Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-314/2022 31.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı qanunsuz inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdeh X3 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı qanunsuz inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(054)-434/2021 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları X13 X6 meşəbəyliyinin 2A saylı meşə dolayının 61-ci kvartalının ərazisində Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində cavabdeh X7 tərəfindən inşa edilmiş sanitar qovşağı ilə Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının sanitariya mühafizə zonasının birinci qovşağı arasındakı məsafə 22.0 metrdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X4 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində qanunsuz olaraq inşa edilmiş sanitar qovşağının cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmetinə aid olan ərazinin X13 Təsərrüfatı Mərkəzinin mülkiyyətinə aid olan ərazi olduğu bildirildiyinə görə, iddia tələbi X13 Təsərrüfatı Mərkəzinin də hüquq və mənafelərinə toxuna biləcəyinə görə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən X13 Təsərrüfatı Mərkəzi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz şəhərinin şimal hissəsində yerləşən, Oğuz şəhərini, rayonun Kərimli və Bayan kəndlərini içməli su ilə təmin edən Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının kənarında hazırki iş üzrə cavabdeh X7 tərəfindən qanunsuz olaraq sanitar qovşağı inşa edilmişdir. Həmin əraziyə İddiaçı əməkdaşırayonun baş memarı tərəfindən baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ərazi dövlət mülkiyyətinə aid olan ərazidir və bu ərazidə sanitar qovşağının inşa edilməsi üçün icazə sənədi və ya digər hər hansı sənəd mövcud deyildir. Qanunsuz tikili ilə bağlı xx.xx.2021-ci il tarixdə müvafiq səlahiyyətli şəxslərin və cavabdehin iştirakı ilə akt tərtib edilmişdir. Akt tərtib edilərkən tikinti işlərinin dərhal dayandırılması və tikilinin sökülüb götürülməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin tələbə əməl etməkdən, həmçinin, tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının kənarında qanunsuz olaraq sanitar qovşağının inşa edilməsi və fəaliyyət göstərməsi əhalinin sağlamlığı və sanitar epidemioloji şərait baxımından da təhlükəlidir. İçməli su anbarına gələn yeraltı su kəmərləri qanunsuz olaraq inşa edilmiş sanitar qovşağının altındakı torpaq sahəsinə yaxın ərazidən keçir. Ona görə də qanunsuz olaraq inşa edilmiş həmin sanitar qovşağının cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, qanunsuz olaraq inşa edilmiş sanitar qovşağının sökülməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilmiş, lakin o, həmin müraciətlərə məhəl qoymamışdır. Ona görə də sanitar qovşağının məhkəmə qərarı əsasında məcburi şəkildə sökülməsi təmin edilməlidir. Qeyd etdiyi əsaslara görə hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X10 da iddia tələbinə tərəfdar olduğunu bildirdi və məhkəmə baxışı iclasında verdiyi izahatında göstərdi ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan ərazi X13 Təsərrüfatı Mərkəzinə aid ərazi olmaqla, qeyd olunan ərazinin boşaldılaraq təhvil verilməsi ilə bağlı Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 39 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamə icraya yönəldilmiş və icra sənədi hazırda da icraatdadır. Həmin ərazinin boşaldılması X13 Təsərrüfatı Mərkəzi tərəfindən də cavabdehdən dəfələrlə tələb edilmişdir. X13 Təsərrüfatı Mərkəzi özünün mülkiyyətində olan ərazinin boşaldılmasında hazırda da iddialıdır və qeyd olunan ərazidə hər hansı vaxtda qanunsuz inşa edilmiş istənilən tikilinin sökülməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X7 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, mübahisə predmetinə aid olan ərazi X14 ərazisidir və o, qeyd olunan ərazidən indiyədək müqavilə əsasında istifadə etmişdir. Həmin ərazidə sanitar qovşağı, təxminən, 30 ildir ki, mövcuddur və sanitar qovşağı içməli su anbarına gələn yeraltı su kəmərlərindən 50-60 metr məsafədən keçir. O, qeyd olunan ərazidə yeni sanitar qovşağı inşa etməmiş, yalnız əvvəlki sanitar qovşağını yenidən bərpa etmişdir. İddiaçı tərəfindən ona tikinti işlərinin dərhal dayandırılması və tikilinin sökülüb götürülməsi ilə bağlı xəbrdarlıq edilmişdir, ancaq hesab edir ki, o, digər şəxslərin mənafeyinə toxunan, əhalinin sağlamlığı üçün təhlükəli şərait yaradan hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Oğuz şəhərinin şimal hissəsində yerləşən, Oğuz şəhərini, rayonun Kərimli və Bayan kəndlərini içməli su ilə təmin edən Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının kənarında hazırki iş üzrə cavabdeh tərəfindən lazımi icazə sənədi olmadan sanitar qovşağı inşa edilmişdir. Həmin sanitar qovşağının hələ tikintisi başa çatdırılmadığı dövrdə tikinti işlərinin dayandırılması və tikilinin sökülüb götürülməsi müvafiq orqanların səlahiyyətli şəxsləri tərəfindən cavabdehdən tələb edilmişdir. Lakin cavabdeh tikinti işlərini davam etdirərək sanitar qovşağının tikintisini başa çatdırmışdır. Cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağının yerləşdiyi ərazidə əvvəllər özülü olmayan, kiçik ölçülü müvəqqəti tikili (torpaq üzərində yerləşdirilən, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili) mövcud olmuşdur. Həmin tikili əsaslı tikili olmamış və bu səbəbdən də mövcud tikinti normalarına zidd olmamışdır. Hazırda cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağının yerləşdiyi ərazi X13 Təsərrüfatı Mərkəzinin meşə fonduna aid olmaqla dövlət mülkiyyətində olan ərazidir. Sanitar qovşağı ilə 1 saylı mərkəzi su anbarının sanitariya mühafizə zonasının birinci qovşağı arasındakı məsafə 27 metr təşkil edir. Hazırda iddiaçı Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş sanitar qovşağının cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq mövcud vəziyyətlə bağlı müvafiq orqanların səlahiyyətli şəxsləri tərəfindən tərtib edilmiş akta, sorğuya cavab məktublarına istinad edir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 Təsərrüfatı Mərkəzi də özünün mülkiyyətində olan ərazinin boşaldılmasında iddialı olduğunu bildirir və qeyd olunan ərazidə hər hansı vaxtda qanunsuz inşa edilmiş istənilən tikilinin sökülməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmr, qeyd olunan ərazidə əvvəlcədən də sanitar qovşağı mövcud olduğunu və özünün həmin sanitar qovşağını yalnız bərpa etdiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmetinə aid olan ərazinin X13 Təsərrüfatı Mərkəzinin meşə fonduna aid olmaqla dövlət mülkiyyətində olan ərazi olması iş materialları ilə təsdiq edilmişdir. Həmin ərazidə sanitar qovşağının inşa edilməsi üçün cavabdehin heç bir icazə sənədi mövcud deyildir. Eyni zamanda, cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağı ilə Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının sanitariya mühafizə zonasının birinci qovşağı arasındakı məsafənin qanunvericilikdə müəyyən edilmiş normativdən az olduğu, bununla da təsərrüfat içməli su təchizatı və su kəmərləri mənbələrinin sanitariya mühafizə zonalarına aid sanitar qaydalarının pozulduğu müəyyən edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş sanitar qovşağının cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(054)-434/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində cavabdeh X7 tərəfindən qanunsuz olaraq inşa edilmiş sanitar qovşağının cavabdehin vəsaiti hesabına sökülməsi, məhkəməyə müraciət etmək üçün ödənilməli olan 10 (on) manat dövlət rüsumu məbləğinin cavabdeh X1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.7, 3.11.5 və 4.7.11-ci maddələrinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 68 və 95-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş, İddiaçı, Oğuz şəhər Bələdiyyəsinin, Oğuz rayon Polis Şöbəsinin müvafiq səlahiyyətli şəxslərinin və cavabdehin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində cavabdeh tərəfindən heç bir icazə sənədi olmadan qanunsuz olaraq sanitar qovşağının inşası ilə bağlı tikinti işlərinin aparıldığı aşkar edilmiş, tikinti işlərinin dayandırılması və tikilinin qısa müddət ərzində sökülüb götürülməsi cavabdehdən tələb edilmişdir. Cavabdeh tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş, İddiaçı Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2021-ci il tarixli məlumatından müəyyən edilir ki, Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağı binası inşa edilməzdən əvvəl həmin tikilinin yerində özülü olmayan, kiçik ölçülü müvəqqəti tikili (torpaq üzərində yerləşdirilən, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili) mövcud olmuşdur. Həmin tikili əsaslı tikili olmadığından və bu səbəbdən də mövcud tikinti normalarına zidd olmadığına görə onu quraşdırmış şəxsə hər hansı xəbərdarlıq edilməmiş, həmin müvəqqəti tikilini söküb götürməsi ondan tələb edilməmişdir. X15 sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində inşa edilmiş və əsaslı tikinti obyekti olan hazırki sanitar qovşağı binası müvafiq qanunvericiliyin tələblərinə (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsi) zidd olaraqq tikinti məqsədləri üçün ayrılmamış, dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Həmin tikilinin hələ tikintisi başa çatdırılmadığı dövrdə cavabdehdən tikinti işlərinin dayandırılması və tikilinin sökülüb götürülməsi tələb edilmişdir. Lakin cavabdeh tikinti işlərini davam etdirərək tikilini sökməyəcəyini bildirmiş, bununla bağlı müvafiq akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, X13 Təsərrüfatı Mərkəzinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, cavabdehin Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində qanunsuz olaraq inşa etdiyi sanitar qovşağının yerləşdiyi ərazi X13 Təsərrüfatı Mərkəzinin meşə fonduna aid olmaqla Oğuz meşəbəyliyinin 2a saylı meşə dolayının 61-ci kvartalının ərazisidir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində inşa edilmiş sanitar qovşağının yerləşdiyi əraziyə baxış keçirilmişdir. Sanitar qovşağı ilə 1 saylı mərkəzi su anbarının sanitariya mühafizə zonasının birinci qovşağı arasındakı məsafə 27 metr təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli SQ 08-1591-02 nömrəli əmrinin 2.4.2-ci bəndinə əsasən su anbarlarının sanitar mühafizə zonasının birinci qovşağı ilə yaşayış və ictimai binalar arasındakı məsafə 30 metrdən az olmayaraq müəyyən edilir. Sanitar qovşağı ilə 1 saylı mərkəzi su anbarının sanitariya mühafizə zonasının birinci qovşağı arasındakı məsafə 30 metrdən az olduğu üçün təsərrüfat içməli su təchizatı və su kəmərləri mənbələrinin sanitariya mühafizə zonalarına aid sanitar qaydaları pozulmuşdur. Cavabdeh tərəfin məhkəməyə “Elektron kabinet” vasitəsilə göndərdiyi sənədlərdən görünür ki:
1. 19 may 1990-cı il tarixli Oğuz rayonundakı "xxxx" müştərək müəssisəsində Cavabdehla bağlanmış 01 iyun 1993-cü ildən qüvvədə olan müqavilənamə ilə "xxxx" yeməkxanası daşınan əşyaları ilə birlikdə Cavabdeh təhvil verilir.
2. Oğuz (Vartaşen) Rayon XDS İcraiyyə Komitəsinin 23 fevral 1990-cı il tarixli 3№-li iclasının qərarı ilə Azərbaycan Asşosasiya Birliyi ilə rayon Aqrokombinatın yeni yaradılmış "xxxx" Müştərək Müəssisəsinə, rayonun Konserv zavodunun şimal hissəsində, Meşə Təsərrüfatına məxsus daşlı - çınqıllı sahədən pavilyon-yeməkxana tikintisi üçün 0,4 ha torpaq sahəsi ayrılmışdır.
3. Oğuz (Vartaşen) Rayon XDS İcraiyyə Komitəsinin 10 noyabr 1989-cu il tarixli 265 nömrəli qərarı ilə Vartaşen Rayon Aqrokombinatının Azərbaycan Asşosasiya Birliyi ilə birgə müəssisəsinin yaradılması məqsədəmüvafiq hesab edilmişdir. Həmin qətnamədən cavabdeh X7 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 9 mart 2022-ci il tаrixli, 2(107)-314/2022 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli 10/2283 nömrəli rəydə göstərilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ LTİ-nin mütəxəssisi Zaur Rzayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - Oğuz (Vartaşen) Rayon XDS İcraiyyə Komitəsinin 23 fevral 1990-cı il tarixli 3 №-li iclasının qərarı ilə Azərbaycan Asşosasiya Birliyi ilə rayon Aqrokombinatın yeni yaradılmış "xxxx" Müştərək Müəssəsinə, rayonun Konserv zavodunun şimal hissəsində, Meşə Təsərrüfatına məxsus daşlı-çınqıllı sahədən pavilyon-yeməkxana tikintisi üçün ayrılmış 0.4 ha torpaq sahəsi hal-hazırda X14 balansındadır. - Həmin torpaq sahəsi ilə X13 X6 meşəbəyliyinin 2A saylı meşə dolayının 61 -ci kvartalının ərazisində yerləşən Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin olunmuşdur (yerquruluşu planı 1). -"xxxx" Müştərək Müəssəsinə məxsus olması iddia olunan yeməkxana hal-hazırda fəaliyyət göstərmir. Cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağı həmin yeməkxana üçün ayrılmış 0.4 ha torpaq sahəsində yerləşir (yerquruluşu planı 2). - X13 X6 meşəbəyliyinin 2A saylı meşə dolayının 61-ci kvartalının ərazisində Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində inşa edilmiş sanitar qovşağı ilə Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının sanitariya mühafizə zonasının birinci qovşağı arasındakı məsafə 22.0 metrdir (yerquruluşu planı 3).
Apellyasiya şikayətinin dəlilləri
Cavabdeh X7 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hakimin ilk olaraq araşdırmalı olduğu məsələ – ondan ibarət olmalı idi ki, mübahisə predmeti olan, “Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində inşa edilmiş sanitar qovşağının” ümumiyyətlə Oğuz r-n İH-nə nə kimi aidiyyatı var?! Həmin sanitar qovşaq – Oğuz r-n İH-nin sərəncamında və ya istifadəsində olan ərazidə yerləşir ki, İH də, belə bir iddia tələbi irəli sürsün? Çünki, sözügedən sanitar qovşaq dövlət əmlakının balansında yerləşir və AR Prezidentinin xx.xx.2009 tarixli 116 saylı habelə xx.xx.2015 tarixli 516 saylı Fərmanları ilə təsdiq edilmiş “AR Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnaməsinə uyğun olaraq dövlət əmlakı ilə bağlı iddia tələblərini yalnız ƏMDK (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) qaldıra bilər. Demək ki, Oğuz r-n İH-nin belə bir iddia qaldırmaq səlahiyyəti və subyektiv hüququ – ümumiyyətlə olmamışdır. AR Ali Məhkəməsinin Plenumunun göstərişi vardır ki, bütün torpaq mübahisələri ilə bağlı işə mütəxəssislər cəlb olunmalı, həmçinin mütəxəssis rəyi və ya arayışı əsasında, ekspeetiza təyin olunmalı, o cümlədən iş üzrə ekspertiza rəyi alınmalı və yalnız bundan sonra yekun qərar verilməlidir. Bu artıq analogiyadır və belə kateqoriyalı işlər üzrə məcburi xarakter alaraq, buna əməl olunmamaqla çıxarılmış qətnamələrin apellyasiya qaydasında verilən şikayətlər əsasında ləğv olmasına 1 nömrəli səbəb yaradan imperativ prosessual əsasdır. Bildiyimiz kimi, mübahisəli ərazilər üzrə dövlət torpaq kadastr və reyestr qurumlarının yerli şöbələrinin mütəxəssisləri cəlb olunmalı və onların iştirakı ilə həmin tikilinin torpaq ayırma sənədləri üzrə hüdudlardan kənarda və ya hüdudları daxilində yerləşməsi barədə müvafiq arayış və ya rəy verilməli idi. Odur ki, hakim qətnamə çıxararkən bu kateqoriya işlər üzrə lazımi prosessual hərəkətləri etməməklə, prosessual hüququ normalarını düzgün tətbiq etməmişdir. Hakim iş üzrə araşdırma apararkən – mübahisə predmeti olan sanitar qovşağın yerləşdiyi torpaq sahəsinin hüdüdlarının müəyyən edilməsi üçün, faktiki halları aydınlaşdırmağa cəhd etməmiş və bununla bağlı heç bir ekspertiza təyin etməmişdir. Həmin əraziyə torpaq üzrə mütəxəssis cəlb olunmamış və müvafiq mütəxəssis rəyi alınmamışdır. Bununla da, tikilinin cavabdehin istifadəsindəki torpağın hüdudlarından kənarda və ya daxilində yerləşməsi faktı müəyyən olunmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına müvafiq ekspertiza keçirilməsi ilə bağlı vəsatət verərək ekspertiza keçirilməsini və ekspertiza qarşısında onların da təqdim edəcəkləri hazırda mübahisələndirilən sanitar qovşağının xx.xx.1993-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh təhvil verilmiş - daşınmaz əmlak obyektinin yerləşdiyi torpaq sahəsini əhatə edən ərazidə tikilib-tikilməməsi ilə bağlı, həmçinin sanitar qovşağın mövcud olduğu ərazini əhatə edən torpaq sahəsində tikilmiş və Cavabdeh təhvil verilmiş – "xxxx" Müştərək Müəssisəsinə məxsus yeməkxana ilə hazırda cavabdehin istifadəsində olan və onun tərəfindən abadlaşdırılmış daşınmaz əmlak obyektinin eynilik təşkil edib-etməməsi barədə sualların qoyulmasını xahiş etdilər. Onların məhkəmə kollegiyasına “Elektron kabinet” vasitəsilə göndərdikləri sənədlərə daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22 oktyabr 2017-ci il tarixli məktubundan görünür ki, Vartaşen (Oğuz) rayon XDS icraiyyə Komitəsinin fevral 1090-cı il tarixli 43 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (yeməkxana) yerləşdiyi torpaq sahəsi dövlət torpaq fonduna aiddir və həmin torpaq sahəsi dövlət əmlakı kimi 186849 nömrə ilə dövlət reyestrində qeydə alınmışdır. Həmin vəsatətlə qismən razılaşan iddiaçının nümayəndəsi X8 müvafiq ekspertizanın keçirilməsinə etiraz etmədiyini bildirərək ekspertiza qarşısında onların da təqdim edəcəkləri sökülməsini tələb etdikləri sanitar qovşağı binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü və kateqoriyası barədə, həmçinin həmin sanitar qovşağı binasının yerləşdiyi torpaq sahəsinin "xxxx" müştərək müəssisəsinə məxsus yeməkxana binasının yerləşdiyi torpaq sahəsinin daxilində olub-olmaması barədə sualların qoyulmasını xahiş etdi. Mübahisəli əraziyə Oğuz r-n İH-nin əməkdaşı olan rayonun baş memarı tərəfindən baxış keçirilmiş, qeyd olunan ərazinin dövlət mülkiyyətinə aid olması, yəni Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olması faktı öz təsdiqini tapsa da, memar öz səlahiyyətlərindən kənara çıxmış və torpaq mübahisələri üzrə hər hansı münasibət bildirmək və ya mütəxəssis rəyi vermək səlahiyyətləri olmadığı halda sanitar qovşağın sökülüb götürülməli olduğunu bildirmişdir. Bununla da, hakim Kamran Süleymanov tərəfindən mübahisəli tiklinin yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində və ya isifadəsində olması halının, iş üçün nə qədər əhəmiyyətli olan hal kimi qiymətləndirilməməsi, nəticədə – birinci instansiya məhkəməsinin qanunla göstərilən sübutlarla təsdiq edilməmiş və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmiş qətnamə çıxarmasına səbəb olmuşdur. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(054)-434/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(054)-434/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi və X13 Təsərrüfatı Mərkəzinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” 3.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak edir; məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görür; insan üçün təhlükəli olan və sosial əhəmiyyət kəsb edən xəstəliklərin yayılması, o cümlədən baş vermiş və ya baş verməsi ehtimal olunan yoluxucu və kütləvi qeyri-yoluxucu (zəhərlənmə) xəstəliklərin, həyata keçirilən sanitar-epidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işini təşkil edir. 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı təmirtikinti, memarlıq və şəhərsalma sahələrində tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. 4.7.11-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı tədbirlər görmək səlahiyyətinə malikdir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 57.2 və 57.2.2-ci maddələrinə əsasən tikinti obyekti sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. 68.1-ci maddəsinə əsasən tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir. 95.1 və 95.1.1-ci maddələrinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür.
"M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(054)-434/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin Oğuz Sukanal sahəsinin 1 saylı mərkəzi su anbarının mühafizə hasarının şimal hissəsində qanunsuz olaraq inşa etdiyi sanitar qovşağının yerləşdiyi ərazi X13 Təsərrüfatı Mərkəzinin meşə fonduna aid olmaqla Oğuz meşəbəyliyinin 2a saylı meşə dolayının 61-ci kvartalının ərazisidir (X13 Təsərrüfatı Mərkəzinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubu). "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iş üzrə iddiaçı olan İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(054)-434/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh X4 qarşı qanunsuz inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(054)-434/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X4 qarşı qanunsuz inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat İddiaçındən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Mütəxəssis rəyinin dəyəri olaraq ödənilmiş 215 manat İddiaçındən tutularaq cavabdeh X4 ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Vəzirxan Məlikov