Məhkəmə qərarları › İş №2(107)-359/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-359/2025

22.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-359/2025 22.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina, icraata xitam) X2 (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və X6 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (anası) X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, e-2(033)-51/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu X4 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 17 dekabr 2019-cu il tarixli 2V1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019cu il tarixli 2V1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi və miras qalmış əmlaklar üzərində vərəsələrin paylarının yenidən müəyyən edilərək miras qalmış əmlaklar üzərində onun payının 1/4 hissəsi olmasına dair və ya qeyd olunan şəhadətnamələrdə qismən dəyişiklik edilərək vərəsələrin sırasına onun da adının daxil edilməsi ona da digər vərəsələr olan Havva, Cəbrayıl və Maraqlı şəxs4larla birlikdə miras əmlaklardan bərabər hissədə pay verilməsinə, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin ləğvinə, həmin şəhadətnamələr əsasında və mirasın bağışlanmasına dair bağlanmış müqavilələr əsasında Dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və verilmiş çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, e-2(033)-51/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Ə.Məcidov - sədrlik edən və məruzəçi, M.Əsədli və E.Mehdiyev) 17 may 2023-cü il tarixli, 2(107)-498/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)- 498/2023 nömrəli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə) tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2(102)-30/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-498/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim G.Cavadova - sədrlik edən və məruzəçi, E.Hüseynov və R.Rəfiyev) 03 iyul 2024-cü il tarixli, 2(107)-514/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, e-2(033)-51/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli, 2(107)- 514/2024 nömrəli qətnaməsindən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs3 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(102)-3756/2024 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-514/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini bildirdi, iddiadan imtinanın təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5, İddiaçı iddia tələbindən imtinasının təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil1 İddiaçı iddia tələbindən imtinasının təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 384.0.5-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, e-2(033)-51/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 384, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası təsdiq edilsin. Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, e-2(033)-51/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar