Məhkəmə qərarları › İş №2(107)-357/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-357/2025

03.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-357/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, qüvvə) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5 və Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)-1850/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli 3M- 409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Aliyə, xx.xx.2012-ci il tarixdə Əli, xx.xx.2018-ci il tarixdə Aylin və xx.xx.2020-ci il tarixdə Arif adlı uşaqları doğulmuşdur. Oğlu Əli autizm xəstəsidir, uşaqlar onun himayəsindədir. ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdeh2 onun qaynanasıdır. 2014-cü ildə Mingəçevir şəhərində torpaq sahəsi almışlar və 2015-ci ilin mart ayında həmin torpağın içərisində 3 otaqlı ev tikmiş, istifadəyə verib evdə yaşamışlar. 2015-ci ilin sentyabr ayında o, əri və uşaqları ilə birlikdə Almaniyaya yaşamağa getmiş, orada xeyli qazanc, yəni pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin yanında ikinci evin tikintisinə başlamışlar. 20 sentyabr 2020-ci il tarixdən təzə evdə, 2-ci tikilən evdə nikahları pozulanadək uşaqları ilə yaşamışlar. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan ibarətdir və 3-ü yataq otağı, biri isə zaldır və tikintisi onun və ərinin vəsaiti hesabına həyata keçirilmişdir. Onun əşyaları mübahisəli mənzil olan ünvan 2 ünvanında yerləşir. Onun başqa yaşayış yeri yoxdur. Azyaşlı uşaqları da xəstədir və onların müalicəsi Mingəçevir şəhərində mümkün deyil, ancaq Bakı şəhərində müalicə olunmalıdır. Vəsaitləri hesabına həmin ev tikilmişdir. Pulunu onlar versə də, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə əri Cavabdeh1 torpağı bağışlanma adı ilə vermiş, demişdir ki, belə məsləhətdir. Torpaq sahəsinin pulunu onlar versələr də, qaynanası bağışlanma müqaviləsi ilə üç övladının hər birinə ayrı-ayrı torpaq sahələri bağışlamışdır. Yuxarıda qeyd etdiyi kimi mənzil də ərarvad onların hesabına tikilmiş, evin sxemi olsa da, lakin bugünə kimi əri həmin evin öz adlarına keçirilməsini ləngitmişdir. Qeyd edirdi ki, darıxma, öz adlarına keçirəcəkdir. Əri ona xəyanət etdiyinə, gələcəkdə ev mübahisəsi olduğuna görə, torpağı, evi öz adına qəsdən keçirtməmişdir. Beləliklə, evin hələlik sənədləri onun bildiyinə görə yoxdur. Cavabdeh2 bir il ərzində bağışlanma müqaviləsini ləğv edə bilərdi, lakin aradan 10 il keçmişdir. Ona görə də cavabdehlər onun konstitusion hüququnu pozmuşdur. Cavabdeh2 hər üç oğluna 6 sot torpaq sahəsi bağışlayıb. Lakin onunla Cavabdeh1 arasında bağlanmış nikah pozulduqdan sonra İddiaçı həmin mübahisəli mənzilə köçürülmə tələbi qoymuşdur. İş Ali Məhkəmədə olarkən, torpaq sahəsini bağışlayan Cavabdeh2 bağışlanma müqaviləsini qəsdən ləğv etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)-1850/2024 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia rədd edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

4. İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Aliyə, xx.xx.2012-ci il tarixdə Əli, xx.xx.2018-ci il tarixdə Aylin və xx.xx.2020-ci il tarixdə Arif adlı uşaqları doğulmuşdur. Cavabdeh2 onun qaynanasıdır. Mingəçevir şəhəri, M.Rəhimov küçəsi ünvanında yerləşən 0.2031 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2012-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi xx.xx.2012-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi ilə X2 tərəfindən Cavabdeh2 satılmışdır. xx.xx.2014- cü il tarixində bağlanmış 4Ə/791 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi Cavabdeh1 bağışlanmışdır. 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd olunan bağışlanma müqaviləsi və ya digər əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqaviləyə əsasən ********** nömrə ilə Cavabdeh2 adına qeydiyyata alınmış ümumi sahəsi 0.2031 ha olan torpaq sahəsindən 0.05 ha hissəsinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixdə bağlanmış 4Ə/791 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsini pozmuşlar. Ondan sonra ünvan 3 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsini tələb edir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

5. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsinin Cavabdeh1 bağışlanmasına dair xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, həmçinin həmin bağışlama müqaviləsinin pozulmasına dair xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilə bağlanan zaman iddiaçının heç bir hüququ cavabdeh tərəfindən pozulmamışdır. Belə ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh1 bağışlamış, 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd olunan bağışlanma müqaviləsi və ya digər əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqaviləyə əsasən Cavabdeh2 adına qeydiyyata alınmış ümumi sahəsi 0.2031 ha olan torpaq sahəsindən 0.05 ha hissəsini Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixdə bağlanmış 4Ə/791 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsini müqavilə üzrə tərəflər öz iradələrini sərbəst ifadə etmək yolu ilə pozmuşlar. Belə ki, hədiyyə alan Cavabdeh1 hədiyyəni qəbul etmədiyinə görə hədiyyə verən Cavabdeh2 hədiyyəni geri götürmüşdür. Bu da onu deməyə əsas verir ki, iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır.

6. Məhkəmə eyni zamanda hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlərin öz aralarında bağladıqları bağışlama müqaviləsini pozmaları, üçüncü şəxslərin, o cümlədən iddiaçının hüquqlarını və qanuni maraqlarını pozmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 və yaxud Cavabdeh2 mülkiyyətində qalması, iddiaçının gələcəkdə hər hansı daşınmaz əmlak və yaxud əmlak hüququ əldə etməsinə mane olmur. Hazırkı vəziyyətdə bağışlanmış torpaq sahəsini iddiaçının Cavabdeh1 ilə birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etmələri ilə bağlı istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, həmçinin nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin cavabdehlərdən hər hansı birinin mülkiyyətində olması, iddiaçının birgə nikah dövründə inşa edilməsini iddia etdiyi fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq hüququnu istina etmir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə cavabdehlər arasında bağlanmış, 3M-409 nömrəli reyestrdə qeydə alınmış bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin mövcudluğu, iddiaçının qanunla qorunan maraqlarına və mənafeyinə zidd deyildir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdehlər tərəfindən pozulmamışdır.

7. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 421,423, 324, 668, 669-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216–220, 233 və 360–cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin məhkəmə qətnaməsinin ədalətsiz və əsassız olması, vəziyyətin obyektiv qiymətləndirilməməsi, sırf cavabdehlərin tələbləri və mənafeyinin nəzərə alınaraq, heç bir tutarlı əsas olmadan iddia tələbinin rədd olunması ilə sübutdur. ünvan 4 ünvanına gəlin köçmüşdir. Cavabdeh2 onun qaynanasıdır. 2014-cü ildə Mingəçevir şəhərində torpaq sahəsi almışlar və 2015-ci ilin mart ayında həmin torpağın içərisində 3 otaqlı ev tikmişlər, istifadəyə verib evdə yaşamışlar. 2015-ci ilin sentyabr ayında o və əri, uşaqları Almaniyaya yaşamağa getmişlər, orada xeyli qazanc, yəni pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin yanında ikinci evin tikintisinə başlamışlar. 20 sentyabr 2020-ci ildən təzə evdə, 2 –ci tikilən evdə nikahları pozulanadək uşaqları ilə yaşamışlar. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan ibarətdir və 3-ü yataq otağı, biri isə zaldır və onun tikintisi onun və yoldaşının vəsaiti hesabına həyata keçirilmişdir. Onun əşyaları mübahisəli mənzil olan ünvan 5 ünvanında yerləşir. Onun başqa yaşayış yerim yoxdur. Eyni zamanda bildirir ki, azyaşlı 4 övladı var, xəstədir və bunların müalicəsi Mingəçevir şəhərində mümkün deyil, ancaq Bakı şəhərində müalicə olunmalıdır. Onların vəsaiti hesabına həmin ev tikilmişdir. Bildirir ki, Cavabdeh2 əri Cavabdeh1 xx.xx.2014-cü ildə pulunu biz versələr də, torpağı Rafaelə bağışlanma adı ilə verdi, dedi ki, hökümət onlara qadağa qoya bilər. Belə məsləhətdir. Qeyd edir ki, torpaq sahəsi pulunu biz versələr də, qaynanası bağışlanma müqaviləsi ilə üç övladının hər birinə ayrı-ayrı torpaq sahələri bağışlamışdır. Yuxarıda qeyd etdiyi kimi, mənzil də ər-arvad onların hesabına tikilmiş, evin sxemi olsa da, lakin bugünə kimi əri həmin evin özlərinin adına keçirilməsini ləngitmiş və qeyd edirdi ki, darıxma özadıma keçirəcəkdir. Ona görə ki, o, ona xəyanət etdiyinə, gələcəkdə ev mübahisəsi olduğuna görə, torpağı evi öz adına qəsdən keçirməmişdir. Beləliklə, evin hələlik sənədləri onun bildiyimə görə yoxdur. Əgər son zamanlar onlar boşandıqdan sonra hər-hansı bir formada qeyri qanuni yolla Çıxarış əldə ediblərsə, onda o Çıxarışın surətini çalışacaqlar ki, məhkəməyə təqdim etsinlər. Bir daha vurğulayır ki, onların nikahın pozulması işi və mənzilə köçürülmə işi Ali Məhkəmədə olana qədər həmin sənədlər yox idi. Əgər olsaydı əri Cavabdeh1 həmin sənədləri məhkəməyə təqdim edərdi. AR Konstitusiya Məhkəməsi Plenumunun AR Konstitusiyasının 17-cimaddəsinin İ hissəsi baxımındakı AR MM-nin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1850/2024 saylı qərarında qeyd olunur ki, «Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməs i əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.» Buradan görünür ki, məhkəmə həmin işi diqqətlə analiz etmədən formal mülahizələrə əsaslanmaqla, qanunun tələblərini pozmaqla qətnamə qəbuletmişdir. İlk növbədə qeyd edirəm ki, xx.xx.2023-cü il tarixli 3M-409 №li bağışlanma müqaviləsi elə notariat orqanında bağlandığı vaxtdan etibarsızdır. Ona görə ki, İddiaçı Cavabdeh2 ilə onun oğlu Cavabdeh1 arasında bağışlanmış torpağa dair müqavilənin ləğv edilməsi qanunun tələblərinə riayət edilmədən həyata keçirilmişdirö Belə ki, xx.xx.2014-cü il tarixində 47/791№li daşınmaz əmlakın bağışlanma müqaviləsində görünür ki, **********№si ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0,231 ha torpaq sahəsinin o, tam 0,05 ha hissəsi, onun əri X9 0,05 ha hissəsi X10 0,05 ha hissəsi X12 bağışlanmışdır. Həmçinin onu da qeyd edirəm ki, İddiaçı əri ilə ünvan 6 ünvanında gəlin köçməklə həmin ünvanda yaşamış və evi satdıqdan sonra Cavabdeh2 həmin mənzildən onlara düşən paya nisbətdə Cavabdeh2 pul vermiş, həmçinin əlavə pul verməklə torpaq sahəsi almaq üçün qaynanasına əri ilə müraciət etmiş, qaynanasıda bildirmişdir ki, belə bir torpaq sahəsi Mingəçevir şəhərinin kolxoz bazarı deyilən yerin arxa tərəfində 20 sot torpaq sahəsi var, gəlin siz də ərinizlə birgə pulunuzu mənə verin, həmin torpaq sahəsini mən alım və xərcimiz azçıxsın deyə həmin torpaq sahəsini aldıqdan sonra oğlumun adına bağışlamaqla siz orada öz bnanızı tikərsiniz, biz də torpağı bağışlanma yolu ilə əldə etdikdən dərhal sonra, orada ilk 3 otaqdan ibarət qısa zamanda mənzil tikdik və həmin mənzildə 2015-ci ildən yaşamağa başladıq. 2-ci mənzili isə Almaniyada bir müddət yaşadıqdan sonra tikdirməyə başladıq….və 2019-cu ildə Almaniyadan geri qayıdıb, 2-ci mənzilin tikintisini də tam başa vurub, mebel əşyalarımı sonuncu iki mənzildə xx.xx.2020ci ildə yerləşdirmişlər. Əri və uşaqları ilə birgə nikahları pozulana qədər həmin mənzildə yaşamışlar. Mingəçevir Şəhər Məhkəməsi AR Mülki Məcəllənin 423.2-ci maddəsini əsas kimi qəbul etməklə göstərir ki, 30 gün müddətində siz ona təklif göndərməli idiniz. Bildirir ki, Cavabdeh2 ona qarşı kompensasiya verilməklə, mənzildən çıxarılma tələbini Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış və o həmin məhkəmə prossesində bilmişdir ki, onların yaşadıqları torpaq sahəsini bağışlanma müqaviləsi ilə ləğv edilmişdir. Məhkəmə isə bu halı araşdırmadan işə düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etməklə mənim konstitusion hüququmu pozmuşdur. Həmçinin, Mingəçevir şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli 3M-409 nömrəl i bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsini məhkəmə ona görə qəbul etmir ki, guya həmin əqdin etibarsızlığının müddəti ötürülmüşdür. Halbuki, həmin müqavilənin ləğvini orada bilməklə yenidən əqdin etibarsızlığına dair Mingəçevir şəhər məhkəməsində iddia qaldırmış və müddəti ötürməmişəm. Həmçinin, məhkəmə onu da bildirmişdir ki, siz burada tərəf ola bilməzsiniz, çünki Cavabdeh2 oğlu Cavabdeh1 arasında torpağın bağışlanmasına dair müqavilə tərəfə bağışlandığı üçün sən burada tərəf kimimüqavilənin ləğvini (xx.xx.2023-cü il tarixli 3M-409 №li bağışlanma müqaviləsi) qoya bilməzsən. Ona görə ki, siz burada tərəf deyilsiniz. Axı həm konstitusiya ilə, həm Mülki Prosesual qanunvericiliyə, habelə, mülkiməcəlləyə əsasən hər hansı bir şəxsin maraqlarına toxunan hər bir iş üzrə vətəndaş öz hüquqlarını qorumaq və müdafiə etmək üçün tərəf kimi məhkəməyə müraciət edə bilər. Beləliklə, cavabdehin notariatda qeyd etdirdiyi xx.xx.2023cü il tarixli əqd etibarsız əqd kimisayılmalı və ləğv edilməsi üçün kifayət qədər əsaslar, o cümlədən Konstitusiya Məhkəməsinin bir neçə qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respubilkası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarlarında iddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir. O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. AR Ali Məhkəməsi Plenumunun ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəəsi haqqında xx.xx.2024-cü il tarixli qərarının 5.5, 5.6, 5.7, 5.4-cü maddələrində düzünə göstəriş vardır. Beləliklə, Cavabdeh2 həmin adı hallanan müqaviləni pozmaqla, İddiaçı hüquqları kobud şəkildə pozulmaqla, qeyri obyektiv, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Hesab edirəm ki, yuxarıda göstərdiyim əsaslarla Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi maddi və prossesual, hüquq normaları pozulmaqla qəbuledildiyi üçün ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)-1850/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)- 1850/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)-1850/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

18. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. İddiaçı nümayəndəsi və vəkili X1 Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)-1850/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)-1850/2024 saylı qətnaməsi İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Aliyə, xx.xx.2012-ci il tarixdə Əli, xx.xx.2018-ci il tarixdə Aylin və xx.xx.2020-ci il tarixdə Arif adlı uşaqları doğulmuşdur. Cavabdeh2 onun qaynanasıdır. Mingəçevir şəhəri, M.Rəhimov küçəsi ünvanında yerləşən 0.2031 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2012-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi xx.xx.2012-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi ilə X2 tərəfindən Cavabdeh2 satılmışdır. xx.xx.2014- cü il tarixində bağlanmış 4Ə/791 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi Cavabdeh1 bağışlanmışdır. 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd olunan bağışlanma müqaviləsi və ya digər əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqaviləyə əsasən ********** nömrə ilə Cavabdeh2 adına qeydiyyata alınmış ümumi sahəsi 0.2031 ha olan torpaq sahəsindən 0.05 ha hissəsinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixdə bağlanmış 4Ə/791 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsini pozmuşlar. Ondan sonra ünvan 3 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

24. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0.05 hektar olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

25. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 0.05 hektar olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin hüquq sahibi Cavabdeh2dır.

26. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 124.9 kvadratmetr olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

27. İşdə olan 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 10 ünvanında yerləşən 0.2031 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2012-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi xx.xx.2012-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi (Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontorunun xüsusi notariusu X13) ilə X2 tərəfindən Cavabdeh2 satılmışdır. ünvan 11 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin Cavabdeh2 adına xx.xx.2023-cü il tarixində hansı əsasla qeydə alınması ilə bağlı bildirilmişdir ki, Cavabdeh2 adına qeydiyyata alınması üçün tərəfindən ********** qeydiyyat nömrəli ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilənin (Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14) məzmunundan məlum olmuşdur ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/791 nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmışdır. 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd olunan bağışlanma müqaviləsi və ya digər əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/791 nömrəli bağışlanma müqaviləsi barədə məlumatlar Ərazi İdarəsində mövcud deyildir. ünvan 11 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilə əsasında qeydiyyata alınmışdır. Məktubda göstərilən daşınmaz əmlaka dair sənədlərin təsdiq olunmuş surətinin verilməsi mümkün olmamışdır.

28. İşdə olan xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/791 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi Cavabdeh1 bağışlanmışdır.

29. İşdə olan xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/792 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi X10 bağışlanmışdır.

30. İşdə olan xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/798 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi X12 bağışlanmışdır.

31. İşdə olan notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş Aliyə adlı uşağın anası X11, atası Cavabdeh1dur.

32. İşdə olan notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş Əli, xx.xx.2020-ci il tarixdə doğulmuş Arif adlı uşaqların anası İddiaçı, atası Cavabdeh1dur.

33. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş Aylin adlı uşağın anası Paşayeva (Bəkirova) Gülnar Məsim qızı, atası Cavabdeh1dur.

34. İşdə olan xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış ümumi sahəsi 0.2031 ha olan torpaq sahəsindən 0.05 ha hissəsini Cavabdeh1 bağışlanılmasına dair Mingəçevir şəhər 1 saylı notariat ofisində xx.xx.2014-cü il tarixdə bağlanmış 4Ə/791 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsini pozmuşlar.

35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətində sözügedən torpaq sahəsini birgə nikahda aldıqlarını və tikilini birgə nikahda tikdiklərini qeyd etsə də həmin halları təsdiq edən hər hansı sənəd və ya sübut təqdim etməmişdir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsinin Cavabdeh1 bağışlanmasına dair xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, həmçinin həmin bağışlama müqaviləsinin pozulmasına dair xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilə bağlanan zaman iddiaçının heç bir hüququ cavabdeh tərəfindən pozulmamışdır. Belə ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh1 bağışlamış, 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd olunan bağışlanma müqaviləsi və ya digər əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqaviləyə əsasən Cavabdeh2 adına qeydiyyata alınmış ümumi sahəsi 0.2031 ha olan torpaq sahəsindən 0.05 ha hissəsini Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixdə bağlanmış 4Ə/791 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsini müqavilə üzrə tərəflər öz iradələrini sərbəst ifadə etmək yolu ilə pozmuşlar. Belə ki, hədiyyə alan Cavabdeh1 hədiyyəni qəbul etmədiyinə görə hədiyyə verən Cavabdeh2 hədiyyəni geri götürmüşdür. Bu da onu deməyə əsas verir ki, iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)-1850/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(051)-1850/2024 saylı qətnaməsi İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar