Məhkəmə qərarları › İş №2(107)-375/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-375/2022

18.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-375/2022 18.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qax rayon Notariat Ofisi və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və qeyri tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin və çıxarışın ləğvi, subyektiv hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X10, Üçüncü şəxs X16 vəkili X11 iştirakları ilə, Qax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(024)-690/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Qax rayon Notariat Ofisi, maraqlı tərəf Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, onun əsasında X6 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında X6 adına verilmiş Çıxarışın, həmin Çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X7 təqdim olunan alqı-satqı müqaviləsində göstərilən Qax şəhəri, H.Əliyev prospekti, ev-24 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həyətyanı torpaq sahəsinin və yaşayış evinin mülkiyyətçisi olan atası X13 11 yanvar 2014-cü ildə vəfat etmişdir. Mərhum atası B.C.Şərifovun 3(üç) nikahı olmuşdur. Onun yalnız 1-ci nikahından yeganə övladı, xx xxxxxxx 1959-cu il təvəllüdlü qızı- İddiaçı, yəni özü vardır. Sonrakı 2 (iki) nikahından övladı olmamışdır. Mülkiyyətçi atası 3-cü həyat yoldaşı X14 ilə onun münasibətləri yaxşı olmamışdır. Bu səbəbdən də onlar ayrı-ayrı ünvanlarda yaşamışlar. Atası B.C.Şərifovun vəfatından sonra onun kimsəsiz qalmış həyat yoldaşı X9 2014-cü ildən sonra atasının qardaşı oğlunun ailəsi və oğlu baxmışlar. Son 2 (iki) ildə Sayalı xala xəstə olub. Atasının qardaşı oğlugil onu Zaqatalaya, Gürcüstana, iki dəfə Mingəçevirə, 4 dəfə Bakıya, Şəkiyə müalicələrə aparmışlar. Qaxda da mütəmadi olaraq müalicəsi aparılmışdır. Sayalı Şərifovaya onlar baxdığına görə, o, atasının vəfatından sonra vərəsə kimi o nəzərə alınmadan tam öz mülkiyyətinə keçirilmiş fərdi yaşayış evini atasının qardaşı oğlu X8 oğlu-X12 notarial qaydada bağışlamışdır. Bundan sonra bağışlama müqaviləsi əsasında fərdi yaşayış evi və həyətyanı sahəsi ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2018-ci il tarixində verilmiş **********2510301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X10 adına rəsmiləşdirilmişdir. Çıxarışın alınmasından keçən 2 (iki) il müddət ərzində də atasının qardaşı oğlunun ailəsi və oğlu Sayalı xalaya baxmış, hər gün 3 (üç) dəfə yemək aparırdılar, iynə-dərmanının alınmasına, müalicəsinə kömək etmişlər. Lakin, bununla belə, son vaxtlar Sayalı Şərifova onlardan narazılıq etməyə başlamışdır. Onlar ona əllərindən gələni etmələrinə baxmayaraq onların baxmalarından razı düşməmiş və əsassız iradlar tutmağa başlamışdır ki, guya onlar ona yaxşı baxmırlar, ona onlardan da yaxşı baxan adamlar var və s. Sonra da o, ölümündən 1 (bir) ay yarım qabaq qonşusu X1 vasitəçiliyi ilə hazırki üçüncü şəxs X17 ailəsi ilə birlikdə həm kirayəçi kimi yaşamağa, həm də özünə baxmaq üçün artıq X10 mülkiyyətində olan fərdi yaşayış evinə dəvət etmişdir. Buna görə də, atasının qardaşı oğlunun ailəsinin və oğlunun Sayalı Şərifova ilə münasibətləri korlanmışdır. Bundan sonra Sayalı Şərifova özünün müalicə sənədlərini və digər bütün sənədləri onlardan tələb edərək almışdır. Münasibətlər o dərəcədə gərginləşmişdir ki, nəticədə X3 Şərifovanın ona bağışladığı fərdi yaşayış evindən əl çəkməyə məcbur olmuşdur. Bu zaman X18 ilə üçüncü şəxs X22 arasında faktiki reallığı əks etdirməyən alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, 38000 manat dəyərində qiymətləndirilmiş fərdi yaşayış evi alqı-satqı müqaviləsində 18000 manat göstərilməklə sənədləşdirilmiş və X12 cəmi 2000 manat pul verilmişdir ki, bu məbləğ də ona bağışlanmış evi öz adına sənədləşdirərkən çəkdiyi xərclər olmuşdur. Qeyd edir ki, bağışlama zamanı və sonra da alqı-satqı zamanı aparılan notariat əməliyyatlarından onun - mülkiyyətçi X7 yeganə övladı-İddiaçı xəbəri olmamışdır. Belə ki, onun atasının qardaşı oğlu-X8 ailəsi ilə əlaqələri zəif və münasibətləri soyuq olmuş və ona görə də, bağışlama müqaviləsi bağlanarkən evi-mülkü X12 bağışlayan X14 ərinin digər vərəsəsinin-qızı İddiaçı da olmasını notariusa bildirməmiş, bunu X18 da bildirməmiş, Notariat Kontoru da digər vərəsələrin olubolmamasını araşdırmadan, konkret olaraq, vərəsə kimi ondan - İddiaçı atasından miras qalmış əmlakdan ona düşən paydan imtina haqqında ərizə almadan bağışlama müqaviləsini rəsmiləşdirmişdir. Əvvəla, burada qeyd olunmalıdır ki, hələ lap əvvəlcədən mülkiyyətçi X5 miras qalmış əmlak kütləsinin təkcə bir vərəsə-arvadı-X6 adına rəsmiləşdirilməsi zamanı da mülki qanunvericiliyin vərəsəlik hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur. Göründüyü kimi, bağışlama müqaviləsi bağlanarkən ilkin mülkiyyətçi X7 uşağı-qızı İddiaçı, yəni o, 1/2 paya malik olan vərəsə kimi nəzərə alınmamış və bununla da onun mülkiyyət hüquqları nəinki pozulmuş, vərəsəlik hüququ və mülkiyyət hüququ sanki ləğv edilmişdir. Notarius da hətta onların fotoşəkillərini də müqavilədə əks etdirməklə bunu təsdiq edir. Amma Nüvərin dediyinə görə, reallıqda bu 18000 manatı nə o, nə də ki notarius görmüşdür. Alqı-satqı prosesində Nüvər və alıcı S.Ə.Novruzovdan başqa Namik və alıcının qaynatası Nəsib adlı şəxslər də iştirak etmişlər. Pulu notariusun «Kapital Bank»-dakı depozit hesabına köçürmək üçün Nüvər, alıcı-Novruzov Sami , Nəsib və Namik banka getmişlər. X27 Namik pulu kassaya vermiş və oradan mədaxil qəbzi almışlar. Bundan sonra onlar yenidən Notariat ofisinə qayıtmış və ofisin qarşısında notariusun yanına girincə Samir Nüvərə 2000 manat pulu vermişdir. Bu 2000 (iki min) manatdan notariusun xəbəri olmamışdır. Mədaxil qəbzi üzrə notarius müqaviləni təsdiq etdikdən sonra onlar yenə banka qayıtmışlar. Bankda Nüvər, guya pul aldı-deyə imza etmişdir, əslində isə pulu onlar-Namiklə Samir götürmüşlər. Bağışlama müqaviləsi üzrə əmlakı X12 bağışlayan X6 mülkiyyətinə əmlakın hansı əsasla - vəsiyyət üzrə və ya qanun üzrə vərəsəliklə keçməsi barədə onun məlumatı yoxdur. Mübahisələndirilən bu halda da üçüncü şəxs tərəfində olan mərhum X6 qərəzli hərəkətləri hüquqdan sui-istifadə olmuşdur və buna yol verilə bilməz. Beləliklə, göründüyü kimi, vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın, bağışlama müqaviləsinin, sonrakı sənədləşmələrin qanunsuzluğu və bunların sayəsində X18 ilə üçüncü şəxs X22 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsızlığı göz qabağındadır. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(024)-690/2021 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddianın qismən təmin edilməsi, X9 verilmiş 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X13 ilə X6 nikahları 15 sentyabr 1975-ci il tarixdə rəsmi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən təqdim edilmiş reyestr nömrəsi **********025- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2011 olan Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X7 mülkiyyətinə verilmiş, Baxış Şərifov 23.10.2011ci il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X9 bağışlamış və bu barədə həmin tarixdə Cavabdeh bağışlama müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətinə verilmiş və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********025-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12.11.2011 olan Çıxarış verilmişdir. X13 11.01.2014-cü ildə ölmüş, Qax Rayon Notariat Kontoru tərəfindən 2016-cı il tarixdə X9 X7 vərəsəsi həyat yoldaşı X4 şəhəri, 20 yanvar küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayş evindən tam hissədə pay almalı olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X14 14.08.2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X12 bağışlamışdır və bu barədə Qax Rayon Notariat Kontorunda bağışlama müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən təqdim edilmiş reyestr nömrəsi **********025- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21.09.2018 olan Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X10 mülkiyyətinə verilmişdir. X18 08.10.2020cı il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini 18000 manata X2, həmin tarixdə Qax Rayon Notariat ofisində AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568, 646 və 647-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən müqavilə tərəflərinə-yəni alıcı və satıcıya izah olunmuşdur. Həmin müqavilə əsasında ünvan 2, yeni qaydalarla Az 3400, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin X16 mülkiyyətinə verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən **********028-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.10.2020 olan Çıxarış verilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin X6 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evi yuxarıda da qeyd edildiyi kimi, Baxış Şərifov tərəfindən 23.10.2011-ci il tarixdə Sayalı Şərifovaya bağışlanmış və həmin müqavilə əsasında Sayalı Şərifovaya Daşınmaz Əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında reyestr nömrəsi **********025-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12.11.2011 olan Çıxarış verilmişdir. Mübahisəli fərdi yaşayış evi Sayalı Şərifovanın mülkiyyətinə verilməsinə və həmin vaxtı artıq Baxış Şərifovun mülkiyyətində olmamasına baxmayaraq 2016-cı il tarixdə Notariat Kontoru tərəfindən Sayalıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, artıq Baxış Şərifovun mülkiyyətində olmayan fərdi yaşayış evinə görə verilmiş həmin şəhadətnamə etibarsız hesab olunmalıdır. Lakin tələbin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Sayalı Şərifovanm adma verilmiş Çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin Çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yox, 2011-ci ildə Qax rayon Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsi əsasında verilmişdir ki, həmin müqaviləni də iddiaçı mübahisələndirməmişdir. Eyni zamanda da iddiaçı tərəfindən həmin müqavilənin ləğv olunması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı bu hal aşkar edilməmişdir. Ona görə də, tələbin həmin hissəsi də əsassızdır. İddia tələbinin Sayalı Şərifovanın adına verilmiş Çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli Çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Sayalı Şərifovanın adına verilmiş Çıxarışın etibarsız olması sübuta yetirilmədiyindən tələbin həmin hissəsi də əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı Qax rayon DNK-da bağlanmış 14 avqust 2018-ci il tarixli bağışlama müqaviləsini X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25- 10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsini tələb etmədən həmin bağışlama müqaviləsi əsasında Nüvər Şərifova verilmiş verilmiş Çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Həmin alqı-satqı müqaviləsi bağlanan zaman Nüvər Şərifovun adına verilmiş reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Ona görə də, Samir Novruzov vicdanlı alıcı hesab olunur. İddiaçının və Nüvər Şərifovun alqı-satqı zamanı Samir Novruzovun evin dəyəri olaraq banka depozit hesabına ödədiyi 18000 manat pulu Nüvər Şərifovdan geri alması və həmin puldan bağışlama müqaviləsi bağlanan zaman Nüvər Şərifovun çəkdiyi xərclərə görə 2000 manatı Nüvərə qaytarması barədə göstərdikləri ilə bağlı məhkəmə qeyd edir ki, onlar tərəfindən məhkəməyə bu barədə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmiş, məhkəmə tədqiqatı zamanı bu hal öz təsdiqini tapmamışdır.Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, X9 verilmiş 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, iddianı qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 146.1, 324.1, 324.2, 324.4, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 390.1, 572.1, 572.2, 646.1, 668.1.1, 1133.1, 1133.2, 1157, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1318-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ilkin bağışlama müqaviləsi və sonrakı- 14.08.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən tərəflər mülkiyyətçi X7 digər vərəsəsinin də olduğunu bilirdilər. Sadəcə olaraq, notariusdan gizlətmişlər. Notarius da vərəsələrin dairəsini yoxlamadan notariat əməliyyatını aparmışdır. Halbuki, Azərbaycan Resbublikası Mülki Məcəlləsinin 1318-ci maddəsinə əsasən, notariat orqanı mirasın olduğu yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür, həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notariat qaydasında ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bu işdə göründüyü kimi, notarius özünün vəzifə borcunu lazımınca icra etməmişdir. Ona görə də, notarius iş üzrə cavabdeh kimi icraata cəlb edilmişdir. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Qax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(024 )-114/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, mərhum X5 miras qalmış Qax rayonunun Əmircan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,4164 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə vərəsəlik açılması və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri üzürlü hesab edilərək uzadılması və X5 miras qalmış Qax rayonunun Əmircan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,4164 ha torpaq sahəsi üzərində İddiaçı payı tam müəyyən edilərək iddiaçıya verilmişdir. Həmin qətnamədə Qax RİHB-nin Qax şəhər İƏD-nin 02.12.2020-ci il tarixli arayışına istinadən mərhum X13 öldüyü günədək Qax şəhəri, Mustafayev küçəsi 57, ev 5-də yaşamış onun qızı İddiaçı ibarət vərəsəsi qalmışdır. Necə olur ki, atasının vərəsəsi kimi onun mülkiyyətində olan pay torpağı ona verilir, amma fərdi yaşayış evinə münasibətdə o, vərəsə kimi nəzərə alınmır? Paradoksal hal deyilmi? O, iddia ərizəsində məsələnin bütün təfərrüfatlarını açıqladıqdan sonra ilk istinad etdiyi qanun norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.2-ci maddəsi olmuşdur. Bu qanuna əsasən, hədiyyə verənin ölməsi halı üçün bağışlanma vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Daha sonra vərəsəliyə, əqdlərə, alqı-satqı müqaviləsinə dair qanunları da sadaladıqdan sonra onu da qey edir ki, əmlakın vəsiyyətnamə və ya qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyətə keçməsindən asılı olmayaraq mirasda məcburi pay anlayışı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqla valideynlərinin və arvadının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bağışlama müqaviləsi mahiyyətcə vəsiyyətnamənin eynisidir. Digər tərəfdən, qanunvericilik əmlakı bağışlayanın ölməsi halı üçün bağışlamanın vərəsəlik hüququnu müddəalarına uyğun həll edilməsini birbaşa nəzərdə tutur. Qax Rayon Məhkəməsi qətnaməsində göstərmişdir ki, "X6 adına verilmiş çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yox, 2011-ci ildə Qax rayon Notariat Kontorunda təsdiq olunmuş: bağışlama müqaviləsi əsasında verilmişdir ki, həmin müqaviləni də iddiaçı mübahisələndirməmişdir. Əslində, o, iddia ərizəsində də göstərmişdir ki, əmlakı bağışlayan X14 bütün özünün müalicə və evin sənədlərini onlardan tələb edərək almışdır. Ona görə də, əmlakın hansı formada onun mülkiyyətinə verilməsi barədə onun məlumatı yoxdur. Elə buna görə də, məhkəmədən notariat işinin tələb edilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq, o, X6 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi qoymuşdur. Qax Rayon Məhkəməsi bir halda onu vərəsə kimi tanıyaraq iddiasını təmin etmişdir. İkinci - bu halda isə, iş üçün mühüm əhəmiyyəti olan hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qax Rayon Məhkəməsinin onun cavabdeh- Qax rayon Notariat Ofisinə, maraqlı tərəf- DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə, üçüncü şəxslər- X12 və X19 vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Şərifova Sayalı qızının adına verilmiş çıxarışın, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" iddiasının qismən təmin edilməsi haqqındakı 16 noyabr 2021-ci il tarixli, 2(024)-690/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(024)- 690/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X18 məhkəmə kollegiyasından qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X16 vəkili X20 məhkəmə kollegiyasından qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Qax Rayon Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun; Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən, iddia tələbinin təmin edilməyən yəni X6 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni X6 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(024)-690/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının atası X13 ilə X14 15 sentyabr 1975-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən təqdim edilmiş reyestr nömrəsi **********025- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2011 olan Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X7 mülkiyyətinə verilmiş, Baxış Şərifov 23.10.2011ci il tarixli bağışlama müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X9 bağışlamışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətinə verilmiş və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********025-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12.11.2011 olan Çıxarış verilmişdir. X13 11.01.2014-cü ildə vəfat etmiş, Qax Rayon Notariat Kontoru tərəfindən 2016-cı il tarixdə X9 X7 vərəsəsi həyat yoldaşı X4 şəhəri, 20 yanvar küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayş evindən tam hissədə pay almalı olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X14 14.08.2018ci il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X12 bağışlamışdır və bu barədə Qax Rayon Notariat Kontorunda bağışlama müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən təqdim edilmiş reyestr nömrəsi **********025-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21.09.2018 olan Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X10 mülkiyyətinə verilmişdir. X18 08.10.2020-cı il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini 18000 manata X2, həmin tarixdə Qax Rayon Notariat ofisində AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568, 646 və 647-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən müqavilə tərəflərinə-yəni alıcı və satıcıya izah olunmuşdur. Həmin müqavilə əsasında ünvan 2, yeni qaydalarla Az 3400, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin X16 mülkiyyətinə verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən **********028-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.10.2020 olan Çıxarış verilmişdir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyil. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın mübahisələndirilən hissədə təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, işin tədqiqi nəticələrindən görünür ki, İddiaçı X6 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, o, X6 adına verilmiş çıxarışı və X18 ilə X22 arasında bağlanmış 08.10.2020-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş Sayalı Şərifovanın adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin Çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında deyil, 2011-ci ildə Qax Rayon Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsi əsasında verilmişdir ki, həmin müqaviləni də iddiaçı mübahisələndirməmişdir. Eyni zamanda da iddiaçı tərəfindən həmin müqavilənin ləğv olunması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı bu hal aşkar edilməmişdir. Ona görə də, tələbin həmin hissəsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin iddiaçı alqı-satqı müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. “Müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini müəyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırki işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq alıcı ilə satıcı arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (alıcı və ya satıcı) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (mübahisə predmetinə) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsini tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. İddia tələbinin Sayalı Şərifovanın adına verilmiş Çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli Çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya vurğulayır ki, Sayalı Şərifovanın adına verilmiş Çıxarışın etibarsız olması sübuta yetirilmədiyindən tələbin həmin hissəsi də əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Qax rayon DNK-da bağlanmış 14 avqust 2018-ci il tarixli bağışlama müqaviləsini X12 verilmiş 21.09.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsini tələb etmədən həmin bağışlama müqaviləsi əsasında Nüvər Şərifova verilmiş verilmiş Çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Həmçinin apellyator apellyasiya şikayətinin dəlillərində bağışlama müqaviləsinin mahiyyətcə vəsiyyətnamənin eynisi olduğunu və onun miras əmlakda məcburi payının olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edərək, bildirir ki, iddiaçının atası yuxarıda da qeyd edildiyi kimi mübahisəli evi bağışlama müqaviləsi əsasında X9 vermiş və nəticədə həmin evin mülkiyyətçisi X14 olmuşdur. Bağışlama müqaviləsi ilə vəsiyyətnamə eyni anlayışlar deyildir. Mülki Məcəlləyə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının atası mübahisəli evi vəsiyyət etməmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi məcburi pay hüququ vəsiyyətnamə olduğu halda yarana bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(024)-690/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(024)-690/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar