Məhkəmə qərarları › İş №2(107)-322/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-322/2023

28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-322/2023 28.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğvi, miras paylarının müəyyən edilməsi) X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5, İddiaçı1 nümayəndəsi Nümayəndə2, İddiaçı1 vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar inzibati Ərazi Dairəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, mərhum ataları Qocayev Yusif Abakar oğlu xx.xx.2008-ci il tarixdə, anaları X16 xx.xx.2008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində 0.3418 ha, 0.2053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras qalmış əmlaklara valideynləri vəfat etdikdən sonra uzun illər onlar tərəfindən faktiki sahiblik həyata keçirilmiş, həmin torpaq sahəsində yaşayış evi tikilmiş, miras qalmış torpaq sahəsində olan fındıq ağaclarındakı məhsulları onlar yığmışlar. Bu il qardaşları Cavabdeh2 onların torpaq sahələrindən istifadə etməmələrini, fındıq bağına girməmələrini bildirmişdir. Onlar mərhum valdieynlərindən miras qalan əmlakdan onlara düşən paylarını almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, Cavabdeh2 Zaqatala rayon Notariat Ofisinə müraciət edərək mərhum valideyinlərindən miras qalmış əmlaka vərəsəlik açdırmış, həmin əmlaklara özünün adına çıxarış əldə etmişdir. Mərhum valideynlərindən miras qalmış əmlaklara dair tam hissədə vərəsə Cavabdeh2 adına Zaqatala rayon 2 saylı Notariat Ofisində 15 avqust 2021-ci il tarixdə 2 V 750, 2 V 751, 2 V 752, 2 V 753, 2V 754, 2V 755, 2 V 756, 2 V 757, 2 V 758, 2 V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Notariat Kontoru miras qalmış əmlaklara dair tam hissədə vərəsə kimi Cavabdeh2 tanımaqla onların vərəsəlik hüquqlarını pozmuş, miras əmlaklardan onlara düşən payı açıq saxlamamaqla tam vərəsə kimi bütün əmlak payını cavabdehə verməklə miras əmlaklardan pay almaq hüquqlarından məhrum olmuşlar. Notariat işinə əlavə olunmuş Zaqatala rayon Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 151 və 154 saylı arayışda X5 1955-ci il tarixdən mərhum valideynlərinin təsərrüfatında olması qeyd olunur. Lakin Zaqatala rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunur ki, Qocayev Yusif Abakar oğlunun 2006-2010-cu illərdə ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur. Qocayev Yusif Abakar oğlu, və X16. Əlavə olaraq qeyd hissəsində göstərilir ki, hər iki təsərrüfat başçıları vəfat etdikdən sonra birgə təsərrüfatda yaşayanlar olmadığı üçün təsərrüfat bağlanmışdır. Notariat işinə əlavə olunmuş arxiv arayışına əsasən Cavabdeh2 ümumiyyətlə mərhum valideynlərinin təsərrüfatında olmamışdır. İcra nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 151 və 154 saylı arayışlarla Arxiv idarəsi tərəfindən verilmiş arayış ziddiyyət təşkil etdiyi üçün notariat kontoru tərəfindən notariat işində olan sənədlərə diqqət yetirilməmiş, Cavabdeh2 miras əmlaklardan tam pay verilmişdir. Belə olan təqdirdə notarius digər vərəsələrin olmasını araşdırmalı, onların mirası faktiki qəbul edib etməməsini yoxlamalı, arayışlar arasında ziddiyətlər olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməli idi. Vərəsəlik işində olan 27 iyul 2021-ci il tarixli 151 saylı arayışda qeyd olunur ki, mərhum Qocayev Yusif Abakar oğlunun adında olan ünvan 1ində yerləşən evində onun ölümündən sonra hal-hazıradək oğlu Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Cavabdeh2 daimi olaraq həmin evdə son 1 ildir ki, yaşamağa başlamışdır. Həmin müddətə qədər o Rusiyada olmuş, mərhum valideynləri vəfat etməmişdən öncə Rusiyada yaşamış, yalnız onların dəfn mərasiminə gəlmiş, dəfn mərasimində iştirak etdikdən sonra Rusiyaya geri qayıtmışdır. 12 il həmin əmlaklara sahiblik həyata keçirməmişdir. Vərəsəlik işində olan RİHB-nın Aşağı Çardaxlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli 112 saylı arayışda qeyd olunur ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş Qocayev Yusif Abakar oğlunun yas mərasiminin dəfn xərcini və 06 may 2021-ci il tarixli arayışlarda qeyd olunur ki, xx.xx.2008- ci il tarixdə vəfat etmiş X10 yas mərasiminin dəfn xərcini həqiqətən ölən gününədək birlikdə yaşamış oğlu Cavabdeh2 tərəfindən çəkilmişdir. Lakin Cavabdeh2 ümumiyyətlə mərhum valideynləri ilə birlikdə yaşamamış, onlarla birlikdə təsərrüfat aparmamış, ümumiyyətlə nə valideynləri sağlığında nədə onlar vəfat etdikdən sonra orada yaşamamışdır. Cavabdeh ümumiyyətlə mirasa nə faktiki sahibliyi həyata keçirmiş, nədə ki, mirası qəbul etdiyi barədə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Aşağı Çardaxlar kənd İcra nümayəndəliyi və X11 tərəfindən verilmiş arayışlar yalnız formal xarakter daşımaqla miras qalan əmlaklardan tam pay almaq üçün Cavabdeh2 sözügedən arayışlar verilmişdir. Mərhum valdeyinləri sağlığında həmin əmlaklardan bütün övladlarının payını ayıraraq fındıq bağında və boş torpaq sahələrində yerini göstərmişlər. Kənddə qalan digər qardaşları İddiaçı1 atalarına məxsus torpaq sahəsində ev tikmiş və həmin torpaq sahələrinə qulluq etmişdir. İcra nümayəndəliyi tərəfindən mərhumlardan miras qalmış əmlaklara faktiki sahibliyi həyata keçirmədiyi təqdirdə cavabdehə verilən arayışların heç bir hüquqi əsası yoxdur. Bunun üçün Notariat ofisi tərəfindən verilən qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarışlar ləğv olunmalıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbinin təmin edilməsi, ünvan 1ində yerləşən 0.3418 ha. 0.2053 ha. 0.4990 ha və 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1ində yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına qeydə alınaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qediyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan çıxarışların ləğv edilməsi, iddiaçıların dövlət rüsumu olaraq ödədikləri 10 (on) manatın özlərinə aid edilməsinin tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin mərhum ataları Qocayev Yusif Abakar oğlu xx.xx.2008-ci il tarixdə, anaları X16 xx.xx.2008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində 0.3418 ha. 0.2053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras qalmış əmlaklara valideynləri vəfat etdikdən sonra uzun illər onlar tərəfindən faktiki sahiblik həyata keçirilmiş, həmin torpaq sahəsində yaşayış evi tikilmiş, miras qalmış torpaq sahəsində olan fındıq ağaclarındakı məhsulları iddiaçılar yığmışlar. Bu il qardaşları Cavabdeh2 onların torpaq sahələrindən istifadə etməmələrini, fındıq bağına girməmələrini bildirmişdir. İddiaçılar mərhum valdieynlərindən miras qalan əmlakdan onlara düşən paylarını almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, Cavabdeh2 Zaqatala rayon Notariat Ofisinə müraciət edərək mərhum valideyinlərindən miras qalmış əmlaka vərəsəlik açdırmış, həmin əmlaklara özünün adına çıxarış əldə etmişdir. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçılar və Cavabdeh2 ibarət birinci növbədə bərabər pay hüquqlu vərəsələri olan Qocayev Yusif Abakar oğlu 08 yanvar 2008-ci ildə, X16 19 iyun 2008-ci ildə vəfat etmiş və onların ümumi birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən 0,4116 ha, 0,4990 ha, 0,2053 ha, 0,3418 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ümumi sahəsi 74,70 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mesed Qocayeva ümumi birgə mülkiyyətdə olan əmlaklardan yalnız 1957-ci ildə tikilmiş 3 otaqlı evi, mal damını, altıaçıq, 0,77 ha torpaq sahəsini, 55 topa bar verən fındıq ağacını Cavabdeh2 vəsiyyət etsə də, həmin əmlaklar onun mərhum Yusif Qocayev ilə ümumi birgə mülkiyyəti olduğundan, Mesed Qocayevanın vəsiyyət etdiyi əmlaklardakı payı 1/2 hissə təşkil etmişdir ki, həmin vəsiyyət olunan əmlakda da vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçıların məcburi pay hüquqları olmuşdur. Miras əmlak barədə vəsiyyət üzrə vərəsəlik qeydə alınmamışdır. Mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə bağlı mirasın qəbuluna dair 02 avqust 2021-ci il tarixli ərizələrlə notariat orqanına müraciət etmiş Cavabdeh2, iddiaçıların da mirasqoyanın vərəsəsi olduğuna dair zəruri məlumatı vermədiyindən, sonuncuların vərəsə olması notariat orqanına məlum olmamış, bu səbəbdən miras əmlak barədə həmin vərəsələrə xəbər verməyə dair qanunun icrası məcburi olan imperativ normasına riayət edilmədən cavabdehin adına mübahisəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr vermiş, nəticədə miras əmlaka münasibətdə cavabdehlə bərabər pay hüququ olan iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. “Notariat haqqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Cavabdeh, Cavabdeh2 mirasın açıldığı vaxt Rusiya Federasiyasında yaşamasına və mirası qəbul etməməsinə dair iddiaçıların dəlillərinin təkzib edilməsində sübut olan, ölkə xaricinə gedib-gəlişi barədə qeydlərin olduğu adına verilmiş ümumvətəndaşlıq pasportunu təqdim etməmişdir. Məhkəmə, qeyd edilənlərə əsasən mirasın açıldığı vaxt Cavabdeh2 Rusiya Federasiyasında yaşaması və mirası qəbul etməməsi barədə iddiaçıların bildirdiklərini müəyyən olunmuş hesab etmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız sayılmalı və bununla bağlı verilmiş çıxarışlar ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1159, 1243.2, 1243.3, 1246, 1318-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 528/2022 saylı qətnaməsi ilə (hakim Mahir Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və Ə. Məcidovdan ibarət tərkibdə iş № 2(107)-528/2022) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 528/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4465/2022 saylı qərarı ilə, Cavabdeh2 kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-528/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2022-ci il tarixli 2(102)-4465/2022 saylı qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin müxtəlif vaxtlarda Rusiya Federasiyasına gedib-gəlməsi onun mirası faktiki qəbul etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin hazırkı işin halları baxımından cavabdehin mirası faktiki sahiblik yolu ilə qəbul etməsinin müəyyən olunmadığı halda belə, işdə digər üsulun (faktiki idarə) realizəsi ilə bağlı da tutarlı əsaslar vardır. İşdən isə görünür ki, cavabdehin ailə üzvlərinin miras evdə miras açılan gündən halhazıradək yaşaması həm işin nəticəsində maraqlı olmayan X3 şahid ifadəsi, həm də Zaqatala RİHB-ın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla təqdiq edilir. Bu faktın isə öz-özlüyündə cavabdehin ailə üzvlərini evə idarəçi təyin etməklə onun vasitəsilə mübahisəli əmlaka yiyələnməsinə dəlalət edən hal olub-olmamasına məhkəmə hüquqi qiymət verməmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla, tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi ilə bağlı mübahisənin həlli üçün işə təkrar apellyasiya baxışı zamanı mirasın açıldığı tarixə, yəni mərhumların ölüm tarixinə onların vərəsələrinin dairəsi, mirasın hansı vərəsələr tərəfindən rəsmi, yaxud faktiki qəbul olunub-olunmadığı, mirası qəbul etmiş vərəsələrin miras əmlakda paylarının həcmi müəyyən edilməli və bundan asılı olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin düzgün verilib-verilmədiyinə qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə vəfat etmiş Qocayev Yusif Abakar oğlu, X16 iddiaçılar və cavabdehin valideynləridirlər. Mərhum valideynlərindən ünvan 1ində fərdi yaşayış evi və torpaq sahələri miras qalmışdır. El adəti ilə ailədə olan balaca oğlan uşaqları valideynlərə məxsus təsərrüfatda, evdə qalır və yaşayır. Bu məqsədlə mərhumların oğlu Cavabdeh2 başqa digər oğlan və qızları, yəni iddiaçılar hələ valideynlər ölməmişdən çox əvvəl təsərrüfatlarını ayıraraq oğlanlar ailə quraraq, qızlar isə ərə köçərək valideynlərin təsərrüfatlarından çıxıb getmişlər. Mərhumlardan miras qalmış yaşayış evi və həyətyanı torpaq sahəsi o cümlədən digər pay torpaqları iş üzrə Cavabdeh2 tərəfindən faktiki olaraq miras kimi qəbul edilmiş, onun tərəfindən həmin miras əmlaklar idarə olunmuşdur. Belə ki, miras qalmış yaşayış evində Cavabdeh2 ailəsi ilə birlikdə yaşamış, əmlak və torpaq vergilərini rəsmi qaydada ödəmişdir. Bu fakt işə əlavə edilmiş icra nümayəndəliyi və bələdiyyənin arayışları, o cümlədən vergilərin ödənilməsinə dair ödəniş qəbzləri, bundan başqa məhkəmə iclasında izahat vermiş iddiaçılar eyni zamanda şahid qismində ifadə vermiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur. Lakin bütün bunlara baxmayaraq məhkəməyə təqdim olunmuş bütün sübutların əksi olaraq cavabdehin hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qətnamədə məhkəmənin əsaslandırması yalnız mülahizələrdən ibarətdir. Belə bir qətnaməni qəbul etmək üçün məhkəmənin əlində heç bir yazılı sübut yoxdur və yalnız iddiaçıların ifadələrinə əsaslanaraq qətnamə qəbul etmiş və bütün vərəsəlik şəhadətnamələri etibarsız hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan aşağıdakı sübutlardan görünür ki, Cavabdeh2 ata-anasının ölümündən sonra halhazıradək onlardan miras qalmış evdə ailəsi ilə birlikdə yaşayır. Bu faktı məhkəmə iclasında İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3, şahid X7, şahid X4 təsdiq etmişlər. Məhkəmənin əsaslandırdığı hallardan biri isə ondan ibarətdir ki, İddiaçı1 oğlunun adına tikilmiş yaşayış evinin həyətyanı torpaq sahəsinin qonşuluğunda mərhum Yusif Qocayevin pay torpağı vardır və həmin pay torpağında yerləşən təsərrüfat tikilisi olan mal tövləsindən İddiaçı1 istifadə edir. Mərhum Yusif Qocayevə məxsus pay torpağında yerləşən təsərrüfat tikilisi olan mal tövləsi iddia olunur ki, İddiaçı1 tərəfindən tikilib. Lakin bu faktı təsdiq edəcək heç bir sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Mərhum Yusif Qocayevə məxsus pay torpağında yerləşən təsərrüfat tikilisi başqa şəxsə məxsus ola bilməz. Ona görə ki, əvvəla təsərrüfat tikilisi mülkiyyətdə olan əmlak kimi DƏDRX-də qeydiyyata alınmır. Bundan başqa mal tövləsi adı altında İddiaçı1 hər hansı tikili aparmışdırsa bu tikintinin aparılması özü MM-nin 180-cı maddəsinə əsasən qanunsuzdur. Qanunsuz əldə olunmuş sübut isə məhkəmə tərəfindən mötəbər sübut kimi işin həll olunmasında istifadə oluna bilməz. Bundan başqa məhkəmə qətnamədə əsaslandırarkən qeyd etmişdir ki, Cavabdeh2 valideynləri vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etdiyini və idarə etdiyini digər varislərin əmlakdan istifadə etmədiklərini etmiş olsa belə Abdurahmanın icazəsi ilə etdiklərini bildirsə də iddiaçıların bağdan istifadə etmədikləri barədə hər hansı sübut təqdim etməmişdir. (Cavabdeh sübut etməyə borclu deyil) İddiaçıların bağdan onun icazəsi ilə istifadə etdiklərini qeyd olunanlar isə iddiaçıların bağdan istifadə etdiklərini məhsulu yığıb üzərində sərəncam verdiklərini şahid ifadələri ilə tamamlanan izahatların işin hallarına uyğun olduğunu təsdiq edir. Məhkəmə cavabdehin bu dəlili üzrə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçıların bağdan istifadə etdikləri dövrdə miras əmlak cavabdehin mülkiyyətinə qeydə alınmadığından onu özü ilə bərabər hüquqlu digər vərəsələrə mirasdan istifadə etmələrində icazə vermək səlahiyyəti olmamış və bağdan onun razılığı ilə istifadə mirasın digər vərəsələri tərəfindən qəbul edilməməsi olaraq dəyərləndirilə bilməz. Belə ki, digər vərəsələrin miras bağ sahəsindən istifadə etməklə onun məhsulu üzərində sərəncam vermələri mirası qəbul etdiklərini şərksiz nümayişin sübutu üçün yetərli olmuşdur. Məhkəmənin fikirləri mövcud qanunvericiliyə, vərəsəlik haqqında qanunlara və vərəsəliyin qəbulu üçün müəyyən olunmuş qaydalara və təlimatlara tamamilə ziddir. İddiaçılar özlərinin iddia etdiklərinin sübutu kimi məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. İddiaçıların sübutu yalnız onların dedikləri yalan ifadələrdən başqa bir şey deyildir məhkəmə isə iddiaçıların dedikləri yalan sözləri mötəbər sübut kimi qəbul edir, lakin cavabdehin məhkəməyə və notariusa təqdim etdiyi sənəd və sübutları (icra nümayəndəliyi və bələdiyyənin arayışı, verginin ödənişinə dair qəbzlər) eyni zamanda həmin sübutlarla yanaşı bir neçə iddiaçının və şahidin verdiyi ifadələri cavabdehin xeyrinə olan sübut kimi yox, əksinə iddiaçıların iddiasını təmin etmək üçün olan yalançı sübut kimi qəbul edir. Məhkəmə vərəsəliyin qəbulunda miras əmlakın faktiki olaraq qəbul edilib idarə olunması ilə miras əmlakın məhsulunu qanunsuz olaraq yığdıqlarına dair hərəkəti düzgün qiymətləndirməmişdir. Cavabdeh2 miras əmlaka olan yaşayış evində valideynlərinin vəfatından sonra ailəsi ilə birlikdə yaşayır. Bu fakt İcra nümayəndəliyinin arayışı ilə sübuta yetirilir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid və iddiaçıların ifadələri ilə sübuta yetirilir. Bundan başqa Cavabdeh2 valideynlərindən miras qalmış əmlakın vergi borclarını ödəyir və bu faktı da bələdiyyənin arayışı təsdiq edir. Buradan da görünür ki, Cavabdeh2 miras qalmış əmlakı şəksiz nümayiş etdirərək idarə edir. Miras əmlakın idarə edilməsi başqa bir hərəkətdir. Miras əmlakdan istifadə etmək isə başqa bir hərəkətdir. Zaqatala Rayon Məhkəməsi iddiaçılar tərəfindən miras əmlakdan qanunsuz istifadə etməni, miras əmlakın məhsulunu qanunsuz yığmasını onlar tərəfindən mirasın faktiki qəbulu kimi qəbul edərək düzgün qiymət verməmişdir. Lakin miras əmlakın miras qoyanları vəfat etdikdən sonra həmin miras əmlakda yaşamaqla əmlaka sahiblik etməyə, həmin əmlakı idarə etməyə faktiki başlayan bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirən Cavabdeh2 hərəkətini isə qanunsuz hesab edərək mirası qəbul etməyən vərəsə kimi tanımışdır. Məhkəmənin ədalətsiz hərəkət etdiyi buradan görünür. Belə ki, MM-nin 1243-cü maddəsində qeyd olunur ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Bu maddənin tələbindən görünür ki, Cavabdeh2 miras qalmış evdə yaşamağa başlamaqla valideynlərindən qalmış bütün mirası vərəsə olaraq təkcə o, qəbul etmişdir. Digər vərəsələrin təsərrüfatları və yaşayış ünvanları ayrı olduqlarına görə onlar mirasdan pay almaq üçün mirasın açıldığı gündən 6 ay keçməmiş notariusa ərizə ilə müraciət etməli idilər. Belə ki, MM-nin 1246-cı maddəsində qeyd olunur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş üzrə iddiaçılar valideynlərinin öldüklərini, onların əmlaklarının miras qaldıqlarını bildikləri halda miras qalmış əmlakdan pay almaq üçün notariusa ərizə ilə müraciət etməmişlər və yaxud da miras əmlakın heç bir hissəsini faktiki olaraq miras əmlak kimi qəbul etməmiş və idarə etməmişlər. Notariat hərəkətlərinin aparılması haqqında təlimatın 99-cu bəndində qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər. Vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması barədə müvafiq sənəd, miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd. Məhkəmə qeyd olunan təlimatın tələblərini pozaraq mirası faktiki olaraq qəbul edib miras qalmış evdə yaşayan, eyni zamanda vergiləri ödəyən, vergiləri ödədiyini sübuta yetirən sənədəlri nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunan təlimata əsasən Cavabdeh2 miras açıldığı gündən miras qalmış evdə yaşayır, həm də torpaq vergilərini ödəyir. Vergilərin ödənilməsinə dair məhkəməyə təqdim olunmuş bələdiyyənin arayışından görünür ki, Cavabdeh2 hətta 2011-ci ildə vergi borcunu ödəmişdir. Lakin iddiaçıların heç biri vergi borcunun ödənilməsi, nə miras qalmış yaşayış evində yaşaması barədə, nə də ki, mirası faktiki qəbul edib idarə etmələri barədə heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə qanunsuz qətnamə çıxardarkən nəzərə almamışdır ki, MM-nin 1243-cü maddəsində qeyd olunan əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq ifadələri miras əmlakdan qanunsuz istifadə etmək, onun məhsulunu yığmaq demək deyildir. Əmlaka sahiblik etmək o deməkdir ki, o, şəksiz olaraq özünü nümayiş etdirməlidir ki, valideyndən miras qalmış əmlakın sahibi özüdür. Belə bir halın olmasını nə kəndin icra nümayəndəsi nə bələdiyyəsi nə də şahidləri təsdiq etməmişdirlər. Məhkəmə yalnız iddiaçının evinin miras qalmış torpaqların qonşuluğunda yerləşməsini əsas gətirərək iddiaçıları mirası qəbul etmiş vərəsə hesab etmişdir. Beləliklə, məhkəmə MPM-nin 77 və 88-ci maddələrinin tələblərini, eyni zamanda MM-nin 1243 və 1346-cı maddələrinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(033)-1169/2021 saylı qətnaməsinin tam ləğv edilməsinə, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddiaçıların iddiasının rədd edilməsini xahiş etmişdir. O, həmçinin izahatında Qocayev Yusif Abakar oğlunun vəfatından sonra Cavabdeh2 ailə üzvlərini mirasın idarə edilməsi niyyəti ilə miras evə yerləşdirildiyini bildirmiş, mirasqoyanlar Qocayev Yusif Abakar oğlunun və X10 vəfatından sonra onlardan qalmış mirasın vərəsələrdən yalnız Cavabdeh2 tərəfindən qəbul edilməsinin, digər vərəsələr tərəfindən isə mirasın qəbul edilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. O, həmçinin izahatında mirasqoyanlardan Qocayev Yusif Abakar oğlunun ölümündən sonra miras evdə X10 yaşadığını, X10 xəstəliyi nəzərə alınaraq Mesedin qızları olan iddiaçıların növbəliliklə gəlib hər 2-3 gündən bir Mesed Qocayeva ilə eyni evdə yaşadıqlarını, həyətdə təsərrüfat işləri, o cümlədən müəyyən əkin işlərini apardıqlarını, İddiaçı1 də Qocayev Yusif Abakar oğlunun vəfatından sonra vaxtaşırı Mesed Qocayevanın yaşadığı evə gələrək orada təsərrüfat işləri, o cümlədən həyətin odunun yarılması kimi ağır işləri gördüyünü, Qocayev Yusif Abakar oğlunun vəfatından sonra bütün vərəsələrin yas tədbirlərində yaxından iştirak etdiklərini, Yusif Qocayevdən qalmış pul vəsaitindən müəyyən hissəsinin İddiaçı1 tərəfindən yasa xərcləndiyini, qalan pulun isə Abakar tərəfindən sonradan Rusiyadan yasa gəlmiş Abdurahmana verildiyini, X10 vəfatından sonra da iddiaçıların həmin ünvana gəldiklərini, orada müəyyən təsərrüfat işlərini apardıqlarını, Rusiyada yaşayan Cavabdeh2 sonradan yasa gəldiyini, lakin X10 vəfatından 40 gün keçdikdən sonra Cavabdeh2 tərəfindən həyət darvazasının bağlanılaraq, iddiaçıların miras evə buraxılmadıqlarını göstərmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı1 vəkili Vəkil1 İddiaçı1 nümayəndəsi Nümayəndə2 göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses tərəfləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı2 məhkəməyə göndərdiyi ərizəsində səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi göndərdikləri müraciətlərində məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Digər proses tərəfləri isə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (Yeni Məcəllə) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1201-ci maddəsinə əsasən əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il Qərarı. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(033)-1169/2021 saylı qətnaməsinin tam ləğv edilməsinə, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 mərhum ataları Qocayev Yusif Abakar oğlu xx.xx.2008-ci il tarixdə, anaları X16 isə xx.xx.2008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində yerləşən 0.3418 ha. 0.2053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Düzdür, hüquq müəyyənlik prinsipi və məhkəmə tezliyi baxımından bu xarakterli işlərdə bütün vərəsələr işə cəlb olunmaqla onların da mirası qəbul edib-etməmələrinə, paylarının müəyyən olunub-olunmamasına qiymət vermək daha məqsədəuyğun sayılır. Lakin işin mübahisəli tərəfindən görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Birinci instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini əsaslandıran hal kimi cavabdeh tərəfindən mirasın qəbul olunmamasına istinad etsə də tərəflərin analarının vəfat etdiyi gündən cavabdehin ailə üzvlərinin miras evdə yaşaması işin nəticəsində maraqlı olmayan X3 şahid ifadəsi ilə yanaşı, cavabdehin ata-anasından qalmış mirası faktiki olaraq qəbul etməsi Zaqatala RİHB-ın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla da təsdiqini tapır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsində mirasın açıldığı vaxt cavabdehin Rusiya Federasiyasında yaşaması və mirası qəbul etməməsi barədə iddiaçıların bildirdiklərinin müəyyən olunmuş hesab edilməsinə istinad edilsə də Cavabdeh2 fasiləsiz olaraq Rusiya Federasiyasında yaşaması deyil, Rusiya Federasiyasına gedib-gəlməsi halı müəyyən edilmişdir. Cavabdehin müxtəlif vaxtlarda Rusiya Federasiyasına gedib-gəlməsi isə onun tərəfindən mirasın faktiki qəbul edilməməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa iş materialı ilə cavabdehin ailə üzvlərinin miras evdə yaşamaları, miras qoyanların vəfat etmələrindən sonra cavabdehin Rusiya Federasiyasından gəlməklə məhz miras evdə yaşayışını davam etdirməsi, miras qoyanlardan qalmış əmlakdan istifadə etməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 miras açılan gündən mirasın idarə edilməsi məqsədi ilə ailə üzvlərini miras evə yerləşdirmiş, miras əmlaka yiyələnmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin iclasında dindirilmiş, tərəflərə münasibətdə neytral olan şahid X3 ifadəsi ilə tərəflərin valideynlərinin vəfatından sonra fındıq bağının məhsulunun iddiaçılar tərəfindən yığılması, beləliklə də miras qalmış əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün miras əmlakın faktiki olaraq həmçinin iddiaçılar tərəfindən idarə edilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qocayev Yusif Abakar oğluna və X13 məxsus əmlaklarla bağlı verilmiş mülkiyyət sənədlərində onların həmin əmlakların ümumi birgə mülkiyyətçiləri olmaları qeyd edilməklə payları müəyyənləşdirilmədiyindən, sağlıqlarında da paylarının dəqiqləşdirilməsi məqsədi ilə aralarında razılıqlarının olması iş materialı ilə müəyyən edilmədiyindən məhkəmə kollegiyası Qocayev Yusif Abakar oğlunun və X10 ümumi birgə mülkiyyətlərində olan 0.3418 ha. 0.2053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsində paylarının bərabər olmasını qəbul edir. Həmçinin iş materialında olan Zaqatala rayonu X6 sədri tərəfindən təsdiq edilmiş 02 fevral 2008-ci il tarixli vəsiyyətnamədən X10 ünvan 1ində yerləşən ona məxsus və ərinin adına 1957-ci ildə tikilmiş 3 otaqlı evi, mal damını, altıaçıq, 0,77 ha torpaq sahəsini, 55 topa bar verən fındıq ağacını Cavabdeh2 vəsiyyət etməsi müəyyən edilmişdir. Fərdi yaşayış evinin və 0.1998 ha həyətyanı torpaq sahəsinin miras qoyanlar X10 və Qocayev Yusif Abakar oğlunun birgə mülkiyyətlərində olması, onlardan miras qalmış və ümumibirgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpağın cəmi sahəsinin 1,4577 ha təşkil etməsi müəyyən edilsə də iş materialı ilə X10 adına mal damının, altıaçığın rəsmiləşdirilməsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olması müəyyən edilməmişdir. Torpaq sahəsinin vətəndaşın mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması imkanları nəzərdə tutulmasına baxmayaraq, torpaq sahəsi üzərindəki ağacların, o cümlədən vəsiyyətnamədə qeyd edilmiş 55 topa bar verən fındıq ağacının da vətəndaşın mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxil olduğundan, fərdi yaşayış evi və 0,77 ha torpaq sahəsi istisna olmaqla vəziyyətnamədə sadalanan digərlərinin üzərində X10 əmlak hüquqlarının olması müəyyən edilmədiyindən, fərdi yaşayış evi və 0,77 ha torpaq sahəsindən başqa vəsiyyətnamədə qeyd edilmiş digər əmlakların mirasın kütləsi kimi qəbul edilməsi mümkünsüzdür. 02 fevral 2008-ci il tarixli vəsiyyətnamə ilə X2 rayonu Aşağı Çardaxlar kəndində yerləşən ona məxsus və ərinin adına 1957-ci ildə tikilmiş 3 otaqlı evi miras qoyduğunu göstərsə də ümumibirgə mülkiyyətdə olan evin Qocayev Yusif Abakar oğluna aid hissəsi vəsiyyətnamənin tərtib edildiyi tarixdə və sonradan da X10 adına rəsmiləşdirilmədiyindən, X19 Yusif Abakar oğlundan qalmış mirasın yeganə vərəsəsi olmadığından vəsiyyətnamənin məzmununa Qocayev Yusif Abakar oğluna aid əmlakı da daxil etməkdə haqlı olmamışdır. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi notariat orqanının cavabdehi miras əmlakın yeganə varisi qəbul edərək bütün miras əmlaka yalnız cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini, onların əsasında isə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların işlənilməsini qanunazidd hesab etməkdə haqlı olsa da, cavabdehin özü tərəfindən də mirasın qəbul edilməsini, buna baxmayaraq vərəsəlik şəhadətnamələrinin cavabdeh tərəfindən mirasın qəbul olunmaması əsası ilə etibarsız hesab edilməsini, prossesual qənaət prinsipindən çıxış edərək vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeni nəzərə almamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni Qocayev Yusif Abakar oğlunun öldüyü xx.xx.2008-ci il tarixə onun birinci növbə vərəsələri arvadı X16, övladları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 ibarət olmuşlar. Məhkəmə kollegiyasının iclasında Qocayev Yusif Abakar oğlunun vərəsəsi, həmçinin miras qoyan X10 Qocayev Yusif Abakar oğlunun vəfat etdiyi tarixdən sonra miras evdə yaşamaqla həmin mirasa sahiblik etməsi, beləliklə vəfat etdiyi xx.xx.2008-ci il tarixədək Qocayev Yusif Abakar oğlundan qalmış mirası faktiki qəbul etməsi müəyyən edilmişdir. X10 da vəfat etdiyi xx.xx.2008-ci il tarixə onun birinci növbə vərəsələri övladları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 ibarət olmuşlar. Kollegiya qeyd edir ki, miras qoyan X16 tərəfindən digər vərəsələrlə yanaşı əri Qocayev Yusif Abakar oğlundan qalmış mirasın faktiki olaraq qəbul edilməsi, qəbul edilmiş mirasın, qəbul edildiyi vaxtdan onun mülkiyyətini təşkil etməsi, vərəsə Cavabdeh2 miras əmlakın bir hissəsi vəsiyyət edilməklə yanaşı vərəsələr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 miras qoyanlar Qocayev Yusif Abakar oğlundan və X8 qalmış miras əmlakları faktiki olaraq qəbul etmələri işdə olan sübutlarla öz təsdiqni tapmışdır. Həmçinin məcburi pay almaq hüququ olan Cavabdeh2 qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından daha çox əmlakın vəsiyyət edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla vərəsələrin vərəsəlik payları müəyyənləşdirilməlidir. Mirasqoyanlara məxsus mirasın kütləsinə daxil olan əmlakların 0.3418 ha, 0.2053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsindən ibarət olması müəyyən edilir ki, həmin əmlaklar Qocayev Yusif Abakar oğlunun və X10 ümumi birgə mülkiyyətlərində olmaqla məhkəmə kollegiyası Qocayev Yusif Abakar oğlunun və X10 miras əmlaklar üzərində bərabər paylara malik olmalarını qəbul etmişdir. Miras qoyanlardan X16 tərəfindən 2 fevral 2008-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus hissəsinin və cəmi 0,77 ha torpaq sahəsinin vərəsə Cavabdeh2 vəsiyyət edilməsində qanunvericiliyin tələblərinin pozulmadığı, həmçinin vərəsələrin mirasda məcburi paylarının olması nəzərə alınmalıdır. Mirasqoyanlara birlikdə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin həcminin 1,4577 ha, həyətyanı torpaq sahəsinin həcminin isə 0,1998 ha olmasının müəyyən edilməsinə baxmayaraq, X16 vəsiyyətnamədə özünə məxsus hansı torpaq sahəsini vəsiyyət etməsi barədə dəqiqləşdirmə aparmamışdır. Buna baxmayaraq X16 vəsiyyətnamədə ona məxsus bütün fərdi yaşayış evini vəsiyyyət etdiyindən məhkəmə kollegiyası Mesed Qocayeva tərəfindən fərdi yaşayış evinə aid 0.1998 ha həyətyanı torpaq sahəsinin özünə aid bütün hissəsinin, yəni 0,0999 ha həyətyanı torpaq sahəsinin vəsiyyət edilən 0,77 ha torpaq sahəsinin tərkib hissəsini təşkil etməsini, vəsiyyət edilmiş 0,77 ha torpaq sahəsinin yerdə qalan 0,6701 hektarının isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən vəsiyyət edilməsini qəbul edir. Kollegiya hesab edir ki, Qocayev Yusif Abakar oğluna və X13 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan 0.3418 ha, 0.2053 ha, 0.4990 ha, 0.4116 ha torpaq sahələrinin (onların cəmi 1,4577 hektardır) Qocayev Yusif Abakar oğluna düşən ½ hissəsinin 0,72885 ha təşkil etməsini, Qocayev Yusif Abakar oğlunun vəfatından sonra isə ondan qalmış mirasda, yəni 0,72885 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, fərdi yaşayış evinin ½ hissəsi, ona aid 0.1998 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi olan 0,0999 ha həyətyanı torpaq sahəsinə münasibətdə X10, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 1/7 hissələrlə miras payı müəyyən edilməlidir. Beləliklə Qocayev Yusif Abakar oğlundan da qəbul etmiş olduğu 1/7 hissə miras payı, yəni 0,104121429 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də əlavə edilməklə X13 məxsus kənd təsərrüfatı təyinatlı 0,832971429 ha torpaq sahəsindən X8 mirasın açıldığı tarixə vəsiyyət edilən 0,6701 hektarı çıxıldıqda, Mesed Qocayevaya məxsus qalan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,162871429 ha təşkil etməsini, vərəsələrin mirasda məcburi pay hüquqlarının olması nəzərə alınaraq vəsiyyət edilən 0,6701 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yarısını təşkil edən 0,33505 ha torpaq sahəsi, Mesed Qocayevaya məxsus vəsiyyətnamədən kənar 0,162871429 ha torpaq sahəsi və X10 əri Yusif Qocayevdən qalmış mirası qəbul etdikdən sonra Qocayev Yusif Abakar oğluna məxsus qalan 0,624728571 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxil olmaqla Qocayev Yusif Abakar oğlunun və X10 ümumi birgə mülkiyyətlərində olan 0.3418 ha, 0.2053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cəmi 1,12265 hektar torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 1/6 hissələrlə miras payı, 0,33505 ha torpaq sahəsi üzərində isə Cavabdeh2 tam miras payı müəyyən edilməlidir. Kollegiya hesab edir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evinin və 0.1998 ha həyətyanı torpaq sahəsinin Qocayev Yusif Abakar oğluna aid 14/28 hissəsi üzərində X10, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 hər birinin 2/28 hissə miras payı müəyyən edilməli, mərhum Qocayev Yusif Abakar oğlundan da qalmış mirası qəbul etdikdən və vəfat etdikdən sonra vəsiyyətnamə də nəzərə alınmaqla X8 qalmış 16/28 hissə miras əmlakın 8/28 hissəsi üzərində Cavabdeh2, X8 qalmış digər 8/28 hissə miras əmlak üzərində isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 hər birinin bərabər payları müəyyən edilməklə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evində və 0.1998 ha həyətyanı torpaq sahəsində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 hər birinin 5/42 hissədə, Cavabdeh2 isə 17/42 hissədə miras payları müəyyən edilməlidir. Miras payları şərh edilən tərzdə müəyyən edilməli olduğundan məhkəmə kollegiyası hesab edir ki, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsində qanunvericiliyin tələbləri pozulduğundan onların əsasında verilmiş çıxarışlar da qanuni hesab edilə bilməzlər. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tаrixli, 2(033)-1169/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməli, ünvan 1ində yerləşən 0.3418 ha. 0.2053 ha. 0.4990 ha və 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1ində yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli və həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına qeydə alınaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmız Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qediyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan çıxarışlar ləğv edilməli, Qocayev Yusif Abakar oğluna və X13 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan 0.3418 ha, 0.2053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1,22677143 hektarı üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 1/6 hissələrlə miras payı, 0.3418 ha, 0.2053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 0,33505 hektarı üzərində isə Cavabdeh2 tam miras payı, ünvan 1i ünvanında yerləşən Qocayev Yusif Abakar oğluna və X13 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evində və 0.1998 ha həyətyanı torpaq sahəsində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 hər birinin 5/42 hissədə, Cavabdeh2 isə 17/42 hissədə miras payları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tаrixli, 2(033)-1169/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. ünvan 1ində yerləşən 0.3418 ha. 0.2053 ha. 0.4990 ha və 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1ində yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin və həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına qeydə alınaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmız Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qediyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan çıxarışlar ləğv edilsin. Qocayev Yusif Abakar oğluna və X13 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan 0.3418 ha, 0.2053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1,22677143 hektarı üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 1/6 hissələrlə miras payı, 0.3418 ha, 0.2053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 0,33505 hektarı üzərində isə Cavabdeh2 tam miras payı müəyyən edilsin. ünvan 1i ünvanında yerləşən Qocayev Yusif Abakar oğluna və X13 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evində və 0.1998 ha həyətyanı torpaq sahəsində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 hər birinin 5/42 hissədə, Cavabdeh2 isə 17/42 hissədə miras payları müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar