Məhkəmə qərarları › İş №2(107)-356/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-356/2024

03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-356/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və Cavabdeh3 QSC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin girovdan çıxarılması və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq onun xeyrinə tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdehlər X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və Cavabdeh3 QSC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin girovdan çıxarılması və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq onun xeyrinə tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(039)-818/2023 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və Cavabdeh3 QSC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin girovdan çıxarılması və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində daxil olan Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 1-ci cavabdeh X3 mülkiyyətində keçirilməsi ilə bağlı, 2-ci Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Baş X9 İdarəsinin Qeydiyyat İmtahan və X8 (Yevlax Regional) tərəfindən tərtib edilmiş 12 fevral 2020-ci il tarixli saxta Nəqliyyat vasitəsiinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1-ci cavabdeh X5 tərəfindən, 3-cü Cavabdeh3 QSCnin 20 yanvar filialına qoyulmuş girovdan çıxarılması, məhkəmə xərclərinin 100 manat dövlət rüsumunun və 210 manat vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürrosunun hesabına tərəfindən ödənilən pul vəsaitlərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində qeyd olunan tələbi tam həcmində və əlavə olaraq Cavabdeh3 QSC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsinin etibarsızlığını nəzərdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(039)-818/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X8 tərəfindən tərtib edilmiş satıcı İddiaçı ilə alıcı X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alıq-satqı müqaviləsi və Cavabdeh3 QSC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməsi, məhkəmə xərcləri olan 100 manat dövlət rüsumu və 210 manat vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən ödənilən pul vəsaitləri cəmi 310 manat pulun cavabdeh ilə X2 tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 252 (iki yüz əlli iki) manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X5 apellyasiya şikayəti vermişdir. Cavabdeh X5 məhkəmə kollegiyasına ərizə təqdim edərək Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(039)-818/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirməklə ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətindən imtinasına etiraz etmədiyini, imtinanın qəbul edilərək apellyasiya icraatına xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, cavabdeh X3 apelyasiya şikayətindən imtina etməsi barədə verdiyi ərizə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X3 apelyasiya şikayətindən imtina etməsi iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə cavabdeh X3 apelyasiya şikayətindən imtina ərizəsi qəbul edilməli və cavabdeh X4 münasibətdə işin apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(039)- 818/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh X4 münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar