Məhkəmə qərarları › İş №2(107)-375/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-375/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-375/2025 17.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dаir mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina, ləğv, icraata qəbul) X3 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlunun və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dаir iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(063)-855/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı Cavabdeh ərizəsinin təmin edilməməsi barədə Ucar Rayon Məhkəməsinin 24 dekabr 2024cü il tаrixli, e-2(063)-855/2024 nömrəli qərаrdаdındаn Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36700 manat məbləğində borc pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun və ödənilmiş 200,10 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36500 manat məbləğində borc pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun və ödənilmiş 200,10 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(063)-855/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 36500 (otuz altı min beş yüz) manat məbləğində pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun və ödənilmiş 200,10 (iki yüz manat 10 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir. 08 dekabr 2024-cü il tarixdə məhkəməyə hazırkı mülki iş Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(063)-855/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi daxil olmuş, ərizədə Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(063)-855/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tаrixli, e-2(063)-342/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(063)-855/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “pul" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(063)-855/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Ucar Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tаrixli, e-2(063)- 855/2024 nömrəli qərardadı ləğv edilməli, Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(063)-855/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamənin surəti 23 sentyabr 2024-cü il tarixli məktubla tərəflərə rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh iş üzrə qətnaməni 09 oktyabr 2024-cü il tarixdə almışdır. Mübahisələndirilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin axımı, qətnamənin məhz xəbərnaməyə imza edilərək alındığı vaxtdan (09 oktyabr 2024-cü il tarixdən) hesablanmalıdır. Cavabdehin nümayəndəsi və vəkilinin qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verdiyi apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəsi isə 08 dekabr 2024-cü il tarixdə (apellyasiya şikayətinin və müddətin bərpası barədə ərizənin imzalanma tarixi 18 noyabr 2024-cü il tarixdə olsa belə) məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verən zaman qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarında olan xəbərnamədən görünür ki, Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(063)-855/2024 nömrəli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh göndərilməsinə baxmayaraq qətnamə şəxsən özünə və ya qanunvericilikdə nəzərdə tutulmuş yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə təqdim edilməmiş, “qonşu Həmidə” adlı şəxs xəbərnaməyə imza edərək qətnaməni əldə etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-in 135.5-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmamış hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Ucar Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tаrixli, e-2(063)-855/2024 nömrəli qərardadı ləğv edilməli, Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(063)-855/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Ucar Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tаrixli, e-2(063)-855/2024 nömrəli qərardadı ləğv edilsin. Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(063)-855/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilsin. Apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar