Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-338/2023 20.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 55 ton taxılın və ya onun dəyəri olan 33000 manat pulun və 189.40 manat dövlət rüsmunun tutulub ona verilməsi tələbinə dair” mülki iş üzrə Yevlаx Rayon Məhkəməsinin 07 оktyаbr 2022-ci il tаrixli, 2(039)-1784/2022 saylı qətnаməsindən cаvаbdeh Аbdulzаdə Kənаn Аydın оğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 55 ton taxılın və ya onun dəyəri olan 33000 manat pulun və 189.40 manat dövlət rüsmunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi belə əsaslandırılmışdır ki, o, hazırkı Cavabdeh 2020-ci ilin noyabrdekabr aylarında 31 ton təmizlənmiş toxumluq taxıl verərək qarşılıqlı qaydada razılaşmışlar ki, məhsul yetişəndən sonra bunun əvəzində cavabdeh ona 55 ton taxıl verəcəkdir. Cavabdeh ilə yaxın münasibəti olduğu üçün ona etibar edərək həmin vaxt hər kiloqramının qiyməti 80 qəpik olan toxumluq, yəni əkin üçün nəzərdə tutulan 31 ton taxılını Cavabdeh qeyd etdiyi şərtlər əsasında vermişdir. O, cavabdehə inanaraq biçin dövründə cavabdehə yaxılnaşaraq verdiyi 31 ton toxumluq taxılın əvəzində 55 ton yeni biçiləcək taxılını ondan istəmiş, həmin vaxt məlum olmuşdur ki, cavabdeh razılaşmalarına əmək etməyərək sözügedən 31 ton toxumluq taxılı satmışdır. 31 ton toxumluq taxılının dəyəri hər kq üçün 80 qəpik olmaqla cəmi 24800 manat məbləğində ziyanla qarşılaşmış, o bu taxılı verərkən biçin ərəfəsində cavabdehdən 55 ton taxıl almalı idi. Cavabdeh bu günə kimi həmin taxılı verməmiş, bir ildən artıqdır ki, cavabdehdən taxılını və ya onun dəyərini istəsə də, nəticəsi olmamışdır. 55 ton taxılın hazırki, bazar qiyməti hər kq üçün 60 qəpikdir. Belə olan halda 55 ton taxılın və ya onun dəyəri olan 33.000 manat pulunu və ödədiyi dövlət rüsumunu cavabdehdən tələb edir.
3. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək ona uyğun izahat vermiş, əlavə olaraq iddiasında qeyd etdiyi halları təsdiqləyəcək şahidlərinin olduğunu, onların məhkəmə tərəfindən dinlənilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək 2020-ci ildə iddiaçıdan 30 ton taxıl götürdüyünü, razılaşmalarına əsasən bunun müqabilində iddiaçıya 10.000 manat məbləğində pul verəcəyini, həmin məbləğin 3.000 manat hisəsini bu günədək iddiaçıya qatardığını və ona aldığı taxıldan hazırda 7.000 manat borcu qaldığını, eyni zamanda iddiaçıdan 500 manat dəyərində götürdüyü yanacağın borcunun qaldığını bildirmişdir. O, həmçinin məsələ ilə bağlı iki nəfər şahidinin olduğunu, hazırda İddiaçı cəmi 7.500 manat məbləğində borcunun qaldığını qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin şahidi qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-yə onun tərəfindən aparılmış sözügedən toxumluq taxıl İddiaçı məxsus olmuş, sonuncunun Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən təxmini 31 ton toxumluq taxılı Cavabdeh aparmış və biçin zamanı İddiaçı 55 ton taxıl qaytarılmasına vəd vermişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin şahidi qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, "xxxx" MMC-də anbardar işləyir. İddiaçı 2020-ci ilin sentyabr ayında "xxxx" MMC-yə emal olunması üçün 63 ton çirkli taxıl gətirmiş, emal prosesindən sonra cəmi 41 ton təmiz toxumluq taxıl əldə olunmuş, həmin toxumdan isə təxminən 31 tonunu elə həmin ərəfədə Cavabdeh öz sürücüsü Arzuman adlı şəxsin vasitəsi ilə çıxarıb aparmışdır. Şahid həmçinin müvafiq taxılın MMC-dən çıxarılmasını təsdiqləyən qəbzləri məhkəməyə təqdim etmişdir.
7. Birinci instansiya məhkəməsində işə Cavabdeh iştirakı olmadan baxılmışdır
8. Yevlаx Rayon Məhkəməsinin (hakim Kamil Əliyev) 07 оktyаbr 2022-ci il tаrixli, 2(039)-1784/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 31.100 (otuz bir min yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189.40 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Аbdulzаdə Kənаn Аydın оğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cаvаbdeh Аbdulzаdə Kənаn Аydın оğlu apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçı ilə guya onun (cavabdehin) arasında hansısa şifahi razılaşmanın olması əsas tutularaq Mülki Məcəllənin normalarına istinad edilmişdir. Məhkəmənin işdə olan sübutlarla iddiaçı ilə onun arasında toxumluq taxıl alınmasına dair razılıq olması öz təsdiqini tapmır. Onun adından yazılan və onun tərəfindən imzalanmayan “Vəsatət”də göstərilənlərə istinad etməsi də əsassızdır. Həmin vəsatət notarial təsdiq edilməklə onun tərəfindən imzalanıb-imzalanmaması araşdırılmamışdır. İddaçının toxum təmizləmə müəssisəsindən taxıl təmizlətməsinin, həmin toxumluq taxılı kimə və nə səbəbdən göndərməsinin ona heç bir aidiyyəti yoxdur. Məhkəmənin istinad etdiyi digər şahid ifadələrində də onların onunla iddiaçı arasında hər hansı bir sövdələşmədə iştirak etmələri müəyyən edilməsə də məhkəmə həmin şahidlərin iddiaçı tərəfindən təqdim edilməsinə tənqidi yanaşılmamış, obyektiv hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən Yevlаx Rayon məhkəməsini 07 оktyаbr 2022-ci il tаrixli, 2(039)-1784/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Аbdulzаdə Kənаn Аydın оğlu və onun nümayəndəsi və vəkili X4 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərərək Yevlаx Rayon məhkəməsini 07 оktyаbr 2022-ci il tаrixli, 2(039)-1784/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
13. Məhkəmə kokllegiyasının iclasında iştirak edən İddiaçı vəkili X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlаx Rayon məhkəməsini 07 оktyаbr 2022-ci il tаrixli, 2(039)-1784/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətlərinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17.Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
18. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
19. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
20. Maddə 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır.
23. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
24. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
27. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
28. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.
31. Maddə 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
32. Maddə 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.
33. Maddə 663.1. Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir.
34. Maddə 664. Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Yevlаx Rayon Məhkəməsinin 07 оktyаbr 2022-ci il tаrixli, 2(039)-1784/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə təmizlənməemal məqsədi ilə 63420 kq buğda məhsulu verilmiş, qəbul edilmiş həmin 63420 kq buğda məhsulu aidiyyatı üzrə emal prosesindən keçirilməklə, toxumluq buğda 41000 kq, ərzaqlıq buğda 18900 kq, Siklon isə 2920 kq olmaqla ona təhvil verilmiş və həmin dövürdə "xxxx" MMC-də buğda toxumunun 1 kq-nın satış qiyməti 65-70 qəpik aralığında olmuşdur. Halhazırda toxumluq buğdanın satış qiyməti 1 manatdır.
49. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 3030 nömrəli tərəzi qəbzlərindən görünür ki, həmin tarixdə saat 15:29-da sürücü Arzuman Zərbəliyevin idarə etdiyi 01-BO225 dövlət nömrə nişanlı yük avtomobili MMC-yə boş vəziyyətdə daxil olmuş, eyni tarixdə saat 17:59-da isə 31.100 kq buğda toxumu yükü ilə çıxış etmişdir.
50. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin sonlarında iddiaçı ilə cavabdeh arasında birincinin sonuncuya 31.100 kq toxumluq taxıl verməklə bunun əvəzində növbəti ilin taxıl biçini zamanı sonuncunun birinciyə 55.000 kq taxıl qaytarması şərti ilə müvafiq razılaşma əldə olunmuş, iddiaçı 2020-ci ilin dekabr ayının 18 – də həmin razılaşmanın şərtinə əməl edərək cavabdehə 31.100 kq toxumluq taxılı təhvil versə də, cavabdeh vəd etdiyi 55.000 kq taxılı bu günədək iddiaçıya qaytarmamış və nəticədə iddiaçı maddi zərərə uğramışdır.
51. Apellyasiya baxışının əvvəlki iclasında cаvаbdeh Cavabdeh iş materialının 23-cü vərəqəsindəki vəsatətin sonunda olan imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir. Onun həmin vəsatətdən xəbəri yoxdur.
52. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2023cü il tarixli, 2(107)-338/2023 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 4/657 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyində qeyd olunur ki; - Ekspertizaya təqdim edilmiş, mülki işin 23-cü vərəqində Cavabdeh adından olan vəsatət imza qrafasındakı imza - Cavabdeh AYDİN oğlu tərəfindən icra olunmuşdur.
54. Beləliklə apellyasiya şikayətinin cаvаbdeh Cavabdeh iş materialının 23-cü səhifəsində vəsatətin sonunda olan imzanın onun tərəfindən icra edilmədiyi, eyni zamanda onun həmin vəsatətdən xəbərinin olmaması barədə dəlilləri iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının ekspert rəyi ilə də təkzib edilir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər 5sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
56. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir.
57. X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
58. İddiaçı cavabdehə 31 ton toxumluq buğda verdiyini və cavabdehin bunun əvəzinə 55 ton sadə buğda verməli olduğunu, lakin bunu etmədiyini bildirmiş, cavabdeh isə birinci instansiya məhkəməsinə ünvanladığı vəsatətində iddiaçıdan 30 ton buğda götürdüyünü etiraf etmiş və bunun müqabilində iddiaçıya 10000 manat pul verməli olduğunu, həmin məbləğin 3000 manatını iddiaçıya qaytardığını, aldığı taxıldan iddiaçıya 7000 manat borcunun qaldığını və eyni zamanda iddiaçıdan götürdüyü 500 manat dəyərində yanacağın borcunun qaldığını, beləliklə də onun iddiaçıya 7500 manat məbləğində borcunun qaldığını göstərmişdir. Lakin cavabdeh götürdüyü taxılın və ya onun dəyərinin qaytarılması barədə məhkəmələrə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, sübutetmə yükü iddiaçının üzərinə düşür.
59. Vəsatətin məzmunu həmçinin göstərir ki, tərəflər arasında müəyyən işgüzar münasibətlər olmuşdur. Lakin cavabdeh apellyasiya şikayətində iddaçı ilə heç bir münasibətinin olmadığını, iddiaçının ona qarşı əsassız iddia qaldırdığını göstərir ki, bu onun qeyri -səmimiliyinə dəlalət edən hal kimi qimətləndirilməlidir. Halbuki, ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
60. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı məxsus aldığı 31,1 ton təmiz toxumluq taxılı əldə edərək tərəflər arasında əldə olunmuş şifahi müqavilənin şərtlərini pozduğundan iddiaçıya vurduğu maddi zərəri ödəməli, həmin zərər hal-hazırda toxumluq buğdanın satış qiymətinin 1 manat olması (əsas - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu) əsas götürülərək 31.100 kq toxumluq taxılın dəyəri 31.100 manat olaraq hesablanmalıdır.
61. İddiaçı iddia ərizəsində cavabdehə vermiş 31 ton toxumluq buğdanın əvəzinə şərtləşdikləri kimi 55 ton adi buğda və ya onun 33.000 manat dəyərini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehdən ona verilmiş 31 ton toxumluq buğdanın dəyəri olan 31.100 manatın tutlmasını qət etmişdir.
62. "xxxx" ASC-nin 09 iyun 2023-cü il tarixli, 54 saylı məktubundan məlum olur ki, hal-hazırda 1 kiloqram sadə buğdanın satış qiyməti 60 qəpikdir.
63. Belə olan halda 55 ton sadə buğdanın dəyəri 33.000 manat təşkil edir.
64. Birinci instansiya məhkəməsi isə 31100 manat qət etməklə iddia tələbini qismən təmin etdiyindən, iddiaçı isə qətnamədən apellyasiya şikayəti vermədiyindən, məhkəmə kollegiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşır.
65. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
66. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
67. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
68. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
70. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
71. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlаx Rayon Məhkəməsinin 07 оktyаbr 2022-ci il tаrixli, 2(039)-1784/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
73. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlаx Rayon Məhkəməsinin 07 оktyаbr 2022-ci il tаrixli, 2(039)-1784/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.