Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-323/2025 15.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlaka payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaqda payın müəyyən olunması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlaka payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(033)-3/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlaka payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,9339 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 3/5 hissəsinə paylarının müəyyən edilməsi və həmin əmlaklardan onlara məxsus 3/5 payın (hissənin) naturada ayrılması, o cümlədən, cavabdehin naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddiaçı1 07 sentyabr 2023-cü il tarixdə “iddia tələbinin predmetinin dəyişdirilməsi” barədə ərizə təqdim edərək "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,0446 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 3/5 hissəsinə paylarının müəyyən edilməsi və həmin əmlaklardan onlara məxsus 3/5 payın (hissənin) naturada ayrılması, o cümlədən, cavabdehin naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu, Faldarlı kəndində 0,9339 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən X3 20 dekabr 2016-cı il tarixdə ölmüşdür. Həmin əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın “Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Cavabdehlə ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,9339 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payın müəyyən edilməsi və həmin əmlakın bölünməsi ilə bağlı razılığa gəlmək istəsələr də, heç bir nəticə əldə edə bilməmiş və nəticədə qeyd olunan əmlaklara payın müəyyən edilməsi, özlərinə çatacaq payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
4. 21 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq İddiaçı3, Dursun Abdullayeva və onun səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 21 noyabr 2024-cü il tarixli, 2(033)-3/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Cavabdeh, X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin payının 1/5 hissə müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tərəflərin və mərhum X2 ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsi barədə razılaşma yoxdur.
9. İş üzrə keçirilmiş ekspertiza üzrə ekspert və mütəxəssis rəyləri ilə Zaqatala rayonunun Faldarlı kəndində yerləşən tərəflərin ümumi birgə mülkiyyətində olan 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payına düşən 3/5 hissəsinin cavabdehin payına düşən 1/5 hissəsindən bölgü sxeminə uyğun naturada ayrılmasının mümkün olduğu, iddiaçıların 0,0446 ha torpaq sahəsindəki paylarının ayrılaraq naturada bölünməsinə isə həmin torpaq sahəsində yerləşən mövcud tikili bölündükdən sonra baxıla biləcəyi müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə rəyləri vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq, Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinin payına düşən 1/5 hissəsinin cavabdehin payına düşən 1/5 hissəsindən naturada ayrılmasının mümkün olması, 0,0446 ha torpaq sahəsindəki paylarının isə naturada ayrılmasının isə hazırda mümkün olmaması barədə həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun saymışdır.
11. Məhkəmə bununla yanaşı onu qeyd etməyi zəruri saymışdır ki, yalnız paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb etmək hüququna malik olduğundan, mübahisəli torpaq sahələri isə paylı mülkiyyətdə olmadığından, ekspert və mütəxəssis rəyləri tələbin payların naturada ayrılması hissəsinə hüquqi qiymət verilməsinə əsas ola bilməz.
12. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, birgə mülkiyyətçilər arasında paylı mülkiyyətin və onun həcminin müəyyənləşdirilməsi barədə razılaşma əldə edilmədiyindən Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyənləşdirilməli və hər bir mülkiyyətçinin payı torpaq sahəsinin 1/5 hissəsi olaraq müəyyən edilməlidir.
13. Məhkəmə iddia tələbinin iddiaçıların paylarının naturada ayrılması hissəsi üzrə belə hesab etmişdir ki, ümumi əşyanın bölünməsi və ya mülkiyyətçilərdən birinin payının ayrılması, mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilməli olduğundan, iddia tələbi həmin hissədə rədd edilməlidir.
14. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehin paylı mülkiyyətlərində olan torpaq sahəsinə iddiaçılarla birgə sahiblik etmək və ondan birgə istifadə etmək hüquqları olduğundan, eləcə də iddia tələbi iddiaçıların paylarının naturada ayrılması hissəsində iddia rədd edildiyindən, iddia tələbi cavabdehin naturada iddiaçılara ayrılmış hissələrdən çıxarılması hissəsində də rədd edilməlidir.
15. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mübahisənin bu qaydada həll edilməsi, torpaq sahəsinə dair hər birinin payı barədə qeydiyyat aparıldıqdan sonra paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsini və ya ondan payın ayrılmasını həyata keçirmələrinə, ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə isə öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmələrinə maneə deyil.
16. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci olan 50 manat cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci onun özünə aid edilməlidir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 213.2, 213.5, 214.1, 220.2, 220.3, 222.1, 223.2, 223.3, 223.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 89, 107, 115.0.1, 119.1, 217.4 218.3, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, qətnamə qanunsuz və ədalətsiz olduğuna görə ləğv edilməlidir. Məhkəmə qətnaməsində iddiacıların Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,9339 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Cavabdeh, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin payı 1/5 hissə müəyyən edilməsi və naturada ayrılması barədə iddia ərizəsi ilə müraciət etmələri göstərilb. Lakin Məhkəmə 0,0446 ha torpaq sahəsində Cavabdeh, İddiaçı1Şahid qızı, İddiaçı2 və İddiaçı3 hər birinin payı 1/5 hissə müəyyən edilməsi qət etmişdir. Anlamaq olmur ki, iddiaçılar 0,9339 ha torpaq sahəsi üzərindəki paylarını tələb edir ya 0,0446 ha torpaq sahəsində. 0,9339 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam olaraq ona məxsusdur. Həmin çıxarış Daşınmaz əmlakın dövlətreyestrində 201 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydə alınmışdır.
20. Bundan başqa iddiaçıların tələb etdiyi Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,0446 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyildir. Həmin torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi mərhum anası X2 mülkiyyətində olub. Anasının olümündən sonra o, həmin mirası vərəsəlik yolu ilə qəbul etmişdir. Hələ anasının sağlığında evə gəlin gəlmiş İddiaçı1 pay hüququ almaq tələbi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-16/2012 saylı 23 yanvar 2012-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar 19 mart 2012-ci il tarixli aktla kompensasiya formasında İddiaçı1 6000 (altı min) manat pul odənmiş, İddiaçı1 isı evi boşaltmağı öz öhdəsinə götürmüıdür. Həmin aktın surətini şikayətə əlavə edir.
21. Bundan başqa iddiaçıların Zaqatala rayonu Faldarlı kəndində yerləşən 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində paylarının hər birinin payı 1/5 hissə müəyyən edilməsi tələbi tam əsassızdır. Ona görə ki, 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların hər birinin payı1/5 hissə məhkəmədən çox qabaq müəyyən edilmişdir. Bundan sonra isə iddiaçılar öz paylarını aralarındakı şifahi əqd əsasında ona satmışlar. O da öz növbəsində həmin payların dəyərini bazar qiymətindən də artıq ödəmişdir.
22. Qeyd edilən torpaq sahələrinin alqı-satqısı zamanı torpaq sahələri ilə bağlı müqavilədə hər hansı qeyd göstərilməmiş, müqavilənin bağlandığı zamanı iddiaçıların hər birinin iradə ifadəsi olmuşdır. Halbuki satıcılara heç bir ziyan vurulmayıb və razılaşmış dəyər tam alıcıya ödənilib. Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,0446 ha və 0,9339 ha torpaq sahələri onun mülkiyyətinə keçən zaman hər üç iddiaçının razılığı olmuşdur. Həmin razılıq əsasında isə qeyd edilən torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Mülkiyyət hüquqları qanunla qorunur.
23. Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan da görünür ki, Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,0446 ha və 0,9339 ha torpaq sahəsi tam olaraq onun xüsusi mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüquqları isə qanunla qorunur
24. Qeyd edilən torpaq sahəsi tərəfindən özgəninkiləşdirilərkən torpaq sahəsi ilə bağlı müqavilədə hər hansı qeyd göstərilməmiş, müqavilənin bağlandığı zamanı tərəflərin iradə ifadəsi olmuşdır. 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/5 hissədə paylar bölünmüş, sonradan İddiaçı1 özlərinə düşən 3/5 hissədəki paylarını ona satmışdır. Bu alqı-satqı barədə aralarında şifahi əqd bağlanmış və o, payların dəyərini bazar qiymətindən də artıq ödəmişdir. Sadalanan normaların tələblərindən görünür ki, alqısatqımüqaviləsi üzrə alıcının əsas vəzifələrindən biri də aldığı əşyanın dəyərini müqavilədə müəyyən olunan müddətdə, əgər müddət göstərilməyibsə, ağlabatan müddətdə satıcıya verməkdir. O, isə müqavilənin dəyərini elə müqavilə bağlanarkən tam ödəmişdir.
25. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmasını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməyib. Məhkəmə qətnamə çıxararkən onun qeyd etdiyi faktlara diqqət yetirməyib.
26. Məhkəmə qeyd etdiyi kimi yalnız iddiaçı tərəfin ifadəsini nəzərə almış, sübutlara obyektiv qiymət verməmişdir. AR Mülki Prosessual məcəlləsinin 14-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçünişin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Məhkəmə baxışında onun iştirakını təmin etməməklə nprossesual hüquq normsının kobud surətdə pozmuşdur. Çünki məhkəmədə onun iştirakı təmin edilsəydi daha obyektiv araşdırılma aparılardı və mübahisəli torpaq sahəsi notarial alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçdiyi məlum olardı.
27. Məhkəmə istinad olunan maddənin tələblərini pozub mövcud mübahisəni düzgün araşdırmayıb, yalnız iddiaçıların qanunauyğun olmayan mülahizələrinə istinad etməklə Qətnamə çıxarıb. Hesab edir ki, məhkəmənin hansı qənaətə gələcəyini tərəflərin hər hansı birinin qabaqcadan müəyyən etməsi yolverilməzdir və ciddi qanun pozuntusudur.
28. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(033)- 3/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(033)-3/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki paylarının müqabilində iddiaçı həm də digər iddiaçıların anası İddiaçı1 pul vəsaitinin ödənildiyini, lakin inandıqlarından bununla bağlı aralarında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmadığını göstərmişdir.
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər. İddiaçılardan İddiaçı1 məhkəmə kollegiyasına göndərdiyi teleqramında o və qızları Bakı şəhərində yaşadıqlarından məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərsə də, digər iddiaçılar gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyator Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(033)- 3/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsaslar yoxdur.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Kollegiyanın iclasında müəyyən edildi ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 may 2021-ci il olan Çıxarışa əsasən Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 212 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 aprel 2022-ci il olan Çıxarışa əsasən Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 255 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahələrinin ümumibirgə mülkiyyətçilərindən olan X3 20 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumibirgə mülkiyyətlərində olan torpaq sahələrində Cavabdeh ilə payların müəyyən edilməsində razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmək hüququndan istifadə etmişlər.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.
41. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıların 0,9339 ha torpaq sahəsi üzərindəki, yaxud da 0,0446 ha torpaq sahəsindəki paylarını tələb etmələrini anlamaq olmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinə 07 sentyabr 2023-cü il tarixdə daxil olmuş, məhkəmənin icraatına qəbul edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçılar ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə yanaşı 0,0446 ha torpaq sahəsindən də paylarının müəyyən edilməsini xahiş etmişlər.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,0446 torpaq sahəsinin tam olaraq onun xüsusi mülkiyyətində olması, Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,0446 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaması, həmin torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin mərhum anası X2 mülkiyyətində olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 aprel 2022-ci il olan Çıxarışa əsasən Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 255 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışdan 0,0446 ha torpaq sahəsinin üzərindəki hər hansı bir tikiliyə də hüququn qeydiyyata alınması halı müəyyən edilməmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların hər birinin payının 1/5 hissə məhkəmədən çox qabaq müəyyən edilməsinə, 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissədə paylara bölünməsi, sonradan İddiaçı1 özlərinə düşən 3/5 hissədəki paylarını ona satmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 may 2021-ci il olan Çıxarışa əsasən Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 212 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır.
44. Cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində iddiaçıların paylarının daha əvvəldən müəyyən edilməsinə, İddiaçı1 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özlərinə düşən 3/5 hissədəki paylarını ona satmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
47. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahələrinin alqı-satqısı ilə bağlı müqavilənin bağlandığı zamanı iddiaçıların hər birinin iradə ifadəsinin olması, razılaşmış dəyərin tam olaraq alıcıya ödənilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin izahatından da müəyyən edildiyi kimi ümumibirgə mülkiyyətdə olan Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 1,1364 ha və 0,0446 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır.
49. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə baxışında onun iştirakını təmin etməməklə nprossesual hüquq normasının kobud surətdə pozulmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları öyrənilərkən birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə həm poçt vasitəsi ilə, həmçinin mobil telefonuna SMS bildirişlər göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barədə qabaqcadan məlumatların verilməsi müəyyən edilmişdir.
51. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
52. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(033)-3/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(033)-3/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir