Məhkəmə qərarları › İş №2(107)-316/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-316/2021

04.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-316/2021 04.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X20, İddiaçı və onun vəkili X21, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mərhum anası X10 faktiki qəbul etdiyi miras əmlakın 2/3 paya X25 X7 verilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(019)-689/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X10 faktiki qəbul etdiyi miras əmlakın 2/3 paya X25 X7 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(019)-689/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı mərhum anası X4 faktiki qəbul etdiyi miras əmlakın 2/3 payına X25 X7 verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(019)-689/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X5 mülkiyyətində Balakən rayon Gərəkli kəndində JN 1096 kod 40110018 saylı Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Anası X19 14 iyun 2006-cu ildə vəfat etmişdir. Bunu Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında arayış təsdiq edir. X5 mülkiyyətində Balakən rayon Gərəkli kəndində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması faktı Gərəkli kənd inzibati ərazi idarəsi tərəfindən verilən 14.07.2020-cü il tarixli arayışla da təsdiq edilir. Anasının yeganə varisləri oğlanları X17, İddiaçı və X15 olmuşdur. Bu xüsusat Gərəkli kənd inzibati ərazi idarəsi tərəfindən verilən 14.07.2020-cü il tarixli arayışla və həmin kəndin inzibati ərazisinin 907 saylı arayışı ilə sübut olunur. Diğər qardaşları başqa-başqa şəhərlərdə yaşadığından anası onun himayəsində və onun təsərrüfatında olmuşdur. Bunu Balakən rayon Dövlət Arxivinin 361 saylı, 17 oktyabr 2018-ci il tarixli Arxiv arayışı təsdiq edir. Anası ilə o, ünvan 1ində mülkiyyətində olan torpaq sahəsində 1986-ci ildə inşa etdiyi ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 32 kv.m olan yaşayış evində birgə yaşamışlar. o, anasından ona qalmış mirası faktiki qəbul etmiş bir şəxs kimi, həmin torpağı öz adına rəsmiləşdirmək üçün Balakən rayon Dövlət Notariat Kontoruna müraciət edəndə, ona bildirdilər ki, ondan böyük qardaşı anasından qalmış miras əmlaka X25 hüququ haqqında şəhadətnamə almışdır. O, bununla bağlı Balakən rayon Dövlət Notariat Kontoruna etirazını bildirmiş və həmin idarədən 681 saylı, 07 noyabr 2018-ci il tarixli məktubda cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduqda mübahisəyə məhkəmə baxır. Aralarındakı mübahisənin həlli ilə əlaqədar, eyni zamanda ona X25 hüququ haqqında şəhadətnamə verilməsi üçün 26.05.2012-ci il tarixində qardaşı X13 verilmiş 2V- 150 reyestr nömrəli X25 X7 ləğvi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Vadim qanunsuzluqla mirası əldə etmişdir. Qardaşının, ana mülkiyyətində özünə məxsus heç bir əsaslı tikintisi olmadığı barədə ƏMDK-nin Şəki ərazi şöbəsi üzrə Balakən rayon müfəttişliyinə verdiyi 08.10.2018-ci il tarixli ifadəsində təsdiqləmişdir. Bütün bunlar barədə qardaşının həmin mülkdə təkbaşına sahiblik etdiyini biləndən sonra xəbər tutmuşdur. Bütün bunları nəzərə alaraq, Balakən rayon Dövlət Notariat Kontoruna və DƏDRX-nin 18 saylı ərazi idarəsinə sorğu göndərilmişdir. Sorğulardan məlum olur ki, qardaşı anasından miras əmlaka X25 hüququ haqqında şəhadətnamə alarkən notarius qardaşı X13 26 may 2012-ci il, eyni tarixli eyni qeydiyyat nömrəli iki müxtəlif X25 hüququ haqqında şəhadətnamə vermişdir. Notarius qardaşına X25 hüququ haqqında şəhadətnamə verərkən texniki səhv etdiyindən DƏDRX-nin 18 saylı Ərazi idarəsinə 13.06.2012-ci il tarixli, 116 saylı məktubla müraciət etmişdir. Məktubda göstərilmişdir: X6 14.06.2012ci il tarixdə vəfatı ilə əlaqədar Balakən rayon Dövlət Notariat Kontorunda açılmış vərəsəlik işi üzrə 26.05.2012-ci il tarixdə2V-150 reyestr nömrəsi ilə X25 hüququ haqqında şəhadətnamə verilmişdir. Təəssüf ki, həmin vərəsəlik şəhadətnaməsində texniki səbəblər barəsində şəhadətnamə verilən miras əmlakın təsviri səhv yazılmışdır. Belə ki, həmin şəhadətnamə ilə X9 vərəsəlik hüququ müəyyən edilən ünvan 1i ünvanında yerləşən, çoxillik əkmələr məqsədli istifadə növlü torpaq sahəsi 0,14 ha deyil, həmin torpaq sahəsinin 1/2 hissəsi kimi göstərilmişdir. Belə ki, torpaq sahəsinin qalan hissəsi şəhadətnamə verilmədən açıq saxlanılır. Qardaşı ilə aralarında yaranan mübahisəyə son qoymaq onun adına tək varis kimi X25 açıldığına görə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-220/2019 saylı, 02.05.2019-cu il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin edilərək, mərhum anası X4 miras qalmış Balakən rayon Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payı müəyyən edilmiş, miras əmlakın digər 2/3 hissəsi açıq saxlanmışdır. Digər varis qardaşı X9 adına verilmiş 26.05.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X25 hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. O, məhkəməyə onu da bildirməyi zəruri hesab edir ki, anasından miras qalmış əmlakı bütövlikdə qəbul etməyinə baxmayaraq, həmin əmlakdan yalnız 1/3- dən bir hissəsini qəbul etmişdir. Bununla da razı qalmayan qardaşının hələ də ona maneələr törətməkdə davam etdiyini görüb, geridə qalan 2/3-də hissəsini də qanun üzrə qəbul etmək üçün Cavabdehnə müraciət etmişdir. Notariat Kontorunun 05 may 2020-ci il tarixli cavab məktubunda qardaşı X9 mirasın qəbulu və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı məhkəmədə hər hansı qətnamə çıxarılmadan ona mərhum anası X6 mirasının tam hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmaması bildirilmişdir. Ona görə də hesab edir ki, mərhum anası X1 0.14 ha pay torpaq sahəsinə tam olaraq onun X25 hüququ bərpa olunmalıdır. Eyni zamanda bildirir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-220/2019 saylı, 02.05.2019-cu il tarixli qətnaməsindən şikayət verməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Ona görə də Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(019)-689/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, sonda təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X23 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o əvvəlki məhkəmə qərarları ilə razılaşmır, ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X17 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(019)-689/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN 1096 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998ci il tarixli, 08 saylı qərarı iləX12 0.14 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 01 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 940976 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X18 14 iyun 2006-cı il tarixdə koronaro kardioskleroz xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 06 ayının 17 günündə 598 № ilə qeyd edilmişdir. Balakən rayon Gərəkli Bələdiyyəsi tərəfindən 17.08.2020-ci il tarixdə verilmiş 80 saylı arayışdan görünür ki, İddiaçı 20.06.2008-ci ildə 0.52 manat, 03.0.8.2009-cu ildə 0.38 manat, 09.08.2010-cu ildə 0.38 manat, 28.08.2011-ci ildə 1 manat, iyun 2012-ci ildə 0.38 manat, o cümlədən 2015-2018-ci illər ərzində cəmi 3 manat 50 qəpik anası X12 məxsus olan torpaq sahəsinin vergilərini ödəmişdir. Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən 17.08.2020-ci il tarixdə verilmiş 1038 saylı arayışdan görünür ki, həqiqətən mərhum X18 vəfat etdiyi 14 iyun 2006cı il tarixədək ünvan 1i ünvanında daimi qeydiyyatda olmuşdur və onun aşağıda qeyd edilən vərəsələri vardır: oğlu-X17, oğlu X15 və oğlu İddiaçı. Balakən rayon Gərəkli kənd soveti tərəfindən 22 fevral 1965-ci il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə anadan olmuş, atası X2, anası X18 yazılmışdır. Balakən rayon Dövlət Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 05 may 2020-ci il tarixli, 90 nömrəli məktubdan görünür ki, qardaşı X9 mirasın qəbulu və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı məhkəmədə hər hansı qətnamə çıxarılmadan ona mərhum anası X6 mirasının tam hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Balakən Rayon Məhkəməsinin 2(019)220/2019 nömrəli, 02.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, mərhum X4 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinə dair X9 adına verilmiş 26.05.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X25 X7 etibarsız hesab edilməsi, mərhum X4 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, X9 26.05.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X25 X7 ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 01.02.2021-ci il tarixli, 2(107)-314/2021 nömrəli qətnaməsindən müəyyən edilir ki, Balakən Rayon Məhkəməsinin 16.10.2021-ci il tarixli, 2(019)-694/2020- nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.08.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 01.02.2021-ci il tarixli, 2(107)-314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. X25 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) X25 zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, məhkəmə kollegiyasının iclasında təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və X15 doğma qardaşlardır. Onların anası X5 mülkiyyətində ünvan 1ində JN 1096 kod 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X28 əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X19 14 iyun 2006-cu ildə vəfat etmişdir. İşdəki sübutlara əsasən qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan fakt olaraq mərhum X8 vərəsələri oğlanları- X17, İddiaçı və X15 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri və miras əmlakdan öz paylarını almaq fikrində olmaları müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə mərhum X4 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinə dair X9 adına verilmiş 26.05.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X25 X7 etibarsız hesab edilməsi, mərhum X4 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. İşdəki sübutlardan aydın olur ki, miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka X9 və X3 hər birinin 1/3 hissə payına aiddir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3cümaddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur İş materiallarından görünür ki, X8 vərəsələri oğlanları X17, İddiaçı və X15 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsinin əsaslandırma hissəsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktdır. Ona görə də qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş həmin fakt- X8 vərəsələri oğlanları- X17, İddiaçı və X15 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri hazırki işdə preyudisial əhəmiyət daşıyır və bu xüsusda məhkəmə üçün məcburi xarakter daşıyır. Yəni həmin fakt sübut əhəmiyyəti daşımaqla, işdə iştirak edən şəxslər, o cümlədən iddiaçı tərəfindən yenidən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(019)-689/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar