Məhkəmə qərarları › İş №2(107)-356/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-356/2021

09.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-356/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X30, X4 qəyyumu İddiaçı, onun vəkili X17, Cavabdeh5 (həmçinin Cavabdeh1 nümayəndəsi), Şəki Rayon Psixiatriya Xəstəxanasının həkim psixiatrı X7 iştirakı ilə X4 qəyyumu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədiyə qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-902/2020 nömrəli qətnaməsindən iş üzrə X4 qəyyumu İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: X4 qəyyumu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədiyə qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəyyumu olduğu X16 atası mərhum X6 miras qalmış torpaq sahəsinin payına düşən hissəsindən imtinaya dair notarait kontoruna qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması üçün onun adından verilmiş xx xxxxxx 2017-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-902/2020 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan X4 qəyyumu İddiaçı apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-902/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: X4 qəyyumu İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X20 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə mərhum X10, Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında JN-395F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə 0,41 ha və JN-396G saylı şəhadətnamə ilə 0,44 ha torpaq sahələri verilmişdir. X12 xx xxxxxxx 2016-cı il tarixdə vəfat etmiş və o vəfat edən zaman onun aşağıda adlarını göstərdiyi vərəsələri qalmışdır: 1. Cavabdeh2 Məhəmmədiyə qızı, 2. Cavabdeh1, 3. X21, 4. Cavabdeh3, 5. Cavabdeh4 və 6. Cavabdeh5. Qeyd edir ki, vərəsələrdən biri olan X21 onun əridir və o, 2016-cı ildən ruhi xəstədir. Belə ki, Şahin Məsimov xx xxxxxx 2016-cı il tarixdə həkimlərə müraciət etmiş və həmin tarixdən davamlı olaraq akademik M.Ə.Mirqasımov adına Respublika klinik xəstəxanasında müalicə olunmuşdur. Lakin heç bir nəticəsi olmamışdır. Hətta o, yeriyə bilmir, fikrini ifadə etmək qabiliyytində deyildir. Əlinə karandaş belə almaq qabiliyyəti yoxdur. Bu səbəbdən onun hüquqlarını həyata keçirmək üçün fəaliyyət qabiliyyətsiz hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsinə əsasən o, fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2020-ci il tarixli sərəncamı ilə X21 onun qəyyumluğuna verilmişdir. O, Şahin Məsimovun qəyyumu kimi vərəsəlik şəhadətnaməsi almaq üçün Qəbələ regional “Asan xidmət” mərkəzinin notariat ofisinə müraciət etmişdir. Bu zaman ona məlum olmuşdur ki, xx xxxx 2017-ci il tarixdə cavabdeh həmin notariat ofisinə müraciət etmiş və bütün mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmçinin guya bütün vərəsələr, o cümlədən qəyyumu olduğu Şahin Məsimov da öz payından Cavabdeh1 xeyrinə imtina etmişdir. Vəkili vasitəsi ilə DƏDRX Qəbələ ərazi İdarəsinə müraciət etmşdir ki, X6 miras qalmış əmlaka (torpaq sahəsinə) dair vərəsəlik hüququ əsasında Cavabdeh1 və qeyrilərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdirmi və həmin işlə əlaqədar miras əmlak kimin adına rəsmiləşdirilmişdir. DƏDRX-nin X34 xx xxxx 2020-ci il tarixli **********13 saylı məktubu ilə cavab verilmişdir ki, X8 adına olmuş miras əmlakın hər hansı bir şəxsin adına qeydiyyata alınması aşkar edilməmişdir. Miras əmlakdan digər vərəsələrin, o cümlədən qəyyumu olduğu Şahin Məsimovun imtina etməsi və bu səbəbdən Şahin Məsimovun mirasdan məhrum olması onu şübhələndirmişdir. Ona görə də vəkili vasitəsi ilə notariat ofisinə müraciət edib imtina ilə bağlı sənədləri istəmişdir. Notariat ofisinin xx xxxx 2019-ci il tarixli 793 saylı məktubu ilə sənədlər onlara göndərilmişdir. Həmin sənədlərdən aydın olmuşdur ki, guya bütün vərəsələr, o cümlədən də qəyyumu olduğu Şahin Məsimov miras əmlak barədə ərizə vermişdir. Yuxarıda qeyd etdiyi kimi Şahin Məsimov 2016-cı ildən ruhi xəstədir və onun nitq qabiliyyəti, ümumiyyətlə hərəkət etmək qabiliyyəti yoxdur, əlinə karandaş belə ala bilmir, hərəkətələrinin mənasını başa düşmək iqtidarında deyildir. Ümumiyyətlə o, notariat ofisinə getməmiş və aparılmamışdır. Notariat ofisinə getmiş olsaydı belə onun imza etmək iqtidarı yoxdur. Onun adından ərizəyə vərəsələrdən hansısa biri imza etmişdir. Ona görə də hesab edir ki, Şahin Məsimov adından xx xxxxxx 2017-ci il tarixdə notariat ofisinə ona çatası paydan imtina etməsi, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmamasına dair ərizəsi etibarsız hesab edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: X4 qəyyumu İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, qəyyumu olduğu X16 atası mərhum X6 miras qalmış torpaq sahəsinin payına düşən hissəsindən imtinaya dair notarait kontoruna qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması üçün onun adından verilmiş xx xxxxxx 2017-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən X4 qəyyumu İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma aparılmamışdır. Belə ki, əri Şahin Məsimov 2016-cı ildə insult xəstəliyi keçirmiş, ondan sonra əqli cəhətdən hərəkətlərini idarə edə bilməmişdir. Hesab edir ki, əri tərəfindən 2017-ci il tarixdə imzalanmış ərizə etibarsızdır. Ona görə də Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X22 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, tərəflər arasındakı münasibətə düzgün qiymət verilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Şahin Məsimov 2016-cı il tarixdə insult keçirmiş, bundan sonra onda əqli gerilik yaranmışdır. Ərizə təsdiq edilərkən notarius bütün bunlara əhəmiyyət verməmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 (həmçinin Cavabdeh1 nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Şahin Məsimov onun qardaşıdır. Atası sağlığında iddiaçının əmlakını vermiş, hazırda iddiaçı ailəsi ilə birlikdə özünə məxsus olan evdə yaşayır. Şahin Məsimov 2016-ci il tarixdə insult keçirsə də, daim öz hərəkətlərini müstəqil idarə etmiş, notariat kontoruna da öz iradəsi ilə getmişdir. İddiaçıya heç kim tərəfindən hər hansı hədə qorxu, təsir olmamışdır. Apellyasiya şikayətini qəbul etmir, ona görə də Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-902/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Vəkil1 xx.xx.2019- cu il tarixli məktubla üvanladığı JN-395 F, kod 40608018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X20 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə X8 və Cavabdeh2 Məhəmmədiyə qızının mülkiyyətinə ünvan 2i ərazisində 0,41 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 mülkiyyətinə ünvan 2ində 0,41 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.3 kv.m yaşayış, 74.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə verilməklə adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-395 G, kod 40608018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X20 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə X8 və Cavabdeh2 Məhəmmədiyə qızının mülkiyyətinə ünvan 2i ərazisində 0,44 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh6 xx xxxxxx 2020-ci il tarixli, 1201 sayl məktubla (məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sorğusu əsasında) məhkəməyə təqdim etdiyi və xx.xx.2017-ci il tarixdə açılmış V-196 reyestr nömrəli vərəsəlik işindəki, Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İ 826121 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx xxxxxxx 2016-cı il tarixdə “ürək çatmamazlığı, mikrokardın infarktı”ndan vəfat etmişdir. Qəbələ rayonu İHB-nın Zarağan kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixdə X23 verdiyi 726 saylı arayışında göstərilmişdir ki, mərhum X1 qeydiyyatda olub xx.xx.2016-cı il tarixdə vəfat edənə kimi həmin kədtdə yaşamış və vəfat edən zaman onun : 1. Cavabdeh2 Məhəmmədiyə qızı (həyat yoldaşı), 2. Cavabdeh3 (qızı), 3. Şahin Məsimov (oğlu) 4. Cavabdeh4 (qızı), 5. Cavabdeh5 (oğlu), 6. Nurəngiz Məsimova (qızı) və 7. Cavabdeh1 (oğlu) vərəsələr olaraq qalmışdır. Mərhum vəfat edənə kimi Zarağan kəndində həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh1 ilə birgə yaşamışdır. Qəbələ regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx xxxxxx 2017- ci il tarixli, 268 nömrəli arayışında xx.xx.1943-cü ildə Qəbələ rayonu Soltannuxa kəndində anadan olmuş Cavabdeh2 Məhəmmədiyə qızı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2017-ci ilədək aparıldığı və aşağıdakı məlumatların aşkar edildiyi qeyd edilmişdir. 1.əri-X12 (xx.xx.2016-cı ildə vəfat edib), 2.oğlu- Şahin Daşdəmirov (xx.xx.1963-cü il), 3. qızı- Cavabdeh3 (xx.xx.1966-cı il), 4. oğlu Cavabdeh5 (xx.xx.1967-ci il), 5. qızı Cavabdeh4 (xx.xx.1969-cu il). 6. oğlu Faiq Məsimov (xx.xx.1971-ci il, xx.xx.1971-ci ildə vəfat edib), 7. qızı- Nurəngiz Məsimova (xx.xx.1972-ci il), 8. oğlu Cavabdeh1 (xx.xx.1976-cı il). Arayışın qeyd hissəsində Daşdəmir Məsimovun xx.xx.1961-ci il tarixdə Ruqiyyə Daşdəmirova ilə nikaha daxil olduğu, vəfat etmiş şəxsin göstərilənlərdən başqa övladının və nikahının aşkar olunmadığı göstərilmişdir. X27 Məsimovanın xx.xx.2017-ci il tarixdə yazdığı ərizədə xx.xx.2016-cı il tarixdə əri Daşdəmir Məsimovun vəfat etdiyi, miras əmlak olaraq fərdi yaşayış evinin və torpaq sahəsinin olduğu, özündən başqa-Şahin Məsimov, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 kimi vərəsələrinin olduğu qeyd olunmuşdur. Qəbələ (keçmiş Qutqaşen) rayon VVADQ şöbəsinin xx xxxxxx 1961-ci il tarixdə verdiyi İ-İE 310163 nömrəli “evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 ilə X13 arasında xx xxxxxx 1961-ci il tarixdə nikah qeydə alınmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 30 nömrəli qeyd aparılmışdır. Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixdə Cavabdeh2 Məhəmmədiyə qızına verdiyi 548 nömrəli arayışda onun xx.xx.1943-cü ildə Qəbələ rayonu Soltannuxa kəndində anadan olduğu, onun və övladlarının sənədlərində səhv olaraq Ruqiyyə, Ruhiyyə və ya Ruhiyə, Ruqiyə kimi yazıldığı, aparılan araşdırma nəticəsində həqiqətən övladlarının sənədlərində və öz sənədlərində göstərilən həmin adların eyni adama məxsus olduğu və bunun akt qeydini tərtib edən əməkdaşların etdikləri texniki səhv olduğu qeyd edilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixdə Cavabdeh2 Məhəmmədiyə qızına verdiyi 549 nömrəli arayışda onun xx.xx.1943-cü ildə Qəbələ rayonu Soltannuxa kəndində anadan olduğu, onun və övladlarının sənədlərində ata adı səhv olaraq Məhəmmədiyə, Məmədiyə, Məhəmmədiyyə kimi yazıldığı, aparılan araşdırma nəticəsində həqiqətən övladlarının sənədlərində və öz sənədlərində göstərilən həmin adların eyni adama məxsus olduğu, bunun akt qeydini tərtib edən əməkdaşların etdikləri texniki səhv olduğu qeyd olunmuşdur. X35 Məsimovun xx.xx.2017-ci il tarixdə yazdığı ərizədə xx.xx.2016-cı il tarixdə atası Daşdəmir Məsimovun vəfat etdiyi, miras əmlak olaraq fərdi yaşayış evinin və torpaq sahəsinin olduğu, özündən başqa - Cavabdeh2, Şahin Məsimov, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kimi vərəsələrinin olduğu qeyd olunmuşdur. ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh3 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017-ci il tarixdə 7E-14707 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X8 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. ünvan 2i ünvanda qeydiyyatda olan Cavabdeh4 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017-ci il tarixdə 7E-15052 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X8 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, miras qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. ünvan 2i ünvanda qeydiyyatda olan Cavabdeh5 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017-ci il tarixdə 7E-14938 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X8 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, miras qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. ünvan 3 mənzil 38 ünvanda qeydiyyatda olan X9 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017-ci il tarixdə 7E-15053 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X8 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, miras qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir Qəbələ rayonu VVADQ şöbəsinin xx xxxxxxx 2003-cü il tarixdə verdiyi AZ-İ 073811 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X24 və X14 arasında xx xxxxxx 1995-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 27 nömrəli qeyd aparılmışdır. Nikahdan sonra arvada “Cabbarova” soyadı verilmişdir ünvan 2i ünvanda qeydiyyatda olan X16 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017-ci il tarixdə 7E-15051 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X8 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, miras qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. Cavabdeh6 Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə xx xxxxxx 2017-ci il tarixdə ünvanladığı 1210 saylı məktubunda X6 qalmış miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair mərkəzin notariat kontoruna müraciət daxil olduğu, xx xxxxxxx 2016-cı ildə vəfat etmiş Daşdəmir Məsimovun adına mərkəzdə xx.xx.2017-ci il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələr Cavabdeh2 və Cavabdeh1dur. Qəbələ rayon VVADQ şöbəsinin xx xxxx 1985-ci il tarixdə verdiyi İİİ-JQ 485011 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X32 arasında həmin tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrəli qeyd aparılmışdır. Nikahdan sonra arvada “Məsimova” soyadı verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əri X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə onun ərizəsi təmin edilmiş və xx.xx.1963-cü il təvəllüdlü X21 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir Qəbələ Rayon İcra hakimiyyəti başçısının xx xxxx 2020-ci il tarixli, 35 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncamla X5 Xatirə Əsədi qızının qəyyumluğuna verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından xx.xx.2016-cı il tarixdə X18 verilmiş XT 1272 saylı erikrizdə ona “hipertoniya xəstəliyi İİİ, sol orta beyin arteriya hövzəsində işimik insult” klinik diaqnozu müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon Şöbəsinin xx.xx.2019-cu il tarixdə X18 verdiyi 027374 nömrəli vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ona həmin tarixdən müddətsiz olaraq İ qrup əlillik verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmağa çaışmışdır. Bu məqsədlə apellyasiya icraatı zamanı müvafiq xüsusi biliyə malik olan mütəxəssis (həkim) cəlb edilmiş və tərəflərin iştirakı ilə dindirilərək, mübahisəli hallara aydınlıq gətrilməyə çalışılmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasının həkim psixiatrı X15 izahat verərək bildirmişdir ki, şəxsin insult xəstəliyinin keçirməsi ilk anda onun əqli cəhətdən zəif olma və ya fəaliyyət qabiliyyəti olmayan şəxs olması anlamına gəlmir. Belə ki, bu kimi xəstələr bir qayda olaraq deyilənləri, baş verənləri asanlıqla dərk etmək qabiliyyətinə malik olurlar. Lakin gecikmə səbəb kimi onlarda sonradan ağırlaşma baş verə bilir. Bu xəstəliyi keçirmiş şəxslər bir qayda olaraq psixatr müalicəsi deyil, neyropotoloq nəzarətində olurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) - 134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. -1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. - 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. -1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə kollegiyasının iclasında işin faktiki hallarından müəyyən edildi ki, JN-395 F, kod 40608018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və Qəbələ rayon X20 xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə X8, Cavabdeh2 Məhəmmədiyə qızının mülkiyyətinə ünvan 2i ərazisində 0,41 ha, JN-395 G saylı şəhadətnamə ilə isə 0,44 ha həyətyanı torpaq sahələri verilmişdir. 0,41 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.3 kv.m yaşayış, 74.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında qeydiyyata alınmışdır. X12 xx xxxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müraciətlərinə görə Qəbələ regional “Asan xidmət” mərkəzinin Notariat Ofisində xx.xx.20170-ci il tarixdə, V-196 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Cavabdeh6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə xx xxxxxx 2017-ci il tarixdə 1210 saylı məktub ünvanlayaraq X6 qalmış miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair mərkəzin notariat kontoruna müraciətin daxil olduğunu, xx xxxxxxx 2016-cı ildə vəfat etmiş Daşdəmir Məsimovun adına mərkəzdə xx.xx.2017-ci il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələrin Cavabdeh2 və Cavabdeh1 olduğunu göstərmişdir. Vərəsələrin dairəsi barədə Qəbələ rayon İHB-nın Zarağan kənd Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli 726 nömrəli və həmin mərkəzdə Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli 268 saylı arayışları əsasında miras əmlakda payları olan vərəsələr notariat orqanına dəvət olunmuşlar. Digər vərəsələr kimi mirasdan pay hüquqlu X21 da xx.xx.2017-ci il tarixdə notariat ofisinə gələrək könüllü iradə ifadəsi olaraq ərizə yazmış, ərizəsində xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası Daşdəmir Məsimovdan qalmış miras əmlakdan ona çatası (torpaq) payını faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir. Həmin ərizə 7E-15051 reyestr nömrəsi ilə qeydə alınmışdır. Şahin Məsimovun həyat yoldaşı İddiaçı 2020-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək əri X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)- 33/2020 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş və xx.xx.1963-cü il təvəllüdlü X21 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Qəbələ Rayon İcra hakimiyyəti başçısının xx xxxx 2020-ci il tarixli, 35 saylı sərəncamı ilə X5 Xatirə Əsədi qızının qəyyumluğuna verilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, ona görə ki, apellyasiya şikayətlərinə nəzər saldıqda apellyator öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında dindirilmiş Cavabdeh6 nümayəndəsi X33 verdiyi izahatında Şahin Məsimov notariat kontorunda olarkən fiziki vəziyyəti nəzərə alınmaqla birinci mərtəbəyə düşməklə imza edildiyi, həmin vaxta ona hüquq və vəzifələrinin izah olunduğu, ərizəyə də sərbəst qaydada, heç kimin təsiri olmadan imza etdiyini bildirmişdir. İkincisi, mülki işin materiallarından göründüyü kimi Şahin Məsimov 2016-cı il tarixdə insult keçirmişdir. Lakin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasından xx xxxxxx 2016-cı il tarixdə verilmiş XT 1272 saylı epikrizdən sonuncunun əqli cəhətdə sağlam olmaması və ya əqli geriliyi barədə hər hansı qeyd yoxdur. Kollegiya tərəfindən təklif olunmasına baxmayaraq mübahisənin bu halı ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Üçüncüsü, kollegiya sonda apellyasiya şikayətinin digər dəlilinə də münasibət bildirərək qeyd edir ki, X44 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Mübahisəli ərizəni isə həmin qətnamədən 3 il əvvəl imzalamışdır ki, həmin vaxt sonuncunun fəaliyyət qabiliyyətsiz olmasını təsdiq edəcək hər hansı mötəbər sübuta istinad etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: X4 qəyyumu İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-902/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar