Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-382/2025 22.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul tələbi) X6 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)-54/2018 saylı, 02 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1651-L/11 saylı, xx.xx.2011-ci il tarixli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 21300 manat olan kənd təsərrüfatı texnikası (1 ədəd FT-1004 markalı traktor və 1 ədəd KP-4 markalı kotan) 09 il müddətinə hazırkı Cavabdeh lizinqə verilmişdir. Cavabdeh kənd təsərrüfatı texnikasının güzəştli satış qiymətinin bir hissəsini, yəni 1070 manatını qabaqcadan ödəmiş, qalan 20230 manatını isə 09 il müddətində, ödəniş qrafikinə uyğun olaraq hissə-hissə ödəməli idi. Cavabdeh xx.xx.2017-ci il tarixədək 18190 manat ödəməli olduğu halda ödəməmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun cəriməyə görə 19198 manat məbləğində borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək 18190 manat əsas borcun, 19198 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 37418 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2011-ci il tarixli, 1651-L/11 nömrəli müqavilənin ləğv edilərək lizinq obyekti olan 1 ədəd FT-1004 markalı traktorun və 1 ədəd KP-4 markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1651-L/11 saylı, xx.xx.2011-ci il tarixli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 21300 manat olan kənd təsərrüfatı texnikası (1 ədəd FT-1004 markalı traktor və 1 ədəd KP-4 markalı kotan) 09 il müddətinə hazırkı Cavabdeh lizinqə verilmişdir. Cavabdeh kənd təsərrüfatı texnikasının güzəştli satış qiymətinin bir hissəsini, yəni 1070 manatını qabaqcadan ödəmiş, qalan 20230 manatını isə 09 il müddətində, ödəniş qrafikinə uyğun olaraq hissə-hissə ödəməli idi. Cavabdeh xx.xx.2017-ci il tarixədək 18190 manat ödəməli olduğu halda ödəməmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun cəriməyə görə 19198 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan borcun könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə аrаşdırmаsı zаmаnı iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1651-L/11 saylı lizinq müqaviləsinə əsasən iddiaçı tərəfindən kənd təsərrüfatı texnikası (1 ədəd FT-1004 markalı traktor və 1 ədəd KP-4 markalı kotan) lizinq ödənişlərini qrafikə uyğun olaraq 09 il müddətinə ödəmək şərti ilə hazırkı Cavabdeh lizinqə verilmişdir. Lizinq müqviləsinin 2.2.2 və 4.1-ci bəndlərinə əsasən cavabdeh lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəməyi öz öhdəsinə götürsə də, o, üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Nəticədə onun cərimə hesablanan əsas məbləğə görə 18190 manat, cərimə borcuna görə 19198 manat borcu yaranmışdır. Qeyd olunan borcun könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. Аzərbаycаn Respublikаsının MPM-nin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. İddiaçının nümayəndəsi yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Cavabdeh isə iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərflərdən birinin tələbi ilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflər aralarında bağlanmış xx.xx.2011-ci il tarixli, 1651-L/11 saylı lizinq müqviləsinin 5.1.5-ci bəndinə əsasən ödəniş qrafikində nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilməməsini müqavilənin şərtlərinin pozulması hesab olunan hal kimi şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh (lizinq alan) lizinq ödənişlərini vaxtında etməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən iddiaçı (lizinq verən) cavabdehə (lizinq alana) pretenziya göndərərək müqavilə öhdəliyinə lazımınca əməl edilmədiyi üçün lizinq müqaviləsinin məhkəmə qaydasında ləğv ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda adı çəkilən qanunvericilik normalarını rəhbər tutaraq və tərəflər aralarında bağlanmış xx.xx.2011-ci il tarixli, 1651-L/11 saylı lizinq müqviləsinin şərtlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qanuni vəəsaslıdır. Ona görə də təmin edilməlidir.
5. Zərdab Rayon Məhkəməsinin 2(035)-54/2018 saylı, 02 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia təmin olunmuş, Cavabdeh əsas borca görə 18190 manat, cərimə borcuna görə 19198 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 37448 manat məbləğində pul tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1651-L/11 saylı lizinq müqaviləsi ləğv edilsin və lizinq obyekti olan 1 ədəd FT-1004 markalı traktor və 1 ədəd KP-4 markalı kotan Cavabdeh alınaraq saz vəziyyətdə "xxxx" ASC-yə qaytarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.12, 748-1.12.4, 748-2.3, 748-10.1 və 748- 13.4-cü maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1651-L/11 saylı lizinq müqaviləsindən və müqavilənin tərkib hissəsi olan 1 №-li əlavədən görünür ki, iddiaçı (lizinq verən) 1 ədəd FT-1004 markalı traktor və 1 ədəd KP-4 markalı kotan cavabdehə (lizinq alana) lizinqə verməyi, cavabdeh (lizinq alan) isə lizinq obyektini lizinqə qəbul etməyi və lizinq ödənişlərini qrafikə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 2099/u nömrəli əmrdən görünür ki, xx.xx.2011-ci il tarixli, 1651-L/11saylı lizinq müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1 ədəd FT-1004 markalı traktor və 1 ədəd KP-4 markalı kotan verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 1651-L/11saylı lizinq müqaviləsi üzrəödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, Cavabdeh cərimə hesablanan cəmi məbləğə görə əsas borcu 18190 manat, cəmi cərimə borcu 19198 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdehna göndərilən pretenziyadan görünür ki, vaxtı keçmiş ödənişlərin könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin tutulması və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikanın saz vəziyyətdə geri qaytarılması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 15 noyabr 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün "xxxx" ASC tərəfindən dövlət mədaxilinə 30 manat dövlət rüsumu ödənilmişdir.
8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamənin təsviri hissəsindən aydın görünür ki, iddia cərimə hissəsində araşdırma predmeti olmamışdır. Cərimənin şişirdilməsi müqavilənin şərtlərindən də aydın görünür. Belə ki, orada əsas məbləğin yalnız 10 faizi miqdarında cərimə nəzərdə tutulur. Hesab edir ki, qətnamə cərimə hissəsində azaldılaraq simvolik miqdarda cərimənin 1 faizi məbləğində, yəni 191 manat müəyyən edilməlidir.
10. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 2(035)-54/2018 saylı, 02 aprel 2018ci il tarixli qətnaməsinin cərimə hissəsində ləğv edilməsini və cərimənin 191 manat müəyyən edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda çıxış edərək şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 2(035)-54/2018 saylı, 02 aprel 2018-ci il tarixli qətnaməsinin cərimə hissəsində ləğv edilməsini və cərimənin 191 manat müəyyən edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin 2(035)-54/2018 saylı, 02 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 747.1-ci maddəsinə görə izinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə iləşərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12 və 748-1.12.4-cü maddəsinə lizinq alan lizinq obyektindən istifadəüçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 748-2.3-cü maddəsinə görə lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləüzrəödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-13.4-cü maddəsinə görə lizinq alan lizinq ödənişləri üzrəöhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş vəöhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
15. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 2(035)-54/2018 saylı, 02 aprel 2018-ci il tarixli qətnaməsinin cəriməyə aid hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın cəriməyə hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
18. Belə ki, tərəflər aralarında bağlanmış lizinq müqaviləsinin 5.2, 5.3, 5.4-cü bəndlərinə əsasən şərtləndirilmişdir ki, hazırkı cavabdeh (lizinq alan) müqavilə şərtlərinə əməl etmədikdə, iddiaçının (lizinq verənin) ixtiyarı vardır kı, lizinqə verilmiş texnikanı geri alsın, əvvəllər ödənilmiş bütün məbləğləri özündə saxlasın, vurulmuş zərərin tam ödənilməsini, texnikanın dəyərinin 10 faizi məbləğində cərimə və gecikdirilən hər günə görə gecikdirilən məbləğin 0,1 faizi həcmində peniya tələb etsin.
19. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
20. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, 19198 manat cərimə borcu 18190 manat əsas borc məbləğinə mütənasib olmadığından azaldılaraq 1000 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın cərimə borcuna aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-54/2018 saylı, 02 aprel 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 19198 manat cərimə borcunun aid hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 18198 manat cərimə borcunun tutulması hissəsində rədd edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-54/2018 saylı, 02 aprel 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 19198 manat cərimə borcunun aid hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 18198 manat cərimə borcunun tutulması hissəsində rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.