Məhkəmə qərarları › İş №2(107)-362/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-362/2023

05.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-362/2023 05.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)-1447/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. X8 ilə hazırki iş üzrə Cavabdeh arasında xx.xx.1985-ci ildə rəsmi nikah bağlanmış, Qəbələ Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli 2-12 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi X8 tərəfindən 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hazırki iş üzrə İddiaçı bağışlanmışdır. Həmin ev **********53-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ona AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeyd olunmuş Çıxarış verilmişdir. Hazırda İddiaçı 4000 (dörd min) manat kompensasiya ödəməsi şərtilə cavabdehin, onun ailə üzvləri ilə birlikdə, göstərilən ünvandan qeydiyyatdan çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışla mülkiyyəti olaraq tanınmış Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 172.06 kv metr sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna 3000 (üç min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmədə iclasında İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddiası üzrə 3500 (üç min beş yüz) manat kompensasiya ödəməklə cavabdehin ailə üzvləri ilə evində yaşamasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmədə iclasında İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddiası üzrə 4000 (dörd min) manat kompensasiya ödəməklə cavabdehin ailə üzvləri ilə evində yaşamasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən sahəsi 172.06 kv metr olan ev onun mülkiyyəti olaraq AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınaraq xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Hazırda onun mülkiyyətində olan evində cavabdehlər Cavabdeh və ailə üzvləri onun iradəsinə zidd olaraq qanunsuz yaşayırlar. Belə ki, ev onun mülkiyyətinə keçirdikdən sonra Qəbələ rayonu Mıxlıqovaq kənd icra nümayəndəsinə və Cavabdeh ailə üzvləri ilə birlikdə evdən 15 gün müddətinə çıxaraq evi ona təhfil vermələri barədə rəsmi məktub yazaraq xəbərdarlıq etmişdir. Lakin cavabdehlər evdə qanunsuz yaşamağa davam edirlər. Lakin o, Qəbələ rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh ailə üzvləri ilə birlikdə evdən məcburi çıxarılmasını tələb etsə də, hakim 10 sentyabr 2020-ci il tarixli 2(025)-700/2020 saylı qətnaməsi ilə istifadə hüquqlarını qeyd edərək evdən cavabdehləri çıxarmamış və cavabdehlərə kompensasiya təklif edilmədiyini bildirərək iddianı təmin etməmişdir. Hazırda o, mülkiyyətində olan evində yaşamaq, şəxsi mlkiyyətindən səmərəli istifadə etmək istəyir. Lakin cavabdehlər onun qanuni mülkünü zəbt edərək qanunsuz orada yaşamaqla evdən qanunsuz istifadə edirlər. Xəbərdarlıq edilmələrinə baxmayaraq evi boşaldaraq ona təhvil vermirlər, evdə qanunsuz, onun iradəsinə zidd olaraq yaşamağa davam edirlər. İddiada qaldıraraq evdən məcburi çıxarılmasını isə hakim qanunsuz olaraq təmin etməməklə qeyri-müəyyən müddətə cavabdehləri evdə saxlamaqla onun mülkiyyət hüququnu kobudcasına pozmuşdur. Cavabdeh və ailə üzvləri onun yaxın qohumu hesab edilə bilməz, həmin evin mülkiyyətçisi X8 evi cavabdehə bağışladığı və iddiaçının mülkiyyət hüququnu AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə almaqla tanıyaraq Çıxarış verdiyi gündən xitam verilmişdir, cavabdehlərin həmin evə qeydiyyatı yoxdur. O, bir mülkiyyətçi kimi öz evində yaşamaq, öz üzərində idarə, istifadə və sərəncam hüquqlarını öz istəyinə uyğun həyata keçirə bilmir. Ona görə cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Cavabdeh ailə üzvləri ilə birlikdə qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməklə şəxsi mülkiyyətində qeyri qanuni yaşamalarına xitam verilməsini iddia edir. Cavabdeh və ailə üzvlərinin mülkiyyətində JN 0161 serialı kod 40614018 olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində uzunluğu 20, eni 8 metr olan yardımçı sahə quraqlıq var ki, onun yanlarını daşla hörərək oradan ev kimi istifadə edə bilər. Bundan başqa cavabdehlərin mülkiyyətində pay torpaqları və Cavabdeh ata mülkündə onun və ailə üzvlərinin yaşaması üçün 170 kv metr şəraitli ev var ki, Soltanov Cavabdeh Göyçəklə ailə qurduqda sonuncunu gəlin kimi həmin evə gətirmişdir və 10 il həmin evdə birgə yaşamışlar. Hazırda həmin evdə Cavabdeh bacısı təkbaşına yaşayır və Soltanovun ailəsi ilə birlikdə həmin evdə yaşaması mümkündür. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi Mıxlıqovaq kənd ƏİN-nin Təsərrüfatbaşına kitabından çıxarışdan göründüyü kimi Cavabdeh 2000-ci ildə özünə sahəsi 42 kv metr olan yaşayış evi inşa etdiyi göstərilmişdir. Ümumi təsərrüfatlarında fındıq bağı olan çox gəlir götürürlər və bu pullarla özlərinin təminatlarını ödəyə bilirlər. Bundan başqa Cavabdeh müəllim işləyir, əmək haqqı alır və xəstəliyə görə pensiya alır ki, bu da ayda təxmini cəmi min manatdan çox pul edir, qızı S.Elnarə Qəbələ rayonunda işləyir, arvadı G.Soltanova xəstəliyə görə pensiya alır, oğlu müəllim və gəlini Qəbələ rayonu “KapitalBank”da işləyirlər. Ailənin bir aylıq gəliri onların yaşamalarına və özlərini evlə təmin etməyə imkan verir. Makler arayışından göründüyü kimi həmin kənddə yaşamaq üçün kirayə ev pulu 30 manat civarındadır. Soltanovun yaşamağa ata evi və Mıxlıqovaq kənd Ərazi icra nümayəndəliyinin 2011-2015-ci illərin Təsərrüfatbaşına kitabından 2000-ci ildə Cavabdeh yaşayış sahəsi 42 kv metr olan evi olması barədə çıxarışdan göründüyü kimi özünə məxsus şəxsi evi var. İddia ərizəsinə əlavə edilən xx.xx.2021-ci il tarixli fiziki şəxs tərəfindən verilmiş arayışdan göründüyü kimi Qəbələ rayonu Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı minimum 30 AZN civarındadır. Onun cavabdehlər tərəfindən zəbt edilməsi onun mülkiyyətindən istifadə hüququndan məhrum edir. Belə ki, o, evin mülkiyyətçisi olsa da, nə evdə yaşaya bilir, nə də digər faydalı xassələrindən istifadə edə bilir. O, mülkiyyəti üzərində həm də sərəncam vermək hüququndan məhrum edilir. Belə ki, evini nə sata (çünki zəbt edilmiş evi heç kim üçün maraqlı deyil), nə kirayə verə, nə də başqa qanuni məqsədlər üçün istifadə edə bilir. Onun isə maddi vəziyyəti ağırdır, aztəminatlı müəllimədir, arayışdan göründüyü kimi 255 manat minimum əmək haqqı qədər məvacib alır. Həmin əmək haqqıya banklar maksimum 3000 manat kredit verə bilirlər. Onun bankdan götürə biləcəyi 3000 (üç min) manat kredit civarında kompensasiya ödəməyə gücü çatır. Odur ki, evin qanuni mülkiyyətçisi kimi maddi vəziyyətini və cavabdehin yuxarıda göstərilən maddi imkanlarını və yaşayış evi olmasının nəzərə alınmasını xahiş edir.

6. xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçı əsassız olaraq hesab edir ki, qanunsuz əldə etdiyi çıxarış, ona əsas verir ki, onu və ailə üzvlərini, halal zəhməti ilə ərsəyə gətirdiyi ocağı, evini, həyətini onun “xəbərdarlığı” ilə, guya boşaldıb harasa köçməlidir. Bu, iddiaçının fərdi təxəyyülünün virtual məhsuludur. Bu barədə məhkəmə qərarı, yaxud, icra vərəqəsi mövcud deyil. Həmçinin, bildirir ki, ünvan üzrə evin bağışlanması üzrə iddiaçının müəmmalı əldə etdiyi sənədlərin mötbərliyinin və qanuniliyinin, həmçinin, bağışlama prosesinin hüquqi əsaslılığının hərtərəfli araşdırılması üzrə tədqiqlər davam edir. Bu məsələlərlə bağlı, artıq bir sıra əsaslı sübutlar əldə edilmişdir. Həmin sübutlar növbəti məhkəmə predmeti olacaqdır və əmindir ki, bu cinayət tərkibli əməllərlə qanunsuz “çıxarış”ın əldə edilməsində təqsirli bilinənlər ciddi cəzalandırılacaqlar. İddia ərizəsində iddiaçı Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-650/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, hüquqi qüvvəyə minmiş qətnaməsi ilə razılaşmaması barədə heç bir normativ hüquqi aktlara əsaslanmayan absurd mülahizələrini bildirir. İddiaçı məhkəmə qətnaməsində təsbit olunan qanunla əsaslandırılmış halları, öz düşüncə tərzinə uyğun təhrif edərək, hesab edir ki, o və ailə üzvləri, inşa və bərpa etdiyi və ona məxsus olan evi, guya, “zəbt” edərək, “qeyri-qanuni” yaşayır, qanunu pozur. Bu halda, iddiaçı onun tərəfindən hansı qanunun, hansı maddəsinin pozulduğunu konkret göstərə bilmir və öz mülahizələrinin hansı hüquq normalarına əsaslandığını izah edə bilmir. İddiaçının ona və ailə üzvlərinə qarşı “kompensasiya ödəməklə evdən çıxarılmağa dair” iddia ərizəsi əsasında Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamədə iddiaçı tərəfindən ona 7000 (yeddi min) manat ödənilməklə, onun və ailə üzvlərinin evdən çıxarılmasının mümkünlüyü barədə qeyd edilmişdir. Həmin qətnamədən onun və iddiaçı tərəfindən verilmiş qarşılıqlı apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə kollegiyası hesab etmişdir ki, “cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olduğu qənaətinə gəldiyi halda, qanunvericiliyin tələblərinə əsasən bu əsaslandırılmalı, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə ədalətli kompensasiya məbləği müəyyən edilməli və tərəflərin bu məbləğə olan münasibətləri aydınlaşdırılmalıdır. Mülki kollegiya iddiaçının cavabdehə təklif etdiyi 3000 manat məbləğdə kompensasiya verməsini ədalətli və ağlabatan hesab etməmişdir. İddia ərizəsində iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153 və 261 maddələrində təsbit olunan tələblərə zidd olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə təkrar iddia irəli sürərək, ünvan üzrə mübahisəli fərdi yaşayış evindən onun və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə görə 3000 manat kompensasiya ödəməyi təklif edir. Normal düşüncə tərzi ilə bu anlaşılmazdır. Hesab edir ki, bu hal iddiaçının ona və ailə üzvlərinə rahatlıq verməmək və psixoloji təsir göstərmək prinsipinə əsaslanan qərəzli təfəkkürün məhsuludur. Cavabdeh etdiyi haqsız və qanunsuz hərələtlərin, o cümlədən bağışlama əqdinin ciddi qanun pozuntusu ilə əldə etdiyini və bu qanunsuz hərəkətlərin müstəqil nəticəsi olaraq, sonda, istədiyini reallaşdıra bilməyəcəiyii yaxsı anladığından, mahiyyətcə absurd məzmunlu iddialarla məhkəmələrə müraciətlər etməyə üstünlük verir. İddia ərizəsində iddiaçı “Cavabdeh ailə üzvləri ilə birlikdə qanunvericliyə uyğun olaraq, kompensasiya ödənilməklə, şəxsi mülkiyyətində qeyri-qanuni yaşamalarına xitam verilməsini tələb edir”. İddiaçının “qanunvericiliyə uyğun” hesab etdiyi tələb, heç bir qanunvericiliyə və mənəvi dəyərlərə uyğun deyil. İddiaçı qanun müddəalarını musiqi ilə səhv salaraq, qanunvericiliyin tələblərini xəyalına uyğun “improvizasiya” edir. Bu hal, “Yersiz gəldi, yerli, qaç” kəlamı ilə və Azərbaycana aidiyyəti olmayan təcavüzkarların Qarabağda “yer mənim” siyasəti ilə analoji uyğunluq yaradır. İddia ərizəsində iddiaçı hesab edir ki, “Cavabdeh və onun ailə üzvləri iddiaçının yaxın qohumu sayıla bilməz”. Bu halda iddiaçının ona və övladlarına məxsus mülkiyyətə nə hüququ ola bilər? İddiaçı, qanunsuz əldə edilmiş, mənşəyi, hələlik tam məlum olmayan, “Çıxarış”a güvənərək, “mülkiyyətə qanundan kənar hüquqlarını” israrla bəyan edir. O, halal zəhməti ilə və öz əli ilə inşa və bərpa etdiyi evini, 40 ildən artıq qulluq etdiyi həyətyanı torpaq sahəsini iddiaçıya nə satmamışdır, nə də bağışlamamışdır. İddiaçı, bacısına, özünə məlum olan yollarla, ciddi təsir və təzyiq etməklə, onun doğma bacısının övladlarının böyüyüb boya-başa çatdığı və hazırda yaşadığı ata ocağına qanunsuz sahiblik iddiasındadır. İddia ərizəsində iddiaçı onun və ailə üzvlərinin işini, təsərrüfat fəaliyyətin, əldə edilən gəlirləri və s. üzrə davamlı olaraq “inventarlaşma və mühasibat” aparır, özünəməxsus düşüncə tərzi ilə absurd “məsləhətlər”i verir. Belə qənaətə gəlinir ki, iddiaçı tkiləcək evi də “əldə etmək” üçün yeni perspektiv hazırlayır. İddia ərizəsində iddiaçı mötəbərliyi şübhə doğuran və natamam şəkildə, naməlum fiziki şəxsdən alınmış xx.xx.2021-ci il tarixli “makler arayışı”na əsaslanaraq, hesab edir ki, “həmin kənddə normal yaşamaq üçün kirayə ev pulu 30 manat civarındadır”. İddiaçı, bu məzmunda absurd məlumatı son 2 (iki) ildə yazdığı bütün ərizələrində tirajlayır. Belə qənaətə gəlmək olar ki, iddiaçı Ağdaş şəhərində elə bir evdə yaşayır ki, evin aylıq qiyməti 30 manatdan da aşağıdır və bu səbəbdən o, Qəbələ rayonunda Mıxlıqovaq kəndində evə möhtacdır. Əks halda, 40 (qırx) il pedoqoji fəaliyyəti olan müəllimi və onun ailə üzvlərini öz doğma yurdundan haqsızlıqla didərgin salmağa çalışmaq və həmin mülkiyyətə qərəzliklə sahiblik iddiası ilə edilən bu hərəkətləri normal düşüncə təzri ilə anlamaq mümkünsüzdür. Onun 5 qız və 2 oğul övladı vardır. İddiaçı bilir ki, 4 övladı iddiaçının doğma bacısı ilə nikahdandır. İddia ərizəsində iddiaçı onun ailə təsərrüfatının “inventarlaşmasını” davam etdirərək, göstərir ki, Mıxlıqovaq kəndində 2000-ci ildə inşa edilmiş, sahəsi 42,0 kv.m olan ona aid 1 otaqlı yaşayış evi vardır. İddiaçı vərdişinə sadiq olaraq, məhkəməyə növbəti dəfə bilərəkdən yalan məlumatlar verir. Bu hal, iddiaçının mənəviyyat səviyyəsinin göstəricisidir. O, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır və hazırda onun adına fərdi yaşayış evi yoxdur. Bu hal, Mıxlıqovaq kənd inzibati ərazi dairəsindən verilmiş xx.xx.2022ci il tarixli arayışla təsdiq olunur. İddiaçının bütün qurumlara və hətta, məhkəməyə təqdim etdiyi sənədlərin əksəriyyəti müəmmalı qanunsuz yolla əldə edir və həmin saxkta sənədlərlə hərəkət edir. İddia ərizəsində qanunsuz yolla əldə etdiyi çıxarışla hələlik “saxta mülkiyyətçi” rolunda olan iddiaçı, faktiki ona məxsus olan evin “faydalı xassələrindən istifadə etmək”, “satmaq və yaxud kirayə vermək” kimi qərəzli xəyallarla yaşayır. İddia ərizəsində iddiaçı sadaladığı qanun müddəalarının, o cümlədən AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və ərizəyə köçürdüyü digər normativ hüquqi aktların mahiyyətini, hüquqi tətbiqinin əsaslığını və mümkünlüyünü tam anlamadan, hesab edir ki, qanunsuz yollarla başqasının mülkiyyətinə sahib olmaq, “faydalı xassələrindən istifadə etmək” mümkün olacaqdır. İddia ərizəsində maddi vəziyyətinin ağırlığından şikayətlənən iddiaçı, Qəbələ rayonunun Mıxlıqovağına elə ilişib ki, Ağdaş şəhərindəki 3 otaqlı evini, qiyməti 50000-60000 civarında olan, idarə etdiyi “Tayota” markalı maşını, gözəllik salonu adı altında işlədilən “obyektini”, icaryəyə verdiyi mağazalarını “inventarlaşdırmasını” unutmuşdur. Hesab edir ki, bu “obyektlrəin” siyahısı, iddiaçının onun mülkiyyətinə qarşı etdiyi kimi, qanunsuz hərəkətlər, şantaj və s. nəticəsində artır. Çünki, kamança çalmaqla, yaxud, bankdan kredit götürməklə, sadalanan əmlaklara sahib olmaq mümkünsüzdür. Bu məsələlərin ciddi araşdırılmasına zəruriyyət yaranmışdır. İddia ərizəsində iddiaçı, illər öncə onun yenidən ailə qurmasını, harada yaşadığını xatırlatmaqla, gizli istehza ilə həyat yoldaşı Göyçəyin adını çəkərək, ona və ailə üzvlərinə qarşı davamlı olaraq bacısının adından ərizələrlə müxtəlif orqanlara və iddia ərizələri ilə instansiya məhkəmələrinə müraciət etmişdir. Son 3 (üç) ildə iddiaçı, qanunsuz əldə etdiyi çıxarışdan istifadə edərək, artıq öz adından, absurd iddialarla məhkəmələrə müraciətlər edir. Hazırki iddia bundan əvvəlki iddiaların davamıdır. 1994-cü ildə iddiaçının bacısı ilə nikahın pozulduğu vaxtdan bu günə qədər, iddiaçının o zaman ona dediyi “sənə zülm edəcəyəm, sənə yaşamağa imkan verməyəcəyəm” sözə davamlı əməl etməklə, özünün dediyi kimi, “zövq alır”. Hesab edir ki, məhkəmə bu məsələnin əsl mahiyyəti ilə bağlı müvafiq hüquqi qənaətə gələcəkdir. Beləliklə, etiraz ərizəsində göstərilən əsaslarla iddia rədd edilməli və işə xitam verilməlidir.

7. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, eyni zamanda göstərdi ki, o, min bir əziyyətlə ev tikmiş, körpə uşaqlara baxmışdır. İddiaçı tərəf yalandan deyir ki, guya onun başqa yerdə evi var. Bu barədə arayış da təqdim etmişdir. Onun ata evi 1940-cı ildə müharibə vaxtı tikilən evdir və uçub dağılır. Ora da bacısının və qardaşının evidir, onun deyil. Onun bu evdən başqa yaşayacaq evi yoxdur. O, ikinci dəfə ailə qurmuş, ikinci ailəsindən də övladları var. İddiaçı tərəf də deyir evdən çıxmalıdır. Övladları dəfələrlə zəng ediblər ki, nəsə razılığa gəlsinlər. O, nə olsa da o evdən çıxmayacaqdır. Həbsə düşsə də, ölsə də çıxmayacaqdır. Ev onun torpaq sahəsinin 60 metr içərisində yerləşir, evi alsalar belə, yolu yoxdur. Ancaq qapını bağlayıb gedə bilərlər. Yol yeri ilə bağlı məhkəmə olub və yol yeri də verilməmişdir. 1986-cı ildə birgə nikah dövründə həmin torpaq sahəsini almışlar. 1992-ci ildə keçmiş hıyat yoldaşı getmiş, 1993-cü ildə evi tikməyə başlamışdır. 1994-cü ildə də rəsmi şəkildə nikahları pozulmuşdur. Evin altındakı torpaq onun olsa da, bələdiyyə torpağı kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edir.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X8 ilə Cavabdeh arasında xx.xx.1985-ci ildə rəsmi nikah bağlanmış, Qəbələ Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli 2-12 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi X8 tərəfindən 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır. Həmin ev **********53-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ona AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeyd olunmuş Çıxarış verilmişdir. Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin evə istifadə hüquqları vardır. Hazırda İddiaçı 4000 (dörd min) manat kompensasiya ödəməsi şərtilə cavabdehin, onun ailə üzvləri ilə birlikdə, göstərilən ünvandan qeydiyyatdan çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini, İddiaçı adına verilmiş Çıxarışın qanunsuz yollarlarla verildiyini, həmçinin 4000 (dörd min) manat kompensasiya məbləği ilə razı olmadığını bildirir

10. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh və onun ailə üzvlərinə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir.

11. Bundan başqa, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

12. Beləliklə, cavabdehin mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Bu səbəbdən, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə cavabdehin həmin hüququna yalnız tərəflərin razılaşması ilə və ya belə razılaşma olmadıqda, məhkəmə qaydasında cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

13. İddiaçı cavabdehin bu hüququna xitam verilməsi üçün sonuncuya 4000 manat məbləğində kompensasiya verilməsini təklif etmişdir

14. Sadalanan məsələlər, yəni iddiaçının cavabdehin və onun ailə üzvlərinin mübahisəli fərdi yaşayış evində olan istifadə hüquqlarının qarşılığında hansı məbləği təklif etməsi araşdırılmış və iddiaçı ilkin olaraq bu hüququn xitam verilməsi qarşılığında cavabdehə 3000 manat kompensasiya təkilf etsədə, sonradan bu məbləğin yekun olaraq 4000 manat məbəğində təklif etmişdir, öz növbəsində cavabdeh bu məbləğlə razı olmadığını bildirmişdir. Bu baxımdan da məhkəmə göstərilən halların hazırkı işə təsirinin xüsusi əhəmiyyət daşıdığını qəbul edərək, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri saymışdır.

15. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir.

16. Göstərilən müddəaya əsasən məhkəmə hazırki iş üzrə iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməsini və təklif olunan kompensasiya məbləğini (4000 manatı) yetərli saymışdır.

17. Təklif olunan 4000 manat kompensasiya məbləğinə münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. MM-in 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

18. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

19. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir.

20. İşdə olan və İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı maksimum 30 manat təşkil edir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, cavabdeh Mıxlıqovaq kəndində bir ev üçün kirayə haqqının 30 (otuz) manat olması ilə razılaşmasa da, bunun əksini sübut edən halları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Qəbələ rayonunun turizm zonası olması və turizm zonalarında qiymətlərin digər zonalarla müqayisədə kifayət qədər yüksək olması hamıya məlum olan hal olsa da, Mıxlıqovaq kəndi rayonun turizm zonasından kənarda yerləşir və həmin kənddə turizm obyektləri və s. fəaliyyət göstərilmir. Bu səbəbdən məhkəmə Qəbələ rayonu Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı maksimum 30 manat təşkil etməsini inandırıcı hesab edir. Bundan başqa işdə olan mübahisəli fərdi yaşayış evi ilə bağlı qiymətləndirmə rəyinə münasibət bildirən məhkəmə hesab edir ki, mübahisəli evin dəyərinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən 16500 manat təşkil etməsi inandırıcıdır. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-609/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, məhkəmə tərəfindən Cavabdeh vəsatəti əsasında “əmlakın qiymətləndirilməsi ekspertizası” təyin edilmiş və “X10” MMC-nin 09 dekabr 2021ci il tarixli, 021-24/QRM nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən sənəd üzrə 53.6 kv.m faktiki 132 kv.m sahədən ibrarət yarım təmirli fərdi yaşayış evinin real bazar qiymətinin 16.500 manat təşkil etməsi müəyyən edilmişdir. Qəbələ rayon məhkəməsinin sözügedən qətnaməsindən həm İddiaçı, həm də Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, lakin tərəflər heç biri “X10” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli ekspert rəyini mübahisələndirməmişlər. Eyni zamanda ekspertiza keçirilməsindən bir il müddət keçmiş və əmlakın dəyərinin artması və yaxud azalması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mübahisəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə “X14”nin 05 dekabr 2022-ci il tarixli, 220 nömrəli rəyi isə cavabdehin istəyi ilə qiymətləndirilmişdir. Bu hal da həmin rəyin cavabdehin mənfəətinə uyğun verilməsini istisna etmir və məhkəmə həmin rəyə tənqidi yanaşır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, həm “X10” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli rəyi, həm də “X14”nin 05 dekabr 2022-ci il tarixli, 220 nömrəli rəylərinin verilməsində, başqa sözlə fərdi yaşayış evinə baxış keçirilməsində yalnız Cavabdeh iştirak etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. (Mülki Məcəllənin 228-ci maddəsinin və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uğyunluğunun yoxlanmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlar) Qeyd edilən əsaslara görə, məhkəmə kompensasiya məbləğinin 4000 manat müəyyənləşdirilməsini məqsədə müvafiq hesab etmişdir.

21. Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)-1447/2022 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin olunmuş, İddiaçı tərəfindən Cavabdeh 4.000 (dörd min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158 və 228-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

23. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır.

24. İşdə olan 17 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı sorğusuna əsasən bildirilmişdir ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı maksimum 30 (otuz) manat məbləğindədir.

25. İşdə olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X20 İdarəsi tərəfindən verilmiş 21sentyabr 2022-ci il tarixli, 393 saylı arayışdan görünür ki, həqiqətən X1 Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Ləki qəsəbə Uşaq Musiqi Məktəbində əsas iş yeri olaraq müəllim vəzifəsində işləyir. Hal-hazırda əsas iş yerində iyun ayı üçün ələ çatan nağd əmək haqqısı 300,61 (üç yüz manat altmış bir qəpik) təşkil edir.

26. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-609/2021 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X6, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

27. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsi ilk iddianın təmin olunmasına münasibətdə ləğv edilməsi, iş üzrə ilk iddiaya münasibətdə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)- 609/2021 nömrəli qətnaməsinin “qarşılıqlı iddianın təmin olunmamasına” münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 598 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh adına 2011-2015-ci illər üçün nəzərdə tutulmuş təsərrüfat kitabında qeyd edilən 2000-ci ildə tikilmiş yaşayış sahəsi 42 kv.m olan fərdi yaşayış evi yoxdur. Vətəndaş ailə üzvləri ilə birlikdə hal-hazırda Qəbələ rayon Mıxlıqovaq kəndində əsası 1992-ci ildə Cavabdeh tərəfindən qoyulmuş fərdi yaşayış evində yaşayır. Daşınmaz Əmlakın Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən həmin fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

29. İşdə olan “X14”nin 05 dekabr 2022-ci il tarixli, 220 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən sənəd üzrə 53.6 kv.m faktiki 132 kv.m sahədən ibrarət yarım təmirli fərdi yaşayış evinin real bazar qiyməti 32.600 manat təşkil edir.

30. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-609/2021 nömrəli qətnaməsinə əsasən müəyyən olunur: 1. “X10” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən sənəd üzrə 53.6 kv.m faktiki 132 kv.m sahədən ibrarət yarım təmirli fərdi yaşayış evinin real bazar qiyməti 16.500 manat təşkil edir. 2. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondu PHŞ 14 Saylı Regional Ərazi filialı tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, Cavabdeh filialdan 259.78 manat manat məbləğində əmək pensiyası alır. 3. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Qəbələ Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 4.1.20-2021-89 saylı məktubdan görünür ki, X2 Regional “ASAN xidmət” mərkəzində könüllü kimi xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fəaliyyət göstərmişdir, hazırda Qəbələ Regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərmir. 4. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayonu, Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 601 saylı məktubdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatda olan Cavabdeh torpaq islahatı zamanı X28 komissiyasının qərarı ilə beş nəfər ailə üzvü ilə birlikdə 1.03 ha pay torpağı hesablanmışdır və hal-hazırda istifadəsindədir. Bağ sahəsində findıq və digər meyvə ağacları mövcuddur. Təsərrüfatında mal-qara yoxdur. Vətəndaşın adına beş nəfər ailə üzvü ilə birlikdə 0.08 ha həyətyanı sahə hesablanmışdır. Cavabdeh oğıunun ata evi nümayəndəliyin təsərrüfatbaşına kitablarında ümumi sahəsi 60 kv.m və yaşayış sahəsi 40 kv.m olan evdə 3 nəfər qeydiyyatda olmaqla hal- hazırda həmin evdə X9 yaşayır. Cavabdeh təsərrüfatından gələn illik gəlirin hesablanması müəyyənləşdirilə bilmədi. 5. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, 419 saylı məktubdan görünür ki, Cavabdeh həqiqətən Qəbələ rayon Mıxlıqovaq kənd tam orta məktəbində müəllim işləyir və ona 2020-2021-ci tədris ili dövründə aylar üzrə hesablanılmış əmək haqqı aşağıdakı qaydadadır. Cəmi: 9531,75 (doqquz min beş yüz otuz bir manat 75 qəpik) manat, o cümlədən, orta aylıq əmək haqqı 794.31 (yeddi yüz doxsan dörd manat 31 qəpik) manat təşkil edir.

31. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

32. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işinə baxılarkən bir sıra hüquq normaları pozulmuşdur. Belə ki 22 dekabr 2021-ci il tarixdə İş № 2(025)-609/2021 saylı işi üzrə X29 təxminən buna bənzər eyni məzmunlu qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 2(107)-650/2022 saylı qərarı ilə ləğv edilmişdir. Hətda həmin qətnamədə ona ödənilməli olan kompensasiyanın məbləği 7000 azn nəzərdə tutulmuşdur və o, o zaman da buna etiraz etmişdir.

33. İddiaçının əlində olan dövlət reystrdən çıxarış saxta yollarla əldə edilmişdir. Belə ki, 1992-ci ildə inşasına başladığı 172.06 kv.metr olan evini saxta yolla 2019-cu ildə ələ keçirən keçmiş həyat yoldaşının bacısı İddiaçı əlində olan çıxarışda yaranmış mülkiyyət hüququ onun keçmiş həyat yoldaşı X8 ilə nikahlarına xitam verilərkən birgə nikah dövründə əldə edilmiş əmlakın yarı bölünməsindən meydana çıxmışdır. Yəni onlar ayrılarkən əmlakın yarısı X8, yarısı isə ona qalmışdır. O, keçmiş həyat yoldaşı X4 ayrıldıqdan sonra ona əmlakın ona düşən hissəsinin dəyəri olan məbləği ödəmişdir. Lakin heç bir rəsmiləşdirmə aparmamışdır. Daha sonra isə 2019-cu ildə İddiaçı saxta arayış və müvafiq sənədlər tərtib etməklə Göyçay rayon Notariat kontorunda bacısına düşmüş əmlakı tam şəkildə öz adına rəsmiləşdirmişdir. Saxtakarlığın bir sübutu kimi onu da göstərir ki, ona pay torpağı kimi düşmüş torpaq sahəsinin ev yerləşən hissəsi yəni evin altı qədər hissəsi bələdiyyə torpağı kimi göstərilmişdir. O, məhkəməyə müvafiq arayışlar təqdim etməyinə baxmayaraq işi aparan hakim təqdim etdiyi sənədlərə münasibət bildirməmiş və işi araşdırmadan yekunlaşdırmışdır.

34. O xahiş etmişdir ki, özünüz mütəxəsis dəvət edin ki, hər ikimiz sonda qiymətləndirmədən razı qalaq. Lakin hakim razı olmamışdır. Məhkəmə iclasından bir neçə gün sonra o, 14 noyabr 2022-ci il tarixdə vəsatətlə yazılı şəkildə məhkəməyə müraciət etmişdir. Hakim növbəti məhkəmə iclasında israrla ona evi qiymətləndirmək üçün ekspertizaya müraciət etməyi tapşırmışdır. O da ekspertizaya müraciət etmişdir. Ev 32.600 manat dəyərində qiymətləndirilib. Lakin Hakim sonda ekspertizyanın qiymətləndirilməsini yox, iddiaçının istəyini yerinə yetirmişdir. Bu da hakimin ədalətsiz mövqeyindən irəli gəlir. Həmçinin, hakim qərar verərkən kompensasiya məbləğinin haradan yaranmasına və niyə məhz 4000 azn həddində müəyyən edilməsinə heç bir aydınlıq gətirməmişdir.

35. O cümlədən, o, 1992-ci ildən indiyə kimi həmin evin üzərində yaxşılaşdırma və bərpa işləri aparmışdır. Yəni əmlakın bu günkü vəziyyətdə olması üçün kifayət qədər ağla batan xərc çəkmişdir. Keçirilmiş bütün qiymətləndirmə və ekspertizalarda da əmlak üzərində aparılmış abadlaşdırma və təmir işləri öz əksini tapmışdır. Lakin məhkəmə zamanı bunların heç biri nəzərə alınmamış sadəcə iddiaçının qeyri peşəkar şəxs tərəfindən təqdim etdiyi aylıq kirayə haqqının 30.00 azn olmasına dair arayışla 4000 azn kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.

36. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyev tərəfindən çıxarılmış 14.12.202-ci il tarixli İş № 2(025)-1447/2022 saylı qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

39. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022ci il tarixli 2(025)-1447/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları: “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)- 1447/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır.

46. Bu qətnamənin 1-ci bəndində göstərilənlər, həmçinin Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının olması və iddiaçının cavabdehlə hər hansı bir qohumluq əlaqəsinə malik olmamaqla, sadəcə mənzili yüklü şəkildə alan şəxs olması işin mübahisəsiz halları olaraq qəbul edilmişdir.

47. Tərəflər arasında cavabdehin evdən istifadə hüququna xitam verilməsi, habelə kompensasiyanın məbləği ilə bağlı hər hansı razılaşma yoxdur, əksinə hazırda tərəflər biribirinə qarşı barışmaz mövqedədirlər. Belə olan halda qanunun mənasına görə tərəflərin mübahisəli evdə birgə yaşamaları qeyri-mümkündür və cavabdehin həmin evə olan istifadə hüququna evin mülkiyyətçisinin, yəni iddiaçının hazırki tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.

48. İşin materiallarında olan və bu qətnamənin 26-27-ci bəndlərində göstərilən məhkəmə qətnamələrindən müəyyən olunur ki, İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışla onun mülkiyyəti olaraq tanınmış Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən 172.06 kv.m sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Soltanov X3 Səidə Dursun qızına qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinin rədd edilməsi, **********53-10301 saylı əmlakla bağlı xx.xx.2019-cil il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş **********053-13301 saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 22 dekabr 2021-ci il tarixli, 2(025)- 609/2021 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053- 10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(107)-650/2022 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsi ilk iddianın təmin olunmasına münasibətdə ləğv edilmiş, iş üzrə ilk iddiaya münasibətdə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsi “qarşılıqlı iddianın təmin olunmamasına” münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

49. Hazırki halda iddiaçı xx.xx.2019-cu il tarixli **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evindən istifadə hüququna görə cavabdehə 4.000 manat kompensasiya təklif etmişdir. Cavabdeh isə iddia ilə razılaşmır və mübahisəli evin üzərində yaxşılaşdırma və bərpa işləri apardığını, həmçinin iddiaçının əlində olan dövlət reystrindən çıxarışın saxta yollarla əldə edildiyini göstərib, iddiaya etiraz etmiş və həmin məzmunlu apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 35-ci bəndində göstərilmiş dəlilləri ilə razılaşmır və hesab edir ki, onun bu dəlilləri ayrıca məhkəmə baxışının predmeti ola bilər, lakin ev bütövlükdə mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığı və iddia yalnız cavabdehə qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə olduğundan onun bu dəlilləri əsaslı sayıla bilməz. Cavabdehin apellyasiya şikayətində bu qətnamənin 33-cü bəndində göstərilmiş dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu qətnamənin 48-ci bəndindən göründüyü kimi, Cavabdeh İddiaçı qarşı mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş **********053-13301 saylı Çıxarışın ləğv edilməsi barədə (qarşılıqlı) iddiası olmuş, həmin (qarşılıqlı) iddiaya baxılmaqla Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(107)-650/2022 saylı qətnaməsi ilə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, apellyatorun həmin dəlilləri məhkəmə qətnaməsi ilə təkzib edilmişdir və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

50. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunub. Digər tərəfdən, Şəki Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(107)- 650/2022 saylı qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, mübahisələndirilən qətnamənin məzmunundan müəyyən olunur ki, birinci instnasiya məhkəməsi iddiaçı tərəfə kompensasiyanın məbləği barədə təklif etməmiş, öz mövqeyinə əsaslanaraq ödənilməli məbləğin 7000 manat olması qənaətinə gəlmişdir. Halbuki bu məbləğlə nə iddiaçı, nə də ki cavabdeh razıdır. Birinci tərəf kompensasiya məbləğinin çoxluğundan, ikinci tərəf isə azlığından şikayət etmişdir. İddiaçı tərəf nə qətnamədə qeyd olunmuş 7000 manat məbləği ödəmək istəmiş, nə də ki, təklif etdyi 3000 manat məbləği artırmaq istəmişdir. Həmin iş üzrə göstərilən əsaslara görə məhkəmə kollegiyası tərəfindən qətnamə ilk iddianın təmin olunmasına münasibətdə ləğv edilmiş və ilk iddia tələbi təmin edilməmişdir.

51. Hazırki iş üzrə Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyini əsas tutmaqla, məhkəmə kollegiyası 7.000 manat kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir. Yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Eyni zamanda, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Hazırki iş üzrə məhkəmə kollegiyası cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, kompensasiyanın məbləğinin 7.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla iddia tələbinin 4000 manata münasibətdə təmin olunmasını tələb etmişdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

52. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində Cavabdeh və ailə üzvlərinin 4000 (dörd min) manat kompensasiya ödənilməklə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 172.06 kv metr sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin iddia təmin edilmiş, bu zaman iddia tələbindəki “ailə üzvləri”nin konkret olaraq kimləri ehtiva etdiyi aydınlaşdırılmamışdır. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi və iddiaçının da cavabdehin ailə üzvlərinin həmin şəxslər olması ilə razılaşdığı Qəbələ rayon Mıxlıqovaq kənd İƏD tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 173 nömrəli arayışdan Cavabdeh ailə üzvlərinin arvadı X18, qızları X12 və X7, oğlu X15 olduğu görünür. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi bu qətnamə ilə ləğv edildiyindən iddia tələbinin həmin hissədə baxılmamış saxlanılmasına olan zərurət aradan qalxmışdır. Birinci instansiya məhkəməsi yekunda iş üzrə düzgün nəticəyə gəlməsə də, işə iddia tələbi həcmində baxmaqda haqlı olmuşdur. Belə ki, iddiaçı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi üçün 4000 manat kompensasiyanı təkcə Cavabdeh deyil, ona ailə üzvləri ilə birlikdə vermək istəmişdir.

53. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə apellyatorun apellyasiya şikayətinin tələb hissəsində yalnız Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyev tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli İş № 2(025)-1447/2022 saylı qətnamənin ləğv edilməsini xahiş etməsinə və hazırki qətnamə ilə Qəbələ Rayon Məhkəməsinin 14.12.202-ci il tarixli 2(025)-1447/2022 saylı qətnaməsinin ləğv olunması nəticəsinə gəlinməsinə baxmayaraq, bu qətnamənin 49-cu bəndindən göründüyü kimi, apellyasiya şikayətinin əsassız hesab edilən dəlilləri də mövcuddur. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin tam təmin edilməsini məqsədəuyğun hesab etmir.

54. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)-1447/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququna 4000 manat kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası rədd edilməlidir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)-1447/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehin ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən istifadə hüququna 4000 manat kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar