Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-316/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2rşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi, MM 1272, kəsici müddət) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və X7 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2rşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-cü il tarixli 2(019)-736/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 bacıdır. Anaları X18 31 may 2017-ci il tarixdə ölmüşdür. Balakən şəhəri R.Səmədov küçəsi , ev 49, m.8-də yaşayan X17 04 noyabr 2015-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən şəhəri, H.Əliyev pr.,49, m.8-də yerləşən mənzilini qızı X13 vəsiyyət etmişdir. X8 ölümündən sonra Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzil miras qalmışdır. İş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu iş üzrə üçüncü şəxs X16 anası X9 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermiş, həmin şəhadətnamə əsasında Balakən şəhəri, Heydər Əliyev prospekti ev 47, mənzil 8-də yerləşən ümumi sahəsi 69.7 kv.m olan mənzilin 5/6 hissəsi X7, 1/6 hissəsi isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2rşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X9 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş-R.Səmədov küçəsi),ev 47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə iş üzrə üçüncü şəxs X7 vəsiyyətnamə üzrə vərəsəlik hüququnun rəsmiləşdirilməsinə dair 20 oktyabr 2021-ci il tarixli, 2V-470 reyestr nömrəli, V-515/2021 nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə onun və üçüncü şəxs X14 anaları X18 31 may 2017-ci il tarixdə ölmüşdür. X8 ölümündən sonra Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzil miras qalmışdır. Mərhum X8 qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 26 yanvar 1996-cı il tarixdə dövlət qeydiyyatına alınaraq “Qeydiyyat vəsiqəsi”ilə rəsmiləşdirilmişdir. Mərhum X8 vəfatından sonra ondan miras qalmış, Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzili iş üzrə İddiaçı təkbaşına idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İş üzrə üçüncü şəxs X22 isə anaları X9 miras qalmış həmin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində qəbul etməmişdir. Buna baxmayaraq, iş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu, iş üzrə üçüncü şəxs X16 anası X9 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” vermiş, X14 miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edib-etməməsini araşdırmamışdır. İddiaçı hesab edir ki, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən iş üzrə üçüncü şəxs X16 anası X9 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti ev47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” qanunsuz olaraq tərtib edildiyindən etibarsız hesab edilməldir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında göstərdi ki,cavabdeh X19 xx.xx.1965-ci ildə ünvan 6 ünvanında qeydiyyatdadır. Həmin mənzil keçmiş Balakən Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli 03 saylı sərəncamı ilə cavabdehin anası X8 adına rəsmiləşdirilmişdir. Anası özünə məxsus olan əmlakını ona vəsiyyət etmişdir. Anası X18 31 may 2017-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan qalmış miras əmlak olan Balakən şəhəri H.Əliyev prospekti ev 49 ünvanındakı 8 saylı mənzilin 5/6 hissəsinə öz adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin sənədlər əsasında mənzilin 5/6 hissəsi onun, 1/6 hissəsi isə cavabdeh olan bacısı İddiaçı paylı mülkiyyətində olmaqla həmin hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14-05101-093009 nömrə ilə qeydiyyata alınmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin vaxtdan bir ilə yaxın vaxt keçdikdən sonra İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkillərini dinləyib, işdə olan sənədlərə baxaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdeh Balakən rayon Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 bacıdır. Balakən şəhəri R.Səmədov küçəsi , ev 49, m.8-də yaşayan X17 04 noyabr 2015ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən şəhəri, H.Əliyev pr.,49, m.8-də yerləşən mənzilini qızı X13 vəsiyyət etmişdir. X18 31 may 2017-ci il tarixdə ölmüşdür. X8 ölümündən sonra Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzil miras qalmışdır. İş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu iş üzrə üçüncü şəxs X16 anası X9 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermiş, həmin şəhadətnamə əsasında Balakən şəhəri, Heydər Əliyev prospekti ev 47, mənzil 8-də yerləşən ümumi sahəsi 69.7 kv.m olan mənzilin 5/6 hissəsi X7, 1/6 hissəsi isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 anaları X9 miras qalmış əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində qəbul etməməsini, notariusun bunu araşdırmamasını, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən iş üzrə üçüncü şəxs X16 verilmiş 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə qanunsuz olduğunu göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
9. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
10. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
11. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
12. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər.
13. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
14. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir.
15. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
16. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
17. Mirasın qəbul edilməməsi, bu əsasla vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli olması ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması ilə bağlı müddət müəyyən edilmişdir.
18. Məhkəmə, mübahisələndirilən, Balakən regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 mərhum anası X9 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə görə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin 20 oktyabr 2021-ci il tarixdə verilməsini, iddiaçı X14 həmin vaxtdan bundan məlumatı olmasını (işin bu halı İddiaçı 2021-ci ilin oktyabr ayında miras əmlakla bağlı notariusa müraciət etməsi, məhkəməyə təqdim etmək üçün sənədlər alması ilə təsdiq olunur), lakin qanunla müəyyən edilmiş iki ay müddətində həmin şəhadətnaməni mübahisələndirməməsini, bununla da onun sözügedən şəhadətnaməni mübahisələndirmək hüququnu itirməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
19. Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-cü il tarixli 2(019)-736/2022 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2rşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, 100 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1243, 1255, 1272, 1321 və 1322-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
21. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş 358 nömrəli arayışdan görünür ki, X26 və X15 nikahının pozulması haqqında xx.xx.1978-ci il tarixdə 38 nömrə ilə akt qeydi tərtib edilmişdir.
22. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş 359 nömrəli arayışdan görünür ki, X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlar avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.1978-ci ildən xx.xx.2017-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd edilən şəxs Balakən rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli 88 nömrəli ölüm haqqında akt qeydinə əsasən xx.xx.2017-ci ildə vəfat etmişdir.
23. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon MİM-si tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 273 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı H.Əliyev küçəsi 49/8 saylı mənzildə qeydiyyatdadır. Yaşadığı mənzilin kommunalını ödəmişdir. Arayış Balakən Rayon Məhkəməsinə təqdim edilməsi üçün verilir.
24. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon MİM-si tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 282 nömrəli arayışda göstərilmişdir ki, H.Əliyev küçəsi 49/8 saylı mənzildə qeydiyyatda olan İddiaçı aşağıdakı ailəsi vardır. 1. Oğlu- X33, 2. Bacısı oğlu-X27, 3. X12, 4. Bacısı qızı-X24, 5.Qızı- X1: Həmin şəxslər qeydiyyatda olmasına baxmayaraq anası X17 vəfat etdikdən sonra həmin evdə İddiaçı yaşayır. Arayış Balakən Rayon Məhkəməsinə təqdim edilməsi üçün verilir.
25. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə ünvanlanmış 1425 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı vərəsəlik hüququ ilə bağlı müraciəti əsasında notarius Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə sorğu göndərərək mərhum X10 adına olan əmlak barədə sənədlərin Balakən regional "ASAN xidmət” mərkəzində notariat ofisinə göndərilməsini xahiş etmişdir.
26. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 noyabr 2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, Balakən şəhəri R.Səmədov küçəsi , ev 49, m.8-də yaşayan X17 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən şəhəri, H.Əliyev pr.,49, m.8-də yerləşənmənzilini qızı X13 vəsiyyət etmişdir.
27. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20 oktyabr 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, “Mən, Balakən regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh Balakən rayonu dövlət notariat ofisi tərəfindən xx.xx.2015 tarixdə təsdiq edilən və reyestrdə 282 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X18NİN vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Liman Məhəlləsi,Barış Manço pr N0- 29,Mimsa C bloku N0-101 .Konyaaltı/Antalya ünvanında qeydiyyatda olan QİZİ X19dır (C03120198,xx.xx.2020- DİN, F1N: V4NQZZK dm05.0S.l98S} və o miras əmlakdan 5/6 hissədə İrs almalıdır. Şəhadətnamə verilən miras əmlak:Balakən rayon TİB tərəfindən xx.xx.1996-cı il tarixdə X18YA verilmiş 10-24 qeydəalma nömrəsi ilə 3 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 9 ünvanında yerləşən ümumi sahəs 68.2 kv /m, yaşayış yaşayış sahəsi 45 kv/m, yardımçı sahəsi 23,2 kv.m olan mənzildən ibarətdir. QEYD. Şəhadətnamə verilən miras əmlakın 1/6 hissəsinə İddiaçı qızna Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmədən açıq saxlanıldı”
28. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 200609 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X17 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
29. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, Balakən şəhəri, Heydər Əliyev prospekti ev 47, mənzil 8-də yerləşən ümumi sahəsi 69.7 kv.m olan mənzilin 5/6 hissəsi X7, 1/6 hissəsi isə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır.
30. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 oktyabr 2021-ci il tarixdə verilmiş xx/xx-1013 nömrəli arayışdan görünür ki, X20 05 avqust 1965-ci ildə Balakən şəhərində anadan olmuşdur.Bu barədə 02 noyabr 1965-ci il tarixdə Balakən rayon qeydiyyat şöbəsində 62 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.
31. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 22 avqust 2022-ci il tarixli 109-20953-1222 nömrəli məktubda göstərilmişdir ki, “sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.1965-ci ildə Balakən rayonunda anadan olmuş, Balakən şəhəri, H.Əliyev prospekti, ev 49, mənzil 8-də qeydiyyatda olan X7 barəsində DİN-in Baş İnforrmasiya –Kommunikasiya İdarəsinin “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, R.H.Şirinova xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 18 (on səkkiz) dəfə Azərbaycan Respublikasının Dövlət sərhəddindən giriş-çıxış etmişdir.
32. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 07 dekabr 2022-ci il tarixli 2008 nömrəli məktubda göstərilmişdir ki, “Sizin X8 vərəsəlik işi ilə əlaqədar 18 noyabr 2022-ci il tarixli sorğunuza cavab olaraq bildirirəm ki, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş (mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda) vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzuiarına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.Bildiyiniz kimi vərəsənin susması vərəsənin mirasdan imtina etməsi deməkdir. Məcburi payı qəbul etməkdən imtina halında isə onun payı vəsiyyət üzrə vərəsələrə keçir.Məcburi paya hüququ olan şəxslərin dairəsinin yoxlanılması dedikdə də məhz məcburi payın həcminin müəyyən edilməsi, mirası qəbul etmiş vərəsələrin məcburi payının ayrılması, məcburi paya hüququ olan susmuş vərəsənin payının isə mirası qəbul etmiş vəsiyyət üzrə vərəsələrin payına birləşdirilməsi nəzərdə tutulur.Bundan əlavə nəzərinizə çatdırıram ki, bəzi hallarda Notariat haqqında qanunun 55-ci maddəsinə istinad edərək (Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.), notariusların vərəsələri vərəsəliyə dəvət etmə kimi bir öhdəhliyinin olduğu düşünülür.Notariat orqanı 20 adda notariat hərəkəti aparır və yuxarıda qeyd etdiyim maddə miras əmlakın mühafizə olunması üçün tədbirlər görülməsinə aiddir. Hansı ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ayrı bir notariat hərəkətidir.Beləliklə qanunvericilikdə notariusun üzərinə vərəsənin dəvət olunması kimi bir öhdəlik qoyulmadığına görə İddiaçı rəsmi şəkildə notariat ofisinə dəvət edilməmişdir. Dəvətin forması, dəvət edildiyi təqdirdə nə qədər müddət gözlənilməsi və s. kimi hallar qanunvericilikdə öz əksini tapmamışdır. O cümlədən mirasın bölüşdürülməsi ilə bağlı ixtilafın olduğuna dair heç bir rəsmi müraciət olunmamışdır. Bundan sonra miras toplusuna daxil olan əmlakda qeydiyyatda olduğu üçün mirası qəbul etdiyi müəyyən olunmuşdur. Yuxarıda da qeyd etdiyim kimi Mülki Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Ərizə ilə müraciət etdiyi təqdirdə həmin vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir”.
33. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
34. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, üçüncü şəxs X22 anası X9 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin qəbulu ilə bağlı 6 (altı) ay ərzində mirası qəbul etdiyi barədə ərizə verməmiş, həmçinin əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə faktik başlamamış və nəticə etibarı ilə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. İş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu üçüncü şəxs X14 anası X9 mirasqalmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsində qanun üzrə vərəsəlik hüququnu müəyyən etməkdə haqlı olmamışdır. Balakən Rayon Məhkəməsi hazırda mübahisələndirilən qətnaməsində qeyd edir ki, iddiaçı Şirinova X6 üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni mübahisələndirmək üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş iki ay müddəti ötürmüşdür. Halbu ki, apellyasiya şikayətinə əlavə olunmuş iş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin 08 fevral 2022-ci il tarixli, 236 nömrəli məktubundan da göründüyü kimi, hazırda mübahisələndirilən 20 oktyabr 2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə həmin vaxtdan sonra iddiaçının vəkilinə rəsmi olaraq təqdim olunmuşdur. 14 mart 2022-ci il tarixdə isə İddiaçı 20 oktyabr 2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız sayılması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, e-2(019)-406/2022 iş nömrəli qərardadından da göründüyü kimi, İddiaçı iddiası baxılmamış saxlanılmışdır. Qərardadın qəbul olunmasından 3 (üç) gün sonra, yəni, 17 iyul 2022-ci il tarixdə İddiaçı eyni tələblə yenidən Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni, Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(019)-736/2022 iş nömrəli qətnaməsində qeyd olunan hüquqi mövqeyinin əksinə olaraq, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş iki ay müddəti ötürməmişdir.
35. Ona görə də, Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-cü il tarixli 2(019)- 736/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
38. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-cü il tarixli 2(019)-736/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə görə, Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
40. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
45. İddiaçı Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-cü il tarixli 2(019)- 736/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
48. Bu baxımdan, vərəsəlik hüququ haqqında şəhadətnamənin etribarsızlığı barədə iddia tələbinin mahiyyəti üzrə əsaslılığı yoxlanılandan əvvəl, iddiaçının əqdi mübahisələndirmək hüququnu müddətlər nöqteyi-nəzərindən itirib ititrməməsi müəyyən olunmalıdır.
49. İşə baxan məhkəmənin işin faktiki hallarına qiymət verməklə gəldiyi qənaəti ondan ibarət olmuşdur ki, iddiaçı qanunda müəyyən edilmiş 2 aylıq müddəti ötürməklə sözügedən şəhadətnaməni mübahisələndirmək hüququnu itirmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
51. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 34-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarında olan və bu qətnamənin 23-25-ci bəndlərində göstərilmiş sənədlərdən görünür ki, İddiaçı 2021-ci ilin oktyabr ayında Balakən Rayon Məhkəməsinə təqdim edilməsi üçün arayışlar alınması məqsədilə Balakən rayon Mənzil İstismar Müəssisəsinə və X8 ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlı Balakən regional "ASAN xidmət” Mərkəzinə müraciətlər etmişdir. Bu hallar göstərir ki, iddiaçı 2021-ci ilin oktyabr ayında həmin vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün ehtiyac duyulan sənədlərin toplanılması məqsədilə müxtəlif orqanlara müraciətlər etmişdir. Apellyator özünün apellyasiya şiakyətinə əlavə etdiyi Balakən regional "ASAN xidmət” Mərkəzində Notariat ofisinin Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 ünvanladığı 8 fevral 2022-ci il tarixli məktuba istinad edərək X13 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən həmin vaxt xəbər tutduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məktub Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 Balakən regional "ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanlamış olduğu 6 yanvar 2022-ci il tarixli sorğuya cavab olaraq göndərilməklə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X11 mirasına 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin işə əlavə edilmiş sənədlərin Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 göndərilməsi ilə əlaqədar olmuşdur. Göründüyü kimi, Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinin ona göndərilməsi ilə bağlı Balakən regional "ASAN xidmət” Mərkəzində Notariat ofisinə müracət etmişdir. Bu da onu göstərir ki, həmin vaxt iddiaçı və onun vəkili həmin şəhadətnamənin mövcudluğundan artıq xəbərdar idi.
52. Göründüyü kimi, iddiaçı 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan 2021-ci ilin oktyabr ayında xəbərdar olduğundan onun apellyasiya şiakyətində qeyd etdiyi onun 14 mart 2022-ci il tarixdə məhkəməyə hazırki məzmunda iddia ilə müraciət etdiyi və Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, e-2(019)-406/2022 iş nömrəli qərardadı ilə İddiaçı iddiasının baxılmamış saxlanılması, 3 gün sonra yenidən məhkəməyə hazırki iddia ilə müraciət etməsi halları öz əhəmiyyətini itirir. Çünki, iddiaçı hazırki məzmunda iddia ilə məhkəməyə 14 mart 2022-ci il tarixdə iddia versə belə, həmin vaxt da artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdü.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
54. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-cü il tarixli 2(019)-736/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-cü il tarixli 2(019)-736/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev