Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-334/2024 09.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarsızlığı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(025)-1318/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X17 Xidmət Mərkəzində Notariat Ofisində Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış və reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət rüsumu hesabına ödədiyi 100 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 onun qardaşı X3 oğludur. "Miras əmlakda payların müəyyən edilməsinə dair" iddia ərizəsi əsasında Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə mərhum anası X2 ölümündən sonra ünvan 1 ünvanda ondan miras qalmış 0.07 hektar həyətyanı sahəsinin 1/3 hissəsinin, yəni 0.02333 hissəsinin tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən sonra həmin torpaq sahəsi naturada ayrılaraq ona verilmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-də adına qeydə alınaraq adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. (çıxarış iddia ərizəsinə əlavə olunur.) Digər qanun üzrə birinci növbə vərəsə olmuş mərhum qardaşı X4 oğlu da mərhum anasından miras qalmış həmin torpaq sahəsindən onun atasına çatası 1/3 hissəsini qəbul etmişdir. Digər qardaşı X6 miras əmlakla maraqlanmamış, qanunla müəyyən edilmiş müddətdə ona çatası həmin payını qəbul etməmiş və ya payını notaiat və ya məhkəmə qaydasında mübahisələndirməmişdir. Ona görə də hesab edir ki, qardaşı oğlu olan Cavabdeh2 qanuvericiliyin tələbinə görə hazırki vəziyyətdə miras əmlaka bitişik olan və mərhum anasının istifadəsində olan və satılmaq məqsədi ilə müraciətindən sonra cavabdeh bələdiyyənin adına qeydə alınmış 0.0426 hektar torpaq sahəsi üzərində hüquqlarına dövlət tərəfindən təminat verilmir. Bunun əksi olaraq onun çıxarışa əsasən xüsusi mülkiyyətində olan torpaq sahəsini vərəsəlik yolu ilə qəbul etdiyindən mübahisə predmeti olan 0.0426 hektar bələdiyyə balansında olan torpaq sahəsini satın almaqda üstünlük hüququ yaranmışdır. Ona ayrılmış torpaq sahəsi ilə qardaşı X3 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin arasında mərhum valideynlərinin istifadəsində olmuş 0.0426 hektar bələdiyyə balansında olan torpaq sahəsi mövcuddur. Həmin 0.0426 hektar torpaq sahəsi bələdiyyənin balansında olsa da, uzun müddət mərhum valideynlərinin istifadəsində olmuşdur və onların qanuni istifadəsində olmuş 0.07 hektar həyətyanı torpaq ilə sərhəddə olmaqla hər tərəfdən hasarlanmış həyətyanı torpaq sahəsinin daxilində olmuşdur. Ona görə də qanun üzrə birinci növbə vərəsə kimi, mərhum valideynlərindən miras qalmış əmlakın 1/3 hissəsinə onun hüququ məhkəmə qətnaməsi ilə tanındığından və müəyyən edildiyindən hesab edir ki, onun həmin 0.0426 hektar torpaq sahəsinin 1/3 hissəsini satın almaqda üstünlük hüququ var. Torpaq sahəsini tam hissədə və ya 1/3 hissəsini almaq istədiyinə görə torpaq sahəsinin tam və ya 1/3 hissəsinin qanunvericiliyin tələbinə uyğun olaraq ona satılmasına dair ərizə ilə cavabdeh Qəbələ bələdiyyəsinə müraciət etmişdir. Torpaq sahəsi cavabdeh Qəbələ bələdiyyəsi tərəfindən müraciətindən sonra xüsusi mülkiyyət hüququ əsasında bələdiyyənin adına qeydə alınmışdır. Torpaq sahəsinə çıxarış alındıqdan sonra cavabdeh bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin 1/3 hissəsinin ona satılmasını bələdiyyədən xahiş etmişdir. Lakin cavabdeh Qəbələ bələdiyyəsinin sədri buna etiraz edərək bildirmişdir ki, həmin torpaq sahəsini digər vərəsələr, ən əsası isə qardaşı Tofiq Surxayevin oğlu olan Cavabdeh2 tam hissədə almaq istəyir, yəni qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı mübahisə yarandığından qanunvericiliyin tələbinə görə torpaq sahəsi yalnız hərrac yolu ilə satıla bilər. Torpaq sahəsinin hərrac yolu ilə və ya başqa formada satılması barədə cavabdehə tərəfindən və ya nümayəndələri tərəfindən rəsmi və ya qəbulunda olmaqla müraciətlər olunmuşdur. Cavabdeh Qəbələ Rayon Məhkəməsi müraciətlərinin cavabında ona rəsmi qaydada bildirmişdir ki, qeyd edilən torpaq sahəsinin 1/3 hissəsinin və ya tam hissədə ona satılması üçün müəyyən tədbirlər görür, ərizəsində göstərdiyi torpağın onun adına sənədləşdirilməsinə lazımı köməklik göstəriləcəkdir. Sonrakı müraciətlərində isə cavabdeh Qəbələ bələdiyyəsinin sədri bildirmişdir ki, torpaq sahəsinin tam və ya 1/3 hissənin ona satılması mümkün olmasa, torpaq sahəsinin hərrac yolu ilə satılacaqdır. O, cavabdeh Qəbələ bələdiyyəsinin sədrinin səmimiliyinə və ona verilmiş vəzifə borcuna vicdanla riayət edəcəyinə inanaraq onun cavabını öyrənmişdir. 2023-cü ilin əvvəllərində xüsusi mülkiyyətində olan torpaq sahəsinə baxış keçirdiyi zaman məlum olmuşdur ki, qardaşı Tofiq Surxayev və ailəsi öz evlərində istifadə etdikləri tullantı sularını onun torpaq sahəsinə bitişik bələdiyyə torpağında quyu qazdıraraq həmin quyuya axıdır. Bu barədə o, aidiyyati qurumlara və cavabdeh Qəbələ Bələdiyyəsinə rəsmi xəbərdarlıq edərək xəttin və quyunun ləğv edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Cavabdeh Qəbələ Bələdiyyəsi tərəfindən ona bildirilmişdir ki, müdaxiləsindən sonra quyu və xətt qardaşı tərəfindən ləğv edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özünün xx.xx.2023-cü il tarixli məktubu ilə ona bildirmişdir ki, mübahisə predmeti olan həmin 0.0426 hektar torpaq sahəsi çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin qanunvericiliyin tələbinə görə ona satılmasına dair müraciətindən sonra Qəbələ Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi satılması məqsədi ilə xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən bələdiyyənin adına qeydə alınmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 adına çıxarış cavabdeh bələdiyyənin sədri və ya nümayədəsi ilə Cavabdeh2 arasında üçüncü şəxs X17 Xidmət mərkəsində fəaliyyət göstərən notaiat ofisində bağlanaraq rəsmiləşdirilmiş "Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi"nə əsasən verilmişdir. İşin yuxarıda qeyd etdiyi faktiki hallarından göründüyü kimi cavabdeh Qəbələ bələdiyyəsinin sədri öz maraqları naminə məhz onun müraciətindən sonra digər cavbdeh Cavabdeh2 ilə əlaqəyə girərək həmin torpaq sahəsini bələdiyyənin adına qeydə aldırdıqdan sonra özünün də qeyd etdiyi kimi qanunvericiliyin tələblərini pozmaqla həmin torpaq sahəsini hərrrac yolu ilə yox, notariat ofisində rəsmiləşdirilmiş müqavilə əsasında digər cavabdehə "satmışdır". Halbuki Qanunvericiliyin tələbinə görə torpaq sahəsinin satılmasının xüsusiyyətlərindən biri də, şəxsin satışa çıxarılan torpaq sahəsinin satın almağa üstünlük hüququnun olmasının nəzərə alınması təşkil edir. Lakin göründüyü kimi cavabdeh Qəbələ bələdiyyəsi (sədri) yuxarıda qeyd etdiyi kimi, mübahisə predmeti olan 0.0426 hektar torpaq sahəsinin heç olmazsa, 1/3 hissəsini buna üstünlük hüququ olduğuna görə ona satacağına tam əmin etməklə, yəni onu aldatmaqla öz maraqları naminə həmin torpaq sahəsini buna heç bir aidiyyati olmayan Cavabdeh2 satmaqla bundan faydalanmağa nail olmuş, həmin torpağı satın almaq üstünlüyü olduğuna görə onun hüquq və maraqlarını pozmuşdur. Göründüyü kimi, üçüncü şəxs X17 Xidmət Mərkəzində Notariat Ofisində Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış və reystrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi onun cavabdeh Qəbələ Bələdiyyəsi tərəfindən aldadılaraq hüquq və mənafeyinə zidd olaraq rəsmiləşdirilərək bağlandığından həmin müqavilə əhəmiyyətsiz və etibarsız müqavilədir. Ona görə də hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, onlar Qəbələ rayonunda mübahisəli torpaq sahəsinin yerləşdiyi ünvanda yaşayırlar. Bundan əvvəl iddiaçı tərəfin iddiası ilə bağlı olan işdə valideyni vərəsəlik payından iddiaçının xeyrinə imtina etmişdir. 3,4 sot torpaq sahəsi atasının zəbtində olmuşdur. Həmin torpağa görə həmişə vergini o keçirmişdir. Həmin torpağın atasının zəbtində olması reyestrdə rəsmi qeydiyyatda olmuşdur. Cavabdehin Qəbələdə torpaq sahəsi olsa da o, Qəbələdə yaşamır və rəsmi qeydiyyatı da yoxdur. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı tərəfin bələdiyyəyə rəsmi müraciəti haqqında məlumatı yoxdur. Cavabdeh2 rəsmi müraciət etmiş, torpaq sahəsinə baxış keçirmişlər, müəyyən etmişlər ki, həmin torpaq sahəsi iddiaçının zəbtində olmuş, həmin torpaq sahəsi üçün vergi ödəmişdir, onlar oranı ata yurdu kimi istifadə etmişlər. Belə olub alqı-satqı edilmişdir. Bələdiyyə tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir.
6. Cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
8. Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(025)-1318/2023 nömrəli qətnaməsi ilə, (hakim A.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, X18 küçəsi, 22A ünvanında yerləşən 0,034 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh3 16 noyabr 2022-ci il tarixli, 25№-li protokoluna əsasən Qəbələ bələdiyyəsinin alqı-satqı predmeti olan, Qəbələ şəhəri X18 küçəsi № 22A ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın reyestr nömrəsi **********18 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,034 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq Qəbələ şəhəri ünvanında yaşayan Cavabdeh2 satılması, torpaq sahəsinin hər 100 m2-nin qiyməti 833,34 AZN olmaqla dəyəri 2833,36 (iki min səkkiz yüz otuz üç manat 36 qəpik) AZN müəyyən edilməsi, torpaq sahəsinin müəyyən edilmiş dəyərinin bələdiyyənin büdcəsinə ödənilməsi üçün 60 gün müddət təyin edilməsi və göstərilən müddət ərzində torpağın dəyəri ödənildikdən sonra notarial alqı-satqı müqaviləsi bağlanılması qərara alınmışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-1953 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 23 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh3 sədri X5 şəhəri, X18 küçəsi, №22A ünvanında yerləşən, ümumi sahəsi 0,034 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh2 2833 manat 36 qəpiyə satmışdır. İddiaçı Qəbələ regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanılmış 23 noyabr 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız olunmasını xahiş edirlər. Cavabdehlər isə, o cümlədən Bələdiyyənin nümayəndəsi göstərilən halları qəbul etmir və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Göründüyü kimi iddiaçı bələdiyyə və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etsə də, bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən qeydi və Cavabdeh3 16 noyabr 2022-ci il tarixli, 25№-li protokol qərarını qanunla müəyyən olunmuş qaydada mübahisələndirməmişdir.
11. Göründüyü kimi, iddia təmin olunaraq, torpaq sahəsinə dair bələdiyyə və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının bərpası ilə nəticələnmir. Beləliklə də, hazırki iddia Mülki Prosessual Məcəlləsinin 2.1 və 4.1-ci maddələrinə uyğun olaraq iddiaçının hüquq və mənafelərinin məhkəmədə müdafiəsinə xidmət etmir.
12. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, hazırda iddianın rədd edilməsi, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına olan qeyd və bələdiyyənin protokol qərarı mübahisələndirildiyi və həmin iddia uğurlu olduğu halda, iddiaçının yeni əsasla alqı-satqı müqavilənin etibarsızlığına dair iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Həmçinin göstərilən tələbin Mülki Məcəllənin 140-cı maddəsi baxımından əsaslı olub-olmaması məsələsi də, iddia veriləcəyi təqdirdə həmin işin araşdırma predmetini təşkil edə bilər.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 152.1, 157.2, 337.1, 337.2, 337.3-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci maddəsinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, məhkəmə işin hallarını tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, qətnaməsində bütün bunlara münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir.
16. Belə ki, işə baxan məhkəməsində qeyd edir ki, Qəbələ şəhər sakini X3 adına Qəbələ bələdiyyəsinin uçot kitabının 498-ci sırasında 0,07 ha həyətyanı, 0,067 ha zəbt torpaq sahəsi vardır və vətəndaş tərəfindən hal-hazırki tarixə kimi torpaq vergisi borcu ödənilmişdir. O, isə iddia ərizəsində qeyd etmişdir ki, mərhum valideynlərinin mülkiyyətində 0.07 hektar həyətyanı, 0,034 hektar zəbt torpaq sahəsi vardır. O, iddia ərizəsində həmin 0.034 hektar zəbt torpaq sahəsinin 1/3 hissəsinin ona satılmasını bələdiyyədən xahiş etmişdir. Lakin iş materiallarından aydın görünür ki, Cavabdeh2 atası tərəfindən zəbtində olan 0.067 hektar torpaq sahəsinin torpaq vergisi borcunu cavabdeh yox, atası ödəmişdir. Göründüyü kimi onun mübahisələndirdiyi 0.034 hektar zəbt torpaq sahəsi onun mərhum valideynlərinin, 0.067 hektar zəbt torpaq sahəsi isə qardaşının ümumi istifadəsində oan torpaq sahəsinin daxilində yerləşir və Tofiq Surxayev tərəfindən həmin torpaq sahəsinə görə vergi ödənilmişdir. İşə baxan məhkəmə mübahisə üzrə çox sthi araşdırma aparmış, məhkəmə iclasında cavabdehlər tərəfindən təqdim edilmiş qəbz və bələdiyyə arayışını tədqiq etməmiş, tərəf kimi buna onun münasibətini öyrənməmiş, Tofiq Surxayev tərəfindən hansı zəbtə görə vergi ödəməsini dəqiq müəyyən etməmiş, bilərəkdən və ya bilməyərəkdən zəbt torpaq sahələrini “qarışdırmış və eyniləşdirmiş”, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini dəqiq müəyyən etmək üçün ekspertizanın aparılmasını təyin etməmişdir. Elektron kabinetdən görünür ki, etibarnaməsi işə əlavə olunmamış, cavabdehlərin qəbz və arayışları qətnamə qəbul edilən gün sistemə yerləşdirilmişdir. Məhkəmə qətnaməsində cavabdeh bələdiyyə tərəfindən anasının adına rəsmi qaydada ünvanlanmış “həmin torpaq sahəsinin anasına satılmasına köməklik edilməsi barədə” məktubu tədqiq olunmamışdır. Cavabdeh Qəbələ bələdiyyəsinin onu aldatmasına, sonradan isə hər iki cavabdeh bəlkə sonradan tələsik ödənişlər etmıklə və məhkəməyə saxta hesab etdiyi arayışı təqdim etməklə məhkəməni aldatmalarına düzgün hüquqi qiymət verməmiş, iddia tələbini təmin etməməklə mülkiyyətçi və mübahisələndirdiyi torpaq sahəsnin 1/3 hissəsini almaqda üstünlük hüquqlarını pozmuşdur.
17. Göründüyü kimi işə baxan məhkəmə tərəfindən işə baxılarkən yuxarıda qeyd etdiyi işin faktiki halları nəzərə alınmamış, məhkəmə həmin halları tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, düzgün əsaslandırmamış, işin halları iddia ərizəsində qeyd edilən formada olduğu halda, iddiaçı kimi onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmağına baxmayaraq iddianın təmin edilməməsi barədə qətnaməsi ilə onun qanunla qorunan hüquqlarını və aşağıda göstərdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
18. Alqı-satqı predmeti olan 0.34 hektar torpaq sahəsi uzun müddət onun mərhum valideynlərinin mülkiyyətində olan torpaq sahəsinə bitişik olmaqla təsərrüfatın daxilində yerləşdiyindən və o, onların ölümündən sonra vərəsəlik işi açdıraraq məhkəmə qətnaməsi ilə qanun üzrə 1-ci növbə vərəsə kimi özünə çatası 1/3 hissə payını qanuni yolla əldə etdiyindən hesab etmişdir ki, 0.034 hektar zəbt torpaq sahəsi satılan zaman həmin torpaq sahəsinin 1/3 hissəsini almaqda üstünlük hüququ yaranmışdır. Cavabdeh2 isə atasına aid torpaq sahəsinə və hasarının daxilində olan 0.067 hektar zəbt torpaq sahəsinə görə vergi ödədiyindən onun yox, atasının həmin 0.067 hektar torpaq sahəsini almaqda üstünlük hüququ yaranardı. Göründüyü kimi Cavabdeh2 Qəbələ şəhərində qeydiyyatda olsa da, 0.034 hektar torpaq sahəsini satın almaqda heç bir üstünlük hüququ yaranmamışdır. Lakin işə baxan məhkəmə işin həmin hallarını düzgün araşdırmamış və qiymət verməmişdir.
19. İşə baxan məhkəmə Cavabdeh2 satılmış torpaq sahəsinin mübahisələndirdiyi 0.034 hektar zəbt torpaq sahəsi, yoxsa vergisi atası tərəfindən “ödənilmiş” 0.067 hektarın tərkibində olmasını, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini dəqiq müəyyən etmək üçün ekspertizanın aparılmasını təyin etməmişdir.
20. Mərhum valideynlərinin faktiki istifadəsində olmuş bələdiyyənin balansında olan 0.034 hektar zəbt torpaq sahəsinin 1/3 hissəsinin ona satılmasına dair müraciətindən və bununla əlaqədar bələdiyyə tərəfindən ona köməklik götəriləcəyi rəsmi qaydada bildiriləndən sonra Cavabdeh2 də həmin torpaq sahəsini almaq istədiyindən, aralarında mübahisə yarandığından bələdiyyə həmin torpaq sahəsinin alqı-satqısından imtina etməli və ya da həmin torpaq sahəsinin hərrac yolu ilə satılmasını həyata keçirməli idi. Lakin bələdiyyə həmin torpaq sahəsinin bir hissəsini almaqda maraqlı olduğunu və bu barədə ona köməklik ediləcəyini bildirdiyi halda, onu aldadaraq və xəbəri olmadan həmin torpaq sahəsini buna heç bir aidiyyati olmayan şəxsə satmaqla normanın tələbini pozmuş, işə baxan məhkəmə isə buna düzgün hüquqi qiymət verməmişdir.
21. Göründüyü kimi, üçüncü şəxs X17 Xidmət Mərkəzində Notariat Ofisində cavabdeh Qəbələ rayonu, Qəbələ bələdiyyəsiilə Cavabdeh2 arasında bağlanmış və reystrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi onun cavabdeh Qəbələ Bələdiyyəsi tərəfindən aldadılaraq onun hüquq və mənafeyinə zidd olaraq rəsmiləşdirilərək bağlandığından həmin müqavilə əhəmiyyətsiz və etibarsız müqavilədir. Ona görə də hesab etmişdir ki, həmin müqavilə etibarsız hesab edilməlidir. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə iddia tələbini rədd etməklə qeyd edilən və yuxarıda göstərilən maddi hüquq normaların tələblərini pozmuşdur.
22. İddiaçı tərəf alqı-satqı predmeti olmuş 0.034 ha torpaq sahəsinin uzun müddət mərhum valideynlərinin istifadəsində olmasını, qanun üzrə 1-ci növbə vərəsə kimi həmin torpaq sahəsinə bitişik mərhum anasından miras qalmış torpaq sahəsindən özünə çatası payını qanuni yolla əldə olunmasını, həmin 0.034 ha torpaq sahəsinin 1/3 hissəsini almaq istəməsi barədə cavabdeh bələdiyyəyə müraciət etməsini, bələdiyyə tərəfindən həmin torpaq sahəsinin qeyd edilən hissədə iddiaçıya satılmasına kömək edəcəyi barədə rəsmi bildirməsini və digər halları təsdiq edən kifayət qədər sübutlarını təqdim etsə də, işə baxan məhkəmə demək olar ki, həmin sübutları araşdırmamış və ondan istifadə etməmiş, yalnız Cavabdeh2 atasının ümumi istifadəsində olan 0.067 hektar zəbt torpağa görə sonradan ödənişlər etdiyinə görə başqa ərazidə yerləşən 0.034 hektar torpaq sahəsini 0.067 hektar torpaq sahəsi ilə eyniləşdirilməyə çalışmış cavabdeh Qəbələ Bələdiyyəsinin ödəniş qəbzlərinə və arayşına əsaslanmış və onlardan istifadı etmişdir.
23. İddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən iddiaya əlavə etdiyi sənədlərlə 0.034 ha zəbt torpaq sahəsinin bir hissəsini almaqda üstünlük hüququnun olmasını sübut etsə də, işə baxan bunları nəzərə almamış, iddia tələbini rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
24. Cavabdeh2 həmin torpaq sahəsini almaq üstünlüyünün olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etmədiyi halda, bunun əksi olaraq iddiaçı tərəfindən həmin 0.034 hatorpaq sahəsinin ona satılması ilə əlaqədar üstünlük hüququnun olmasına dair kifayət qədər sübutlar təqdim edilsə də, işə baxan məhkəmə həmin sübutlara obyektiv, tam və hərtərəfli baxmamış, həmin sübutlara yuxarıda qeyd etdiyi hüquq normalarına uyğun qiymət verməmişdir.
25. Onun mübahisələndirdiyi 0.034 hektar zəbt torpaq sahəsi mərhum valideynlərinin, 0.067 hektar zəbt torpaq sahəsi isə qardaşının, yəni Cavabdeh2 atası Tofiq Surxayevin ümumi istifadəsində oan torpaq sahəsinin daxilində yerləşdiyindən və Tofiq Surxayev tərəfindən həmin torpaq sahəsinə görə vergi ödənildiyindən işə baxan məhkəmə mübahisə üzrə çox səthi araşdırma aparmış, Tofiq Surxayev tərəfindən hansı zəbtə görə vergi ödəməsini dəqiq müəyyən etməmiş, Cavabdeh2 satılmış torpaq sahəsinin 0.067 ha-ya, yoxsa 0.034 ha-ya aid torpaq sahəsini, həmin torpaq sahələrinin üst-üstə düşübdüşməməsini dəqiq müəyyən etmək üçün ekspertizanın aparılmasını təyin etməli olduğu halda həmin prosessual hərəkətləri etməmiş, yalnız Tofiq Surxayev tərəfindən ödənilmiş vergi qəbzlərinə əsaslanmaqla normanın həmin tələbini pozmuşdur.
26. Cavabdeh2 həmin torpaq sahəsini almaq üstünlüyünün olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etmədiyi halda, işə baxan məhkəmə yalnız atası Tofiq Surxayevin zəbtində olan 0.67 ha torpaq sahəsinə dair qəbzlərə və bunun əsasında cavabdeh bələdiyyənin arayışına əsaslandırmaqla normanın həmin tələblərini pozmuşdur.
27. İşə baxan Qəbələ Rayon Məhkəməsi alqı-satqı predmeti olan 0.34 ha torpaq sahəsinin mərhum valideynlərinin, 0.67 ha torpaq sahəsinin isə Cavabdeh2 atası Tofiq Surxayevin zəbtində olması, onun tərəfindən torpaq vergi ödənilməsi, mərhum valideynlərinin faktiki istifadəsində olmuş bələdiyyənin balansında olan 0.034 hektar zəbt torpaq sahəsinin 1/3 hissəsinin ona satılmasına dair müraciətindən və bununla əlaqədar bələdiyyə tərəfindən ona köməklik götəriləcəyi rəsmi qaydada bildiriləndən sonra Cavabdeh2 də həmin torpaq sahəsini almaq istədiyindən və aralarında mübahisə yarandığından bələdiyyə həmin torpaq sahəsinin alqı-satqısından imtina etməli və ya da həmin torpaq sahəsinin hərrac yolu ilə satılmasını həyata keçirməli olduğu kimi faktiki halları dəqiq araşdırmamışdır. İşə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı iddianın rədd edilməsi yox, cavabdeh tərəfin mübahisəli torpaq sahəsinə dair aralarında bağlanmış alqı-satqı müqaviləsinin yuxarıda göstərilən və digər qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından iddianın təmin edilməsi nəticəsinə gələrdi.
28. Cavabdehlərin məhkəməyə təqdim etdikləri qəbzlər və arayış Cavabdeh2 atasının zəbtində 0.67 ha torpaq sahəsi olduğuna görə həmin ödənşlər atası Tofiq Surxayev tərəfindən həmin torpaq sahəsinə görə ödənildiyindən və bu məhkəmə tərəfindən dəqiq müəyyən edilmədiyindən Cavabdeh2 tərəfindən həmin 0.034 ha torpaq sahəsini almaqda üstünlük hüququnun olması sübut olunmur.
29. İşə baxan məhkəmə iddia tələbinin rədd edilməsi barədə qəbul etdiyi qətnaməsi, alqısatqı predmeti olan 0.34 ha torpaq sahəsinin mərhum valideynlərinin, 0.67 ha torpaq sahəsinin isə Cavabdeh2 atası Tofiq Surxayevin zəbtində olması, onun tərəfindən torpaq versi ödənilməsi, mərhum valideynlərinin faktiki istifadəsində olmuş bələdiyyənin balansında olan 0.034 hektar zəbt torpaq sahəsinin 1/3 hissəsinin ona satılmasına dair müraciətindən və bununla əlaqədar bələdiyyə tərəfindən ona köməklik götəriləcəyi rəsmi qaydada bildiriləndən sonra Cavabdeh2 də həmin torpaq sahəsini almaq istədiyindən və aralarında mübahisə yarandığından bələdiyyə həmin torpaq sahəsinin alqı-satqısından imtina etməli və ya da həmin torpaq sahəsinin hərrac yolu ilə satılmasını həyata keçirməli olduğu kimi hallarına uyğun gəlmir.
30. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi”nə dair 2(025)-1318/2023 saylı iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbi əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(025)-1318/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(025)-1318/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh3 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi ərizəsində iddiaçı olan anası qoca və xəstə olduğuna görə, nümayəndə kimi isə o, hazırda işi ilə əlaqədar xarici ölkədə olduğuna görə məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirakları olmadan baxılmasına razı olduğunu, apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisi isə məhkəmə kollegiyasına göndərdiyi məktubunda məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etsələr də, Cavabdeh3 nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
37. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi bələdiyyələrin səlahiyyətlərinə aiddir.
38. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun; 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyator Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(025)- 1318/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, X18 küçəsi, 22A ünvanında yerləşən 0,034 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Cavabdeh3 16 noyabr 2022-ci il tarixli, 25№-li protokoluna əsasən Qəbələ bələdiyyəsinin alqı-satqı predmeti olan, Qəbələ şəhəri X18 küçəsi № 22A ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın reyestr nömrəsi **********18 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,034 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq Qəbələ şəhəri ünvanında qeydiyyatda olan və Qəbələ şəhərində yaşayan Cavabdeh2 satılması, torpaq sahəsinin hər 100 m2-nin qiymətinin 833,34 AZN olmaqla dəyəri 2833,36 AZN müəyyən edilməsi, torpaq sahəsinin müəyyən edilmiş dəyərinin bələdiyyənin büdcəsinə ödənilməsi üçün 60 gün müddət təyin edilməsi və göstərilən müddət ərzində torpağın dəyəri ödənildikdən sonra notarial alqı-satqı müqaviləsinin bağlanılması qərara alınmışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-1953 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 23 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh3 sədri X5 şəhəri, X18 küçəsi, №22A ünvanında yerləşən, ümumi sahəsi 0,034 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh2 2833 manat 36 qəpiyə satmışdır. İddiaçı Qəbələ regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanılmış 23 noyabr 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız olunmasını xahiş edir. Cavabdeh tərəfdən isə iddia tələbi qəbul edilməmişdir.
46. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
47. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaya əlavə etdiyi sənədlərlə 0.034 ha zəbt torpaq sahəsinin bir hissəsini almaqda üstünlük hüququnun olmasını sübut etsə də, işə baxan məhkəmənin bunları nəzərə almaması, mübahisələndirdiyi torpaq sahəsnin 1/3 hissəsini almaqda üstünlük hüquqlarının pozulması, Cavabdeh2 Qəbələ şəhərində qeydiyyatda olsa da, 0.034 hektar torpaq sahəsini satın almaqda heç bir üstünlük hüququnun yaranmaması, aralarında mübahisə yarandığından bələdiyyə həmin torpaq sahəsinin alqı-satqısından imtina etməli və ya da həmin torpaq sahəsinin hərrac yolu ilə satılmasını həyata keçirməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
48. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Çıxаrışın sürətindən görünür ki, Qəbələ şəhəri, X18 küçəsi, 22A ünvanında yerləşən 0,034 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır.
49. İşdə olan Cavabdeh2 tərəfindən Cavabdeh3 sədri Ramin Əliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 Qəbələ Bələdiyyəsinin pirispektif inkişaf fondu torpaqlarından 0,034 ha ölçüdə torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədi üçün müsabiqə yolu ilə ona satılması barədə tədbir görülməsini xahiş etmişdir.
50. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-1953 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 23 noyabr 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı Cavabdeh3 sədri X5 şəhəri, X18 küçəsi, №22A ünvanında yerləşən, ümumi sahəsi 0,034 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh2 2833 manat 36 qəpiyə satmışdır.
51. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 12 mart 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 13 oktyabr 2012-ci il tarixdən Qəbələ rayonu Qəbələ şəhəri X16 küçəsi ev 183 ünvanında qeydiyyatdadır.
52. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 02 aprel 2024-cü il tarixdə verilmiş 5-59-12/2-641/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 10 ünvanında yaşayır.
53. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Göyçay şəhəri Vidadi küçəsi ev 24-də qeydiyyatdadır.
54. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd etdiyi dəlilləri üzrə əlavə olaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh2 Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni torpaq hərracı və ya müsabiqəsi keçirilmədən mübahisəli torpaq sahəsini əldə etmək hüququ olmuşdur. İddiaçının isə belə bir hüquqa malik olması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin qanunvericilikdə müvafiq ərazidə yaşayan, həmçinin 5 il müddətində qeydiyyatda olan şəxslə həmin ərazidə qeydiyyatda olmayan və yaşamayan şəxs arasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əldə edilməsində mübahisənin yaranması zamanı bələdiyyənin həmin torpaq sahəsinin alqısatqısından imtina etməli olması və yaxud həmin torpaq sahəsinin hərrac yolu ilə satılmalı olmasına dair imperativ tələblər müəyyənləşdirilməmişdir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan məhkəmənin Cavabdeh2 satılmış torpaq sahəsinin mübahisələndirdiyi 0.034 hektar zəbt torpaq sahəsi, yoxsa vergisi atası tərəfindən “ödənilmiş” 0.067 hektarın tərkibində olmasını, həmin torpaq sahələrinin üstüstə düşüb-düşməməsini dəqiq müəyyən etmək üçün ekspertizanın aparılmasını təyin etməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-1953 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 23 noyabr 2022-ci il tarixli müqavilədən göründüyü kimi həmin müqavilə əsasında Cavabdeh3 tərəfindən Cavabdeh2 0.067 hektar deyil, məhz 0,034 ha torpaq sahəsi satılmış, alqı-satqıdan əvvəl Cavabdeh3 adına verilmiş çıxarışda, həmçinin 23 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsində 0,034 ha torpaq sahəsinin 0.067 hektarın tərkibində olmasına dair hər hansı bir fikir ifadə edilməmiş, iddia tələbinin özü də 0.034 hektar və 0.067 hektar torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı olmamışdır.
56. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
57. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin iş materiallarından iş üzrə ekspertizanın təyin edilməsi zərurəti də müəyyən edilməmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan məhkəmənin Cavabdeh2 atasının ümumi istifadəsində olan 0.067 hektar zəbt torpağa görə sonradan ödənişlər etdiyinə görə başqa ərazidə yerləşən 0.034 hektar torpaq sahəsini 0.067 hektar torpaq sahəsi ilə eyniləşdirilməyə çalışması, cavabdeh Qəbələ Bələdiyyəsinin ödəniş qəbzlərinə və arayşına əsaslanması və onlardan istifadə etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi işdə olan sənəd qismində 0,067 ha torpaq sahəsinə dair vergi borcunun ödənilməsinə dair Cavabdeh3 13 noyabr 2022-ci il tarixli, 438 nömrəli arayışının da məzmununu açıqlamasına baxmayaraq, qəbul edilən qətnamənin əsaslandırılmasında həmin hala istinad edilməmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına əsasən «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
60. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
61. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(025)-1318/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(025)-1318/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.