Məhkəmə qərarları › İş №2(107)-362/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-362/2020

04.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-362/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili X10, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rəfael Ömər oğlunun iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsindən iddiaçı Diniyeva (Mustafayeva) Xanım Abdulhəmid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin(hаkim Tural Həsənov) xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı Seriya RX ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli çıxarışın ləğv edilməsi və Zaqatala rayonu 2 saylı Notariat Ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 4Ə-30 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı Diniyeva (Mustafayeva) Xanım Abdulhəmid qızı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu 2 saylı Notariat Ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 4Ə-30 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, ilk iddia tələbinə əlavə olaraq Cavabdeh1 adına verilmiş seriya RX ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli çıxarışın ləğv edilməsi və həmin 0,401 ha torpaq sahəsi üzərində Zaqatala Rayon Məhkəməsinin qətnaməsi üzrə X1 1/2 hissə payının tanınmasına dair DƏDRX-nin 18 saylı ərazi idarəsinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, ilk iddia tələbinə əlavə olaraq Cavabdeh1 adına verilmiş seriya RX ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ilə xx xxxxxx 1995-ci il tarixdə 16 nömrəli akt qeydi ilə Zaqatala rayon Danaçı kənd icra nümayəndəliyində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Ailələrinə Zaqatala rayon X8 1996 və 2003-cü il tarixli qərarları ilə Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı məhsulları təyinatlı və 0,20 ha həyətyanı təyinatlı torpaq sahələri verilmişdir. Həmin 0,82 ha torpaq sahəsindən yarısı 0,41 ha torpaq sahəsi 0,20 ha torpaq sahəsinə bitişik olduğundan aqrar islahat zamanı 0,61 ha şəklində, 0,4010 ha qalan torpaq sahəsi isə başqa yerdə yerləşdiyindən, o torpağın sənədi ayrıca tərtib olunmuşdur. 0,61 ha torpaq sahəsi 1996-cı ildə, 0,4010 ha torpaq sahəsi isə 2003-cü ildə birgə nikah dövründə verilmiş və hər iki torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bundan sonra onlar arasında bağlanmış nikah 2018ci ildə pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-984/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı məhsulları təyinatlı və 0,20 ha həyətyanı təyinatlı torpaq sahələri üzərində hər birinin payı bərabər, yəni 1/2 hissə müəyyən edilmişdir. Həmçinin Danaçı bələdiyyəsinin təqdim etdiyi arayışda da 0,20 hahəyətyanı, ona bitişik 0,41 ha bir yerdə, yəni 0,61 ha, digər 0,41 ha isə çöldə əkin torpağı olması qeyd edilmişdir. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh1 0,4010 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə sənəd almışdır. Cavabdeh1 Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 0,4010 ha hissəsini Zaqatala rayonu 2 saylı Notariat Ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 4Ə-30 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə digər Cavabdeh2 satmışdır. Həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X13 təqdim olunmuş elektron baza məlumatlarında Cavabdeh1 tək olduğundan A 227925 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınan zaman Cavabdeh1 adı xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda tək göstərilmişdir. Nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Hesab edir ki, Cavabdeh1 adına verilmiş seriya RX ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli çıxarış ləğv edilməli, Zaqatala rayonu 2 saylı Notariat Ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 4Ə-30 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsi təmin edilə bilməz. Belə ki, o İddiaçı ilə xx xxxxxx 1995-ci il tarixdə 16 nömrəli akt qeydi ilə Zaqatala rayon Danaçı kənd icra nümayəndəliyində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların arasında olan nikahları ləğv edilmişdir. İddiaçının iddiasından göründüyü kimi, iddiaçı Zaqatala rayon X8 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsasən mülkiyyətinə verilmiş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4010 ha torpaq sahəsini birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirir. Halbuki həmin torpaq sahəsi ona əvəzsiz olaraq pay kimi verilmişdir. O, da həmin torpaq sahəsini çıxarış almaqla adına xx xxxxxx 2018-ci il tarixdə rəsmiləşdirmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin torpaq sahəsini Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında satmışdır. Hazırda həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının iddiası əsassız olduğundan iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 18 saylı X11 nümayəndəsi Ömərov Rafael Ömər oğlu qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı, Cavabdeh2 və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpellyаsiyа şikаyətinin dəlilləri : İddiaçı аpellyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv оlunmаsını və iddianın rədd edilməsini xаhiş etmişdir. О, аpellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instаnsiyа məhkəməsi tərəfindən mаddi və prоsessuаl hüquq nоrmаlаrı pоzulmuşdur. Birinci instansiya məhkəməsi ona və keçmiş əri Cavabdeh1 birgə mülkiyyətinə 0,82 hektar kənd təsərrüfatı təyinatlı və 0,20 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)- 984/2018 nömrəli qətnaməsinin qüvvədə olmasına diqqət yetirməmiş, cavabdeh olan keçmiş ərinin qanunsuz olaraq birgə mülkiyyətlərində olan daşınmaz əmlakın alqı-satqı ilə başqa şəxsin adına rəsmiləşdirilməsini nəzərə almamışdır. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : İddiaçının vəkili və nümayəndəsi X12 apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək apelyasiya şikayətinin təmin edilməsini və iddiaçının tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rafael Ömər oğlu mübahisəli torpaq sahəsinin tərəflərin birgə mülkiyyətində olması barədə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-984/2018 nömrəli qətnaməsi hazırkı işdə mübahisələndirilən çıxarış verildikdən sonra təqdim edildiyindən təmsil etdiyi idarə 0,41 hektar torpaq sahəsinin yüklü olmadığına dair arayış vermişdir. O, qanunauyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə digər tərəflərə təkrar məlumat verilsə də, Zaqatala 2 saylı Notariat Kontorunun notariusu işinin çoxluğu ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini bildirmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş məhkəmə bildirişləri onlar Rusiya Federasiyasına köçdüklərindən təqdim edilə bilmədiyi bildirilmiş, iddiaçı məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işin baxılmasının təkrarən təxirə salınmasını məqsədəuyğun hesab etmir və digər tərəflərin iştirakı olmadan hazırkı işə baxılmsını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun hesab edir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-984/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı məhsulları təyinatlı və 0,20 ha həyətyanı təyinatlı torpaq sahələri üzərində hər birinin payı bərabər, yəni 1/2 hissə müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A227925 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Zaqatala rayon X8 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Zaqatala rayonu Danaçı kəndində 4010 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Dövlət Torpaq kadastr kitabında uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4010 ha kənd “təsərrüfatı təyinatlı torpaqları” kateqoriyalı torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən məhkəməyə göndərilmiş AN-İ seriyalı ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 Zaqatala rayon Danaçı kəndində yerləşən ümumi sahəsi 0,401 ha olan torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nın yanında DƏDRX-nin Zaqatala şəhər ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Satıcı daşınmaz əmlakı 1000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İşdə olan Zaqatala rayon Danaçı Bələdiyyəsinin 18 nömrəli xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Danaçı kənd sakini Cavabdeh1 Hüşən oğluna torpaq islahatı zamanı iki nəfər subyekt olmaqla özü və keçmiş həyat yoldaşı İddiaçı hər birinə 0,41 ha olmaqla cəmi 0,82 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bunun 0,20 ha hissəsi həyətyanı kimi, qalan 0,41 ha hissəsi isə pay torpaq sahəsi kimi və bundan əlavə 0,39 ha əkin sahəsindədir. İşdə olan Zaqatala rayon Danaçı Bələdiyyəsinin 172 nömrəli xx xxxx 2019-cu il tarixli arayışından görünür ki, Danaçı kənd sakini İddiaçı torpaq islahatı zamanı 0,41 ha torpaq sahəsi keçmiş həyat yoldaşı Cavabdeh1 aid təsərrüfatda verilmişdir. Bu təsərrüfatda cəmi 1,02 ha torpaq sahəsi vardır. Bundan 0,20 ha bir pay olmaqla 0,61 ha, digər payı 0,41 ha çöldə əkin sahəsindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,6124 ha kənd “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 1/2 hissə Cavabdeh1 və 1/2 hissə X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarxli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyekiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası iş materiallarında olan sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-984/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı məhsulları təyinatlı və 0,20 ha həyətyanı təyinatlı torpaq sahələri üzərində hər birinin payı bərabər, yəni 1/2 hissə müəyyən edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almasına baxmayaraq ƏMDKnın yanında DƏDRX-nin Zaqatala şəhər ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,4010 hektar torpaq sahəsi satıcıya məxsusdur. AN-İ seriyalı ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə satıcı Cavabdeh1 Zaqatala rayon Danaçı kəndində yerləşən ümumi sahəsi 0,401 ha olan torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 1000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.1995-ci il tarixdən rəsmi nikaha daxil olmasını və onların nikahlarının Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-190/2018 nömrəli qətnaməsi ilə pozulmasını, onların birgə nikahda olduqları müddətdə birgə mülkiyyətlərinə Zaqatala rayonu Danaçı kəndində 0,82 hektar pay torpaq sahəsi, 0,20 hektar həyətyanı torpaq sahəsinin verilməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)-984/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin həm 0,81 hektar pay torpaq sahəsi, həmdə 0,20 hektar həyətyanı torpaq sahəsi üzərində 2/1 payda mülkiyyət hüquqlarınn müəyyən edilməsi onu təsdiq edir ki, birgə mülkiyyətdən payın ayrılması və həmin daşınmaz əmlakın üçüncü şəxsə satılması ilə bağlı qanunvericiliyin müəyyən etdiyi proseduralara riayət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bununla yanaşı, iddiaçının keçmiş əri Cavabdeh1 iddiaçı ilə birgə mülkiyyət üzrə 2/1 payı müəyyən edilən 0,4010 hektar torpaq sahəsinin üçüncü şəxsə satılması ilə bağlı ilkin olaraq yuxarıda qeyd edildiyi kimi həmin torpaq sahəsinin naturada müəyyən edilməsi ilə bağlı MM-in 220-ci maddəsinin tələblərinə riayət edilməli, həmçinin satınalmaqda üstünlük hüququnun həyata keçirilməsinə qanunun verdiyi imkanı digər birgə mülkiyyətçiyə tanımalı idi. MM-in: 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə 0,4010 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsini bağlayan vaxt nikahları pozulsa da həmin daşınmaz əmlak üzərində digər şəxslərin hüquqlarının mövcudluğu ilə bağlı müvafiq məhkəmə qərarının olub-olmaması, ər-arvadın birgə mülkiyyətində olub-olmaması yoxlanılmalı idi. Bu fakt həmin vaxt Cavabdeh1 məlum idi. MM-in 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərancam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda bu əqd Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. MM-in 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddənin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Bu, həmçinin həmin Məcəllənin 325.3-cü maddəsində də öz əksini tapmışdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası MM-nin 337- 349-cu maddələrində təsbit edilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməsini belə əsaslandırmışdır ki, iddiaçı mübаhisəli torpaq sahəsinin birgə nikаh dövründə ər-arvadın ümumi gəliri əsasında əldə etdiyini israrlı şəkildə bildirsə də iddiа tələbinin bu hissəsi üzrə məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə məhkəmə tədqiqi zаmаnı həmin torpaq sahəsinin cavabdehin adına X8 Qərarı əsasında verildiyini təsdiq etmişdir. Sözügedən torpaq sahəsinin birgə mülkiyyət sаyılmаsı və bölünməsi üçün Аilə Məcəlləsinin tələbinə əsаsən оnlаrın nikаhı müddətində və ümumi gəlirləri hesаbınа əvəzli əldə оlunmаsı tələb оlunur. Bu şərtlərin isə heç biri оlmаmışdır. Mübаhisəli torpaq sahəsi ilə bağlı hər hansı sənədin cavabdehin adına verilməsinin оnlаrın birgə nikаh dövrünə təsаdüf etməsi isə iddiа tələbinin qаnuni əsаsının yаrаnmаsı üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Cavabdeh1 qeyd оlunаn torpaq sahəsi üzərində mülkiyyət hüququ ər-arvadın ümumi gəliri əsasında deyil, dövlət tərəfindən əvəzsiz olaraq verilməsi nəticəsində yaranmışdır. Bu isə birgə nikah dövründə əldə olunmuş əmlak kimi hesab olunmasınа əsаs оlа bilməz. Göründüyü kimi, mübаhisəli torpaq sahəsi nikаh dövründə ümumi gəlirlər əsasında əldə edilmədiyindən hər hаnsı bir fоrmаdа bölünə bilməz. Cаvаbdeh Cavabdeh1 isə haqlı olaraq ona X8 Qərarı ilə əvəzsiz olaraq verilən 0,4010 ha torpaq sahəsini öz adına çıxarış almaqla rəsmiləşdirmişdir. Bundan başqa, iddiaçı tərəf torpaq sahəsini birgə nikah dövründə əldə etdiklərini, lakin X8 qərarı ilə yalnız cavabdehin adına çıxarış verildiyini mübahisələndirsə də, çıxarışın verilməsinə əsas olan X8 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı qərarı mübahisələndirilərək ləğv edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır və qeyd edir ki, mübahisə predmeti olan 0,82 hektar torpaq sahəsinin 0,4010 hektar hissəsi üzərində iş üzrə iddiaçının və Cavabdeh1 birgə mülkiyyətni təsdiq edən Zaqatala Rayon Məhkəməsinin 2(033)-984/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə hazırda qüvvədədir. Bundan əlavə iş materiallarında olan qeyd edilən 0,82 hektar pay torpağı sahəsinin 0,41 hektar sahəsi tərəflərin birgə mülkiyyətində olan 0,20 həyətyanı torpaq sahəsinə bitişik olmaqla yəni cəmi 0,6124 hektar olmaqla həmin torpaq sahəsi üzərində iddiaçı Mustafayeva (Diniyeva) Xanım Abdulhəmid qızının və Cavabdeh1 2/1 payının müəyyən edilməsi barədə xx.xx.2019-cu il tarixdə ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-984/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə 0,4010 hektar torpaq sahəsi üzərində də iddiaçının və Cavabdeh1 2/1 payı müəyyən edilsə də, qeyd edilən torpaq sahəsinə dair qeyd edilən qətnamənin qəbulundan 2 ay sonra yəni xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Burdan da görünür ki, iddiaçının birgə mülkiyyət hüququ yalnız həyətyanı və ona bitişik olan torpaq sahəsinə yəni 0,61 hektar torpaq sahəsinə deyil, həmçinin əkin torpaq sahəsi olan 0,4010 hektar torpaq sahəsi üzərində də mövcud olmuşdur. Ona görə də qeyd edilən birgə mülkiyyətdə olan torpaq sahəsinin üçüncü şəxslərə satılması zamanı digər mülkiyyətçilərin, hüququ çatan şəxslərin hüquqları pozulmamalı və qanunvericiliyin tələblərinə riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak üzərində sərancam verilərkən, əmlaka birgə hüququ olan ərin (və ya) arvadın notariat qaydasında təsdiq olunmuş razılığı tələb olunur. Əks təqdirdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə əldə edən vicdanlı olsa belə, etibarsız hesab edilir. Göründüyü kimi, qanunverici ümumi birgə mülkiyyətdə olan mülkiyyətçinin mülkiyyət hüquqlarını birmənalı olaraq qoruduğundan, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada mübahisəli torpaq sahəsi üzərində iddiaçının da 2/1 pay hüququ olduğundan ƏMDK-nın yanında DƏDRX-nin Zaqatala şəhər ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə yalnız Cavabdeh1 verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsassız verildiyindən ləğv edilməli, AN-İ seriyalı ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə satıcı Cavabdeh1 Zaqatala rayon Danaçı kəndində yerləşən ümumi sahəsi 0,401 ha olan torpaq sahəsini alıcı Cavabdeh2 satarkən iddiaçının razılığı alınmadığından, həmçinin birgə mülkiyyətdən payın naturada ayrılması və üstünlük hüququnun təminatı üçün qanunvericiliyin tələbləri pozulduğundan həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edilən torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmiş Cavabdeh2 dəfələrlə məhkəməyə dəvət etsə də təqdim edilən ünvanda yaşamağı üçün məhkəməyə gəlmədiyindən mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 manat məbləğin ödənilməsi ilə bağlı halları araşdıra bilməmişdir. Ona görə də izah edilir ki, həmin şəxs müvafiq alqı-satqı müqaviləsi üçün ödədiyi məbləği məhkəmə qaydasında geri qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə kоllegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs hesab edərək bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilərək Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli çıxarış ləğv edilməli, Cavabdeh1lə Cavabdeh2 arasında 0,401 hektar torpaq sahəsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisində bağlanaraq təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 4Ə-30 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Diniyeva (Mustafayeva) Xanım Abdulhəmid qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli çıxarış ləğv edilsin, Cavabdeh1lə Cavabdeh2 arasında 0,401 hektar torpaq sahəsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisində bağalanaq təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 4Ə-30 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar