçün rədd qərarı verdikləri işlə bağlı Şəki Prokurorunun qərarı ilə cinayət işi açıldı.”, “Mən faktiki olaraq əsaslı bir şəkildə Sarıca PB-nin rəisi İddiaçı rüşvət aldığı üçün PB-də mənə qarşı gobudluq etdiyindən, rüşvət aldığı tərəfi razı salmaq üçün şikayətə getdiyim halda məni otağından gobud şəkildə qovduğundan şikayət edirəm” və.s belə məzmunlu ifadələr yer almışdır. Yuxarıda qeyd etdiyim müraciətlərdə İddiaçı qarşı işlədilən şər və böhtan xarakterli həmin ifadələr cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 digər müraciətlərində də mövcuddur. Cavabdeh2 və Cavabdeh1 həmin müraciətləri Niyazi Süelymanova məlum olanda o həmin şər və böhtanları və təhqiramiz ifadələri eşidərək kifayət qədər sarsıntı keçirtmiş, ona mənəvi ziyan dəymiş, onun barəsində araşdırma aparılması, dəfələrlə izahatının alınması, sorğu-sual olunmağı onun ictimaiyyət arasında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kollektivi, Şəki ŞRPŞ-nın kollektivi və adlarını qeyd etdiyim qurumlarda nüfuzuna mənfi təsir göstərmişdir. Cavabdeh2 və Cavabdeh1 yuxarıda qeyd etdiyim hərəkətləri nəticəsində Niyazi Süelymanov kifayət qədər sarsıntı keçirtmiş, ona mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 və Cavabdeh1 sözügedən müraciətləri və ərizələri ünvanlamaları və ictimaiyyət arasında qeyd edilən şər, böhtan və təhqiramiz sözlər söyləməsi İddiaçı ictimaiyyət arasında şərəf və ləyaqətini aşağı salmış, işgüzar nüfuzunu ləkələmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)- 3592/2018 saylı qətnaməsini qismən yəni, ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş edir. Cavabdeh2 apellyasiya şikayəti verərək göstərmişdir ki, Şəki rayon məhkəməsi bu işlə (2 (075)-3592 /2018 saylı) bağlı xx xxxxxx 2018-cı il tarixli qətnaməsini qəbul edərək həm ilk iddianı, həm də qarşılıqlı iddianı təmin etməmişdir (həmin qətnamə cavabdehə x xxxxxx 2018-ci il tarixində rəsmi olaraq çatmışdır). Hesab edirik ki, həmin qətnamə cavabdehin qarşılıqlı iddiasının təmin olunmaması hissəsində əsassız, ədalətsiz və qanunvericiliyin maddi və prosessual normalarına ziddir. Belə ki, onunla oğlu Elman Musayev arasında mülki bir mübahisə olmuşdur. Elman, Cavabdeh2 məxsus qanuni pay torpağım və evimi zorla əlimdən almaq istəyir, həmin əmlakı istifadə etməyə ona icazə vermir. Yəni Elman onu özümə məxsus evə buraxmır, həm də həmin evə bitişik 12 hektar pay torpaq sahəsini də mənimsəmişdir. Mübahisənin əsas səbəbi də onu öz evinə buraxılmaması və 12 hektarlıq pay torpaq sahəsinin zorla mənimsənilməsidir. O, bir ata kimi torpaq bölgüsünü övladları arasında ədalətli aparmışdır. Elman ailə qurduqdan sonra onun evini də ayırmışdır. Elman Musayev özünə məxsus pay torpağını 6 il əvvəl qanuni və notarial qaydada başqa bir kənd sakininə satmışdır. Pis vərdişlərinə və hərəkətlərinə görə də 11 ildir ki, ailəsi və uşaqları onu tərk etmişdir. Həyat yoldaşının adına olan pay torpaq sahəsi isə Elman tərəfindən həyat yoldaşından xəbərsiz Musayev Ruhlana satılmışdır ki, həmin pay torpağını Musayev Ruhlan artıq 4-cü ildir ki, əkib istifadə edir. Yəni, Elman Musayevin özünə məxsus heç bir torpaq sahəsi yoxdur. Bu məsələdə tamamilə haqsızdır. Bütün bunların şahidi onun övladları M.Mehriban və M.Ruslandır. Elman onu mülkiyyətində olan torpaqdan soyutmaq və oradan uzaqlaşdırmaq üçün dəfələrlə kobudluğa, təhqirə, fiziki zorakılığa əl atmışdır. “Elmanın, ona qarşı olan zorakılıq hərəkətlərinə qarşı iddiaçı vəzifəli şəxs İddiaçı rəisi olduğu yerli polis bölməsinə dəfələrlə şikayət ərizəsi versə də onların heç bir nəticəsi olmamışdır. O, dəfələrlə Elman tərəfindən döyülmüş, bu səbəblə 102 polis xidmətinə zəng vurmuşdur. Hər dəfəsində də şikayət 102 polis xidməti tərəfindən İddiaçı rəisi olduğu Sarıca PB-inə yönləndirilmişdir. O, döyüldüyünə görə həkim tibbi ekspertizasından keçmək üçün Sanca PB-i tərəfindən arayış verilmişdir. Bütün arayışlar İddiaçı tərəfindən ona verilməmişdir. Birmənalı şəkildə bu ailə münaqişəsini özü üçün çirkin qazanc mənbəyinə çevirmişdir. Həkim rəyinin olduğu halda hər dəfəsində də İddiaçı öz çirkin marağına görə gizlincə, onun heç bir xəbəri olmadan işə xitam vermiş və Elman haqqında heç bir tədbir görülməmişdir”. “İddiaçı öz çirkin marağına görə edilən şikayətlərə baxmaması, gizlindən qanunsuz qərarlar qəbul etməsinin nəticəsi olaraq ən sonda Elman xx xxxxxxx 2017-ci ildə saat təxminən 19 radələrində onu özünə məxsus həyətdə şlanqa keçirilmiş dəmirli çubuqla baş nahiyəsindən öldümcəsinə vuraraq xəsarət yetirmiş və o, kəllə beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əgər digər oğlu Ruslan və həm kəndlisi Hümbətov Pərviz həmin gün hadisə yerində olmasaydı o, bəlkə də bu gün həyatda olmayacaqdı. Belə ki, Elman 84 yaşlı ahıl bir adamı əlindəki şlanqa keçirilmiş dəmir çubuqla sırf baş nahiyəsindən öldürmək üçün vurmuşdur. Həmin hadisə vaxtı Cavabdeh1 də hadisə yerində olmuş və onu qoruyarkən o da Elman tərəfindən ağır döyülmüşdür. Sarıca PB-i tərəfindən Cavabdeh1 da həkim tibbi ekspertizasından keçmək üçün arayış verilmişdir. Həkim tibbi ekspertinin rəyi olduğu halda çirkin marağına görə N. Süleymanovun rəisi olduğu Sarıca PB-i tərəfindən Cavabdeh1 şikayətinə hələ də bu günə kimi baxılmamışdır. Elmanın bu cinayət əməli barəsində dərhal Polisin 102 xidmətinə məlumat verimişdir. Hadisə yerinə gələn Sarıca Polis Bölməsinin əməkdaşları müvafiq araşdırma apardıqdan sonra Sarıca Polis Bölməsinin rəisi İddiaçı -iddiaçı xx xxxxxxx 2017-ci il tarixində və həkim tibbi ekspertinin onun kəllə beyin travması almağı ilə bağlı rəyi olduğu halda Elman haqqında cinayət işinin açılmasına yenə də onun xəbəri olmadan, gizlincə rədd qərarı vermişdir. Sarıca PB tərəfindən cinayət işinin açılması rədd olunan bir iş haqqında məlumat onun tərəfindən Cənab Prezidentimizə rəsmi qaydada bildirilmiş və bundan sonra iş baxılması üçün AR Baş Prokurorluğuna, oradan da Şəki Rayon Prokurorluğuna göndərilmişdir. Şəki Rayon Prokurorluğunda həmin işə qanunla baxılaraq Musayev Elman haqqında cinayət işi açılmış və ittiham aktı qəbul olunmuşdur. Həmin İttiham aktı üzrə Şəki Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixində hökm çıxararaq iddiaçı, vəzifəli şəxs İddiaçı “öz çirkin marağına görə” dəstək çıxdığı Musayev Elman cinayət məsuliyyətinə cəlb olunmuş. Cavabdeh2 də zərər çəkən şəxs olduğu qəbul edilmişdir. “Həqiqətən İddiaçı biz pay torpağının bizə məxsus olduğuna dair sənədləri və bizim əkdiyimizə dair torpağı əkən, taxılı səpən, toxumu satan, toxum daşınmasında işləyən şəxslərin öz yazılı izahatlarını verdiyimiz halda, o, əkin sahəsinin kənarına polisləri yığaraq və özü də əkin sahəsinin kənarında duraraq pay torpağımızdan əkdiyimiz taxılı biçməyə qoymamışdır. Sonra da bizə imkan vermədi ki, pay torpağımızı əkək. Bizim əkdiyimiz taxılı özü üçün kənddəki taxıl anbarına tökdürdü”. Oğlu Cavabdeh1 də cavab olaraq Natiq Əliyevə bildirmişdir ki, “hörmətli Natiq müəllim Sizin ifadənizdə açıq şəkildə sübut edir ki, İddiaçı sırf öz çirkin maraqlarına görə qanunsuz müdaxilə edib və qanunsuz qərarlar qəbul edib. Polis Bölməsinin rəisinin vətəndaşa öz qanuni pay torpağını əkib biçməyə qoymamasının səbəbi nə ola bilər? Öz pay torpağını özünün əkdiyinə dair əkən işçilərin, toxum alınan yerin, əkində iştirak edən texnikaların sürücülərinin və fəhlələrin ölərinin yazdığı izahatlarda da göstərildiyi halda İddiaçı yenə də qanunsuz müdaxilə etmişdir. Nəticədə də, N. Süleymanovun bu tamahkarlığını görüb cəsarətlənən Elman Musayev, onu sonuncu dəfə ölümcül döyüb, öldürmək istəyib”. Belə ki, Polis rəisi İddiaçı üzərinə düşən vəzifə səlahiyyətlərini layiqincə icra etmədiyi, hüquq pozuntuları törətdiyi üçün oğlu Elman tərəfindən döyülmüş və bu hər bir ata kimi ona da iztirab vermiş, mənən sarılmasına, şərəfinin, ləyaqətinin alçalıdılmasına səbəb olmuş, mənəvi zərər dəymişdir. Ona görədə apellyasiya şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi onun qarşılıqlı iddiasının təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul eilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollgiyasının xx xxx 2019-cu il tаrixli, 2(107)- 959/2019 nömrəli qətnaməsi ilə ilkin İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-3592/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, qətnamə qismən-yəni ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilkin iddia qismən təmin edilməsi, Cavabdeh2 mənəvi zərərə görə 500 ( beş yüz) manat tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova elektron poçt vasitəsi ilə ünvanladığı müraciətində “ bəli mən rüşvət alıb bilərəkdən qanunsuz qərar qəbul etmişəm, sənin etdiyin şikayətlərə baxmıram, mən bahalı maşın sürür, vəzifəmdən istifadə edib 100 ha-la taxıl əkir, rəis olmağımdan istifadə edib hədə qorxularla özüm üçün biznes qurmuş, bahalı həyat tərzi sürmək üçün polis rəisi fəzifəsindən istifadə edirəm” deməsi barədə və “rüşvətxor, mafiyoz, tərbiyəsiz və kobud” kimi yalan məlumatlar Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova, “öz çirkin maraqlarına görə rüşvət alaraq qanunsuz qərarlar qəbul edən, rüşvət alıb şikayətimə baxmamaqla mənim ölümcül döyülməyim üçün şərait yaradan” kimi yalan məlumatlar Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova Cavabdeh2 tərəfindən ərizə göndərilməsi ilə təkzib edilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tаrixli, 2(102)-6355/2019 nömrəli qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 аpelyаsiyа şikаyətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İddiaçı, Cavabdeh1, X5 və cavabhdelərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiklərinə görə də işə onların iştirakı olmadan baxıldı. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni İddiaçı da münаsibətdə düzgün həll etmişdir. Hazırkı iş üzrə Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsi iləşərəf, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymışşəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinəəsasən vətəndaşların müraciət etmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarınının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin məzmunundan göründüyü kimi vətəndaşların üç formada – təklif, ərizə vəşikayət formasında dövlət orqanlarına müraciət etmələri nəzərdə tutulmuşdur. Təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elmi, texniki, hüquqi yaradıcılıq və başqa sahələrlə bağlı məsələnin həllini nəzərdə tutan, ərizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan, şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət formasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətləəlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradır, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Sadalanan normaların məzmunundan göründüyü kimi, cavabdehin bir vətəndaş kimi pozulması ehtimal edilən hüquqlarının bərpası və müdafiəsi məqsədilə qanunla qorunan müraciət hüquqları vardır. Niyazi Sülemanovun onun barəsində yayılmışşərəf və ləyaqətini ləkələyən məlumat olduğunu mübahisələndirdiyi, ilkin iddia üzrə cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış müraciətlərin məzmunundan da görünür ki, israrla iddiaçının rəisi olduğu polis bölməsinə etdiyi şikayətlərin cavabsız qaldığını və bunun da 84 yaşlı Cavabdeh2 sağlamlığının pozulmasına səbəb olan cinayət əməlinin törədilməsinəşərait yarandığını qeyd etmişdir. Yəni, ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçının qanunsuz hərəkətləri barəsində tədbirlər görülməsi üçün pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə sonuncunun fəaliyyətinə nəzarət edən yuxarı orqanlara və digər orqanlara şikayətlərlə müraciət etmişlər. Həmin şikayətlərdə iddiaçının yol verdiyi nöqsanların aradan qaldırılmasına yönələn və tənqidi xarakter daşıyan məlumatlar da mövcuddur. Bu halda həmin müraciətlər ilkin iddia üzrə iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin iş üzrə müəyyən olunmuş faktiki hallardan və tərəflərin verdikləri izahatlardan məlum olur ki, tərəflər arasında müəyyən səbəblərdən münaqişə baş vermişdir, hazırda iddiaçı cavabdehlər tərəfindən təhqir olunduğunu iddia edərək, vurulmuş mənəvi zərərə görə pul tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li xx xxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Eyni zamanda, həmin Qərardan görünür ki, iddiaçı onun şərəf və ləyaqətinə toxunan məlumatların cavabdeh tərəfindən yayılması faktını sübut etməlidir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə vəşikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Hazırkı işdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiаçı İddiaçı bаrəsində mürаciəti məhz dövlət оrqаnınа etmiş və bu mürаciət vаsitəsilə qаnun nоrmаlаrınа uyğun оlаrаq özlərinin hüquq və mənаfelərinin müdаfiəsinə səy göstərmişlər. Ona görə də apellyasiya məhkəməsi qənəatincə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müxtəlif orqanlara mürаciət etməklə iddiаçının şərəf və ləyаqətinin alçaldılmasını deyil, özlərinin ehtimal olunan pozulmuş hüquqlarının bərpasını istəmişlər. Analoji hüquqi mövqe oxşar məzmunlu başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli (iş № 2(102)- 2916/2012) qərarında da əks olunmuşdur. Həmçinin Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə kоllegiyаsı bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “şərəf və ləyaqətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin İddiaçı vəkili Vəkil1 şikayətinə münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə baxılmış apellyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İlkin iddiaçı X2 vəkili Vəkil1 apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-311/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-311/2020
08.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver