Məhkəmə qərarları › İş №2(107)-352/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-352/2020

19.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-352/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı Əsgərоv Nurlаn Sədrəddin oğlunun nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Maraqlı şəxs2iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Göyçay rayon notariat kontoruna, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “xx xxxxxx 2007-ci il tarixdə Göyçay rayon Notariat Kontoru tərəfindən Səmədova Gözəl Bədəl qızının adından Maraqlı şəxs2 adına tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum Səmədova Gözəl Bədəl qızının xx xxxx 1995-ci il tarixdə İddiaçı1 adına verilmiş vəsiyyətnamənin ləğv edilməsinə dair xx xxxxx 1995-ci il tarixli ərizənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1164/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx.xx.2019-cu il tarixli 2(046)-1164/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Göyçay rayon Notariat Kontoruna qarşı xx xxxxxx 2007-ci il tarixdə Göyçay rayon Notariat Kontoru tərəfindən Səmədova Gözəl Bədəl qızının adından Maraqlı şəxs2 adına tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum Səmədova Gözəl Bədəl qızının xx xxxx 1995-ci il tarixdə İddiaçı1 adına verilmiş vəsiyyətnamənin ləğv edilməsinə dair xx xxxxx 1995-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə tələbi təmin edilməmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2007ci il tarixdə Göyçay rayon Notariat Kontoru tərəfindən Səmədova Gözəl Bədəl qızının adından Maraqlı şəxs2 adına tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhumə Səmədova Gözəl Bədəl qızının xx xxxx 1995-ci il tarixdə İddiaçı1 adına verilmiş vəsiyyətnamənin ləğv edilməsinə dair xx xxxxx 1995-ci il tarixli ərizənin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi (atası) Nümayəndə1 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, mərhum Səmədova Gözəl Bədəl qızına ailə başçısı kimi Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində yerləşən və onun istifadəsində olan və 1986- 1990,1991-1995 və 1996-2000-ci illərin təsərrüfatbaşına kitabın 644, 890 və 1087-ci səhifələrində 0,30 ha torpaq sahəsinin olması göstərilmişdir. Həmin həyətyanı torpaq sahəsinin 0,3 ha sahəsini və üzərində yerləşən evin ½ hissəsini Göyçay rayon notariat kontorunda xx xxx 1990-cı il tarixində, 6 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Maraqlı şəxs1 satmışdır. Maraqlı şəxs1, xx xxxx 2010-cu il tarixdə mərhum Səmədova Gözəl Bədəl qızından alqı-satqı yolu ilə əldə etdiyi 0,15 ha həyətyanı torpaq sahəsini və 56 kv.m. yaşayış sahəsindən ibarət olan bir otaqlı evi Göyçay rayon notariat kontorunda təsdiqlənmiş bağışlama müqaviləsi əsasında Nurlana bağışlamışdır. Həmin yaşayış evi xx xxxx 2010-cu il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Nurlanın adına qeydiyyatdan keçərək, ona MA seriyalı ******* saylı çıxarış verilmişdir. İş üzrə Maraqlı şəxs1, zamanla, mərhum Səmədova Gözəl Bədəl qızına, bütün torpaq sahəsini rəsmi və faktiki olaraq əldə etməsinə dair kifayət qədər vəsaitin ödənilməsinə dair sübutlar vardır. xx xxxxx 1990 tarixində tərtib olunan sadə yazılı etibarnamədə, xx xxxxxxxx 1990-cı il tarixədək 0,15 ha torpaq sahəsinə görə mərhum G.Bədəlovaya 15 000 manat pul ödəmişdir və bu da məhkəmə prosesi zamanı təsdiqini tapmışdır. Maraqlı şəxs1 mərhum Səmədova Gözəl Bədəl qızından əldə edilən torpaq sahəsi üzərində tikinti işlərinin və yaşayış evinin tikilməsi üçün Göyçay rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1996-cı il tarixli 34 saylı Sərəncamı ilə fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi barədə məsələyə baxaraq evin tikintisinə icazə verilmişdir. Hesab edir ki, mərhum Səmədova Gözəl Bədəl qızından əldə etdiyi torpaq sahəsində apardığı rəsmi tikinti işləri, torpaq sahəsinin becərilməsi mərhum - Səmədova Gözəl Bədəl qızının xəbəri və məlumatı olaraq aparılmışdır. Mərhum Səmədova Gözəl Bədəl qızı 2007-inci ilin yanvarın 23-ündə vəfat etmişdir, lakin vəfat edən günədək Maraqlı şəxs1 bu hallar barəsində etiraz etməmiş və iddia irəli sürməmişdir. Hazırki iş üzrə Maraqlı şəxs2 2017-ci il tarixdə Göyçay Rayon Məhkəməsində iddia qaldıraraq Nurlana məxsus çıxarışın, onun adına verilmiş bağışlama müqaviləsinin, texniki pasportun etibarsız hesab edilməsinə dair tələb irəli sürmüşdür. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmiş, Nurlanın adına verilmiş bağışlama müqaviləsi, texniki pasport və çıxarış ləğv edilmişdir. İddiaçı1 hesab edir ki, mərhumə Səmədova Gözəl Bədəl qızının onun adına verdiyi xx.xx.1995-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsinə dair xx.xx.1995-ci il tarixli ərizə Səmədova Gözəl Bədəl qızı tərəfindən imzalanmadığından və xx.xx.2007-ci il tarixli Səmədova Gözəl Bədəl qızının Maraqlı şəxs2 verdiyi vəsiyyətnamə qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən, eləcə də Səmədova Gözəl Bədəl qızı tərəfindən imzalanmadığından etibarsız hesab edilməlidir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Göyçay rayon Notariat Kontorunun xüsusi notariusu Nümayəndə2 iddianı qəbul etməyərək göstərmişdir ki, mərhumə Səmədova Gözəl Bədəl qızının İddiaçı1 adına verdiyi xx.xx.1995-ci il tarixli vəsiyyətnamə, həmin vəsiyyətnamənin ləğv edilməsinə dair xx.xx.1995-ci il tarixli ərizə və xx.xx.2007-ci il tarixli Səmədova Gözəl Bədəl qızının Maraqlı şəxs2 verdiyi vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Maraqlı şəxs2 məhkəmədə izahat verərək göstərmişdir ki, xx.xx.2007-ci il tarixdə nənəsi Səmədova Gözəl Bədəl qızı mülkiyyətində olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin etibarsız hesab edilməsinə heç bir əsas olmadığından, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdir. İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24.03.195-ci ildə Səmədova Gözəl Bədəl qızı tərəfindən imzalanaraq verilmiş və notarial qaydada təsdiq edilmiş vəsiyyətnamədəki Səmədova Gözələ məxsus imza ilə cəmisi 20 gün sonra yəni, xx.xx.1995-ci ildə həmin vəsiyyətnamənin ləğv edilməsi barədə vəsiyyətnamədəki imza onun tərəfindən imzalanmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsində iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət versə də vəsatəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı2 apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, maddi və prosessual normaları düzgün tətbiq etməmiş, əsassız nəticəyə gəlmiş, işin hallarını ekspertiza təyin etməklə araşdırmalı olduğu halda bunu etməmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Səmədоv Kаmrаn Müseyib оğluapelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Belə ki, uzun müddətdir ki, tərəflər arasında məhkəmə çəkişmələri getmiş və iddiası təmin edilərək mübahisəli evə dair iddiaçının adına olan bütün sənədlər ləğv edilmiş, Ali Məhkəmənin hazırkı iş üzrə yekun qərarı qüvvəyə minmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədəiddiaçının vəkili Vəkil, İddiaçı2, cavabdeh Göyçay rayon notariat kontoruna, Maraqlı şəxs1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası iddiaçı tərəfin müraciətinə əsasən təxirə salınmışdır, lakin hazırkı vəziyyətdə işin yenidən təxirə salınması məqsədəuyğun hesab olunmur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2-ci maddəsinə əsasən işə yuxarıad qeyd edilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəməyə təqdim edilmiş qüvvədə olan məhkəmə qərarlarından və iş materiallarından müəyyən edilir ki, Cavabdeh 14 saylı notariat işinin təsdiq olunmuş surətindən görünür ki, vəsiyyət edən Səmədova Gözəl Bədəl qızı Göyçay rayonunun Ərəb kəndindəki evin ½ hissəsini həmin Dövlət Notariat Kontorunda xx xxxx 1995-ci il tarixdə İddiaçı1 adına vəsiyyətnamə vermiş, lakin qeyd edilən vəsiyyətnamə vəsiyyətçinin Cavabdehna verdiyi xx.xx.1995-ci il tarixli ərizəsinə əsasən ləğv edilmişdir. Bundan sonra mərhum Səmədova Gözəl Bədəl qızı Cavabdeh xx.xx.2007-ci il tarixdə Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində yerləşən evinə və həyətyanı torpaq sahəsinə dair nəvəsi Maraqlı şəxs2 adına vəsiyyətnamə qoymuşdur. Səmədova Gözəl Bədəl qızı xx.xx.2007-ci il tarixdə insult, beyin infarktı nəticəsində Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində vəfat etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən vəsiyyətnamələrin və Səmədova Gözəl Bədəl qızı Göyçay rayonunun Ərəb kəndindəki evin ½ hissəsini həmin Dövlət Notariat Kontorunda xx xxxx 1995-ci il tarixdə İddiaçı1 adına vəsiyyətnamə verməsi, qeyd edilən vəsiyyətnamə vəsiyyətçinin Cavabdehna verdiyi xx.xx.1995-ci il tarixli ərizəsinə əsasən ləğv edilməsi, Səmədova Gözəl Bədəl qızı Cavabdeh xx.xx.2007-ci il tarixdə Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində yerləşən evinə və həyətyanı torpaq sahəsinə dair nəvəsi Maraqlı şəxs2 adına vəsiyyətnamə verməsinə dair notariat işi Dövlət Notariat Arxivindən tələb edilmiş və iş materiallarına əlavə edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən mübahisələndirilən vəsiyyətnamələrin qeydiyyat jurnallarının tələb edilməsinə ehtiyac olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mərhum Səmədova Gözəl Bədəl qızı xx.xx.1995-ci il tarixdə qeyd edilən fərdi yaşayış evini İddiaçı1 vəsiyyət etmiş, xx.xx.1995-ci il tarixdə Səmədova Gözəl Bədəl qızı vəsiyyətnamənin ləğv edilməsi barədə notariat kontoruna ərizə ilə müraciət etmiş, həmin vəsiyyətnamə ləğv edilmişdir. Səmədova Gözəl Bədəl qızı xx.xx.2007-ci il tarixdə mülkiyyətində olan evi və həyətyanı torpaq sahəsini nəvəsi Maraqlı şəxs2 vəsiyyət etmişdir. Hal-hazırda həmin vəsiyyətnamə qüvvədədir. İddiaçılar Maraqlı şəxs2 adına verilmiş xx.xx.2007-ci il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini və xx.xx.1995-ci il tarixdə İddiaçı1 adına verilmiş vəsiyyətnamənin ləğv edilməsi barədə xx.xx.1995-ci il tarixli ərizənin etibarsız hesab edilməsini tələb edirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 nümayəndəsi (atası) Əsgərov X1 Gözəl Bədəl qızı tərəfindən nəvəsi Maraqlı şəxs2 verilmiş xx.xx.2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin etbarsız hesab edilməsinə və xx.xx.1995-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsinə dair xx.xx.1995-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının xx.xx.1995-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsinə dair xx.xx.1995-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə tələbi üzrə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamənin tərtibi yolu ilə mümkündür. Eyni zamnda, Səmədova Gözəl Bədəl qızı tərəfindən nəvəsi Maraqlı şəxs2 verilmiş xx.xx.2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1220.0.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə həmişə dəyişdirə və ya ləğv edə bilər. Məhkəmə iş materiallarından müəyyən edir ki, iddiaçılarla hazırkı iş üzrə cavabdeh tərəfində çıxış edən üçüncü şəxs arasında mübahisə predmeti olan evlə bağlı mübahisə hələ 2017-ci ilin əvvəllərindən məhkəmə müstəvisində araşdırılır və iddiaçılar hazırkı iddiada mübahisələndirilən vəsiyyətnamədən xəbərdardırlar. Buna baxmayaraq iddiaçılar xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişlər. MM-in 354.2-ci maddəsinin təlblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçı öz iddia tələblərinin haqlı olmasını işin həqiqi hallarına uyğun sübutlarla əsaslandıra bilməmişdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən aoelysiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ümumi normalara istinad etməklə iddia tələbini təmin etsə də, bu əsas hazırkı qətnamənin ləğv edilməsi ilə əsas deyildir. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, аpellyаsiyа şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385, 387, 390, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1164/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlansın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar