Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-359/2023 15.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Süleyman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış elektrik borcunun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: elektrik borcunun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı Süleyman oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Süleyman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış elektrik borcunun silinməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(033)-796/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Acırqayev X2 şəhəri, Qarabağ küçəsi ünvanında fərdi yaşayış evində yaşayır. "Azərişıq ASC" tərəfindən 18 iyul 2022-ci il tarixdə barəsində akt tərtib olmuşdur. Aktda qeyd olunur ki, EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman sayğacın giriş xəttinə kənar xətt qoşulmuşdur. Akta əsasən 1801.80 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Süleyman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona əsassız hesablanmış 1801,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı Süleyman oğlunun iddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərişıq ASC" tərəfindən 18 iyul 2022-ci il tarixdə barəsində akt tərtib olmuşdur. Aktda qeyd olunur ki, EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman sayğacın giriş xəttinə kənar xətt qoşulmuşdur. Kənar xətt amper maşa ilə ölçüldü. Akta əsasən 1801.80 manat borc hesablanmışdır. Həmin borcu əsassız hesab edir. Qeyd edir ki, elektrik sayğacı binanın həyətində yerləşir. Həmin sayğacın yerləşdiyi qutuda onun sayğacından əlavə həmin ərazidə yaşayan sakinlərin sayğacları da vardır. Həmin sayğacların yerləşdiyi qutu bağlı olmaqla yanaşı kilid (qıfıl) ilə bağlanır. Nəzarətçi mühəndis tərəfindən akt tərtib olunmamışdan əvvəl sayğaca baxış keçirilmiş və istifadə olunan elektrik sərfiyyatına uyğun olaraq qəbz verilmişdir. Həmin qəbzə əsasən borc ödənilmiş, daha sonra idarənin əməkdaşları gələrək bildirmişlər ki, sayğaca kənar xətt qoşulmuşdur. Onun tərəfindən sayğaca kənar xəttin qoşulması qeyri mümkündür. Qeyd etdiklərini məhkəmə iclasında ətraflı şəkildə sübutlarla təsdiq edəcəyək. Elektrik enerjisindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı vardır. Həmin qərarın 7.6-ci bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin qərarın 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin qərarın 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Lakin enerji təchizatı müəssisəsi tərəfindən əsassız borc hesablanması kifayət etməmiş, elektrik enerjisini kəsdikləri üçün məcburiyyət qarşısında qalaraq 1800 manat məbləğ tərəfindən ödənilmişdir.
4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti etirazla məhkəməyə müraciət edərək İddiaçı Süleyman oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış 1801.80 manat borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Süleyman oğlu cavabdeh "xxxx" ASCyə qarşı “əsassız olaraq hesablanmış 1801.80 manat borcun silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiada qeyd edilən ünvan 1ndə yerləşən obyekt "xxxx" ASC-nin enerji satış bazasında Süleyman Süleymanovun adına olmaqla **********03841 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ Süleyman Süleymanova aiddir. İddiaçı Süleyman oğlunun iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarında əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bildirirlər ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları E.Quliyev, H.Həsənov və M.Xəlilov tərəfindən iddiada qeyd olunan ünvan 2ndə yerləşən obyektə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini zədələyərək kənar xətt vasitəsilə birbaşa qoşulmaqla elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R260070 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttdən keçən yükə uyğun 150 gün üçün 0.13 manatla 13860 kvt.s, dəyəri 1801.80 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və hesablanmış məbləğ istehlak edilmiş, lakin dəyəri ödənilmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçı Süleyman oğlu tərtib olunmuş xx.xx.2022-ci il tarixli, R260070 saylı aktla razılaşaraq hesablanmış məbləğin 1800.00 manatını "xxxx" ASC-nin ödəmişdir. İddiaçının xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 134.25 manat borcu vardır. “EEİQ"-nın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, Zaqatala rayonu Qarabağ küçəsində yerləşən obyektə tərtib edilmiş xx.xx.2022-ci il tarixli R260070 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur.
6. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Süleyman oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Süleyman oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X10 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətində nəzarətçi mühəndis vəzifəsində işləyir. Sayğaclara nəzarət onların işinin bir hissəsidir. İddiaçını tanıyır və iddiaçının yaşadığı ərazidə sayğaclara o nəzarət edir. Həmin ərazinin sayğacları açarla bağlı olan qutuda yerləşir. Həmin qutunun açarı da iddiaçının qonşusunda olur. Qonşu tərəfindən isə həmin açar ancaq ona verilir. Hər ayın 10-u həmin sahədə sayğaclara baxış keçirib bildiriş tərtib edir. İyul ayının 10-u da həmin sahəyə baxış keçirildikdə əlavə xətt olmamışdır və həmin tarixdə o, 50 manata yaxın bir məbləğdə elektrik enerjisindən istifadəyə dair borcun olması barədə bildiriş tərtib edərək iddiaçıya vermişdir. İddiaçı orada obyekt işlədir və həmin obyektə evə çəkilən işıqdan istifadə edir. 18 iyul 2022-ci il tarixdə rəhbərliyin tapşırığı ilə yenidən iddiaçının sayğacına baxış keçirməli olmuşlar, ona görə ki, həmin sayğac yenisi ilə əvəz olunmalı idi. Həmin sayğacı açıb çıxaran zaman hər hansı qanunsuz xətt aşkar etməmişlər. Sonradan çıxarılmış sayğacın yerinə bir neçə saat sonra yeni sayğac quraşdırdıqda qanunsuz quraşdırılmış xətt görmüşlər. “Həmin sayğacın açılan zaman xətti görməməsi, yenisi quraşdırılan zaman qanunsuz xətt görməsi” ilə bağlı suala cavab olaraq yəqin fikir vermədiyini, diqqətindən qaçdığını göstərmişdir. Hazırda akt tərtib edilən şəxs kimi İddiaçı tanıdığını, Süleyman Süleymanov adlı şəxsi tanımadığını bildirmişdir. Uzun illərdir ki, həmin sayğacdan da İddiaçı istifadə etdiyini bildirdi.
10. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, X10 Cəmiyyətində sahə rəisi vəzifəsində işləyir. İddiaçının yaşadığı ünvanda yerləşən elektrik sayğacı üzrə borc olduğundan həmin ünvanda yoxlama aparılması qərara alınmış və 18 iyul tarixdə sayğaca baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini zədələyərək kənar xətt vasitəsilə birbaşa qoşulmaqla elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun xx.xx.2022-ci il tarixli, R260070 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 150 gün üçün 0.13 manatla 13860 kvt.s, dəyəri 1801.80 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Akt istehlakçı kimi qeydiyyatda olan Süleyman Süleymanovun adına deyil, akt həmin ünvanda yaşayan və sayğac üzrə elektrik enerjisindən istifadə edən İddiaçı Süleyman oğlunun adına tərtib edilmişdir. Onun sayğacda olan pozuntunun necə və hansı şəraitdə yaranmasından xəbəri yoxdur. Onu ancaq pozuntu aşkar etdikdən sonra akt tərtib etmək üçün çağırmışlar.
11. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, X10 Cəmiyyətində mühəndis vəzifəsində işləyir. O X5 ilə oxşar məzmunda ifadə verərək onun qeyd etdiklərini təsdiq etdi.
12. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, o usta kimi işləyir və sobaların quraşdırılması və təmiri ilə məşğul olur. İddiaçı tərəfindən işlədilən kafeyə bir pizza bişirilməsi üçün nəzərdə tutulan soba alınmış və həmin kafeyə yerləşdirilmişdir. Sayğaclar yerləşən qutunun kənarına qədər xətt çəkmiş, lakin sayğaca giriş qadağan olunduğundan, eyni zamanda həmin qutunun bağlı olduğundan və sayğaca xətt quraşdırılmasının da məsuliyyəti olduğundan həmin xətti sayğaca quraşdırmamış, xəttin uc hissəsini qutunun kənarında saxlamışdır.
13. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Acırqayev X2 şəhəri, Qarabağ küçəsi ünvanında fərdi yaşayış evində yaşayır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında elektrik enerjisinin alqısatqısı barədə müqavilə yoxdur və o "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abonenti deyildir. O həmin ünvanda yaşasa da və həmin fərdi yaşayış evinə verilən elektrik enerjisinin həcminin müəyyən edilməsi üçün orada elektrik sayğacı quraşdırılsa da sayğac üzrə məlumatların abonent kodu **********03841 olan Süleymanov Süleyman oğluna aid olduğu elektrik enerjisindən istifadəyə görə yaranmış borca dair bildirişlərdə öz əksini tapsa da, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il aktda İddiaçı Süleyman oğlu göstərilmiş və akt da onun adına yazılmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları Quliyev E.V, Həsənov H.F və Xəlilov M.Q. tərəfindən ünvan 1ndə yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Eyni zamanda həmin aktda əks olunan məişət abonenti qrafasında İddiaçı qeydi edilməklə aktın onun tərəfindən imzalanmadığı görünür. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R260070 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə istehlakçı İddiaçı Süleyman oğluna sayğacdan kənar xətdən keçən yükə uyğun 150 gün üçün 0.113 manatla 13860 kvt.s, dəyəri 1801,80 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçının yaşadığı ünvan 1ndə yerləşən mənzilə elektrik enerjisinin verilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən hesablanmış borca əsasən dayandırıldığından akt üzrə yaranmış 1801,80 manat borc İddiaçı sayğac üzrə bütün məlumatların və hesablaşma sənədlərinin Süleyman Süleymanova aid olduğu üçün ona məxsus abonent kodundan istifadə etməklə ödəmişdir. İddiaçı hazırda xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən hesablanmış 1801,80 manat borcu silnməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, iddiaçının subyektiv hüququ olmadığından və həmin akt tam əsaslı qəbul edildiyindən iddia tələbinin rədd edilməsini xahiş edir.
14. Məhkəmə ilk öncə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etirazda qeyd etdiyi iddiaçının subyektiv hüququnun olmaması məsələsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırmasında müəyyən edilən hallardan da görünür ki, Zaqatala rayonu Qarabağ küçəsində yerləşən 2 nömrəli mənzilə **********03841 kodlu abonent Süleymanov Süleymana verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulan sayğac faktiki olaraq İddiaçı Süleyman oğluna məxsus yaşayış mənzilinə verilən elektrik enerjisinin hesablanması üçün istifadə edilir və həmin sayğacdan İddiaçı tərəfindən istifadə olunması "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 iyul 2022-ci il tarixli aktında məişət abonenti və istehlakçı kimi iddiaçının adının qeyd edilməsi ilə sübuta yetirilir. Eyni zamanda Süleymanov Süleyman adlı abonetə məxsus **********03841 abonent kodu ilə İddiaçı Süleyman oğlu tərəfindən ödənişlərin edilməsi işin mübahisəsiz halıdır.
15. Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən Zaqatala rayonu Qarabağ küçəsində yerləşən İddiaçı Süleyman oğluna məxsus 2 nömrəli mənzilə verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulan abonent Süleyman Süleymanovun adına qeydiyyata alınmış sayğac məlumatları üzrə iddiaçı barəsində tərtib edilmiş 18 iyul 2022-ci il tarixli akta əsasən hesablanmış 1801,80 manat borcun silinməsi barədə iddiaçının iddia qaldırmağa subyektiv hüququ mövcuddur.
16. İşdən də göründüyü kimi, tərtib edilmiş aktla İddiaçı Süleyman oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacının giriş xəttindən kənar xəttin qoşulduğu aşkarlanmış və 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmişdir.
17. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı mənzildən bayırda, yəni ictimai yol hissədə quraşdırılmış, həmin ərazinin sayğacları açarla bağlı olan qutuda yerləşir. Həmin qutunun açarı da iddiaçının qonşusunda olur. Qonşu tərəfindən isə həmin açar ancaq nəzarətçiyə verilir. İddiaçının və ya hər hansı digər şəxsin həmin sayğaclar yerləşən qutuya müdaxilə etmək imkanı yoxdur. Həmçinin mübahisələndirilən akt tərtib edilən zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonentə məlumat verilməmiş, onun iştirakı təmin edilmədən əməkdaşlar tərəfindən akt tərtib olunmuşdur. Həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sonradan iddiaçı tərəfindən elektrik sayğacından kənar aparılmış xətt üzrə hesablanma aparılaraq dəymiş ziyan hesablanmışdır.
18. Məhkəmə mübahisə ilə əlaqədar tətbiq edilməli olan tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nda (bundan sonra mətndə «Elektrik enerjisidən istifadə Qaydaları») müəyyən olmuş hüquq normalarına istinad etməyi zəruri hesab edir.
19. İddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, 18 iyul 2022ci il tarixli 260070 nömrəli akt üzrə ona hesablanmış 1801,80 manatı mübahisələndirir. İş materiallarından da görünür ki, iddiaçıya məxsus mənzilə verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulmuş sayğac üzrə hesablamanın aparılmasına əsaslardan biri kimi elektrik enerjisi istifadəçisinin fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar sayğacın giriş xəttinə birbaşa qoşularaq elektrik enerjisindən istifadə etdiyi göstərilmişdir.
20. Qanunvericiliyin tələblərindən də görünür ki, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alqı-satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən məişət abonentinin və 2 nəfər hal şahidinin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır.
21. Hazırki işdə olan aktdan da görünür ki, 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt tərtib olunarkən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl olunmamışdır.
22. Belə ki, ilk növbədə iddiaçı ilə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilənin bağlanmadığı halda cavabdeh təşkilatın nümayəndələri 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt tərtib edərkən istehlakçı və məişət abonenti kimi İddiaçı Süleyman oğlunu qeyd etmişlər.
23. Bundan başqa qeyd «Elektrik enerjisidən istifadə Qaydaları»nın 8.32-ci bəndindən görünür ki, hesablaşma sayğacın qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara görə, məişət abonenti, o vaxt məsuliyyət daşıyır ki, mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud piləkən meydançasında deyil, bilavasitə məişət abonentinin yaşadığı mənzilin daxilində quraşdırılmış olsun.
24. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Süleyman oğlu cavabdehin etiraz ərizəsində göstərdiyi kimi tərtib olunmuş xx.xx.2022-ci il tarixli, R260070 saylı aktla razılaşaraq deyil, işığı kəsildiyindən işığının bərpası üçün hesablanmış məbləğin 1800.00 manatını "xxxx" ASC-yə ödəmişdir.
25. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla elektrik sayğacında müdaxilə izlərinin olması, elektrik sayğacından kənar xəttin aparılmasına görə iddiaçının mülki məsuliyyət daşıması sübuta yetirilmədiyindən və 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt qanunvericiliyə uyğun tərtib edilmədiyindən iddia təmin edilməlidir.
26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, tərəflərdən birinin dövlət orqanı və müəssisəsi olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının dövlətə məxsus cavabdeh hüquqi şəxs tərəfindən hesablanmış debutor borcların silinməsini tələb etməsinə baxmayaraq, bu halda sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh Azərişıq ASC-nin, yəni debitor borcları hesablamış dövlət müəssisəsinin üzərinədüşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir.
27. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə öhdəliyinin olmaması baxımından həmin aktda qeyd olunan pozuntunun mövcud olduğu qəbul edilsə belə, bunda istehlakçının təqsirli olub-olmaması müəyyənləşdirilmədiyindən, həmin pozuntu ilə əlaqədar məsuliyyətin istehlakçının üzərinə qoyulmasının hüquqi əsası yoxdur.
28. Məhkəmə sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh etiraz ərizəsində mübahisələndirdyi halları sübut edəcəyi dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
29. Zaqatala Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(033)-796/2022 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin olunmuş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Süleyman oğlunun barəsində tərtib etdiyi 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1801,80 (bir min səkkiz yüz bir manat səksən qəpik) manat borcun hesabından silinməsi qət edilmişdir.
30. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının 1.2, 4.1, 8.1, 8.20, 8.32 və 8.33-cü bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
31. "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 rəisi tərəfindən təsdiq edilmiş, cəmiyyətin əməkdaşları Quliyev E.V, Həsənov H.F və Xəlilov M.Q. tərəfindən tərtib edilmiş 18 iyul 2022-ci il tarixli 260070 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman sayğacın giriş xəttində kənar xətt qoşulmuşdur. Kənar xətt ampermaşa ilə ölçüldü. İ-25.0 A olduğu müəyyən edilmişdir. Kənar xətt ləğv edilmişdir. Aktda istehlakçı kimi İddiaçı Süleyman oğlu, abonent kodu **********03841 saylı kod qeyd edilmiş, məişət abonenti qrafasında İddiaçı qeydi edilməklə akt həmin şəxs tərəfindən imzalanmamışdır.
32. xx.xx.2022-ci il tarixli 260070 nömrəli akta əsasən 22 iyul 2022-ci il tarixli Şimalqərb RETSİ-nin akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, istehlakçı ünvan 2 ünvanında yaşayan Süleyman Süleymanovun istifadəsində olan sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, sayğacın giriş xəttinə müdaxilə edərək kənar xətdən istifadə olunur. Abonent tərəfindən elektrik sərfiyyatına görə (Witr= 5.5 kVt x 150 gün x 24 sx 0,7 =13860kVt.s) 13860 kVt.s x 0,13=1801,80 manat ödənilməlidir.
33. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" ASC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
34. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, izahlı lüğətə görə akt dedikdə, hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. başa düşülür. Akt hər hansı bir iş və hadisəni qanuniləşdirib hüquqi sənəd statusu verməkdir. 18 iyul 2022-ci il Zaqatala rayonu, Qarabağ küçəsində, iddiaçının istifadəsində olan Süleymanov Süleymana məxsus obyektdə akt tərtib edilərkən abonent tərəfindən sayğacın giriş xəttini zədələyərək kənar xətt vasitəsilə bir başa qoşulmaqla elektrik enerjisindən istifadə edildiyi aşkar edilmişdir.
35. Belə ki, iddiaçının Zaqatala rayonu,Qarabağ küçəsində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satışbazasında Süleyman Süleymanovun adına olmaqla **********03841 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ Süleyman Süleymanova aiddir. İddiaçı Süleyman oğlunun iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir
36. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları E.Quliyev, H.Həsənov və M.Xəlilov tərəfindən İddiaçı Süleyman oğlunun fəaliyyət göstərdiyi Zaqatala rayonu Qarabağ küçəsində yerləşən Süleyman Süleymanova məxsus fərdi yaşayışevinə (fərdi yaşayış evi adı altında kafe) quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini zədələyərək elektrik sayğacından kənar xətt vasitəsilə bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R260070 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 150 gün üçün 0.13 manatla 13860 kvt.s, dəyəri 1801.80 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və hesablanmış məbləğ istehlak edilmiş, lakin dəyəri ödənilmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır.
37. Məhkəmə iddia tələbinin qismən təmin edilməsinə dair qətnaməsini əsaslandıran zaman “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 və 8.33-cübəndlərinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 və 8.33-cü bəndləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.17- 1və 8.17-2 bəndləri yaradlılmışdır. Mübahisələndirilən R260070 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.17-1 və 8.17-2 bəndlərinə uyğun tərtib edilmişdir. Göründüyü kimi qətnamədə istinad olunan hüquq norması ləğv edilmişdir.
38. Məhkəmə iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandırmamış pozuntunun məhz istehlakçı tərəfindən törədilməsinin təsdiqini tapmadığını əsas gətirərək əsassız qətnamə çıxarmışdır. Qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə iş materiallarına əlavə edilmiş video çəkliş diskindəki çəkiliş görüntülərini nəzərə almamışdır. Abonentin obyektini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına əməkdaşlarımız baxış keçirmiş və obyektə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar əməkdaşlarımız tərəfindən videoçəkiliş aparılmış və xx.xx.2022-ci il tarixli, R260070 saylı akt tərtib olunmuşdur. Aparılmış videoçəkilişdə abonentin kənar xətdən istifadə etdiyi aşkar şəkildə əksini tapır. Göründüyü kimi aşkar edilmiş kənar xətt tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Digər tətəfdən bu normanın tətbiqi üçün qüsurun xarakteri (sayğacdan kənar xətt) nəzərə alınmalıdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, abonentin istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur.
39. İddiaçı Süleyman oğlu aşkar olunmuş qüsura əsasən razılaşaraq itirilmiş enerjinin bərpası məqsədilə 1800.00 manatını ödəmişdir. İddiaçının xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 134.25 manat borcu vardır. Bu da onu deməyə əsas verir ki, İddiaçı Süleyman oğlu tərtib edilmiş qüsur aktı ilə razılaşmışdır.
40. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(033)- 796/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
42. Məhkəmə kollegiyasının iclasında İddiaçı Süleyman oğlunun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(033)-796/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
43. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.2-ci bəndinə əsasən bu Qaydalar «Enerji resurslarından istifadə haqqında», «Elektroenergetika haqqında», «Energetika haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu).
46. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
48. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
49. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(033)- 796/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
51. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddianı təmin edərkən əsaslarından biri sayğacın iddiaçının yaşadığı evdən bayırda, yəni ictimai yol hissədə quraşdırılması olmuşdur ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASCnin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, R260070 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanında istehlakçı İddiaçı Süleyman oğlunun yaşadığı fərdi evdə elektrik enerjisindən istifadə qaydalarına riayət olunub-olunmamasını yoxlayaraq, elektrik sayğacından kənar xətdən istifadə edildiyi aşkar edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş videoyazıdan da görünür ki, elektrik sayğacından kənar xətt iddiaçının yaşadığı fərdi yaşayış evinə gedir. Belə olduqda, sayğacın evdən kənar yerləşməsi halı hazırki işin nəticəsi baxımından öz əhəmiyyətini itirir.
52. Məhkəmə kolelgiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddianın təmin edilməsinin əsası kimi istinad etdiyi «Elektrik enerjisidən istifadə Qaydaları»nın 8.32-ci və 8.33-cü bəndi bu qətnamənin 37-ci bəndində göstərilmiş dəyişikliklərlə ləğv edilmişdir.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin akt tərtib olunarkən hal şahidlərinin iştirakının təmin edilmədiyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklərlə əlavə edilmiş 8.17-2-ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, aktın tərtib olunmasında hal şahidi şərti artıq mövcud olmamaqla, foto və ya videoçəkiliş aparılması şərti əlavə edilmişdir ki, hazırki iş üzrə aktda həmin şərt ödənilir.
54. Birinci instansiya məhkəməsinin mübahisəli aktı iddiaçının imzalamadığı barədə dəlilləri bu qətnamənin 53-cü bəndində göstərilən normaların tələbləri ilə təkzib olunur. Göründüyü kimi, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Hazırki halda iddiaçının aktı imzalamamsına baxmayaraq, imtina etməsinin səbəblərini göstərmək hüququndan istifadə etməməsi aktın qanuniliyini mübahisələndirmək üçün əsas deyil.
55. Birinci instansiya məhkəməsi bu qətnamənin 13-cü bəndində göstərilmiş iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmasına dair gətirdiyi dəlilləri ilə **********03841 kodlu abonent Süleymanov Süleymana verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulan sayğac faktiki olaraq İddiaçı Süleyman oğluna məxsus yaşayış evinə verilən elektrik enerjisinin hesablanması üçün istifadə edilməsini və həmin sayğacdan İddiaçı tərəfindən istifadə olunmasını göstərməsinə baxmayaraq, bu qətnamənin 24-cü bəndində göstərildiyi kimi iddiaçı ilə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilənin bağlanmadığı halda cavabdeh təşkilatın nümayəndələrinin 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt tərtib edərkən istehlakçı və məişət abonenti kimi İddiaçı Süleyman oğlunu qeyd etmələrini həmin aktın qanunsuzluğunun əsası kimi nəzərdən keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilənin bağlanmamasına baxmayaraq, sayğacın faktiki olaraq İddiaçı Süleyman oğluna məxsus yaşayış evinə verilən elektrik enerjisinin hesablanması üçün istifadə edilməsi və həmin sayğacdan İddiaçı tərəfindən istifadə olunması, həmçinin mülki işin materiallarına əlavə edilmiş videoyazıda elektrik sayğacından kənar xəttin iddiaçının yaşadığı fərdi yaşayış evinə getdiyinin görünməsi, o cümlədən bu qətnamənin 53-55-ci bəndlərində izah olunmuş digər hallar 18 iyul 2022-ci il tarixli 260070 nömrəli aktın və həmin akt əsasında hazırki iş üzrə İddiaçı Süleyman oğluna hesablanmış borcun qanuniliyini və beləcə də, hazırki iddia tələbinin əsassızlığını və təmin olunmasının mümkünsüzlüyünü təsdiq edir.
56. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(033)-796/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Süleyman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış elektrik borcunun silinməsi tələbinə dair iddiası rədd edilməlidir.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(033)-796/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Süleyman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış elektrik borcunun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədənkassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli Elçin Mehdiyev