Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-380/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Rayon Məhkəməsinin 2(075)-74/2022 saylı mülki iş üzrə qəbul etdiyi 24 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz tikilinin sökülməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. İddiaçı2 (bundan sonra- İddiaçı1) Rayon Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, ərizənin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı1 apellyasiya şikayətini geri qaytarmışdır. Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş və apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddiaçı1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6, 8.1 və 8.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 363.11, 363.1.1-1-ci, 363.1.2, 363.2 və 363.3-cü maddələrinə əsasən xx.xx.2023-cü il tarixdə 2(075)-74/2022 saylı qərardad çıxarıb ki, apellyasiya şikayəti rüsum ödənilmədiyindən geri qayrarılsın. İddia qiymətləndirilməyən iddia olduğundan qanunda 2021-ci ildə 10 manat, 2023-cü ildə isə 100 manat ödənilməsi nəzərdə tutulmuşdur. İddia 2021-ci ildə verərkən qiymətləndirilməyən iddialar üçün rüsum 10 manat nəzərdə tutulmasına baxmayaraq, yeni hesablanmış rüsum kimi 50 manat 40 qəpik apellyasiya şikayəti üçün dövlət rüsumu ödənilərək şikayət elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Məhkəmə apellyasiya şikayətini geri qaytararkən ödənilmiş 50 manat 40 qəpik rüsumun az və ya çox olmasına dair qərardadda heç bir hüquqi qiymət vermədən şikayəti geri qaytarmışdır. Məhkəmə apellyasiiya şikayətini geri qaytararkən şikayətin rüsuma görə geri qaytarılmasına əsas olan halı dəqiq qeyd etmədiyi üçün qərardad əsassız hesab edilərək ləğv edilməklə apellyasiya şikayəti baxılması üçün Şəki Apellyyasiya Məhkəməsinini Mülki Kollegiyasına göndərilməsi barədə yeni qərardad qəbul edilməlidir. Dövlət rüsumları artırıldığı üçün yeni qaydada qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat dövlət rüsumunun 50 faizini, yəni 50 manat dövlət rüsmumu ödənildiyi halda məhkəmə hansı əsasla apellyasiya şikayətin geri qaytaramasını qərardadda düzgün əsaslandırmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə qeyd edir ki, İddiaçı1 apellyasiya şikayəti verməklə yanaşı, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə də Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi həmin ərizəyə dair münasibətini bildirmədən başqa əsaslarla apellyasiya şikayətini geri qaytarmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi İddiaçı1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni araşdırmamışdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Rayon Məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadında “Dövlət rüsumu haqqında” Qanununun və apellyasiya şikayətinin forma və məzmunana dair qaydaları müəyyən edən Mülki Prosessual Məcəllənin müvafiq normalarına istinad etsə də, bu normaların hansı əsaslarla pozulduğuna dair heç bir əsaslandırma aparmamışdır. Halbuki, şikayətə əlavə olunmuş qəbzlə müəyyən olunur ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və barəsində şikayət verilmiş qərardadı işin hallarına uyğun əsaslandırılmamışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, şikayətə və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2023-ci il tarixli qərardad ləğv edilsin, mülki iş şikayətə və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-380/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-380/2023
07.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver