Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-327/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 nömrəli qərardadından cavabdeh-iddiaçı Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 №-li 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, 3M-23 №-li 31 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin ləğv edilməsi, icra qeydinin ləğv edilməsi, əmlakın hərracda satılmasına dair xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair ilk iddia ilə, Cavabdeh İddiaçı2 qarşı kredit borcu və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin 2(051)-808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, qarşılıqlı iddia təmin olunmamışdır. İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Vəkil1 məhkəmənin həmin qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülki işə mahiyyəti üzrə baxılarkən İddiaçı1 nümayəndəsi, vəkili kimi məhkəmə iclasında o, iştirak etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Nümayəndəsi, vəkili olduğu İddiaçı1 azyaşlı uşağı ilə birlikdə Rusiyada yaşayır. O, qətnaməni aldıqdan sonra nəticəsi barədə İddiaçı1 məlumat vermiş, qətnamənin surətini ona göndərmişdir. İddiaçı1 qətnamədən narazı olduğunu və şikayət verməyi bildirdi. O, apelyasiya şikayəti vermək üçün rüsumun ödənilməsini bildirsə də İddiaçı1 işləmədiyini, ərinin ölümündən sonra da azyaşlı uşağı ilə qaldığını dedi. İddiaçı1 xahişini, maddi vəziyyətini nəzərə alaraq xx.xx.2022-ci il tarixdə qətnamədən apelyasiya şikayəti vermişdir. Ancaq məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra o, yenə qərardad barədə iddiaçıya məlumat verərək, dövlət rüsumu ödənilmədən apelyasiya şikayəti verilməsinin qanuna uyğun olmadığını izah etmişdir. Yol verilmiş nöqsanı aradan qaldırılaraq 05 dekabr 2022-ci il tarixdə dövlət rüsumu ödənildikdən sonra apelyasiya şikayəti vermişdir. Lakin məhkəmənin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti müddət keçdiyinə görə geri qaytarılmışdır. Həmin qərardad onun elektron kabinetinə 07 dekabr 2022-ci il tarixdə yerləşdirilmişdir. O, qərardadla tanış olduqdan sonra şikayət vermək istəmişdir. Hesab edir ki, qətnamədən apelyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Belə ki, qanunla müəyyən edilmiş 1 ay müddətində apelyasiya şikayəti verilmişdir, lakin dövlət rüsumu ödənilmədiyinə görə qərardadla geri qaytarılmışdır. Qərardad qanuni qüvvəsini alana qədər dövlət rüsumu ödənilərək yenidən apelyasiya şikayəti verilmiş, ancaq müddət ötürülməsi səbəbi ilə geri qaytarılmışdır. Hesab edir ki, həmin vaxt müddət ötürülməmişdir. Qərardaddan şikayət vermək istəmiş, məlum olmuşdur ki, mülki iş cavabdeh-iddiaçının apelyasiya şikayəti ilə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ona görə də sonra müddətin bərpası barədə ərizə verdi. Bundan əlavə hazırda nümayəndəsi, vəkili olduğu İddiaçı2 da qətnaməni aldıqdan sonra bir ay müddətində apelyasiya şikayəti vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə qətnaməni almış, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Ancaq dövlət rüsumu ödənilmədən verildiyinə görə apelyasiya şikayəti məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı2 qərardadı aldıqdan sonra hüquqlarının müdafiəsi üçün ona etibarnamə vermiş, onunla müqavilə bağlamışdır. Dövlət rüsumu ödəməklə yol verilmiş nöqsan aradan qaldırıldıqdan sonra İddiaçı2 da xx.xx.2022-ci il tarixdə qətnamədən apelyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti müddət ötürməklə verilməsi səbəbi ilə geri qaytarılmışdır. Qeyd etdiklərini nəzərə alaraq ərizənin təmin olunmasını, İddiaçı1 və İddiaçı2 qızının məhkəmənin 2(051)- 808/2022 №-li 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 7 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, ipoeka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac, hərracı yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız sayılması, ilk iddia qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia təmin olunmaması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil2n tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-1531/2022 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 saylı qərardadı ilə, ərizə təmin edilmiş, İddiaçı1 və iddiaçı-cavabdeh İddiaçı2 nümayəndəsi, Vəkil1 Mingəçevir şəhər məhkəməsinin 2(051)-808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Həmin qərardaddan cavabdeh-iddiaçı Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 ona qarşı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 №-li 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, 3M-23 №-li 31 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin ləğv edilməsi, icra qeydinin ləğv edilməsi, əmlakın hərracda satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair ilk iddia ilə, onun İddiaçı2 qarşı kredit borcu və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin 2(051)-808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, qarşılıqlı iddia təmin olunmamışdır. 2(051)-808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnamə, 21 oktyabr 2022-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir (xx.xx.2023cü il tarixli qərardadda tarix qəsdən əsassız olaraq xx.xx.2022-ci il göstərilmişdir). 2(051)- 808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. İddiaçı-cavabdeh İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 2(051)- 808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəməmiş, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət əlavə etməmişdir. İddiaçı-cavabdeh İddiaçı2 2(051)-808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən, xx.xx.2022-ci il tarixdə kağız daşıyıcıda apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəməmiş, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət əlavə etməmişdir. Apellyasiya şikayətinə qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilmədiyi üçün İddiaçı1 vəkili, nümayəndəsi Vəkil1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərardadlarına əsasən geri qaytarılmışdır. Elektron kabinetə baxıldıqda müəyyən olunur ki, Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərardadları, 23 noyabr 2022-ci il tarixdə də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir (xx.xx.2023-cü il tarixli qərardadda tarix qəsdən əsassız olaraq xx.xx.2022-ci il göstərilmişdir). 23 noyabr 2022-ci il tarixli qərardadların elektron məhkəmə sisteminə yerləşdirilməsindən 12 (on iki) gün sonra İddiaçı1 vəkili, nümayəndəsi Vəkil1 və İddiaçı2 05 dekabr 2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti keçməsinə baxmayaraq apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə vermədən apellyasiya şikayətinə qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəyərək Vəkil1 elektron kabineti vasitəsi ilə asan imza ilə təsdiqləyərək apellyasiya şikayəti vermişlər. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün İddiaçı1 vəkili, nümayəndəsi Vəkil1 və İddiaçı2 apellyasiya şikayətləri geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli qərardad, xx.xx.2022-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir. 18 dekabr 2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli qərardad, xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirildikdən 11 (on bir) gün sonra, ən əsası 2(051)-808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnamə, 21 oktyabr 2022-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirildikdən 57 (əlli yeddi) gün, apellyasiya şikayəti vermə müddəti keçdikdən 27 (iyirmi yeddi) gün sonra İddiaçı1 vəkili, nümayəndəsi Vəkil1 və İddiaçı2 Vəkil1 elektron kabineti vasitəsi ilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə bir neçə cümlədən ibarət müddətin bərpası barədə ərizə əlavə etmiş, həmin ərizəyə isə apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəbdən ötürülməsi barədə sənədlər əlavə etməmişdir. 18 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti veriləndə, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-808/2022 saylı mülki işi, Şəki Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş, 2(107)-1531/2022 saylı iş kimi qeydə alınmış, mümkünlük qərardadı qəbul edilərək, məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 11:00a təyin edilmişdir. Mingəçevir şəhər Məhkəməsi tərəfindən 07 oktyabr 2022-ci il tarixli 2(051)-808/2022 №-li qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxılması xx.xx.2023-cü il tarixə, saat 15:10-a təyin edildi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclası tərəflərin iştirakı ilə keçirildi, xx.xx.2023-cü il tarixə saat 10:55-ə təxirə salındı. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında İddiaçı1 vəkili, nümayəndəsi Vəkil1 və İddiaçı2 7 oktyabr 2022-ci il tarixli 2(051)-808/2022 №-li qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini onunla əsaslandırdılar ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verəndə maddi imkanları olmadığı üçün apellyasiya şikayətinə dövlət rüsumu əlavə edə bilməmişlər, 05 dekabr 2022-ci il tarixdə dövlət rüsumunu əlavə edərək apellyasiya şikayətini vermişlər, həmin vaxt hesab etmişlər ki, apellyasiya şikayəti vermə müddətini ötürməmişlər. Heç bir sənəd təqdim etmədən İddiaçı1 vəkili, nümayəndəsi Vəkil1 və İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsi yuxarıda göstəriləndən artıq əsaslandırmamışlar. İclasın aidio-vidio çəkilişi aparılmışsa, baxanda məlum olacaqdır. Maraqlıdır məhkəmə nədənsə xx.xx.2023-cü il tarixli qərardadda İddiaçı1 vəkili, nümayəndəsi Vəkil1 izahatını "çox ətraflı formada" göstərmişdir. Halbuki, iddiaçılar belə izahat verməmişlər. Onun tərəfindən isə geniş izahat verilərək, əsassız olduğu üçün qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsi üçün əsaslar olmamasını nəzərə alaraq ərizənin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadda 7 oktyabr 2022-ci il tarixli 2(051)-808/2022 №-li qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini deyil, 23 noyabr 2022 və 05 dekabr 2022-ci il tarixli apellyasiya şikayətinin qaytarılması barədə qərardadlardan şikayət vermə müddətinin üzürlü səbəbdən ötürülüb-ötürülməsi ilə əsaslandırmağa çalışmışdır. Mingəçevir şəhər məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(051)-808/2022 №-li qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadı qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. İddiaçı1 vəkili, nümayəndəsi Vəkil1 və İddiaçı2 tərəfindən Mingəçevir şəhər məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(051)-808/2022 №-li qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 saylı qərardadı ilə, cavabdeh-iddiaçı Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 saylı qəradadından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. MPM-nin 363.1.2-ci maddəsində göstərilmiş hal aradan qaldırılmaqla, yəni apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilməklə İddiaçı1 və iddiaçı-cavabdeh İddiaçı2 nümayəndəsi, Vəkil1 tərəfindən, 3-4 dekabr 2022-ci il tarixli qeyri-iş günləri olması nəzərə alınmaqla, 10 gün müddətində, 5 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Sonra müddətin bərpasına dair məhkəməyə ərizə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 saylı qərardadı ilə, ərizə təmin edilmiş, İddiaçı1 və iddiaçı-cavabdeh İddiaçı2 nümayəndəsi, Vəkil1 Mingəçevir şəhər məhkəməsinin 2(051)-808/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(051)-808/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-327/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-327/2023
16.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver