Məhkəmə qərarları › İş №2(107)-357/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-357/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-357/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş Rayon Notariat Ofisinə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiаçı - İddiaçı, Cavabdehlər - Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş Rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsi tələbinə dаir” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tаrixli, e-2(014)-1407/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş 28 mart 2018ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 25 kv.m mülkü Cavabdeh satmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 küçəsində yerləşən 25 kv.m qeyri-yaşayış sahəsində torpaq sahəsinin 0,00329 ha hissəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış, qeyri yaşayış sahəsi tam Cavabdeh mülkiyyətinə verilmiş, xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlakını idarə edilməsi üzrə dövlət komitəsi özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 32,9 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır.

4. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)- 1050/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “Əmlakın (mağazanın) məcburi çıxardılması) tələbinə dair iddiası təmin edilməmişdir.

5. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)- 77/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdanmağazadan məcburi çıxardılması tələbinə dair iddiası təmin edilməmişdir.

6. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6585/2021 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir.

7. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-361/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə qismən təmin edilməsi, cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 (iyirmi doqquz) ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri yaşayış sahəsindən məcburi çıxardılması qət edilmişdir.

8. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4233/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)-361/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı Ağdaş rayon dövlət notariat ofisində 28 mart 2018-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı Daşınmaz əmlakın Alqı-Satqı Müqviləsi etibarsız hesab edilməklə, həmin Müqavilə üzrə alıcı hazırkı işdə Cavabdeh tərəfindən ona ödənilən 15000 manat pulun ona geri qaytarılması və Cavabdeh satılan 32,9 kv.m torpaq sahəsində yerləşən 25 kv.m qeyri-yaşayış sahəsinin (mağazanın) onun mülkiyyətinə geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddiaçı tələbini işin yuxarıda qeyd edilən halları ilə əsaslandmış, əlavə olaraq göstərmişdir ki, aralarında olan razılaşmaya əsasən cavabdeh əvvəlcə torpağın üstündə olan mülkü, yəni 25 kv.m qeyri-yaşayış sahəsini (mağaza) almış, torpaq sahəsi iddiaçının adına tam rəsmiləşdikdən sonra isə qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsini də satın alaraq öz adına keçirməli idi. Lakin cavabdeh onun mülkiyyətində olan 32,9 kv.m torpağın üzərində yerləşən və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə öz adına keçirdiyi 25 kv.m qeyri-yaşayış sahəsinin (mağaza) yerləşdiyi 32,9 kv.m olan torpaq sahəsini almaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Cavabdeh daha əvvəl ona söz verərək torpağı alacağını bildirsə də, daha sonra onu aldatdığını, məhkəmədə iddalarını geri götürməsi üçün, yeni iddia ərizəsi verməməsi üçün onu yola verdiyinin şahidi olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Əvvəl torpaq onun adına qeydə alınmadığından məhkəmələrdə qaldırdığı iddiaları nəticəsiz yarımçıq qalmış, iddialarının uğursuz olacağından ehtiyyat edərək iddia ərizələrini geri götürmüş, lakin torpaq sahəsi özünün adına xx.xx.2023-cü ildə qeydə alındıqdan sonra da cavadbeh mağazanın altındakı torpaq sahəsini almaqdan imtina etmişdir. Onun mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi olan mağazanın həmin torpaq sahəsində yerləşməsidir. Bu səbəbdən mülkiyyət hüquqlarından istifadə edə bilmək və əmlakında sahiblik etmək üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh də çox yaxşı bilir ki, mağaza onun mülkiyyətində olduğu halda o, həmin torpaq sahəsindən istifadə edə bilməyəcəyək. Bu səbəbdən də torpağı almaqdan imtina etməkdədir, lakin bu qanuni və doğru deyil, torpağın sənədləşmə işləri ilə əlaqədar onun adına gec qeydə alındığından o, əvvəlcə adına Əmlak Komitəsi tərəfindən qeydə alınan mağazanı cavabdehə satmış və şərtləri bu olub ki, cavabdeh mağazanı aldıqdan sonra torpağın sənədləri onun adına keçdikdə torpağı da ondan alacaq. Lakin o, bundan imtina etməkdədir və o, özü qanunun tələbinə müvafiq olaraq dəyərini ödəməklə almadığı tikilinin altındakı torpaq sahəsindən qanunsuz əsas olmadan istifadə edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı X1 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyriyaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsini tələb etdiyi mağazanı alqısatqısına dair aralarında 28 mart 2018-ci ildə notarial qaydada təsdiq olunmaqla bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia qaldırmışdır. İddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçıdan həmin sözügedən mağazını və qeyri-yaşayış sahəsini 60000 manata almış, həmin puldan 50000 manat iddiaçıya ödəmişdir, Alqı-satqı müqaviləsi bağlanan zaman həmin obyektin sənədləri olmadığından adına rəsmiləşdirilməsi mümkün olmamışdır. X3 həmin qeyriyaşayış sahəsini adına rəsmiləşdirdiyi üçün alqı-satqı müqaviləsi əsasında həmin qeyriyaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair Çıxarış almışdır. Bir müddətdən sonra iddiaçı X1 ona qarşı sözügedən mağazadan məcburi çıxarılmağına dair iddia ilə məhkəməyə müraciət etmiş və onun ünvan 1 ünvanda yerləşən mağazadan çıxarılmağını tələb etmişdir. O, həmin qeyriyaşayış sahəsini almaq üçün ödəniş edərək adına rəsmiləşdirdiyindən iddiaçının iddiası tam əsassızdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 06 noyabr 2023-cü il tаrixli, e-2(014)-1407/2023 saylı qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

14. Məhkəmə iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı əqdin etibarsızlığını tələb etsə də, əqdi etibarsız hesab etmək üçün heç bir hüquqi əsas mövcud deyil. Cavabdehin onun mülkiyyətində olan başqa torpaq sahəsini almaması isə əvvəlki əqdin etibarsızlığının əsası ola bilməz. Bundan başqa, iddiaçı əqdi mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti də buraxmışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 157.2, 337.1, 337.4, 354.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırılmışdır.

16. İddiаçı İddiaçı Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tаrixli, e-2(014)- 1407/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

17. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda olmuşdur. Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tаrixli, e-2(014)- 1407/2023 saylı qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tаrixli, e-2(014)-1407/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tаrixli, e-2(014)-1407/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

24. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

26. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. ...

27. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 6. Mülki qanunvericiliyin prinsipləri - 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: - 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; - 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; (...); - 6.1.4. mülkiyyətin toxunulmazlığı; - 6.1.5. müqavilələr azadlığı; (...).

30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsi - 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiy məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin çıxış və izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tаrixli, e-2(014)-1407/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Müəyyən olunmuşdur ki, tərərlər arasında 28 mart 2018-ci il tarixdə notarial qaydada AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi bağlanmış, satıcı qismində çıxış edən iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 25 kv.m olan qeyriyaşayış sahəsini alıcı qismində çıxış edən cavabdehə satmışdır. İddiaçı müqavilə bağlandıqdan dərhal sonra sözü gedən qeyri-yaşayış sahəsini cavabdehə təhvil vermiş, həmin vaxtdan etibarən həmin əmlak cavabdehin sahibliyində və istifadəsində olmuşdur. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra alqı-satqının predmeti olan 25 kv.m qeyriyaşayış sahəsi üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı bildirir ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini cavabdeh qeyd ödəniş edib almadığı üçün əvvəlki satılmış yer də ona qaytarılmalıdır. Eyni zamanda, bildirir ki, onların şifahi razılığı da bu qaydada olmuşdur. Cavabdeh isə bildirir ki, iddiaçının mülkiyyətində olan əmlakı almış və dəyərini ödəmişdir. Onlar arasında başqa əlavə razılıq olmamışdır. İddiaçı tərərlər arasında bağlanmış 28 mart 2018-ci il tarixdə AN-İ№ ******* saylı alqı-satqı müqaviləsini mübahisələndirərək cavabdehə qarşı hazırkı iddianı qaldırmış, birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

49. İddiaçının hazırda etibarlılığını mübahisələndirdiyi alqı-satqı müqaviləsində alqısatqının predmeti kimi 25 kv.m qeyri-yaşayış sahəsi göstərilmişdir.

50. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir.

51. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.

52. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur.

53. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi).

54. Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri).

55. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur.

56. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir

57. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

58. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, yuxarıda sözügedən alqısatqı müqaviləsinin məzmunu tərəflərin iradəsinə və alqı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olmuş, müqavilə bağlanan zaman tərəflərin arasında heç bir mübahisə olmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində cavabdehin gələcəkdə torpaq sahəsini satın alması barədə öhdəliyi yoxdur.

59. İddiaçının bəyan etməsinə baxmayaraq, o, cavabdehin sonradan torpaq sahəsini alacağı barədə öhdəlik götürməsinə dair digər sübutu işə baxan məhkəmələrə təqdim etməmişdir.

60. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı əqdin etibarsızlığını tələb etsə də, əqdi etibarsız hesab etmək üçün heç bir hüquqi əsas mövcud deyil. Cavabdehin iddiaçının mülkiyyətində olan başqa torpaq sahəsini almaması isə əvvəlki əqdin etibarsızlığının əsası ola bilməz.

61. Kollegiya qeyd edir ki, tərəflər arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün hər hansı bir hüquqi əsas olmuş olsaydı belə, iddiaçı müqaviləni mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti də ötürmüş olardı.

62. Göstəriənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

63. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

64. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tаrixli, e-2(014)-1407/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiаçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tаrixli, e-2(014)-1407/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar