Məhkəmə qərarları › İş №2(107)-314/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-314/2021

01.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-314/2021 01.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxxx 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilərək mərhum anası X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddiası təmin edilərək mərhum anası X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2 miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə Cavabdeh2 vərəsəlik hüququnun tanınması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə onun miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə onun miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 məhkəməyə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi təqdim etməsi nəzərə alınaraq, Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatdadır. X1, anası X12muşdur. X1 xx xxxxxx 2006-cı ildə, anası X18 isə xx xxxx 2006-cı ildə ölmüşdür. Balakən Rayon X17 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə anası X14 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 10xx xxx 40110018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı hazırlanmışdır. Anası X18 xx xxxx 2006-cı ildə vəfat edəndən sonra ondan ünvan 3ində yerləşən, Balakən Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı əsasında verilmiş JN-10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət ev miras qalmışdır. Anasının vəfatından sonra o, Bakıda anasının dəfnini təşkil edib, yasın bütün xərclərini çəkmişdir. Anasından miras qalmış Balakəndəki evdə qalaraq, 0.14 ha torpaq sahəsini faktiki olaraq idarə etmiş, əkibbecərmiş və torpağın vergilərini, eləcə də valideynlərindən qalmış evin kommunal xərclərini ödəmişdir. Bu zaman qonşuluqda yaşayan və mülkiyyətində torpaq sahəsi olan qardaşı Cavabdeh2 yasda iştirak etmiş, anasının torpaq sahəsini faktiki olaraq qəbul edib becərmişdir. Digər qardaşı- Rusiya Federasiyasında yaşayan Cavabdeh1 anasının yasında iştirak etməmiş və daim yaşadığı Rusiya Federasiyasında olmuşdur. O, anasından miras qalmış torpaq sahəsini öz adına sənədləşdirmək üçün sənədləri axtaran zaman özünün doğum haqqında şəhadətnaməsi və eləcə də dövlət aktını tapa bilmədiyindən, bir müddət həmin sənədləri bərpa etmək və tapmaq üçün vaxt sərf etmişdir. O, Belarus Respublikasında doğulduğundan oradan doğum haqqında şəhadətnamənin dublikatını almışdır. Eyni zamanda o, ünvan 3ində yaşamaqla torpaq sahəsini əkibbecərmiş, onun vergilərini ödəmişdir. 2011-ci ilin sonlarında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün sənədləri toplayaraq, Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etmişdir. xx xxx 2012-ci ildə Notariat Ofisi tərəfindən anasından miras qalmış 0.14 ha torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Şəhadətnamədə anasından miras qalan əmlakın bütünlüklə ona verilməsi qeyd edilmişdir. Həmin şəhadətnaməni aldıqdan təxminən 20-25 gün sonra ona məlum olmuşdur ki, notarius yeni bir Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edərək, həmin şəhadətnamədə anasından miras qalan torpaq sahəsinin 1/2 hissəsinin irs olaraq ona verilməsini, qalan 1/2 hissənin açıq saxlanmasını qeyd etmişdir. Balakən rayon Dövlət Notariat Kontorunun ona verdiyi 0,14 ha torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə qüvvədə olduğu müddətdə həmin tarixlə, yəni xx xxx 2012-ci tarixi ilə daha bir Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib etməsi və həmin şəhadətnamənin də reyestr nömrəsini o verdiyi şəhadətnamənin nömrəsi ilə eyni- 2V-150 və vərəsəlik işinin nömrəsini 270/2011 qoymaqla faktiki olaraq bir vərəsəlik işi üzrə iki fərqli məzmunlu şəhadətnamə verməsi saxtakarlıqdır. Cavabdeh1 ona və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X7 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinə dair onun adına verilmiş xx.xx.2012-ci il tarixli 2V-150 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, miras payının faktiki qəbul edilməklə vərəsəlik hüququnun tanınması və vərəsələr arasında payların naturada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O da öz növbəsində cavabdeh Balakən rayon Notariat Kontoruna, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Dövlət Notarat Kontorunun X7 miras qalmış ünvan 3ində yerləşən, Balakən rayon X17 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında anasına məxsus olmuş JN-10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 0,14 ha torpaq sahəsinin 1/2 hissəsinə onun vərəsəlik hüququnun tanınmasına və həmin miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə vermədən açıq saxlanılmasına dair xx xxx 2012-ci il tarixli, 2V150 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(019)- 220/2019 nömrəli qətnaməsi ilə mərhum X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə X8 xx xxxx 2006-cu ildə vəfat etməsi, onun vərəsələri olan oğlanları- İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması, Mariya Qarayevanın vəfatından sonra onun vərəsələri olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq mirası qəbul etmələri müəyyən edilmişdir. Miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka 1/3 hissə payı müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. X1, anası X13muşdur. X1 xx xxxxxx 2006-cı ildə, anası X20 isə xx xxxx 2006-cı ildə ölmüşdür. Balakən Rayon AİK-nın xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə anası X15 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 10xx xxx 40110018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı hazırlanmışdır. Anası X20 xx xxxx 2006-cı ildə vəfat edəndən sonra ondan ünvan 3ində yerləşən, Balakən Rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında verilmiş JN-10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət ev miras qalmışdır. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə mərhum X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə X8 xx xxxx 2006-cu ildə vəfat etməsi, onun vərəsələri olan oğlanları - İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması, Mariya Qarayevanın vəfatından sonra onun vərəsələri olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq mirası qəbul etmələri müəyyən edilmişdir. O, anasından qalmış miras torpağı əkib-becərməklə faktiki qəbul etmişdir. Onun anasından qalmış mirası qəbul etməsi və mərhum anasının vərəsəsi olması qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə müəyyən olunur. Miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka 1/3 hissə payı müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 İddiaçı ona qarşı iddiasını və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 ona qarşı iddiasını qəbul etməyərək, İddiaçı və Cavabdeh2 mərhum anası X3mış mirası qəbul etmədiklərini və anasının vərəsələri olmadıqlarını, onun mərhum anasının yeganə vərəsəsi olduğunu göstərərək, ona qarşı hər iki iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 apellyаsiyа şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyаsiyа şikayətinin dəlilləri Cavabdeh1 apellyаsiyа şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, eyni zamanda məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Hesab etmişdir ki, mərhum anası X2 0.14 ha pay torpaq sahəsinə tam olaraq onun qanun üzrə vərəsəlik hüququ bərpa olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və nümayəndəsi və vəkili X24 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdil. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Cavabdeh2, İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasına gəlməmişlər, müstəqil tələb irəli sürməyən üçüncü şəx Balakən Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi məhkəməyə teleqram göndərərək iş zərurəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: JN 10xx xxx 40110018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən Rayon X17 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ünvan 3ində yerləşən 0.14 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 940976 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx xxxx 2006-cı il tarixdə koronaro kardioskleroz xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydlərri kitabında 2006-cı ilin 06 ayının 17 günündə 598 № ilə qeyd edilmişdir. Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 907 saylı arayışdan görünür ki, həqiqətən mərhum X18 vəfat etdiyi xx xxxx 2006cı il tarixədək ünvan 3i ünvanında daimi qeydiyyatda olmuşdur və onun aşağıda qeyd edilən vərəsələri vardır: oğlu-İddiaçı, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1. Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 2110 saylı arayışdan görünür ki, mərhum X10 vərəsələri-oğlu İddiaçı, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1dur. Mərhumun vəfatından sonra qeydiyyatda yalnız Cavabdeh1 qalmışdır. Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1252 saylı arayışdan görünür ki, mərhum X18 vəfat etdiyi xx xxxx 2006-cı il tarixədək ünvan 3ində daimi qeydiyyatda olmuşdur və onun vərəsələri-oğlu İddiaçı, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1dur. Balakən rayon Gərəkli Bələdiyyəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 28 saylı arayışdan görünür ki, kənd sakini Cavabdeh1 xx.xx.2008-ci ildə 0.52 qəp, xx.xx.2009-cu ildə 0.38 qəp, xx.xx.2010-cu ildə 0.38 qəp, xx.xx.2011-ci ildə 1.00 man, iyun 2012-ci ildə 0.38 qəp, o cümlədən 3.00 manat, 50 qəpik anası X10 adına olan torpaq vergilərini ödəmişdir. Belarus Respublikası Qomel vilayəti Braqin rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2007-ci il tarixdə verilmiş İ-LYU ******* №-lidoğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş, atası X5, anası X18 yazılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)220/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı doğma qardaş olmaları, onların anası X10 mülkiyyətində ünvan 3ində JN 10xx xxx 40110018 nömrəli Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması, X10 xx xxxx 2006-cı ildə vəfat etməsi, onun vərəsələri oğlanları İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması, Mariya Qarayevnanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq mirası qəbul etməsi və miras əmlakdan öz paylarını almaq fikrində olması, cavabdeh İddiaçı 2012-ci ildə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müraciət etməsi və notariat kontorunun qanunvericiliyin tələblərinə əməl etməyərək, digər vərəsələrə məlumat vermədən İddiaçı reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verməsi, şəhadətnamədə xx xxxx 2006-cı ildə vəfat etmiş X10 vərəsəsinin İddiaçı olması və onun irs olaraq alacağı miras əmlakın Balakən Rayon AİK-ın xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən ünvan 3i ünvanında yerləşən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsinin X14 məxsus payın 1/2 hissəsindən ibarət olması, miras əmlakın qalan 1/2 hissəsinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanmasının qeyd edilməsi, lakin həmin vaxt texniki səhv olaraq Balakən RAİK-ın xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən ünvan 3i ünvanında yerləşən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0,14 ha torpaq sahəsinin X14 məxsus payının bütünlüklə irs olaraq İddiaçı verilməsinin qeyd edilməsi, bu səbəbdən notariusun DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə xx xxxx 2012-ci il tarixli 186 nömrəli məktub ünvanlayaraq, xx.xx.2012-ci il tarixdə 2V-150 reyestr nömrəsi ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə texniki səbəbdən miras əmlakın təsvirinin səhv yazılmasının qeyd edilməsi, həmin şəhadətnamə təqdim edildiyi halda heç bir rəsmiləşdirilmənin aparılmaması, şəhadətnamənin təqdim edən şəxsə geri qaytarılaraq, düzəlişlərin aparılması üçün onun Balakən rayon Notariat Kontoruna qaytarılmasının izah edilməsinin xahiş edilməsi, lakin İddiaçı sözügedən Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməni Balakən rayon Notariat Kontoruna qaytarmaması, bu səbəbdən iddiaçı Cavabdeh1 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və eyni zamanda İddiaçı miras əmlakın bütünlüklə irs olaraq ona verilməsini iddia edərək, miras əmlakın 1/2 hissəsinin ona verilməsinin qeyd edildiyi xx.xx.2012-ci il tarixdə 2V-150 reyestr nömrəsi ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsini xahiş etməsinin müəyyən edilməsi faktlarına əsaslanmaqla, iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilmiş, mərhum X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması, Cavabdeh1 iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-2319/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh (digər iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)220/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 və Cavabdeh1 doğma qardaşlardır. Onların anası X8 mülkiyyətində ünvan 3ində JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X21 xx xxxx 2006-cu ildə vəfat etmişdir. İşdəki sübutlara əsasən qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(019)-220/2019 nömrəli qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan fakt olaraq mərhum X8 vərəsələri oğlanları- İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri və miras əmlakdan öz paylarını almaq fikrində olmaları müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə mərhum X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış ünvan 3ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka İddiaçı və Cavabdeh2 hər birinin 1/3 hissə payının müəyyən edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2oviçin hər birinin mərhum anaları X6 miras qalmış 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə miras payları və vərəsəlik hüquqları yaranır. Bu xüsusda hər iki iddia əsaslıdır və təmin olunmalıdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan Hüquqlarının və X16 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X22”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən X25 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və vərəsəlik, o cümlədən bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci madddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2 və 1243.3-cü maddələrinə görə, vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. 1243.2-ci madldəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə görə, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Mübahisənin gerçək hallarına görə, X8 vərəsələri oğlanları İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsinin əsaslandırma hissəsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktdır. Ona görə də qanuni qüvvəyə minmiş həmin qətnamə ilə müəyyən edilmiş fakt- X8 vərəsələrinin oğlanları İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması, Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri hazırkı işdə preyudisial əhəmiyət daşıyır və bu xüsusda məhkəmə üçün məcburi xarakter daşıyır. Yəni həmin fakt sübut əhəmiyyəti daşımaqla, işdə iştirak edən şəxslər, o cümlədən Cavabdeh1 tərəfindən mübahisələndirilə bilməz. Kollegiyaya görə, apellyаsiyа şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyаsiyа şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X25 Məhkəməsi “X11” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X25 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyаsiyа şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyаsiyа instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar