Məhkəmə qərarları › İş №2(107)-378/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-378/2020

06.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-378/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğluvə Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 iştirakı, İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayənəsi X2 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli qətnaməsindən “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixliqətnaməsi ilə (hakim E.İsayev) İddiaçı adına “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsinin xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 968 (doqquz yüz altmış səkkiz)manat 22 (iyirmi iki) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin X3 və Satışı İdarəsi vəzifəli şəxsinin xx.xx.2018-ci il tarixli aktı əsasında barəsində hesablanmış 1000 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu Mamaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxx 2018-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş və elektrik sayğacı kompyuter bazasında olmadığı üçün 015675 saylı qüsur aktı tərtib edilmiş, 11175 kVt.s əlavə sərfiyyat hesablanaraq hesabına işlənmişdir. Əlavə sərfiyyatın dəyəri olaraq 1.000 manat məbləğində cərimə olunmuşdur. A030820278 nömrəli sayğacın kompyuter bazasında olmaması onun səhvi ucbatından deyildir. Bütün bu vaxt ərzində o, hər ay enerji sərfiyyatının əvəzini ödəmişdir. Həmçinin heç vaxt idarənin işçiləri tərəfindən ona və ya ailə üzvlərinə sayğacda problem olması barədə xəbərdarlıq edilməmişdir. Əgər sayğac qeydiyyata alınmamışdırsa, bunu bilən idarə işçiləri hansı qərəzli əsaslara görə ona bu barədə bildirməmişdir. Nəticədə onun qanunla qorunan hüquqları pozulmuş və ona mənəvi ziyan dəymişdir. Sayğacın qeydiyyata alınmaması, həmçinin əlavə sərfiyyatın olması ilə onun və ailə üzvlərinin heç bir əlaqəsi yoxdur. Cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Elektrik sayğacı evdən kənarda, yolda yerləşdiyi üçün onların sayğaca nəzarət etmək imkanı yoxdur. Sayğacın evdən kənarda, yolda yerləşməsi ona nəzarəti mümkünsüz etdiyindən baş verən yanğın hadisəsi ilə əlaqədar cavadeh təşkilatın bu hadisənin o və ya ailə üzvləri tərəfindən törədildiyini iddia etməsi tamamilə gülünc və əsassızdır. Həmçinin xx xxxxxx 2018-ci il tarixli 015675 saylı qüsur aktı tərtib olunarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də aktın əsassız hesab olunması tamamilə qanunidir. Tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 1.000 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçıya məxsus Qəbələ rayonu Mamaylı kəndində yerləşən dülgər sexi X5 Təchizatı və Satışı İdarəsinin enerji satış bazasında İddiaçı adına **********21006 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İddiaçı cavabdeh qismində göstərdiyi “xxxx” ASC-nin X5 Təchizatı və Satışı İdarəsi “xxxx” ASC- nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. İdarənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə “xxxx” ASC-nə məxsusdur. İdarə müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin idarə “xxxx” ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə təsərrüfat balansı “xxxx” ASC-nin balansına aiddir. Bundan əlavə olaraq İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış 1000 manat borc pulun silinməsi tələbi ilə Qəbələ Rayon Məhkəməsində iddia qaldırması tamamilə əssasız olmuş və məhkəmə aidiyyatı ilə bağlı prosesual normalar pozulmuşdur. Belə ki, İddiaçı məxsus dülgər sexi X5 Təchizatı və Satışı İdarəsinin enerji satış bazasında **********21006 saylı kod altında qeyri-yaşayış sahəsi kimi qeydiyyatdadır. Bu səbəbdən də iş iqtisadi iş olduğu üçün iddia rayon məhkəməsində deyil İnzibati-İqtisadi məhkəmədə qaldırılmalı idi. xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları İ.Bağırov, S.Xəlilov və F.Cavadov tərəfindən iddiaçının iştirakı ilə Qəbələ rayonu Mamaylı kəndində iddiaçıya məxsus qeyri yaşayış sahəsinə (dülgər sexi) quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı iddiaçıya məxsus dülgər sexinə quraşdırılmış elektrik sayğacının kompyuter bazasında olmadığı, enerjinin hesabatının obyektdən çıxarılmış DT8 tipli elektrik sayğacının göstəricisinə əsasən aparıldığı və obyektə quraşdırılmış elektrik sayğacının göstəricisinin 11175 kvt saat olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalarının 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən iddiaçının iştirakı ilə xx.xx.2018-ci il tarixli, R 015675 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş aktı iddiaçı öz imzasıyla təsdiq etmişdir və aktın bir nüsxəsi imzalanmaqla iddiaçıya verilmişdir. xx.xx.2018-ci il tarixdə Şimal-Qərb RETSİ- nin əməkdaşları tərəfindən göstərişə əsasən sayğac yenisi ilə əvəz edilərək möhürlənməklə, rəy verilməsi üçün laboratoriyaya göndərilmiş və bununla bağlı 943914 saylı protokol tərtib olunmuşdur. Laboratoriyanın xx.xx.2018-ci il tarixli, 114399 saylı protokolu ilə sayğacın normal buraxılan xəta ilə işlədiyi barədə rəy verilmişdir. xx.xx.2018-ci il tarixli, R 015675 saylı akta əsasən çıxarılmış elektrik sayğacının üzərində olan və oxunmamış 10758 kvts, dəyəri 968.22 manat məbləğində sərfıyyat abonentin hesabına işlənmişdir. Sonda isə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xаhiş etmişdir. O, аpelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instаnsiyа məhkəməsi mаddi və prоsessuаl hüquq nоrmаlаrını pоzmuşdur. Belə ki, İddiaçı cavabdeh qismində göstərdiyi “xxxx” ASC-nin X5 Təchizatı və Satışı İdarəsi “xxxx” ASC- nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. İdarənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə “xxxx” ASC-nə məxsusdur. İdarə müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin idarə “xxxx” ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə təsərrüfat balansı “xxxx” ASC-nin balansına aiddir. Bundan əlavə olaraq İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış 1000 manat borc pulun silinməsi tələbi ilə Qəbələ Rayon Məhkəməsində iddia qaldırması tamamilə əssasız olmuş və məhkəmə aidiyyatı ilə bağlı prossesual normalar pozulmuşdur. Belə ki, İddiaçı məxsus dülgər sexi X5 Təchizatı və Satışı İdarəsinin enerji satış bazasında **********21006 saylı kod altında qeyri-yaşayış sahəsi kimi qeydiyyatdadır. Bu səbəbdən də iş iqtisadi iş olduğu üçün iddia rayon məhkəməsində deyil İnzibati-İqtisadi məhkəmədə qaldırılmalı idi. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayənəsi X4 məhkəmə kollegiyasının iclasında iştirak edərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları İ.Bağırov, S.Xəlilov və F.Cavadov tərəfindən iddiaçının iştirakı ilə Qəbələ rayonu Mamaylı kəndində iddiaçıya məxsus qeyri yaşayış sahəsinə (dülgər sexi) quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı iddiaçıya məxsus dülgər sexinə quraşdırılmış elektrik sayğacının kompyuter bazasında olmadığı, enerjinin hesabatının obyektdən çıxarılmış DT8 tipli elektrik sayğacının göstəricisinə əsasən aparıldığı və obyektə quraşdırılmış elektrik sayğacının göstəricisinin 11175 kvt saat olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalarının 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən iddiaçının iştirakı ilə xx.xx.2018-ci il tarixli, R 015675 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş aktı iddiaçı öz imzasıyla təsdiq etmişdir və aktın bir nüsxəsi imzalanmaqla iddiaçıya verilmişdir. xx.xx.2018-ci il tarixdə Şimal-Qərb RETSİ- nin əməkdaşları tərəfindən göstərişə əsasən sayğac yenisi ilə əvəz edilərək möhürlənməklə, rəy verilməsi üçün laboratoriyaya göndərilmiş və bununla bağlı 943914 saylı protokol tərtib olunmuşdur. Laboratoriyanın xx.xx.2018-ci il tarixli, 114399 saylı protokolu ilə sayğacın normal buraxılan xəta ilə işlədiyi barədə rəy verilmişdir. xx.xx.2018-ci il tarixli, R 015675 saylı akta əsasən çıxarılmış elektrik sayğacının üzərində olan və oxunmamış 10758 kvts, dəyəri 968.22 manat məbləğində sərfıyyat abonentin hesabına işlənmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qtənaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun evinə xidmət edən yalnız bir ədəd sayğac olmuş, onun tərəfindən mütəmadi olaraq X1 haqları ödənilmişdir. Cavabdehin işçiləri tərəfindən onların evinə xidmət edən sayğac xeyli vaxt əvvəl dəyişdirilmiş və onun da heç bir etirazı olmamışdır. Həmin vaxtdan ödənişlərini də vaxtında etmişdir. xx.xx.2018-ci il tarixli onun yaşadığı evə xidmət edən sayğaca baxış keçirilmiş və yeni akt tərtib edilmişdir. Lakin sonradan müəyyən etmişdir ki, onun evinə xidmət edən sayğacın mərkəzləşdirilmiş kompyuter sistemində qeydiyyatı olmadığından ona 1000 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı bunları əsassız hesab edir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, «xxxx» ASC-nin xx xxxxxx 2018-ci il tarixli R 015675 saylı aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Mamaylı kəndində yerləşən İddiaçı məxsus yaşayış evindəyoxlama keçirən zamanı məlum olmuşdur ki, quraşdırılmış elektrik sayğacı komputer bazasında mövcud deyildir. Quraşdırılmış sayğacın hal-hazırda göstəricisi 11175 kvt.s-dır. «xxxx» ASC-nin X3 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli R 015675 saylı akta əsasən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli icra vərəqindən görünür ki, İddiaçı çıxarılmış sayğacda olan oxunmamış 12068 kVt.s enerji üzrə 968.22 manat borcu vardır. “xxxx” ASC tərəfindən təqdim edilən **********021006 nömrəli abonent kodu olan abunə haqqında sənəddən görünür ki, Qəbələ rayonu Mamaylı kəndində İddiaçı evinə xidmət edən 960913 nömrəli sayğac xx.xx.2006-cı il tarixdə quraşdırılmış, xx.xx.2018-ci il tarixdə yenisi ilə yeni 5149841M1159213 nömrəli sayğacla əvəz edilmiş, obonent tərəfindən xx.xx.2015-ci il tarixdən X1 ilə bağlı haqlar ödənilmiş, xx.xx.2018-ci il tarixdə enerjidən istifadə qaydalarının pozulması adı ilə 968,22 manat əlavə borc qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının”: 7.6-cı bəndinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.32-ci bəndihə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti cəkmişdirsə,yaxud elektrik sayğacının göstəririşini təhrif etmək ücün qurğu quraşdırmışdırsa,həmcinin mənzildə quraşdırılmış hesablaşma elektirik sayğacını zədələyərək onu sıradan cıxarmışdırsa və ya sayğacı sxemdən cıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən acmalı və hesablaşma elektirik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət ücün,ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən gostərilən pozuntulara yol verildikdə,X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektirik naqilin cəryan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektirik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, istehlakçı olan iddiaçının yaşadığı evə xidmət edən elektrik sayğacı xx.xx.2006-cı il tarixdən quraşdırılmış, iddiaçı həmin vaxtdan abonent kodu üzrə ödənişləri etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçıya məxsus sayğac cavabdehin yerli qurumları tərəfindən yenidən dəyişdirilmiş və həmin sayğacın üzərində dəyəri ödənilməmiş enerji qalığının olması müəyyən edilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, elektrik sayğacına müdaxilə faktının olmasını hər iki tərəf inkar edir və bununla bağlı hər hansı bir sübut da yoxdur. Cavabdeh təşkilatın irəli sürdüyü arqument odur ki, iddiaçının evinə xidmət edən sayğac qeyriyaşayış sahəsi yəni dülgər sexi üçün quraşdırılmış sayğac olmuş, sonra quraşdırılmış sayğacın isə kompyuter qeydiyyatı yoxdur. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisə predmeti olan evə xidmət edən sayğac 2006-cı ildən iddiaçıya xidmət edir, həmin sayğacın göstəricilərinə müvafiq iddiaçı tərəfindən enerjinin dəyəri ödənilmişdir. xx.xx.2006-cı il tarixdən qeyd edilən evə xidmət edən syğacın əsassız və qanunsuz quraşdırlmasının, qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulan sayğac olmasının 2018ci ilin 28 sentyabr tarixində aşkar edilməsi də əsassız arqumentdir. İddiaçı tərəfindən onun yaşadığı evə xidmət edən sayğacın dəyişdirilməsi, onun yerinin dəyişdirilməsi, sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi və sair hallar müəyyən edilmir. Bu hallar yalnız cavabdehin müvafiq sahəyə xidmət edən işçiləri tərəfindən həyata keçirilə bilər. Bu səbəbdən cavabdeh tərəf irəli sürdüyü arqumentləri sübuta yetirməli olduğu halda bunları sübuta yetirə bilməmişdir. Əksinə «xxxx» ASC-nin X3 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçı uzun müddət ərzində mütamadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacın komputer bazasında mövcud olmaması barədə xəbərdarlıq edilməmişdir. Məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apelyasiya şikayəti əsassız olduğu ücün təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı tələb üzrə iddianın qiyməti 1000 manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qət etdi: “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlansın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar