Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-379/2022 23.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı X4 nümayəndəsi İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mirasda məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(039)1481/2021 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(039)1481/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mirasda məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X5 tərəfindən Cavabdeh 01.09.2016-ci il tarixində bağışlanmış ünvan 1 ünvanına dair daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 21.09.2016-ci tarixli, ********** qeydiyyat nömrəli çıxarışının ləğv edilməsi, o cümlədən oğlu X4 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda məcburi pay hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi iddia tələbini belə əsaslandırmışdır ki, o, X11 ilə 2013-cü ilin əvvəllərində ailə quraraq nikahlarını 13.11.2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 09.12.2013-cü ildə X12 adlı övladları dünyaya gəlmişdir. O, ailə qurandan sonra ünvan 2 ünvanına gəlin köçmüşdür. Oğlu bu evdə doğulmuş, hal-hazırda da oğlu ilə birlikdə həmin ünvanda yaşayır. X1, oğlu X7 yeganə varisi X4 hüquq və mənafelərini nəzərə almadan qeyd olunan fərdi yaşayış evini digər oğlu Cavabdeh(hazırkı iş üzrə cavabdeh) 01.09.2016-cı il tarixdə qanunsuz olaraq bağışlamışdır. Həyat yoldaşı X11 10.07.2016-cı il tarixdə vəfat etmişdir. Həmin gündən etibarən X1 onlara gün-güzəran verməmiş, bütün gücü ilə onları evdən çıxarmağa cəhd etmişdir. Bütün bunlara baldızları və qaynı Cavabdeh da qoşulmuş və məqsədləri onu və azyaşlı övladını evdən çıxarmağa istiqamətlənmişdir. Mirasda azyaşlı Cavidin məcburi pay hüququnun olmasına baxmayaraq, qaynanası sağ ikən evini oğlu Cavabdeh bağışlamış, bundan sonra sonuncu öz adına çıxarış alaraq evə mülkiyyət hüququ əldə etmişdir. Evin əvvəlki mülkiyyətçisi X6 mübahisələndirilən fərdi yaşayış evini oğlu Cavabdeh bağışlayarkən, ondan əvvəl vəfat etmiş digər oğlu X7 yeganə varisi X4 həmin mirasda olan məcburi pay hüququnu saxlamalı idi. Cavabdeh olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçının nümayəndəsi İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o - Ətrabə Məmmədova cavabdehin qardaşı X16 oglu ilə 12 iyul 2012-ci ildə el adətənənəsi ilə toy edərək ailə qurmuşdur. Nikahlarını isə 13 noyabr 2013-cü ildə rəsmləşdirmişlər. Birgə nikahdan 09 dekabr 2013-cü ildə X12 adlı oğulları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra X1nın mülkiyyətində olmuş mübahisəli mənzil olan ünvan 2-ə gəlin köçüb, qaynanası Nədimə və əri Azər Səlimovla və oğlu Cavid Səlimovla birgə həmin evdə yaşamışdır. 10 iyul 2016-cı ildə Azər Səlimov vəfat etmişdir. O vəfat etdikdən sonra da mülkiyyətçinin razılığı ilə həmin mənzildə yaşamaqda davam etmişlər. Əri vəfat etdikdən sonra X9 yaşadıqları mənzili oğlu, Cavabdeh bağışlamış və onun mülkiyyət hüquqları 21 sentyabr 2016-cı ildə dövlət reyestrində qeydə alınmışdır. Azər Səlimov vəfat edənə qədər həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş və oğlu Cavid Səlimov da atasının yaşayış yeri üzrə qeydiyyatda olmuş və hazırda da qeydiyyatdadır. X9 2021-ci ildə vəfat etmişdir. Oğlu Cavidə miras payı çatmaması üçün Nədimə Səlimova mülkiyyətində olan başqa bir 5 otaqlı mənzili isə başqa bir qızına vəsiyyət etmişdir. Ona görə də, Yevlax Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(039)1481/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı X4 nümayəndəsi İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək özünü narahat hiss etdiyi üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini göstərmiş və məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(039)1481/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan AZE seriyalı 11693995 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X11 ilə İddiaçı birgə nikahından 09.12.2013-cü il təvəllüdlü Cavid adlı uşaqları var. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 938573 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X11 10.07.2016-ci ildə vəfat etmişdir. İşdə olan 01.09.2016-cı il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X2 şəhəri Yeni Yevlax küçəsi bina 5, mənzil 14 ünvanında yerləşən iki otaqlı mənzilini oğlu Cavabdeh bağışlamışdır. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 09.02.2021-ci ildə ölmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1159.1.3, 1193 və 1200-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) miras qoyanın birinci dərəcəli vərəsələri sayılır. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında həm də göstərilmişdir ki, “Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir”. Həmin Qərarda o da qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi”. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə mərhum Azər Səlimovun birgə nikahından iddiaçı Cavid Səlimov doğulmuş, iddiaçının atası Azər Səlimov 2016-ci ildə ölmüş, atası öldükdən sonra iddiaçının nənəsi Nədimə Səfərova mülkiyyətində olan mənzili 2016-cı ildə iddiaçının əmisi-hazırkı iş üzrə Cavabdeh bağışlamış və 2021-ci ildə ölmüşdür. İddiaçı, nənəsi Nədimə Səfərovanın mülkiyyətində olmuş və sonradan əmisi Cavabdeh bağışlanmış mənzildə məcburi pay hüququnun(mərhum atası Azər Səlimova çatası pay üzrə) olduğunu əsas gətirərək bağışlanma müqaviləsinin etibarsız sayılmasını istəyir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı Cavid Səlimov Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən mərhum nənəsi Nədimə Səlimovanın birinci dərəcəli vərəsəsi olmaqla məcburi pay hüququ olan şəxs olsa da, nənəsi tərəfindən özünə məxsus fərdi yaşayış evinin bağışlanmasından iki ildən artıq müddət keçdiyindən və Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulan dispozitiv şərtlər eyni zamanda mövcud olmadığından iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin araşdırmaları zamanı Yexlax rayon 1 saylı Notariat ofisindən götürülmüş notariat işinin materiallarında hazırki iş üzrə mübahisəli olan ünvan 1 ünvanında yerləşən mənzilin X6 tərəfindən Cavabdeh bağışlanmasına həmin mənzildə qeydiyyatda olan digər şəxslərlə yanaşı X11 da 20 noyabr 2015-ci ildə verdiyi notariat qaydada təsdiq olunmuş ərizəsi ilə etiraz etməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçının nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(039)1481/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının nümayəndəsi İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(039)1481/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-379/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-379/2022
23.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver