Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-329/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsindən ilkin iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İlkin iddia üzrə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh qarşı mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Mingəçevir şəhəri Ərəş küçəsindəki 0,084 hektar torpaq sahəsində yerləşən bir mərtəbəli, 5 otaqlı, 83,81 m2 yaşayış, 49,95 m2 köməkçi sahəsindən ibarət olan 44 nömrəli fərdi yaşayış evindən onlara düşən 1/4 miras payının onlar tərəfindən qəbul edilmiş hesab edilməsi və həmin miras evə onların, eləcə də cavabdehin 1/4 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 qarşı miras əmlakdan pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.08 hektar torpaq sahəsinin 1/2 hissəsinə və bütöv yaşayış evinə X8 1/4 hissə miras payının müəyyən olunması, X5 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsindən ibarət əmlak payından onun və qızlarının hər birinə 1/5 hissəyaşayış evi üzrə 1/20, torpaq sahəsinin 0,04 hektar sahəsi üzrə 1/20 hissə, 0,04 hektar sahəsi üzrə 1/5 (4/20) hissə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi ilə (hakim G. Cavadova) ilkin iddia qismən və qarşılıqlı iddia tam təmin edilmişdir. X1 və X5 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılmış və həmin yaşayış evinin 5 / 20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı4; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X9; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X6; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı3 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1 / 8 hissəsinə İddiaçı5 payları müəyyən edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. İlkin iş üzrə İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və əsassız qətnamə olduğundan apellyasiya instansiyası məhkəməsində ləğv olunmalı və yeni qətnamə qəbul edilməlidir. Belə ki, qeyd olunan torpaq üzərində yerləşən ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi yalnız X1 miras qalmış hesab edilməlidir, çünki həmin fərqi yaşayış ev üzərində Danınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən X11 və X4 birgə mülkiyyəti mövcud deyil. Beləliklə, Yevlax Rayon Məhkəməsinin iş üzrə müvafiq qətnaməsində fərdi yaşayış evinin X5 miras qalmış hesab edilməsi əsassızdır və qətnamə ləğv edilməlidir. Lakin, məhkəmə işin bu hallarını araşdırmamış və həm fərdi yaşayış evinin, həm də torpaq sahəsinin hər iki şəxsin birgə mülkiyyətində olduğu qənaətinə gəlmişdir. Ona görə də, ilkin iş üzrə İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi nin ləğv edilməsini və qeyd olunan torpaq üzərində yerləşən ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi üzərində yenidən müəyyən edilmiş paylar üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin təmin edilmədən, Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq ilkin iş üzrə iddiaçılar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, (nikah, doğum, ölüm haqqında şəhadətnamələr, çıxarış) ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və mərhum Sehrab Tağıyev ( eyni zamanda digər miras qoyan) miras qoyan X4 İddiaçı5 Balakişi oğlu ilə rəsmi nikahından olan uşaqları olmaqla yanaşı miras qoyan Xatın Tağıyevanın birinci dərəcəli qanun üzrə vərəsləridir. İlkin iddiaçılardan İddiaçı5, İddiaçı3, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh uşaqları Fidan Tağıyeva və Türkan Tağıyeva digər miras qoyan Sehrab Tağıyevin uşaqları, Cavabdeh isə arvadı olmaqla miras qoyan Sehrab Tağıyevin birinci dərəcəli qanun üzrə vərəsləridir. Miras əmlak ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 100,4 m2 olan yaşayış evindən ibarətdir. Yaşayış evi tam mülkiyyət hüququ əsasında miras qoyan X7, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında miras qoyanlar X7 və X10 məxsusdur. Miras qoyan Xatın Tağıyeva 14.02.2015-ci ildə, Sehrab Tağıyev isə 09.07.2015-ci ildə vəfat etmişdir. İlkin iddia üzrə iddiaçılar miras əmlakı faktiki olaraq qəbul etdiklərini iddia edirlər və ilkin iddia üzrə Cavabdeh bunu mübahisələndirmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır. Miras əmlak- ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qəbul edilmiş sayılmalı və həmin yaşayış evinin 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə İddiaçı4, 1/4 hissəsinə isə mərhum X8 payları müəyyən edilməli, yaşayış evinin mərhum X10 məxsus 1/4 hissəsinə onun vərəsələri- Cavabdeh, X9, X6, İddiaçı3 və İddiaçı5 bərabər şəkildə payları müəyyən edilməlidir. Miras əmlak- ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1/2 hissəsinin 1/4 hissəsinə İddiaçı1, 1 / 4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə İddiaçı4, 1/4 hissəsinə isə mərhum X8 payları müəyyən edilməli, torpaq sahəsinin mərhum X10 məxsus 5/8 hissəsinə onun vərəsələri- Cavabdeh, X9, X6, İddiaçı3 və İddiaçı5 bərabər şəkildə payları müəyyən edilməlidir. İlkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1243.2-ci, 1159.1.1-ci, 1252-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və mərhum Sehrab Tağıyev ( eyni zamanda digər miras qoyan) miras qoyan X4 İddiaçı5 Balakişi oğlu ilə rəsmi nikahından olan uşaqları olmaqla yanaşı miras qoyan Xatın Tağıyevanın birinci dərəcəli qanun üzrə vərəsləridir. İlkin iddiaçılardan İddiaçı5, İddiaçı3, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh uşaqları Fidan Tağıyeva və Türkan Tağıyeva digər miras qoyan Sehrab Tağıyevin uşaqları, Cavabdeh isə arvadı olmaqla miras qoyan Sehrab Tağıyevin birinci dərəcəli qanun üzrə vərəsləridir. Miras əmlak ünvan 2 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 100,4 m2 olan yaşayış evindən ibarətdir. Yaşayış evi tam mülkiyyət hüququ əsasında miras qoyan X7, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında miras qoyanlar X7 və X10 məxsusdur. Miras qoyan Xatın Tağıyeva 14.02.2015-ci ildə, Sehrab Tağıyev isə 09.07.2015-ci ildə vəfat etmişdir. İlkin iddia üzrə iddiaçılar miras əmlakı faktiki olaraq qəbul etdiklərini iddia edirlər və ilkin iddia üzrə Cavabdeh bunu mübahisələndirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir(irsi transmissiya). Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Apelyatorun şikayətinin yeganə dəlili, qeyd olunan torpaq üzərində yerləşən ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi yalnız X1 miras qalmış hesab edilməlidir, çünki həmin fərqi yaşayış ev üzərində Danınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən X11 və X4 birgə mülkiyyəti mövcud deyil. Halbuki, Yevlax Rayon Məhkəməsinin iş üzrə müvafiq qətnaməsində Yaşayış evi tam mülkiyyət hüququ əsasında miras qoyan X7, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında miras qoyanlar X7 və X10 məxsusdur kimi qeyd edilmişdir. Yəni şikayətin dəlili əsaslı deyildir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlkin iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi İddiaçı2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-329/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-329/2021
19.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver