Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-339/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi, gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hasarın sökülməsi, gediş-gəliş yolunun açılması tələbi, qüvvə) X13 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X3 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi, gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yol Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmışdır. Belə ki, Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yolu mişar daşından hasar tikməklə bağlamış, nəticə etibarı ilə onun öz mülkiyyətində olan əmlakı ilə bağlı hüquqlarını məhdudlaşdırmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın Cavabdeh vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir və həmin daşınmaz əmlakla bağlı onun mülkiyyət hüququ qeydiyyata alınmaqla ona daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yol Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmışdır. Belə ki, Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yolu mişar daşından hasar tikməklə bağlamış, nəticə etibarı ilə onun öz mülkiyyətində olan əmlakı ilə bağlı hüquqlarını məhdudlaşdırmışdır. Həmin yoldan başqa onun mülkiyyətində olan fərdi yaşayış evinə başqa alternativ gediş-gəliş yolu yoxdur. O, cavabdehdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymağını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 9 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Pakizə Mənəfova küçəsində mülkiyyətində olan 0,0178 ha torpaq sahəsində yerləşən 2 otaqlı, 36,7 kv.metr yeşayış, 69.4 kv.metr köməkçi sahədən ibarət 51 nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmişdir. Həmçinin 19 oktyabr 2021-ci il tarixli, **********8510301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 (Yeni qaydalarla ünvan 3 ünvanında 0.0098 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin mülkiyyətlərində olan fərdi yaşayış evləri qonşudurlar. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün istifadə etdiyi yolun Cavabdeh tərəfindən qanunsuz olaraq bağlandığını mübahisələndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının mübahisələndirdiyi yolun onun şəxsi mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyini bildirmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 08 fevral 2024-cü il tarixli, 2(075)- 16/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.1, 158.1.3, 158.2, 170.1, 170.2, 175.1, 175.2, 175.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
7. İş materiallarına əlavə edilmiş 09 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsində mülkiyyətində olan 0,0178 ha torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 2 otaqlı, 36,7 kv.metr yeşayış, 69.4 kv.metr köməkçi sahəsdən ibarət 51 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.
8. İş materiallarına əlavə edilmiş 09 yanvar 2009-cu il tarixli, 3308 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır.
9. İşdə olan Şəki Rayon Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli, 2(075)-2 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı məhəlləsinə giriş-çıxış yolunun kənarında özbaşına tikilmiş sanitar qovşağının sökülməsi, ona məxsus yolun ¼ hissəsini ayırıb ona verilməklə ayrı giriş-çıxış yolunun müəyyən edilməsinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
10. İşdə olan 08 oktyabr 2021-ci il tarixli, 13063 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 4 (Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır.
11. İşdə olan 19 oktyabr 2021-ci il tarixli, **********85-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 (Yeni qaydalarla ünvan 3 ünvanında 0.0098 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.
12. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6439 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, İddiaçı **********85-1031 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh **********59-10301 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan torpaq sahəsi onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh inşa etdiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçı qzının iddia etdiyi yol Daşınmaz əmlakın baza məlumatlarına əsasən təsdiq olunmuş xəritədə Cavabdeh sərhədləri daxilində yerləşir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşularla əhatə edildiyindən faktiki situasiyaya görə gediş-gəliş yolunun verilməsi mümkün deyildir.
13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2(107)-623/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən mişar daşından tikilmiş hasar Cavabdeh vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2(107)-623/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2024cü il tarixli, 2(102)-3520/2024 nömrəli qərarı ilə Cavabdeh Ələsgər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 623/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə münasibətdə qəbul etdiyi qətnaməni qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi onun mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yolun onun evinə yeganə gediş-gəliş yolu olduğunu, onun mülkiyyətində olan evinə gediş-gəliş üçün digər yolunun olmadığını nəzərə almamış, ona mübahisələndirdiyi həmin ərazidən zəruri keçid verilməsinin zəruriliyini müzakirə etməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, o, iddia tələbində yoldan istifadəyə maneələrin aradan qaldırılmasını xahiş etsə də, işə baxan birinci instansiya məhkəməsi bu istiqamətdə heç bir əsaslandırma aparmamış, eyni zamanda onun başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsini müzakirə etməmişdir. Çox təəssüf ki, birinci instansiya məhkəməsi ödəniş qəbzlərini və "xxxx" MTK-dan verilən arayışları görməzdən gələrək, yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə yalnız cavabdehin izahatında onun mübahisələndirdiyi yolun onun şəxsi mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyini bildirməsini və öz fərziyələrini əsas hesab edərək, yuxarıda qeyd edilən maddi hüquq normasının dispozisiyası baxımından düzgün araşdırma aparmadan, iddianın təmin olunmaması haqqında qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
18. Ona görə də Şəki Rayon Məhkəməsinin e-2(075)-16/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnaməni çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.1.3-cü maddəsinə əsasən servitutlar mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də, mənsub ola bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
29. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(102)-3520/2024 nömrəli qərarı ilə Cavabdeh Ələsgər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-623/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. 30.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2024cü il tarixli, 2(102)-3520/2024 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarına görə iddiaçının mülkiyyətində olan və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşuların torpaq sahələri ilə əhatə olunmuşdur, faktiki vəziyyətə görə iddiaçı üçün ictimai yola birbaşa gediş-gəliş yolu yoxdur. İddiaçının evinə yaxın və onun evinin qarşısından ictimai yola keçid cavabdehə məxsus torpaq sahəsindən daha yolveriləndir. İddiaçının tələb etdiyi yolun üzərində cavabdehə məxsus hasar və dəmir darvaza mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun açılmaması hüquqdan sui istifadə olmaqla cavabdehin mülkiyyət hüququnu məhdudlaşdırır, cavabdehin iddiaçıdan bu hərəkətlərinə son qoymağı tələb etmək hüququ vardır.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, bu hal isə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
32. Belə ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən ictimai yola zəruri keçidin olmaması cavabdehə qonşuya qarşı, ilk növbədə keçid verilməsi daha yolverilən olan qonşuya qarşı tələb irəli sürmək hüququ versə də, qanunvercilikdə qonşunun mülkiyyətində olan torpaq sahəsinin hesabına zəruri yolun (keçidin) verilməsinin əvəzsiz olması nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 175.2-ci maddəsində torpaq sahələrindən zəruri yol keçəcək qonşulara birdəfəlik, yaxud da vaxtaşırı kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.
33. İşdən görünür ki, İddiaçı cavabdeh qonşudan torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsini tələb etmək hüququndan istifadə etsə də, bunun əvəzində kompensasiya təklif etməmiş, apellyasiya məhkəməsi də bu halı diqqətdən qaçıraraq həmin məsələni müzakirə etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur.
34. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən və maddi hüquq normasını səhv təfsir etməklə iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
35. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
37. İddiaçı Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən İddiaçı aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
39. İddiaçı apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
40. Belə ki, Mülki Məcəllənin 175.2-ci maddəsində torpaq sahələrindən zəruri yol keçəcək qonşulara birdəfəlik, yaxud da vaxtaşırı kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.
41. Məhkəmə kollegiyası həm qanunvericiliyin tələbinə həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(102)- 3520/2024 nömrəli qərarında qeyd etdiyi göstərişlərə əsasən İddiaçı kompensasiya verilməsini təklif etmiş, kompensasiya məbləğinin ödənilməsinin tərəflər arasında razılığa gəlmələri ilə bağlı məhkəmə iclasını təxirə salmışdır. Buna baxmayaraq növbəti məhkəmə iclasında İddiaçı heçbir məbləğdə kompensasiya ödənilməsini razı olmadığını bildirərək, kompensasiya ödənilməsindən imtina etmişdir.
42. Bundan başqa işdə olan ekspert rəyinə əsasən Cavabdeh inşa etdiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçı qzının iddia etdiyi yol Daşınmaz əmlakın baza məlumatlarına əsasən təsdiq olunmuş xəritədə Cavabdeh sərhədləri daxilində yerləşir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşularla əhatə edildiyindən faktiki situasiyaya görə gediş-gəliş yolunun verilməsinin mümkün olmadığı öz təsdiqini tapmışdır. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən yola yerli baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış qapısı cavabdehin mülkiyyətində olan torpaq sahəsinə açılır. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadə etməmələri üçün hasar çəkdirmişdir. Yerli baxış zamanı iştirak edən proses tərəfləri ifadələrində bu halı təsdiq etmişlər. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi yol cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisələndirdiyi yol cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin yolun iddiaçının istifadəsinə verilməsi cavadehin şəxsi mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadəsinə, həmçinin cavabdehin qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
44. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).
45. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
46. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
47. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
48. İddiaçı izah edilir ki, cavabdeh qonşudan birdəfəlik, yaxud da vaxtaşırı kompensasiya ödənilməklə torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsini tələb etmək hüququ vardır. Həmin hüquqdan istifadə edib yenidən məhkəməyə müraciət edə bilər.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.