Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-369/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “debitor borcunun ödənilməsi öhdəliyindən azad olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: debitor borcunun ödənilməsi, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “debitor borcunun ödənilməsi öhdəliyindən azad olunması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(046)-1548/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh İB-nə qarşı X1 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış borcuna görə məndən tutulmuş 22 manat məbləğin Cavabdehndən alınıb mənə ödənilməsi və X1 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış 552 manat borcunun ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən və məcburi köçkünlər üçün inşa olunmuş beş mərtəbəli yaşayış binasında məskunlaşmışdır. Əvvələr valideynlərinə məxsus olan və məcburi köçkünlər üçün inşa olunmuş binada 16 nömrəli mənzildə yaşamışdır. Sonradan yaşadığı mənzil darısqal olduğu üçün Azərbaycan Respublikasının Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsi tərəfindən ona həmin binada yerləşən 29 nömrəli mənzil yaşayış sahəsi kimi verilmişdir. Yaşayış sahəsinin verilməsi ilə bağlı Komitə ilə aramızda 25 fevral 2022-ci il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Göstərilən mənzildən 3 nəfər ailə üzvü ilə birgə 2021-ci ilin oktyabr ayından istifadə edirik. Mənzilə köçdükdən sonra mənzilin elektrik və təbii qaz sayğacı yeni abonent qismində onun adına qeydə alınmışdır. Mənzilə köçdükdən sonra ona məlum olmuşdur ki, mənzilin əvvəlki istifadəçisi olmuş mərhum Sabah Mustafayevanın təbii qazdan istifadəyə görə 600 manat yuxarı borcu mövcuddur. Həmin borc əsassız olaraq ona hesablanmış və Cavabdeh Ağsu X13 İdarəsinin ünvanlanmış məktubunda 25 may 2022-ci il tarixə mənə 546.42 manat debitor borcunuzun olması qeyd edilmişdir. Hesab edirəm ki, təbii qaz sərfıyyatına görə 546.42 manat məbləğində debitor borc ona qanunsuz hesablanmışdır. Hər ay istifadə etdiyim təbii qazdan savayı mənzilin əvvəlki istifadəçisindən qalmış borca görə ondan ödənişlər “smart kart” vasitəsi ilə tutulur. Belə ki, həmin mənzildə 2021 -ci ilin oktyabr ayından yaşamağa və təbii qazdan istifadə etməyə başlamışdır. Təbii qazdan istifadəyə görə ona hesablanmış borc mərhum S.Mustafayevanın dövründə yaranmışdır. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir.. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(046)-1548/2022 saylı (sədrlik edən hakim İ.Fəttahov) qətnaməsi ilə iddia təmin edilmiş, X2 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış borcuna görə iddiaçıdan tutulmuş 22 manat məbləğin Cavabdehndən alınıb İddiaçı verilməsi, X1 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış 552 manat qaz pulu borcunun ödənilməsi öhdəliyindən İddiaçı azad olunması, qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Göyçay 80 ailəlik yaşayış binası, bina 1, mənzil 29, 1 otaqlı mənzildə xx.xx.2021-ci il tarixədək X5 yaşamış, yaşadığı müddət ərzində komunal xərclər ödəmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilə dair İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında qazın verilişi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə bağlanılarkən iddiaçı həmin mənzilə dair X1 istifadə etdiyi qaz pulu borcunun abonent koduna vurulmağı ilə bağlı cavabdeh qarşısında öhdəlik götürmüşdür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı abonent koduna hesablanmış 552 manat qaz pulu borcunu əsassız hesab edir, buna görə də həmin pulun ödəmək öhdəliyindən azad olmağını xahiş etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, Göyçay 80 ailəlik yaşayış binası bina 1, mənzil 29, 1 otaqlı mənzildə xx.xx.2021-ci il tarixədək X5 yaşamış, yaşadığı müddət ərzində komunal xərclər ödəmişdir. X5xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilə dair İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında qazın verilişi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə bağlanılarkən iddiaçı həmin mənzilə dair X1 istifadə etdiyi qaz pulu borcunun abonent koduna vurulmağı ilə bağlı cavabdeh qarşısında öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının cavabdeh qarşısında müqaviləyə əsasən qaz pulu borcunun ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlik xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. X1 qazdan istifadəyə görə yaranmış borcun, qohumluq əlaqəsi olmayan şəxs yəni iddiaçı tərəfindən ödənilməsi iddiaçının qanunla qorunan mənafeylərinə ziddir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, X2 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış borcuna görə məndən tutulmuş 22 manat məbləğin Cavabdehndən alınıb İddiaçı verilməli və X1 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış 552 manat borcunun ödənilməsi öhdəliyindən azad olunmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixdə Kürdəmir Asan Xidmət Mərkəzinə ərizə ilə müraciət edərək ünvan 4 ünvanında yerləşən və ona “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsi” əsasında verilmiş mənzildə qaz hesabının həmin mənzildə əvvəllər yaşamış Sabah Mustafayeva adlı şəxsin adından onun adına keçirilməsini xahiş etmişdir. Bu zaman onunla Ağsu RQİİ-nin Müştəri Xidməti şöbəsinin mühəndisi Cavanşir İsrayılov arasında xx.xx.2022-ci il tarixli “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolu imzalanmışdır. Həmin protokolda İddiaçı Sabah Mustafayeva adlı şəxsin **********00000 nömrəli abonent kodunun onun adına keçirilməsinə etiraz etmədiyini və həmin hesab kodunda olan 552.00 (beş yüz əlli iki) manat 00 qəpik debitor borcu qəbul etməklə ödənişinə zəmanət verərək öhdəlik götürmüşdür. Bundan sonra İddiaçı ilə “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-03881xx/xx-2022 saylı, xx.xx.2022-ci il tarixli Müqavilə imzalanmış, Ağsu X13ı Xidmətinin Göyçay Xidmət sahəsinin abonent bazasındakı Sabah Mustafayeva adlı şəxsin **********00000 nömrəli abonent kodu İddiaçı adına keçirilmiş, həmçinin də abonent kodundakı 552.00 (beş yüz əlli iki) manat 00 qəpik debitor borc da onun adına işlənmişdir. Ağsu X13ı Xidmətinin Göyçay Xidmət sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı mənzilə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı tərtib edilmiş “Baxış Aktı” nda həmin ünvanda əvvəllər mərhumə X2 yaşadığı, mənzildə G-4 markalı SMART Gallus tipli smartkart qaz sayğacının olduğu və həmin qaz sayğacında xx.xx.2020-ci il tarixədək 591 manat məbləğində debitor borcun olduğu, halhazırda isə həmin mənzildə xx.xx.2022-ci il tarixli, 1/29 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsi” əsasında İddiaçı yaşadığı göstərilmişdir. İddiaçı və əvvəllər həmin mənzildə yaşamış abonent mərhumə X4 heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamış, iddia edilən məbləğ onun yaşadığı mənzildə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir, abonentin (iddiaçının) özü tərəfindən ödənilməlidir. İddiaçı əvvəl həmin mənzildə yaşamış abonent mərhumə X2 mənzilində istifadə edilmiş təbii qazın dəyərini tam ödəmədiyi onun **********00000 nömrəli abonent saldosundan da görünür. İddiaçı abonent kodundan silinməsi qət edilmiş məbləğ onun yaşadığı mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi qanunsuz qətnamə çıxararaq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Baxmayaraq ki, iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır, lakin sonda birinci instansiya məhkəməsi yenə də əsassız bir qətnamə çıxarmışdır. Göründüyü kimi qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuş dur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1548/2022 saylı qətnaməsi ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməsini Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1548/2022 saylı qətnaməsi ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabineti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçılarınsayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1548/2022 saylı qətnaməsi ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(046)-1548/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Göyçay 80 ailəlik yaşayış binası, bina 1, mənzil 29, 1 otaqlı mənzildə xx.xx.2021-ci il tarixədək X5 yaşamış, yaşadığı müddət ərzində komunal xərclər ödəmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilə dair İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında qazın verilişi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə bağlanılarkən iddiaçı həmin mənzilə dair X1 istifadə etdiyi qaz pulu borcunun abonent koduna vurulmağı ilə bağlı cavabdeh qarşısında öhdəlik götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, Göyçay 80 ailəlik yaşayış binası, bina 1, mənzil 29, 1 otaqlı mənzildə xx.xx.2021-ci il tarixədək X5 yaşamış, yaşadığı müddət ərzində komunal xərclər ödəmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilə dair İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında qazın verilişi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə bağlanılarkən iddiaçı həmin mənzilə dair X1 istifadə etdiyi qaz pulu borcunun abonent koduna vurulmağı ilə bağlı cavabdeh qarşısında öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə iddiaçının cavabdeh qarşısında müqaviləyə əsasən qaz pulu borcunun ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlik xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. X1 qazdan istifadəyə görə yaranmış borcun, qohumluq əlaqəsi olmayan şəxs yəni iddiaçı tərəfindən ödənilməsi iddiaçının qanunla qorunan mənafeylərinə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, kollegiya qeyd edir ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixdə Kürdəmir Asan Xidmət Mərkəzinə ərizə ilə müraciət edərək ünvan 4 ünvanında yerləşən və ona “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsi” əsasında verilmiş mənzildə qaz hesabının həmin mənzildə əvvəllər yaşamış Sabah Mustafayeva adlı şəxsin adından onun adına keçirilməsini xahiş etmişdir. Ağsu RQİİ-nin Müştəri Xidməti şöbəsinin mühəndisi Cavanşir İsrayılov arasında xx.xx.2022-ci il tarixli “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolu imzalanmışdır. Həmin protokolda İddiaçı Sabah Mustafayeva adlı şəxsin **********00000 nömrəli abonent kodunun onun adına keçirilməsinə etiraz etmədiyini və həmin hesab kodunda olan 552.00 (beş yüz əlli iki) manat 00 qəpik debitor borcu qəbul etməklə ödənişinə zəmanət verərək öhdəlik götürmüşdür. Bundan sonra İddiaçı ilə “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-03881xx/xx-2022 saylı, xx.xx.2022-ci il tarixli Müqavilə imzalanmış, Ağsu X13ı Xidmətinin Göyçay Xidmət sahəsinin abonent bazasındakı Sabah Mustafayeva adlı şəxsin **********00000 nömrəli abonent kodu İddiaçı adına keçirilmiş, həmçinin də abonent kodundakı 552.00 (beş yüz əlli iki) manat 00 qəpik debitor borc da onun adına işlənmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Kollegiya şikayətin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq Cavabdeh hesabına ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119-cu maddəsinin 1-ci bəndinə görə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.5ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti üçün ödədiyi məhkəmə xərci cavabdehin özünə aid edilməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(046)-1548/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(046)-1548/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-369/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-369/2023
20.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver