Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-338/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə və üçüncü şəxs X6 qarşı vəsiyyətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X13 və X14 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X4 nümayəndəsi, həmçinin vəkili Vəkil1 iştirakları ilə, İddiaç İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə və üçüncü şəxs X6 qarşı vəsiyyətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu, Ü.Hacıbəyov küçəsi, ev 38-də qeydiyyatda olan X4 adına verilmiş və Göyçay Rayonu Notariat Kontorunun notariusu X17 tərəfindən 06 dekabr 2012-ci il tarixdə təsdiq edilərək 2V- 1714 №-li reyestrdə qeyd edilmiş vəsiyyətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, mərhum əri X9 ilə 03 dekabr 2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və onunla birgə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilində ər-arvad kimi ümumi təsərrüfat aparmaqla yaşamışdır. Vyaçeslav Aksyanovla birgə yaşadığı, onun xüsusi mülkiyyətində qeydə alınmış Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilini onun xəbəri və eləcə də razılığı olmadan əvvəlki nikahdan olan qızı X6 vəsiyyət etmiş və bu vəsiyyətnamə Göyçay Rayonu Notariat Kontorunun notariusu X17 tərəfindən 06 dekabr 2012-ci il tarixdə təsdiq edilərək 2V-1714 №-İi Reyestrdə qeyd edilmişdir. Vəsiyyətnamədə qeyd edilmişdir: “Mən, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 38-də yaşayan X9 mənə məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış mənzilini qızım X7 vəsiyyət edirəm”. Vəsiyyətnaməni Göyçay rayonu Çay Arxı kəndinin sakinləri, şahidlər Rasim və Mərdan Salmanovlar imzalamışlar. Əri, Vyaçeslav Aksyanov 27 iyun 2016-cı ildə vəfat etmişdir. Onun 1-ci nikahdan olan həyat yoldaşı X15 ilə olan nikahı 27 iyun 2008-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 46 № ilə qeyd edilmişdir. Qeyd etmək istəyir ki, əri, Vyaçeslav Aksyanovun sağlığında birgə nikah dövründə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, 38-ci evin 38 nömrəli mənzilinin divarları suvanmış, mənzilin mətbəxi təmir olunmuş, hamam tikilmiş, otaqlar təmir olunmuş, mənzilin elektrik naqilləri sökülüb yenisi ilə əvəz edilmiş, kanalizasiya sistemi, su xətti çəkilmiş və mənzildə yenidənqurma işləri aparılmışdır. Bundan əlavə X9 vəfat etdikdən sonra da həmin mənzildə yaşamış və bu günədək yaşayır, mənzilin kommunal xərcləri (su, qaz və elektrik enerjisi) onun tərəfindən ödənilir. Mərhum əri X5 Bakı şəhərində yaşayan qızları o vəfat etdikdən sonra onunla əlaqəni tamamilə kəsmiş, miras qalmış mənzildən istifadə etməmişlər. Lakin X1 şəhəri, Ü.Hacıbəyov küçəsindəki 38 nömrəli evin 38 nömrəli mənzilinə onun xəbəri olmadan Göyçay rayon Notariat Ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki ərindən miras qalmış qeyd edilən mənzil onun tərəfindən qəbul edilməklə idarə edilmiş və miras əmlakı qəbul etmişdir. Aksyanova Elvira isə 4 ay 28 gün sonra notariat kontoruna vəsiyyətnamə üzrə miras əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etmişdir. Elvira Aksyanova qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra bu şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən mənzilə adına RX seriyalı ******* №-li, xx.xx.2017-ci il qeydiyyat tarixli dövlət reyestrindən cıxarış almış və bundan sonra tam mülkiyyətçi kimi ona qarşı mənzildən çıxarılma barədə iddia qaldırmışdır. Elvira Aksyanovaya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, X5 adından xx.xx.2012-ci il tarixdə Cavabdeh X4 adına verilmiş vəsiyyətnamə üzrə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38, mənzil 38 ünvanında yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı ünvan 3 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* №-li, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-178/2021 saylı qətnaməsi ilə Elvira Aksyanovanın iddiası rədd edilmiş, onun qarşılıqlı iddiası təmin edilərək X5 adından xx.xx.2012-ci il tarixdə Cavabdeh X4 adına verilmiş vəsiyyətnamə üzrə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38, mənzil 38 ünvanında yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı ünvan 3 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, bu qətnamənin Cavabdeh X4 adına verilmiş vəsiyyətnamə üzrə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38, mənzil 38 ünvanında yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-nin 16 saylı ünvan 3 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi üçün əsas olması və qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-1481/2021 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-166/2022 saylı qərarı) təmin edilməmişdir. Üçüncü şəxs X21 Rayon Məhkəməsində ona qarşı “vəsiyyət üzrə vərəsə kimi mübahisəli mənzilə 5/6 hissədə vərəsəlik hüququnun tanınması haqqında” iddia qaldırmış və həmin iş (iş № 2(046)-1498/2022) Göyçay Rayon Məhkəməsinin icraatındadır. Qeyd edir ki, Ü.Hacıbəyov küəsindəki 38 saylı evin 38 saylı mənzili 1956-cı ildə tikilmiş köhnə tikili olmaqla əvvəllər dövlət mənzil fonduna aid olmuş və Vyaçeslav Aksyanovun anası X18 həmin mənzilin əsas kirayəçisi olmuşdur. “Mənzil Fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa müvafiq olaraq mənzil Natalya Fisenkonun adına əvəzsiz olaraq özəlləşdirilmiş və onun vəfatından sonra mənzil vərəsəlik qaydasında oğlu, Vyaçeslav Aksyanovun mülkiyyətinə keçmiş və onun adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* №-İi ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla rəsmiləşdirilərək dövlət reyestrində 3 №-li reyestr kitabının 33 №-li vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın rədd edilməsi, iş üzrə ekspertiza xərci olan 126 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı mərhum əri, X5 xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38-də yerləşən 38 nömrəli mənzilin X6 vəsiyyət edilməsi barədə vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamədəki imza X8 məxsus olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı mərhum əri, X5 xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38-də yerləşən 38 nömrəli mənzilin X6 vəsiyyət edilməsi barədə vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamədəki imza X8 məxsus olmamışdır. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamədəki imzai X9 tərəfindən icra edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən hal məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Eləcə də birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı İddiaçı tərəfindən iddianın əsaslı olduğuna dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, İş üzrə ekspertiza xərci olan 126 manat məhkəmə xərci İddiaçı tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə və üçüncü şəxs X6 qarşı vəsiyyətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsilə onun cavabdeh Göyçay rayonu notariat ofisinin notariusu X19 qarşı Göyçay rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38-də qeydiyyatda olan X4 adına verilmiş və Göyçay rayonu notariat kontorunun notariusu X25 tərəfindən 06 dekabr 2012-ci il tarixdə təsdiq edilərək 2V-1714 №-li reyestrdə qeyd edilmiş vəsiyyətnamənin ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir. Hesab edir ki, məhkəmənin həmin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq edilməməklə qəbul edildiyinə, işin obyektiv, hərtərəfli və tam araşdırılmadığına, sübutlara düzgün qiymət verilmədiyinə görə ləğv edilməlidir. İşin faktiki və həqiqi halları ondan ibarətdir ki, o, mərhum əri X9 ilə 03 dekabr 2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və onunla birgə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilində ər-arvad kimi ümumi təsərrüfat aparmaqla yaşamışlar. Həyat yoldaşı Vyaçeslav Aksyanovla birgə yaşadığı, onun xüsusi mülkiyyətində qeydə alınmış Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilini onun xəbəri və məlumatı, eləcə də razılığı olmadan əvvəlki nikahdan olan qızı X6 vəsiyyət etmiş və bu vəsiyyətnamə Göyçay Rayonu Notariat Kontorunun notariusu X17 tərəfindən 06 dekabr 2012-ci il tarixdə təsdiq edilərək 2V-1714 №-li Reyestrdə qeyd edilmişdir. Vəsiyyətnamədə qeyd edilmişdir: “Mən, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 38-də yaşayan X9 mənə məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış mənzilini qızım X7 vəsiyyət edirəm”. Vəsiyyətnaməni Göyçay rayonu, Çay Arxı kəndinin sakinləri, şahidlər Rasim və Mərdan Salmanovlar imzalamışlar. X24 27 iyun 2016-cı ildə vəfat etmişdir. Onun 1-ci nikahdan olan həyat yoldaşı X15 ilə olan nikahı 27 iyun 2008-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 46 № ilə qeyd edilmişdir. Mübahisələndirilən “Vəsiyyətnamədə imza yerində qeyd olunan Аksənоv “V” yazı xətti və onun qarşısındakı imza mərhum əri Aksyanov Vyaçeslav tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasına şübhə vardır. Odur ki, məhkəmə-xətşünaslıq ekspertizasına təqdim edilməsi məqsədilə Vyaçeslav Aksyanovun nikahın bağlanması barədə ərizəsinin və nikah akt qeydinin məhkəməyə təqdim edilməsi üçün Göyçay Rayon Qedyiyyat Şöbəsinə sorğu verilməsini məhkəmədən xahiş edir”. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, iddia ərizəsində vəsiyyətnamənin ləğv edilməsini xahiş etsə də, lakin onun məqsədi vəsiyyətnamənin etibarsız hesab edilməsi olmuşdur. Ona görə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi, həmçinin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1225.1.-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Mülki Məcəllənin 337.1-ci mаddəsinə əsаsən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pоzmаqlа bаğlаnmış əqd etibаrsızdır. Etibаrsız əqdlər mübаhisə edilən əqdlər və yа əhəmiyyətsiz əqdlər оlа bilər. 1225.2.-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3.-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və özhərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamədəki imza X9 tərəfindən icra edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı tərəfindən iddianın əsaslı olduğuna dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və 157.4-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə ilə iddia rədd edilməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəsiyyətnaməyə dair normaları nəzərdən keçirilə bilər. Kollegiya hesab edir ki, iddia tələbi və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38-də yerləşən 38 nömrəli mənzili X3, X6 vəsiyyət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamədəki imza X8 məxsus olmamışdır. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanunazidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.2. və 1225.3. maddələri). Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi ev 38-də yerləşən 38 nömrəli mənzili X3, X6 vəsiyyət etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, vəsiyyətnamədə imza yerində qeyd olunan Аksənоv “V” yazı xətti və onun qarşısındakı imza mərhum əri Aksyanov Vyaçeslav tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasına şübhə var. Birinci instansiya məhkəməsi tərəfindən suallar düzgün qoyulmamışdır. Kollegiya qeyd edir ki, şikayətin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamədəki imza X9 tərəfindən icra edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının 8 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-4/807 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 2V-1714 nömrəli notariat işində olan 06 dekabr 2012-ci il tarixli Vəsiyyətnamədə “İMZA:” qrfasındakı imza; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 00217 nömrəli 2V reyestr jurnalının 62-ci vərəqində “1714” sırada “X9” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - X9 tərəfindən icra olunmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən hal, məhkəmə kollegiyasının baxışı zamanı tədqiq edilmiş sübutlarla və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, həyat yoldaşı Vyaçeslav Aksyanovla birgə yaşadığı, onun xüsusi mülkiyyətində qeydə alınmış Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilini onun xəbəri və məlumatı, eləcə də razılığı olmadan əvvəlki nikahdan olan qızı X6 vəsiyyət etmişdir. Kollegiya qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Göründüyü kimi, qanunverici mülkiyyətçinin öz əmlakını vəsiyyət etməsi üçün digər şəxslərin razılığından asılı etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də təmin edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Mülki Məcəllənin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Kollegiyanın iclasında iştirak edən iddiaçı vəsiyyətnamədən 2021-ci il tarixdə, yəni X4 iddia ərizəsi ilə onun Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38, mənzil 38-dən çıxarılması barədə Göyçay Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan məlumatlı olmuşdur. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etmək hüququnu itirməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisi tərəfindən X5 adından X4 adına xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 126 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 138 manat İddiaçı tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X11, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, iddiaçı tərəfin tələbləri təmin olunmadığı hallarda ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-338/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-338/2024
15.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver