Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-37/2022 25.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: qanunsuz tikilinin sökülməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mal-qara tövləsinin və toyuq hininin sökülməsi tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Zərdab rayon XDS-nin xx.xx.1995-ci il tarixli qərarına əsasən İddiaçı (bundan sonra-iddiaçı) fərdi yaşayış evi tikmək üçün 0,05 həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırda ünvan ünvan 1i ilə birlikdə 3 otaqlı fərdi yaşayış evi tikmişdir və 2003-cü ildən həmin evdə yaşayırlar. Həmin vaxtdan yaşayış evi iddiaçının sahibliyi və istifadəsindədir.
3. 2011-ci ildə iddiaçının qonşuluğunda Cavabdeh2 torpaq sahəsi alaraq orada 04 otaqlı ev tikmişdir.
4. Həmin evdə faktiki olaraq Cavabdeh2 oğlu iş üzrə digər Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır.
5. Cavabdeh1 orada yaşamağa başladıqdan bir müddət sonra iddiaçının evinin yaxınlığında mal-qara tövləsi və toyuq-cücə hini tikmişdir. Həmin tövlə və hin iddiaçının evinin pəncərəsinin bərabərliyində olmaqla ara məsafəsi 0.5 metrdir.
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən iddiaçının yaşayış evinin pəncərəsinin 0.5 metrliyində tikilmiş mal-qara tövləsinin və toyuqcücə saxlanılan hinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək iddia tələbini qətnamənin 1-5-ci bəndlərində olan işin halları ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 həyətdə əlavə tiklilər tikməyə başlamış, əvvəlcə onun evinin arxa hissəsindən 1.0 m aralıdan mişar daşından hasar çəkmiş, sonra hasarın üstünü bağlamışdır. Elə zən etmişdir ki, o, çardaq tikir. Lakin, sonradan ona məlum olmuşdur ki, Ziyad çardaq deyil, mal-qara tövləsi və toyuq-cücə hini tikmişdir. Həmin tövlə və hin onun evinin pəncərəsinin bərabərliyində olmaqla ara məsafəsi cəmi 1.0 metrdir. Hazırda Ziyad orada mal-qara və toyuq-cücə saxlayır. Mal-qaranın, töyüq-cücənin özünün və peyininin iyindən nə evdə, nə həyətdə oturmaq olur. Dəfələrlə cavabdehə bu barədə iradını bildirərək, həmin tikliləri sökməsini və ya kənara çəkməsini desə də, heç bir nəticəsi olmamışdır. Hətta bu barədə Zərdab RİHB-nin Zərdab şəhər üzrə nümayəndəliyinə, rayon Polis şöbəsinə, Zərdab rayon İHB-nin müavini R.Feyzullayevə müraciət etmiş, lakin onlar da heç bir tədbir görməyərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Hesab edir ki, sözügedən tiklilər tikinti-texniki normalara zidd tikilmişdir və sökülməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2011-ci ildə iddiaçının qonşuluğunda anası Cavabdeh2 adına torpaq sahəsi alaraq orada 04 otaqlı ev tikmişdir. Sözügedən həyətyanı torpaq sahəsi hüquqi baxımdan anası Cavabdeh2 adına olsa da, orada faktiki olaraq 4-5 il olar ki, özü ailəsi ilə birlikdə yaşayır. Sonradan iddiaçının evindən təxminən 1.0 m aralıda mal-qara tövləsi və toyuq-cücə hini tikmişdir. Orada 3 baş inək və müəyyən sayda toyuq-cücə saxlayır. Doğrudur tövlə və hin iddiaçının evinin pəncərəsinin bərabərliyində olmaqla ara məsafəsi təxminən 1.0 metrdir. İddiaçının evinin pəncərəsi ona məxsus həyətə tərəf açıldığından bu barədə iddiaçıya bildirərək pəncərənin bağlanmasını xahiş etmişdir. Sonradan iddiaçının oğlu Əhlimanla məsləhətləşərək pəncərənin önünün kəsilməsiüçün nəinsə tikilməsini razılaşmışlar. Ona görə də sözügedən tövlə və hini orada tikmişdir. İddiaçıözü dəəvvəlki vaxtlarda buna etiraz etməmişdir. Lakin, sonradan nədənsə ondan tövlənin və hinin sökülməsini tələb etməyə başlamışdır. Hesab edir ki, iddia tamamilə əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Zərdab şəhəri 21 saylı Qəsəbədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus həyətdə tikilmiş, İddiaçı yaşadığı evin pəncərəsinin yaxınlığında olan mal-qara tövləsi və toyuq-cücə hininin cavabdehlərin vəsaiti hesabına sökülməsi, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdehlər apellyasiya şikayətini belə əsaslandırmışlar ki, Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Qeyd edir ki, SMU-21 qəsəbəsində yerləşən mənzil Cavabdeh2 məxsusdur. Evin tikintisinə 2011-ci ildə başlanılmışdır. Evin inşası bitdikdən sonra evdən istifadə etməsi üçün oğlu Cavabdeh1 müvəqqəti yaşamaq üçün icazə vermişdir. Həmin zamandan etibarən oğlu Cavabdeh1 SMU-21 qəsəbəsində yerləşən evdə, o isə Zərdab rayon İsaqbağı kəndində özünə məxsus digər mənzildə yaşayır. Bundan əlavə qeyd edir ki, sözü gedən tövlə tikilməmişdən qabaq oğlu Cavabdeh1 iddiaçının oğlu Əhliman Qurbanova müraciət edərək, onlara məxsus pəncərənin onların evinə baxmasına irad bildirmişdir. Oğlu Ziyad iddiaçının oğluna müraciət edərək pəncərənin önünün tutulması məqsədi ilə pəncərənin önündə tövlə tikmək istədiyini bildirmişdir. İddiaçının oğlu bir müddət sonra ailəsinin və özünün tövlə tikintisinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra tövlə tikintisi həyata keçirilmişdir. Tövlə tikintisindən uzun zaman keçsə də iddiaçılar heç zaman tikintiyə görə narahat olmamışdılar. Lakin sonradan hansısa əsaslarla tövlənin sökülməsini istəmişdilər. Məhkəmə prosesi zamanı oğlum Ziyad məhkəməyə vəsatət təqdim edərək iddiaçının oğlunun məhkəməyə gətirilməsinin təmin olunmasını xahiş etmişdir. Belə ki, ailə adından çıxış edən oğul tövlə tikintisi zamanı ailəsinin və özünündə razı olduğunu qeyd etmişdir. Təbii ki, iddiaçının oğlu yalan demiş olsaydı iddiaçı iradını tövlə tikilən zaman bildirərdi. İddiaçının oğlunun işdə iştirakı işin düzgün və faktiki əsaslandırılmış qaydada baxılması üçün əsas olacaqdır. Qeyd etdiyi faktlar onu sübut edir ki, məhkəmə prosesi formal şəkildə keçirilmiş, cavabdehə heç bir məlumat verilməmiş və iş üçün önəmli olacaq vəsatətlər və etirazlar qəbul olunmamışdır. Qeyd olunanlara əsasən Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsinin ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. İş üzrə cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasım məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
Maddə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri (-) 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; (-) 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
20. “Dövlət Şəhərsalma Norma və Qaydaları”
Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6 -1 4.13. Mərtəbəliyi 5 və daha çox olan və qarşıqarşıya duran binaların, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında məsafə ən hündür binanın 1,5 H-dan az olmamalıdır. Qeyd;
1. Həyatyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən (otaqlardan, mətbəxlərdən, və şüşəbənddən) qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarlarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 m-dən az olmamalıdır. Mal-qara və quş saxlanan tikililərədək məsafə bu normaların 4.20. bəndinə müvafiq olaraq qəbul edilməlidir.
2. Təsərrüfat tikililərini həyətyanı sahənin sərhədlərindən 1m-dən az olmayan məsafədə yerləşdirmək lazımdır.
3. Mənzil mülkiyyətçilərinin qarşılıqlı razılığı ilə və bu normaların məcburi olan əlavə 1-də göstərilmiş tələbləri nəzərə almaqla, həmsərhəd olan həyətyanı sahələrdə təsərrüfat ikililərini blok-birləşmə şəkilində yerləşdirmək olar. ( 4.13-cü bənd 3 may 2019-cu il tarixdə qüvvədən düşmüşdür) 4.20. Yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15m-dən, 8-dək tikili olarsa -25m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
24. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. İş materialında olan Zərdab rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 9№-li iclas protokolundan çıxarışdan görünür ki, X3ma fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır.
26. İş materialında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportundan görünür ki, Zərdab şəhəri E.Məmmədov küçəsində tikilmiş fərdi yaşayış evi ilə əlaqədar X2 adına 2006-cı ilin yanvar ayında texniki pasport tərtib edilmişdir.
27. İş materialında olan Zərdab rayon İHB-nın Zərdab şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi H.Kərimov tərəfindən verilmiş 708 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Zərdab şəhəri, E.Məmmədov küçəsi, 3 nömrəli evdə yaşayır.
28. İş materialında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Zərdab şəhəri 21 saylı qəsəbədə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi İsmayılova Nazirlə Abduləziz qızının xüsusi mülkiyyətindədir.
29. İş materialında olan Zərdab rayon İHB-nın Zərdab şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi H.Kərimov tərəfindən verilmiş 103 saylı,xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 rayonunun İsaqbağı kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda Zərdab şəhərində yaşayır.
30. İş materialında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Zərdab rayon Baytarlıq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 114 saylı məktubundan görünür ki, Zərdab rayon SU-21 qəsəbəsində yaşayan X4 məxsus həyətyanı sahədə İBH və XBH arasında bütün baytarlıq tədbirləri aparılmışdır.
31. İş materialında olan Zərdab rayon İHB-nin Zərdab şəhəri üzrə nümayəndəsi Şimşad Vəliyev, Zərdab bələdiyyəsinin sədri X9, Zərdab bələdiyyəsinin sədr müavini X10 və Zərdab şəhər sakini İddiaçı iştirakı ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Zərdab şəhəri Fəhlə qəsəbə sakini İddiaçı şikayəti əsasında onun həyətinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən onun qonşusu Ziya İsmayılov həyətində mal-qara saxlayır və mal-qaranm qoxusu onları narahat edir. Cavabdeh1 tövləni özünə məxsus həyətində tikmişdir və tövlə İddiaçınm evinə yaxınlığında yerləşir.
32. İş materialında olan Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 176 saylı məktubundan görünür ki, Cavabdeh1 məxsus mal-qara tövləsi İddiaçı evindən bir metr məsafədə yerləşir. Azərbaycan dövlət tikinti normalarının 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə 15 metr olmalıdır. Cavabdeh1 tikdiyi və istifadə etdiyi tövlə dövlət tikinti normalarına və sanitar-gigiyenik tələblərə cavab vermir.
33. Bundan başqa apellyasiya baxışı zamanı Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssiləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, 10/5246 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyində qeyd olunur ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar LTl-nin mütəxəssisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - İddiaçı məxsus Zərdab şəhəri E.Məmmədov küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə Cavabdeh2 mülkiyyətində və istifadəsində olan torpaq sahəsində tikilmiş mal-qara tövləsi və toyuq hini aralarındakı məsafə 0.5 metrdir. - Cavabdeh2 məxsus mal-qara tövləsi və toyuq hininin 92 kv.metr hissəsi onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. - Zərdab şəhəri E.Məmmədov küçəsi 3 ünvanında yerləşən İddiaçı sahibliyi və istifadəsində olan fərdi yaşayış evinin yaxınlığında Cavabdeh2 mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki mal-qara tövləsi və toyuq hini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aiddir. - Qeyd: 3 may 2019-cu il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2001-ci il tarixli 05 saylı Qərarı (X15 Reyestrinin qeydiyyat nömrəsi **********0002, X15 Reyestrinə daxil edildiyi tarix 11 may 2019-cu il) ilə "Dövlət Şəhərsalma Norma və Qaydaları şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilin abadlaşdırılması”nda 4.13-cü bənd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilmişdir.
34. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvan 5 ünvanında özü yaşayış evi tikərək ailəsi ilə birlikdə 2003-cü ildən orada yşayır. Cavabdeh1 2011-ci ildə iddiaçının qonşuluğunda hazırkı iş üzrə digər cavabdeh – anası Cavabdeh2 adına torpaq sahəsi alaraq orada 4 otaqlı ev tikmiş və faktiki olaraq 4-5 ildir ki, ailəsi ilə birlikdə orada yaşayır. Sözügedən həyətyanı torpaq sahəsi hüquqi baxımdan Cavabdeh2 adınadır. Cavabdeh1 sonradan orada mal-qara tövləsi və toyuq cücə hini tikmiş, hazırda 3 baş inək və müəyyən sayda toyuq-cücə saxlayır. İddiaçıya məxsus fərdi yaşayış evi ilə Cavabdeh2 mülkiyyətində və istifadəsində olan torpaq sahəsində tikilmiş mal-qara tövləsi və toyuq hini aralarındakı məsafə 0.5 metrdir. İddiaçı mal-qara və toyuq-cücənin özünün və peyininin iyindən evdə, həyətdə oturmağın mümkün olmadığını əsas götürərək Cavabdeh1 həmin tiklilərin sökülməsini və ya kənara çəkilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
35. İddianın faktiki əsası ondan ibarətdir ki, haqqında mübahisə qaldırılan tövlə və hin həqiqətən mövcuddur və tövlə və toyuq hini iddiaçıya məxsus evin pəncərəsindən 0.5 metr aralıda olmaqla pəncərənin bərabərliyində yerləşir. Bu hal iş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 10/5246 nömrəli rəyi ilə yanaşı iddiaçının və Cavabdeh1 iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinənin nəticələri, Zərdab rayon İHB-nin Zərdab şəhəri üzrə nümayəndəsi Ş.Vəliyev, Zərdab bələdiyyəsinin sədri R.Əliyev, Zərdab bələdiyyəsinin sədr müavini B.Qurbanov və İddiaçı iştirakı ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akt və Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 176 saylı məktubla da təsdiq olunmuşdur.
36. Eyni zamanda iddianın hüquqi əsası ondan ibarətdir ki, haqqında mübahisə qaldırılan tövlə və hin tikinti normalarına və sanitar-gigiyenik tələblərə cavab vermir.
37. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2001-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları”nın 4.20-ci bəndinə görə yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 nıdən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir.
38. “Dövlət şəhərsalma norma və qaydaları”nın 4.13-cü bəndinin qüvvədən düşməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan tövlə və toyuq hininin həmin norma qüvvədən düşdüyündən (03 may 2019-cu il) bir neçə il əvvəl tikildiyi müəyyən olunur.
39. Digər tərəfdən, müəyyən edilmişdir ki, iddiaçının sahibliyi və istifadəsində olan yaşayış evinin hündürlüyü 3,8 metr təşkil edir. Normaya uyğun olaraq iddiaçının evinin hündürlüyünün 0,3 hissəsi, yəni 0,3 (əmsal) x 3,8m (iddiaçının evinin hündürlüyü) = 1,4metr ara məsafəsi nəzərdə tutulmalıdır. Ekspert rəyinə əsasən ara məsafəsi 0,5 metr təşkil edir.
40. Belə olan halda iddiaçının sahibliyində və istifadəsində olan evlə cavabdehin inşa etdiyi tövlə və toyuq hini (həmin tikililər tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid olsa da) arasındakı məsafə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir. (69.5-2.1-ci maddə).
41. Göründüyü kimi qanunvericilik məskunlaşma ərazisində mal-qara və quşlar üçün nəzərdə tutulan təsərrüfat tikililərin olmasını istisna etmir, lakin bu zaman yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə normativə uyğun olmalıdır. Hazırkı halda haqqında mübahisə qaldırılan mal-qara tövləsi və hin iddiaçıya məxsus yaşayış evindən 0,5 metr aralıda yerləşdiyindən tikinti normalarına və sanitar-gigiyenik tələblərə uyğun deyildir.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
43. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
44. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov