Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-322/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və iddiaçı Məmmədova Libadə Şahin qızının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Məmmədova Libadə Şahin qızının Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən ödənilməsi tələb olunan 1375,30 manat məbləğində debitor borcun silinməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1008/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1008/2020 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddiaçı Məmmədova Libadə Şahin qızının cavabdeh «Cavabdeh” İB-nin X18 İstismar İdarəsinə qarşı Cavabdeh İB-nin Tərtər X3rşı “cavabdeh tərəfindən ödənilməsi tələb olunan 1375,30 manat məbləğində debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün rədd qət edilmişdir. İşin halları: İddiaçı Məmmədova Libadə Şahin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin Tərtər X2 qarşı qazdan istifadəyə görə yaranmış 1375,30 manat debitor borcun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Məmmədova Libadə Şahin qızının etibarnamə üzrə nümayəndəsi X12 iddia tələbində qalaraq izahatında göstərmişdir ki, İddiaçı Məmmədova X6 şəhəri, N.Rəfibəyli küçəsi bina 11a mənzil 26 ünvanında yaşayır. Cavabdeh Tərtər Regional X14 Mingəçevir Xidmət Sahəsi üzrə rəis müavini Ə.M.Qasımovun imzası ilə iddiaçının yaşadığı ünvana xx xxx 2020-ci il tarixli, 41 nömrəli “Debitor borcun ödənilməsi tələbi barədə” xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda Cavabdeh ilə iddiaçının arasında bağlanmış, tarixi və nömrəsi göstərilməyən “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə” yə əsasən iddiaçıya məxsus yaşayış sahəsinin “ Cavabdeh” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunduğu, qeyd olunan təbii qazın alqı-satqı müqaviləsinin bəndlərinin iddiaçının tərəfindən pozulduğu və qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən xx.xx.2020-ci il tarixinə 1375.3 manat (bir min üç yüz beş manat 30 qəpik) məbləğində debitor borcun yarandığı bildirilərək göstərilən borc məbləğinin ödənilməsi tələb edilmişdir. İddiaçının mülkiyyətində olan yaşayış sahəsinə Qaz sayğacı 2019-cu ilin sonlarında quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacın quraşdırılaraq iddiaçının istifadəsinə verilməsi barədə iddiaçıya heç bir sənəd verilməmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana “Bildiriş-Xəbərdarlıq” göndərilmişdir. Həmin “Bildiriş-Xəbərdarlıq” da Qaz sayğacının əvvəlki sərfiyyat göstəricisinin “0” olduğu, son göstəricinin isə “266” olmaqla dəyərinin 53.20 manat təşkil etdiyi, qalıq borc məbləğinin isə 1271.80 manat olmaqla yekun borc məbləğinin 1325.00 manat təşkil etdiyi göstərilmişdir. Sözügedən borcun silinməsi başqa qaydada mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdeh tərəfindən ödənilməsi tələb olunan 1375,30 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh İB-nin Tərtər Regional X14 nümayəndəsi X13 göstərmişdir ki, ünvan 1 mənzil 26 ünvanına «Cavabdeh” İB-nin nümayəndələri tərəfindən hesablanmış debitor borc tam qanuni və əsaslıdır. Belə ki, sözügedən ünvan sahibi 12 ildən artıqdır qazdan istifadə etməsinə baxmayaraq ünvan sahibinin qapını açmaması nəticəsində sayğacın hesablanma mexanizminə baxmaq mümkün olmamışdır. Sözügedən borc bir neçə ay ərzində deyil uzun bir müddət ərzində yığılmışdır. xx xxxxxx 2019-cu ildə ilk dəfə olaraq evin qapısı orda yaşayan kiyayəşin tərəfindən açılmış və onlar tərəfindən evə yeni sayğac qoyulmaqla hesablanma aparılmışdır. Bununla bağlı evdə yaşayan şəxsin iştirakı ilə akt tərtib olunmuş və mənzildə yaşayan şəxs akta imza etmişdir. Sayğac qoyulduqdan sonra belə ödəniş olunmamış və borcun yığılması davam etmişdir. İddiaçı məhkəməyə müraciət etməklə heç bir əsas olmadan borcun silinməsini tələb edir ki, bunun əsası belə yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiаçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, məhkəmə sübutlara düzgün qiymət verməmiş və nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək onun hüquq və mənafeyinin pozulmasına yönələn qanunsuz və əsassız qətnamə çıxarmışdır. Cavabdeh İB-nin Tərtər X1 qarşı təbii qazdan istifadəyə görə yaranmış 1375,30 manat debitor borc məbləğinin ödənilməsini əsaslandıran heç bir hüquqi əsas və sübut yoxdur. Bundan başqa qeyd etmək istəyir ki, cavabdeh məhkəmədə verdiyi izahatında göstərir ki, guya o 12 ildən artıqdır ki, qazdan istifadə etsə də, mənzilinin qapısını açmadığına görə sayğacın hesablanma mexanizminə baxmaq mümkün olmamışdır və sözü gedən borc uzun müddət ərzində yığılmışdır. Əvvəla, cavabdeh verdiyi izahatını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, belə ki, o, həmin mənzilin mülkiyyətçisi olsa da, mənzildə yaşayış olmamışdır. Digər tərəfdən, “uzun bir müddət ərzində” ifadəsi xəyali bir ifadədir və xəyali fikirlə istehlakçını hər hansı təsdiq olunmayan, qondarma, əsassız kommunal məbləğlə yükləmək istehlakçının hüquq və mənafeyinin pozulmasıdır. Daha sonra, istehlakçı kimi, mənzilin mülkiyyətçisi kimi onun tərtib olunan xx.xx.2019-cu il tarixli 3770260№-li Aktdan xəbəri olmayıb, aktda imzası yoxdur, birtərəfli qaydada tərtib olunan akt özlüyündə əhəmiyyətsizdir. Tərəfindən hər hansı təqsirli hüquqazidd hərəkətlərə yol verilməyib və hesablanmış borcun heç bir hüquqi əsası yoxdur. Məhkəmə isə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxararkən çox təəssüf ki, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Eləcə də, tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 1008/2020 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğuna görə tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı Məmmədova Libadə Şahin qızının etibarnamə üzrə nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh İB-nin nümayəndəsi X13 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq Mingəçevir Şəhər Məhkəməsi tərəfindən ədalətli qətnamə qəbul edildiyini bildirmiş və işə onların iştirakı olmadan baxılaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatının dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı Məmmədova Libadə Şahin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1008/2020 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməmiş silinməsi tələb olunan 1375,30 manat məbləğində debitor borcun 1271,80 manatına aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçı Məmmədova Libadə Şahin qızının Cavabdeh İB-nə qarşı 1375,30 manat məbləğində debitor borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, "Cavabdeh" İB-nin Tərtər Regional X14 əməkdaşları tərəfindən iddiaçı Məmmədova Libadə Şahin qızına hesablanmış debitor borcun 1271,80 manatı silinməli, qətnamənin mübahisələndirilən iddianın təmin edilməmiş 103,50 manatına aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Cavabdeh İB-nin xx xxx 2020-ci il 41 nömrəli xəbərdarlığından görünür ki, ünvan 5 mənzil. 26 ünvanında yaşayan İddiaçı 1375.3 manat debitor borcunu 1 ay ərzində tam ödəmədikdə qaz təchizatı paylayıcı tərəfindən dayandırıla bilər. İşdə olan Cavabdeh İB-nin qəbzindən görünür ki, ünvan 5 mən. 26 ünvanında yaşayan İddiaçı xx.xx.2019-cu il tarixə olan borcu 1325.00 manat təşkil edir. İşdə olan 3770260 №-li aktdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı ünvan 5 mən. 26 ünvanına qaz sayğacı qurlaşdırılmış və bununla əlaqədar sözügedən mənzildə yaşayan X15 tərəfindən imza edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2, 4.5, 5.5 və 6.7-ci maddələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1 və 560.2-ci mаddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı yazılmış 1375.30 manat məbləğində debitor borcu tam qanunidir və buna görə də İddiaçı Şahin qızının 1375.30 manat məbləğində debitor borcun silinməsi barədə tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ünvan 5 mən. 26 ünvanında sayğac evin içində olduğu üçün evə daxil olmaq uzun müddət mümkün olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə evdə kirayədə yaşayan şəxsin qapını açması nəticəsində evə sayğac qoyulması və sayğacın mexanizminin oxunması mümkün olmuşdur. İddiaçı öz tələbini təstiq edən heç bir sübut təqdim etməmişdir. Təqdim olunan sübutlarla isə iddiaçının tələbi heç bir qaydada təstiq olunmamışdır. Əksinə cavabdehin nümayəndəsi tərəfindən bildirilən fikirlər və təqdim olunan sənədlər daha ağlabatan və mötəbərdir. Sayğacın həqiqətəndə evin daxilində olması sayğacı nəzarətdə saxlanmasını qeyrimümkün etmişdir. Bundan əlavə sözügedən borc akt ilə hesablanmış qaz itkisinə görə deyil debitor yəni aylıq hesablanmış borcdur. Sözügedən borcun silinməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iddianın təmin edilməmiş 1271,80 manatına aid hissəsinin silinməməsi ilə razılaşmır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası məsələyə münasibətdə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq aşağıdakıları qeyd edir. Məcburi ödənişlərin alınması da daxil olmaqla dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Sözügedən dəyərlərin müdafiəsinə yönəlmiş təməl prinsiplərdən biri kimi hüquqi müəyyənlik prinsipi isə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edir. Bu prinsip digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrubəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhərinin N.Rəfibəyli küçəsindəki 11 saylı evin 26 saylı mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzilə xx xxxxxx 2019-cu il tarixdə qaz sayğacı qurlaşdırılmış və bununla əlaqədar müqaviləyə X15 adlı şəxs tərəfindən imza edilmişdir. Cavabdeh Tərtər Regional X14 Mingəçevir Xidmət Sahəsi üzrə rəis müavini Ə.M.Qasımovun imzası ilə iddiaçının yaşadığı ünvana xx xxx 2020-ci il tarixli, 41 nömrəli “Debitor borcun ödənilməsi tələbi barədə” xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda Cavabdeh ilə iddiaçının arasında bağlanmış, tarixi və nömrəsi göstərilməyən “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə” yə əsasən iddiaçıya məxsus yaşayış sahəsinin Cavabdeh tərəfindən təbii qazla təchiz olunduğu, qeyd olunan təbii qazın alqı-satqı müqaviləsinin bəndlərinin iddiaçının tərəfindən pozulduğu və qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən xx.xx.2020-ci il tarixinə 1375.3 manat (bir min üç yüz beş manat 30 qəpik) məbləğində debitor borcun yarandığı bildirilərək göstərilən borc məbləğinin ödənilməsi tələb edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək həmin borc məbləğinin silinməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 77.2-ci mаddəsinə əsаsən, dövlət orqаnlаrının, icrа və sаir orqаnlаrın аktlаrının etibаrsız hesаb edilməsi bаrədə mübаhisələrə bаxıldıqdа həmin аktlаrın qəbul edilməsi üçün əsаs olmuş hаllаrı sübut etmək vəzifəsi bu аktı qəbul etmiş orqаnın üzərinə düşür. Həmin Məcəllənin 76.1-ci mаddəsinə görə tərəflərin tələb və etirаzlаrını əsаslаndırаn hаllаrın və işi düzgün həll etmək üçün əhəmiyyəti olаn bаşqа hаllаrın mövcud olduğunu və yа olmаdığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və bаşqа qаnunlаrdа müəyyən olunmuş qаydаdа əldə etdiyi məlumаtlаr sübutlаr hesаb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "Cavabdeh" İB-nin X18 X10 Libadə Şahin qızının yaşadığı ünvanda yerləşdirilən qaz sayğacına hesablanmış abonentin saldosunda göstərilən 1271,80 manat borcun hansı qaydada və hansı əsaslarla hesablanması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. «X4rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdikləri ilə qismən razılaşır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın tam təmin edilməməsini qət edərkən, iddia tələbinin təmin edilməmiş 1271,80 manata aid olan hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, abonent Məmmədova Libadə Şahin qızının saldosunda 1271,80 manat qaz pulunun hansı qaydada hesablanması barədə heç bir ilkin qeyd mövcud deyildir. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilə biləndir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsi iddianın tam təmin edilməməsini qət edərkən düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən iddianın təmin edilməyən 1271,80 manatına aid hissəsində maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən iddiаçı Məmmədova Libadə Şahin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1008/2020 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməmiş silinməsi tələb olunan 1375,30 manat məbləğində debitor borcun 1271,80 manatına aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçı Məmmədova Libadə Şahin qızının Cavabdeh İB-nə qarşı 1375,30 manat məbləğində debitor borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, "Cavabdeh" İB-nin Tərtər Regional X14 əməkdaşları tərəfindən iddiaçı Məmmədova Libadə Şahin qızına hesablanmış debitor borcun 1271,80 manatı silinməli, qətnamənin mübahisələndirilən-iddianın təmin edilməmiş 103,50 manatına aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Məmmədova Libadə Şahin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1008/2020 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməmiş, silinməsi tələb olunan 1375,30 manat məbləğində debitor borcun 1271,80 manatına aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Məmmədova Libadə Şahin qızının Cavabdeh İB-nə qarşı 1375,30 manat məbləğində debitor borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. "Cavabdeh" İB-nin Tərtər Regional X14 əməkdaşları tərəfindən iddiaçı Məmmədova Libadə Şahin qızına hesablanmış debitor borcun 1271,80 (bir min iki yüz yetmiş bir manat səksən qəpik) manatı silinsin. Qətnamənin mübahisələndirilən-iddianın təmin edilməmiş 103,50 manatına aid hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-322/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-322/2021
15.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver